İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   2   3   4   5   6   7   8   9   10   ...   35

19

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

müalicəvi, mineral və süfrə sularının mənbəyində qablaşdırılması üzrə müasir müəssisələrin yaradılması və ya yeni

texnologiyaların tətbiqi ilə yenidən qurulması).

-  müasir tələblərə cavab verən çörək istehsalı müəssisələrinin yaradılması;

-  müasir tələblərə cavab verən texnologiyaların tətbiqi ilə digər sənaye məhsullarının istehsalı (qablaşdırma, yüngül

sənaye və başqa sahələr);

-  kiçik sahibkarlığın dəstəklənməsi

2)  «Azərbaycan  İnvestisiya  Şirkəti»  ASC  Prezidentin  30  mart  2006-cı  il  tarixli  “İnvestisiya  fəaliyyətinin 

təşviqi üzrə Əlavə Tədbirlər haqqında” Sərəncamı ilə yaradılıb.

AİŞ-in əsas məqsədi mövcud və yeni kommersiya müəssisələrinə yerli və xarici investorlar cəlb etməklə və 

öz vəsaiti hesabına müddətli investisiya qoyuluşları vasitəsilə Azərbaycan ərazisində iqtisadiyyatın qeyri-

neft sektorunun inkişaf etdirilməsidir. AİŞ-in investisiya prinsipləri bunlardır:

-  Azərbaycan ərazisində səmərəli və effektiv fəaliyyət göstərən müəssisələrə sərmayə qoyuluşları və ya 

digər investorlarla yeni müəssisələrin və birgə investisiya fondlarının təsisi;

-  Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoyuluşları;

-  layihələrdə minoritar iştirak payının əldə edilməsi;

-  korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi və investorların hüquqlarının qorunması.

AİŞ-in investisiya üçün prioritet saydığı sektorlar isə bunlardır:

-  ağır sənaye;

-  alternativ enerji;

-  İT və telekommunikasiyalar;

-  kənd təsərrüfatı;

-  qida sənayesi və qablaşdırma;

-  logistika və daşınma;

-  turizm.

AİŞ eyni zamanda “fondlar fondu” kimi də fəaliyyət göstərir. AİŞ dövlət investisiya fondu olaraq Azərbaycan 

bazarına daxil olmaq istəyənlər üçün ən yaxşı investisiya ortağı ola bilər. Azərbaycanın böyük artımla inkişaf 

edən  qeyri-neft  sektorundakı  imkanlarından  yararlanmaq  üçün  AİŞ  potensial  investisiya  partnyorlarını 

(fərdi və ya institusional) birgə investisiya fondlarının yaradılmasına dəvət edir.



3) AZPROMO  2003-cü  ildə  İİN  təsis  edib.  Fondun  əsas  missiyası  yerli  istehsalçılarla  hökumət  arasında 

əlaqənin  yaradılması,  məqsədi  isə  ölkə  iqtisadiyyatının  həm  sektor,  həm  də  region  baxımından  tarazlı 

inkişafına nail olunması və ölkədə, xüsusilə də regionlarda, yoxsulluğun azaldılması strategiyası çərçivəsində 

yeni  iş  yerlərinin  açılması  üçün  investisiyaların  cəlb  edilməsi  və Azərbaycandan  xaricə  ixracatın  təşviqi 

ilə  əlaqədar  tədbirlərin  həyata  keçirilməsindən  ibarətdir.  AZPROMO-nun  əsas  fəaliyyət  istiqamətlərinə 

aşağıdakılar daxildir: 



-  ölkənin investisiya imicinin yaxşılaşdırılması;

-  marketinq;

-  yerli və xarici investorlara müxtəlif xidmətlər;

-  investorların cəlb edilməsi və onlarla danışıqların aparılması;

-  investisiyalar və ixracat imkanları üzrə məlumat bazasının yaradılması;


20

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

-  Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması;

-  ixraca yönəlmiş şirkətlərə məsləhət xidmətləri;

-  bazar araşdırmaları;

-  «Azərbaycanda istehsal olunub» («Made in Azerbaijan») ticarət nişanının beynəlxalq səviyyədə təbliği.

AZPROMO-nun  iki  departamenti  bilavasitə  bu  prosesə  dəstək  verir:  İxracın  Təşviqi  və  İnvestisiyaların 

Təşviqi departamentləri. 

İxracın  Təşviqi  Departamenti  Azərbaycanın  mövcud  və  potensial  ixracatçılarına  yardım  göstərmək, 

ümumilikdə  ölkənin  qeyri-neft  məhsullarının  ixracını  təşviq  etmək  məqsədilə  yaradılıb.  Bu  strukturun 

aşağıdakı xidmətləri göstərməsi nəzərdə tutulub: 

-

ticarət haqqında məlumat;

-

sertifikatlaşdırma və standartlar haqqında məlumat;

-

hüquqi məsləhətlər;

-

marketinq dəstəyi.

İnvestisiyaların  Təşviqi  Departamenti  Azərbaycanda  fəaliyyət  göstərən  xarici  investorlara,  eləcə  də 

layihələrinə investor axtaran yerli şirkətlərə yardım göstərmək, ölkə iqtisadiyyatının qeyri-neft sektorlarını 

təşviq etmək məqsədilə yaradılıb və onun fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir: 

-  institusional dəstək;

-  görüşlərin təşkili;

-  məsləhət xidmətlərinin göstərilməsi.

3.5. Orta və uzunmüddətli xərc strategiyasının çərçivələri və prioritetləri

Azərbaycan kimi təbii resurslardan asılı olan və dövlət maliyyəsinin iqtisadiyyatda dominant rolu (2011-



ci il üçün dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbəti 30,9% olub) getdikcə artan ölkələrdə büdcə prioritetləri ilə 

ümumi iqtisadi prioritetləri əlaqələndirmək mühüm vəzifəyə çevrilir. Bu əlaqələndirməni həyata keçirmək 

üçün bir çox ölkələr Ortamüddətli Dövrdə Xərclərin Çərçivə Sənədini (Medium Term Expenditure Framework)

tətbiq edir. Dünya Bankının verdiyi dəqiq definisiyaya görə, MTEF bir tərəfdən büdcə xərclərini ölkənin 

ümumi inkişaf prioritetləri ilə əlaqələndirmək, o biri tərəfdən isə büdcə xərclərinin real icrası zamanı maliyyə 

intizamına nail olmaq üçün tətbiq edilən çərçivə sənədidir.



Sxem 1. MTEF-ə ümumi baxış (Azərbaycana uyğunlaşdırılmış formada)

Mənbə: PEM Handbook (World Bank, 1998a: 47-51)


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə