İQTİsadiyyatin və İxracin diversiFİkasiyasinin



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix27.03.2018
ölçüsü0,89 Mb.
#35159
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

23

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

qərarqəbuletmə prosesi vasitəsilə dövlət xərclərinin nəticələri üzrə daha geniş siyasi hesabatlılığa, (f) büdcə ilə 

bağlı qərarqəbuletmə sisteminin etibarlılığının artmasına təkan verə bilər. Əhatəli MTEF-in hazırlanmasının 

6  mərhələsi  belədir:  makroiqtisadi  və  fiskal  çərçivənin  hazırlanması;  sektoral  proqramların  hazırlanması; 

sektoral  xərclərin  çərçivələrinin  hazırlanması;  sektoral  xərclərin  illər  üzrə  dəqiq  məbləğlərinin  müəyyən 

edilməsi; sektoral büdcələrin hazırlanması; yekun siyasi qərarqəbuletmə prosesi

33

.

3.6. Beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin Azərbaycan iqtisadiyyatının 



diversifikasiyasına həsr olunan sənədləri

Son  10  ildə  aparıcı  beynəlxalq  təşkilatlar  və  bir  sıra  araşdırma  mərkəzləri  Azərbaycan  iqtisadiyyatının 

diversifikasiyası  və  neft-qaz  gəlirlərindən  səmərəli  istifadə  ilə  davamlı  inkişafa  necə  nail  olmaqla  bağlı 

xeyli  sayda  araşdırma  aparıb  və  hesabatlar  hazırlayıblar.  Bu  hesabatlarda  həm  Azərbaycan  hökuməti 

üçün iqtisadi diversifikasiya planlarında nəzərə alınması vacib olan mühüm tövsiyələr, həm də müstəqil 

araşdırmaçılar üçün maraqlı faktlarla zəngin yeni yanaşmalar mövcuddur. Aşağıda həmin hesabatlardan 

təkliflərin əsaslandırılması və təhlilin əhatəliyi meyarlarına görə seçilən ən mühümlərinin qısa məzmunu 

şərh ediləcəkdir.



1)  “Azərbaycanda  qeyri-neft  sektoru  diversifikasiyasının  sürətləndirilməsi  –  siyasət  dilemması” 

(Accelerating non-oil diversification for Azerbaijan  policy dilemma; 2011). Bu araşdırmada Azərbaycanın 

neftə  bağlı  iqtisadiyyatının  diversifikasiyası  üçün  öncə  idarəetmə  islahatları,  institusional  quruculuq 

və  müasir  infrastrukturun  inkişafı  vasitəsilə  yerli  və  xarici  investisiya  üçün  əlverişli  biznes  mühitinin 

formalaşdırılmasının önəmi vurğulanır. Ancaq bu prosesdə “yeni sənaye siyasəti”nin (new industrial policy

prinsiplərinə uyğun olaraq hökumətin iqtisadiyyata müdaxiləsi zaman keçdikcə tədricən optimallaşdırılmalı 

(məqsədli  xarakter  daşımalı),  dövlət  investisiyaları  səmərəli  şəkildə  əlaqələndirilməli,  bazara  daxilolma 

riskləri azaldılmalı, “dövlət  özəl sektor” əməkdaşlığı inkişaf etdirilməli və innovasiya tətbiq etmək istəyən 

sahibkarlar  təşviq  edilməlidir.  Eyni  zamanda  nəzərə  alsaq  ki,  bu  cür  kompleks  iqtisadi  diversifikasiya 

tədbirləri yeni olan “aşağıdan yuxarıya” prinsipi (collaborative approach) ilə deyil, məhz postsovet ölkələrinə 

xas  “yuxarıdan  aşağıya”  (top-down  planning)  prinsipi  ilə  həyata  keçiriləcək,  burada  iqtisadi  siyasətin 

fokuslanmalı olduğu alternativ sektorların əvvəlcədən düzgün seçiminin önəmi artır. Qeyri-neft sektorunda 

məhz hansı sahələrin neft-qaz sektoruna alternativ kimi inkişaf etdirilməsindən danışarkən bu hesabatda 4 

əsas seçim meyarı qeyd edilir:

a)  Seçilən  sahənin  digər  sektorlarla  əlaqəsi  (“inter-industry  linkages  or  locomotive  effect”).  İqtisadi 

diversifikasiyada  prioritet  seçilən  sahə  digər  sektorların  da  inkişafı  üçün  lokomotiv  rolunu  oynamalıdır, 

onların  da  məhsulları  üçün  yeni  tələb  formalaşdırmalı  və  digər  sektorların  hazır  məhsullarını  istehlak 

etməlidir. Dünya üzrə o sektorlar yüksək “lokomotiv effekti”nə malik sahələr hesab edilir ki, onlar istehsal 

prosesində hər bir son məhsulun dəyərinin 50%-i qədər digər sektorların hazır məhsullarını istehlak edir. 

b) Seçilən sahənin əməktutumlu olması (“labor-intensity”). Burada söhbət birbaşa olaraq seçilən sektorda 

yaranacaq iş yerlərinin sayından, digər sektorlara pozitiv təsir nəticəsində onlarda yaranacaq iş yerlərindən 

və nəhayət, yüksək əməkhaqqının formalaşdıracağı “gəlir effekti” ilə yaranan lokal xidmətlərdən gedir. 

c) Seçilən sahənin böyük ixrac potensialı. Ölkənin digər bütün şərtlərlə yanaşı, müqayisəli üstünlüyə malik 

olduğu sahələr üzrə (“revealed comparative advantage”) yüksək ixrac potensialına sahib ola biləcəyi güman 

edilir. Bu zaman konkret məhsulun ölkənin ümumi ixracındakı payının qlobal ixracdakı payına nisbəti də 

bir indikator (“Balassa Index”) kimi nəzərə alınmalıdır.

33



 “Medium Term Expenditure Frameworks: From Concept to Practice. Preliminary Lessons from Africa”. World Bank, 

February 2002, Africa Region Working Paper Series No. 28




24

İQTİSADİYYATIN VƏ İXRACIN 



DİVERSİFİKASİYA

Cədvəl 1. Azərbaycan iqtisadiyyatının diversifikasiyası ilə bağlı beynəlxalq hesabatlar



Hesabatın adı

Hazırlayan qurum

Tarix 

1.

“Azərbaycanda qeyri-neft sektoru diversifikasiyasının 



sürətləndirilməsi – siyasət dilemması” (Accelerating non-oil 

diversification for Azerbaijan – policy dilemma)

Vaşinqton Universiteti 

(University of 

Washington & IREX)

Avqust 


2011

2.

“Azərbaycan üzrə məsləhətləşmə ilə bağlı işçi Hesabat” (Republic 



of Azerbaijan: 2010 Article IV Consultation – Staff Report)

Beynəlxalq Valyuta 

Fondu (International 

Monetary Fund)

May

2010


3.

“Azərbaycan üzrə ölkə iqtisadi Memorandumu – yeni İpək yolu: 

ixrac hesabına diversifikasiya” (Azerbaijan country economic 

Memorandum – new silk road: export-led diversification) 

Dünya Bankı

(World Bank)

Dekabr 

2009


4.

“Azərbaycan üzrə makroiqtisadi araşdırma – milli iqtisadiyyatın 

diversifikasiyasının yolu” (Macroeconomic study of Azerbaijan

– the way to national economic diversification)

Euroconsultants (Avropa 

Birliyinin layihəsi)

Oktyabr 

2009


5.

“Resurs istismarı, asılılıq və inkişaf: Azərbaycan”

(Resource depletion, dependence and development: Azerbaijan)

Chatham House

Noyabr 

2008


6.

“Xəzər hövzəsində neft iqtisadiyyatı və siyasəti: Azərbaycan və 

Mərkəzi Asiyada neft gəlirlərinin təkrar bölgüsü” (The economics 

and politics of oil in the Caspian Basin: the redistribution of oil 

revenues in Azerbaijan and Central Asia)

London Universiteti

(SOAS, University of 

London)


2008

7.

“Neft fondları effektivdirmi? Azərbaycan və Qazaxıstanda resurs 



gəlirlərinin idarə olunması”

(How effective are oil funds? Managing resource windfalls in 

Azerbaijan and Kazakhstan)

Asiya İnkişaf Bankı 

(Asian Development 

Bank)


Dekabr 

2007


8.

“Qara qızılı insan qızılına çevirmək: neft gəlirlərindən davamlı 

inkişafa nail olmaq üçün istifadə” (Converting black gold 

into human gold: using oil revenues to achieve sustainable 

development)

BMT-nin İnkişaf 

Proqramı (UNDP)

2006


9.

“Resursla zəngin ölkələrdə hidrokarbon gəlirlərinin ağıllı idarə 

olunması” (Prudential management of hydrocarbon revenues in 

resource-rich economies)

BMT-nin Avropa üzrə 

İqtisadi Komissiyası (UN 

Economic Commission)

Dekabr 


2005

10. “Xəzərin neft sərvətləri: kim fayda götürəcək?” (Caspian oil 

windfalls: who will benefit?)

Caspian Revenue Watch

2003

11.


“Aşağı gəlirli ölkələrdə ixracın diversifikasiyası: Doha 

raundundan sonrakı beynəlxalq çağırış” (Export diversification in 

low-income countries: an international challenge after Doha)

OECD İnkişaf Mərkəzi 

(OECD Development 

Centre)


İyun

2003


12. “Azərbaycan üzrə insan inkişafı hesabatı, 2000” (Azerbaijan 

human development report 2000)

BMT-nin İnkişaf 

Proqramı (UNDP)

Mart

2001



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə