İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   4   5   6   7   8   9   10   11   ...   35

21

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Əgər  büdcə  siyasətinin  formalaşması,  planlaşdırma  və  büdcələşdirmə  arasında  əlaqəsizlik  varsa,  bu 

halda  vəziyyətdən  yeganə  çıxış  yolu  MTEF  tətbiq  etməkdir.  Bu  çərçivə  sənədi  ənənəvi  büdcə  prosesinə 

qədər  hazırlanır  və  dövlət  maliyyə  islahatlarının  ən  mühüm  elementi  kimi  çıxış  edir.  Büdcə  xərclərinin 

prioritetləşməsi problemli olan Azərbaycanda MTEF tətbiq olunmur.

Azərbaycanda  2000-ci  illərin  əvvəllərində  büdcə  xərclərinin  əsas  prioritet  istiqamətləri  (ayrı-ayrı  xərc



maddələrinin  ümumi  büdcə  xərclərinin  10%-dən  çoxunu  təşkil  etməsinə  görə)  təhsil,  sosial  müdafiə  və  sosial 

təminat və müdafiə xərcləri olub. 2002-2005-ci illərdə bu siyahıya məhkəmə hakimiyyəti, hüquq-mühafizə 

və prokurorluq, həmçinin ümumi dövlət xidmətləri istiqamətləri də qoşulmuşdur. 2006-cı ildən sonra isə 

birmənalı şəkildə dövlət investisiya xərcləri büdcənin əsas prioritetinə çevrilib. 2011-ci ildə bu xərc maddəsi 

büdcə xərclərinin 38,1%-ə yaxını, ÜDM-in isə 11,7%-ini təşkil edib.

Diaqram 10. Büdcə xərclərinin ÜDM-ə nisbəti (%-lə)

Onu da qeyd edək ki, ayrı-ayrı dövlət proqramlarında və dövlət başçısının çıxışlarında hökumətin son 9 il 

(2003-2011) və önümüzdəki 3 il üçün (2012-2014) elan etdiyi ölkənin əsas inkişaf hədəfləri bunlardır: qeyri-

neft sektorunun inkişafı və regionların inkişafındakı fərq  lərin azaldılması; sosial ri fa hın yüksəldilməsi; insan 

ka pi talının və infrastrukturun in ki şafı; ölkənin iqtisadi təhlü kəsizliyinin təmin olunması; dövlətin müdafiə 

qabiliyyətinin artırılması; dövlət siyasətinin şəffaflığının təmin edilməsi. Beləliklə, dövlət büdcəsindəki payı 

2000-2011-ci illərdə təxminən 11 dəfə artaraq əsas prioritetə çevrilmiş dövlət investisiya xərcləri effektiv icra 

olunarsa, qeyd olunan hədəflərə çatmaqda mühüm təsiredici faktor ola bilərdi. Qeyd edək ki, 2005-2011-ci 

illərdə bu istiqamətə 20 milyard manatdan çox vəsait xərclənib. Lakin istər beynəlxalq maliyyə qurumlarının 

hesabatları, istərsə də yerli vətəndaş cəmiyyəti qruplarının qiymətləndirmələri göstərir ki, dövlət investisiyaları 

məqsədyönlülük, səmərəlilik, həmçinin korrupsiya riskləri baxımından ən problemli sahədir. 

Bu qiymətləndirmələri Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının 

yekunlarına həsr olunmuş iclasındakı çıxışında bölüşüb: “Bəzi hallarda... müvafiq qurumlar müəyyən layihələrə

ayırdığımız vəsaitdən vaxtında istifadə edə bilməmişlər. Əlbəttə ki, biz builki investisiya proqramımızda bu amili nəzərə

almalıyıq, bu qüsurları  aradan qaldırmalıyıq. Vaxt var  idi ki, hansısa işi görmək üçün  vəsaitimiz yox idi. İndi isə

vəsaitimiz var, ancaq əfsuslar olsun ki, bəzi hallarda bu vəsaitin düzgün istifadə edilməsi sahəsində müəyyən problemlər

yaranır... Hesab edirəm ki, büdcənin investisiya hissəsini uğurla icra etmək üçün bizim bütün imkanlarımız vardır.

Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin. Eyni zamanda maliyyə intizamı daha da yüksək səviyyədə



22

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

olmalıdır. Büdcə artdıqca məsuliyyət də artmalıdır. Şəffaflıq tam şəkildə təmin edilməlidir və dövlət tərəfindən qoyulacaq

investisiyaların şəffaflığı tam şəkildə təmin edilməlidir

30

.

Dünya Bankının 2009-cu il ölkə memorandumunda isə Azərbaycanda büdcə xərclərinin prioritetləşməsinin 

problemli  olduğu  vurğulanmış  və  ortamüddətli  investisiya  büdcəsinin  hazırlanması  sahəsindəki 

çatışmazlıqlar göstərilib

31

:



-

Azərbaycanda xərclərin kəskin artırılması hökuməti neft bumunun erkən mərhələsindən başlayaraq yüksək xərclər

ssenarisinə “bağlamışdır”;

-

büdcə vəsaitlərinin zaman baxımından xərclənməsi hökumətin prioritetləri barədə sual doğurur;

-

hökumətin həyata keçirdiyi irimiqyaslı investisiya proqramları onun icra qabiliyyətindən yuxarıdır;

-

Azərbaycan  iqtisadiyyatı  artıq  absorbsiya  potensialından  tam  şəkildə  istifadə  edir  ki,  bu  da  özəl  sektor  üçün

təzyiqlər yaradır;

-

büdcə  təzyiqləri  investisiya  proqramlarının  icrası  zamanı  daha  yaxşı  prioritetləşdirmənin  tətbiqi  nəticəsində

azaldıla bilər;

-

hökumət daxilində maliyyə nəzarəti və audit sistemlərinin yaradılmasına ehtiyac duyulur;

-

büdcə prosesində Milli Məclisin rolunun və Hesablama Palatasının işinin şəffaflığına zərurət yaranıb;

-

effektiv dövlət xərclərinin vacib hissəsi kimi tənzimləmədən başlayaraq icra olunana qədər müasir, ədalətli və şəffaf

satınalma qaydalarına riayət etmək vacibdir;

-

Azərbaycan hökuməti büdcəyə daha çox strateji məzmun əlavə etməlidir və bunun üçün 5, yaxud 10 illik ətraflı

strateji çərçivə sənədi faydalı olardı;

-

xərclərin prioritetləşməsi tələb olunarsa, qlobal böhran zamanında gücləndirilmiş əlaqələndirmə xüsusilə dəyərli

olacaq;

-

ortamüddətli büdcə xərclərinin yuxarı hədlərinin müəyyən olunması və strateji prioritetləşdirmə daha mühümdür;

-

büdcə məqsədləri aydınlaşdırılıb və kəmiyyətləşdirildikdən sonra proqramların icrasının qiymətləndirilməsi daxili

və xarici audit vasitəsilə həyata keçirilə bilər;

-

büdcə vəsaitlərinin xərclənməsinin effektivliyi barədə hökumətlə ictimaiyyət arasında müzakirələrin aparılması

mühümdür;

-

mövcud büdcə xərclərinin və proqramların daha yaxşı monitorinqi büdcə idarəçiliyinin təkmilləşdirilməsi üçün

əsas töhfə olardı.

Büdcə prioritetləri adətən sosial qruplar arasında kompromisin göstəricisidir. Lakin bu kompromisin təşkilatçısı 

bütün sosial qrupların effektiv təmsilcisi olan parlamentdir. Bu baxımdan parlament real siyasi iradəyə sahib 

olmadıqda büdcə kompromisin göstəricisi olmur və nəinki nəzarət mərhələsində, hətta büdcənin müzakirəsi, 

icrası və qəbulu mərhələsində də bu boşluq özünü göstərir. Büdcə prioritetləri də tədricən elastikləşir. Bunun 

baş verməməsi üçün MTEF-in işlənib hazırlanması zəruridir. Bu, həm beynəlxalq büdcə praktikasının tələbidir, 

həm də optimal xərc siyasəti istiqamətlərinin nədən ibarət olması barədə cəmiyyətin məlumatlandırılmasını 

nəzərdə  tutur

32

.  Azərbaycanda  MTEF-in  tətbiqi  (a)  maliyyə  intizamı  yolu  ilə  makroiqtisadi  balansa  nail 



olmağa,  (b)  resursların  daha  optimal  sektoral  bölgüsünə,  (c)  inzibati  xərc  istiqamətlərinin  daha  öncədən 

görüləbilən (predictability) olmasına, (d) dövlət maliyyəsindən daha effektiv istifadə olunmasına, (e) legitim 

30



 http://president.az/articles/4098



31

 Azerbaijan Country Economic Memorandum – new silk road: export-led diversification. World Bank. 23 December 



2009

32



  İnqilab  Əhmədov,  Kənan  Aslanlı.  İctimai  vəsaitin  idarə  edilməsi  islahatları:  səmərəliliyin,  hesabatlılığın  və 

proqnozlaşdırmanın təmin edilməsi. AAİMK. Bakı – 2007




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə