Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Varrant  metodu  kənd  təsərrüfatında,  mehmanxana 
biznesində, sənayedə və neft ticarətində istifadə edilir. 
Kənd  təsərrüfatı  varranti  tariadakı  və  ya  fermerin 
əlindəki məhsulu girov göstərərək kredit alınmasım təmin edə 
bilər. 
Mehmanxana  təminat  verdiyi  şeyləri  istifadəyə  davam 
edər, ancaq borcu bağlamadan onları sata bilməz. 
Xəzins vekselləri -
 pul bazarında əməliyyat görən maliyyə 
alətidir.  Xəzinə  vekselləri  3,6  və  12  ay  müddətli,  büdcə 
kəsirini  maliyyələşdirmək  üzrə  dövlət  tərəfindən  çıxarılan 
borc  sənədləridir.  Xəzinə  vekselləri  dövlət  qiymətli  kağızı 
olduğu üçün tam likvid alətidir. Ancaq dövlətə qarşı etibarın 
zəif olduğu ölkələrdə müddət daha da qısadır. 
Kredit  kartları
  -  istehlak  xərcləmələrində  çekin  yerini 
alan bir ödəmə alətidir. 
Debit kartı
 - kredit kartlarından fərqlidir. Kre'dit kartının 
sahibi müəyyən bir miqdara qədər ödəmə həyata keçirmədən 
xərcləmələri  edə  bilər.  Debit  kartı  isə  kredit  əməliyyatını 
aparmaq hüququ vermir. 
2.12.
 
KAPİTAL BAZARININ ALƏTLƏRİ 
Kapital  bazannın  başlıca  alətləri  istiqraz  və  səhmdir. 
Bunlara qoyulan investisiya risklidir. 
Qeyd etdiyimiz kimi, dövlət uzunmüddətli ehtiyaclarını 
kapital  bazarına  çıxmaqla  ödəyir.  İqtisadiyyatın  inkişaf 
səviyyəsi ilk növbədə kapital bazarının inkişaf səviyyəsindən 
asılıdır. 
Çünkİ 
kapital 
bazarı 
investisiyaların 
fınanslaşmasının mühüm mənbəyidir. Kapital bazarı alətləri 
pul  bazan  alətlərinə  nisbətən  az  likvidlidir  və  onların  riski 
yüksəkdir. Sərmayə bazarı iqtisadi və siyasi  cəhətdən stabil 
olan, adambaşına milli gəliri yük 
54 


sək  olan  ölkələrdə  inkişaf  edir.  Sərmayə  bazarının  əsas 
alətləri səhm, istiqraz və uzunmüddətli kreditlərdir. 
Finans  alətlərinin  geniş  yayılmış  növü  sahibinə  iştirak 
hüququ  verən  səhmdir.  Səhm  sahibinə  səhmdar  cəmiyyətin 
mənfəətinin bir hissəsini divident şəklində almaq, cəmiyyətin 
idarə olunmasında iştirak etmək və müəssisə ləğv olduqdan 
sonra onun əmlakından pay almaq hüququna malikdir. 
Dünya  praktikasında  qiymətli  kağızları  iki  böyük  sinfə 
bölürlər:  birinci  dərəcəli  -  əsas  qiymətli  kağızlar;  ikinci 
dərəcəli - törəmə qiymətli kağızlar. 
Əsas  qiymətli  kağızların  əsasını  hansısa  bir  aktivə, 
əmtəəyə,  pula,  kapitala,  əmlaka,  digər  növ  rüsumlara  və  s. 
əsaslanan  mülkiyyət  hüququnun  olması  təşkil  edir.  Əsas 
qiymətli  kağızların  özlərini  də  öz  növbəsində  iki  qrupa 
bölmək  olar:  ilkin  qiymətli  kağızlar  -  bura  aksiyalar, 
istiqrazlar, veksellər və s. aid edilir; ikinci dərəcəli qiymətli 
kağızlar ilkin qiymətli kağızların əsasında buraxılan qiymətli 
kağızlardır. 
Qiymətli  kağızların  təsnifatı  ilə  qiymətli  kağızların 
növlərinin təsnifatı bir-birlərindən fərqlənir. 
Qiymətli  kağızların  təsnifatı  qiymətli  kağızların  onlara 
aid olan müəyyən göstəricilərinə görə növlərə bölünməsidir. 
Qiymətli  kağızlarm  növlərinin  təsnifatı  isə  həmin  növ 
qiymətli  kağızların  qruplara  bölünməsi,  yəni  qiymətli 
kağızların növlərinin yarımnövlərə bölünməsidir. 
Səhm
 - qiymətli kağızın bir növüdür. Səhmlər özü isə iki 
yerə - imtiyazh və adi aksiyalara bölünür. Adi aksiyalar özü 
birsəsli və çoxsəsli, nominal və qeyri- nominal olur. 
Müddətli  qiymətli  kağızlar  p  qiymətli  kağızlardır  ki, 
onların tədavülə buraxılması müəyyən edilmiş vaxt ər 
55 


zində həyata keçirilir. Adətən müddətli qiymətli kağızları 3 
qrupa bölürlər: qısamüddətli  (1 il müddətinə);  ortamüddətli 
(5-10 ilə qədər); uzunmüddətli (20-30 ilə qədər). 
Müddətsiz  qiymətli  kağızlann  tədavüldə  olma  müddəti 
heç bir şeylə reqlamentləşdirilmir, onlar "ömürlükdür”. 
Qiymətli  kağızların  klassik  mövcud  forması  qiymətli 
kağızın  sənəd  şəklində  formasıdır.  Qiymətli  kağızlar 
bazarının inkişaf etməsi qiymətli kağızların bir çox növlərini, 
ən başlıcası bütün emissiyanın qeyri-sənəd şəklində olmasını 
tələb edir. İnvestisiya qiymətli kağızları - kapital qolu obyekti 
kimi  götürülür.  İnvestisiya  qiymətli  kağızları  aksiyalar, 
istiqrazlar, fyuçers kontraktları və opsiyonlar hesab edilir. 
Qeyri-investisiya  qiymətli  kağızları  əmtəə  və  digər 
bazarlarda 
pul 
hesablaşmalarına 
xİdmət 
edir. 
Qeyri-investisiya  qiymətli  kağızları  veksellər,  çeklər, 
konosa- mentlər hesab edilir. 
Qiymətli kağızlar sahibli, adlı və təqdim edilənin adına 
ola bilər. 
Adlı  qiymətli  kağızda  sahibkarın  adı  olur  və  bundan 
başqa xüsusi reyestr qeydiyyatmdan keçir. 
Təqdim olunanın adına qiymətli kağızda sahibkarın adı 
təsbit  edilir  və  tədavüldə  olması  ən  sadə  yolla  bir  şəxsdən 
digər şəxsə ötürülməklə həyata keçirilir. 
Dövlət  qiymətli  kağızları  -  bunlar  adi  müxtəlif  növ 
istiqrazlardır. 
Qeyri  dövlət  qiymətli  kağızlar  şirkətlər  və  ya  fiziki 
şəxslər tərəfindən tədavülə buraxıla bilər. 
Qiymətli kağızların çoxu bazar xarakterli olur ki, onlar 
bazarda da sərbəst alınıb-satıla bilir. Amma bir sıra hallarda 
qiymətli kağızların tədavülündə məh 
56 


dudiyyətlər ola bilər. Bu zaman isə qiymətli kağız yalnız onu 
ixrac edənə satıla bilər. 
Kapital 
aktivlərinin 
qiymətləndirilməsi. 
Gəlirlik 
nöqteyi-nəzərindən qiymətli kağızlar gəlirli və ya gəlirsiz ola 
bilər.  Risk  səviyyəsinə  görə  qiymətli  kağızları  aşağıdakı 
tərzdə yerləşdirmək olar; gəlir nə qədər çoxdur- sa, risk də bir 
o  qədər  çoxdur;  qiymətli  kağızın  təlimatı  nə  qədər 
yüksəkdirsə, risk də bir o qədər azdır. 
2.13.
 
FtNANS BAZARLARI İLƏ ƏLAQƏDAR 
OLAN İNFORMASİYA MƏNBƏLƏRİ 
Finans bazarına investisiya qoyan şəxsin yüksək mənfəət 
əldə  edə  bilməsi,  bazar  imkanlarından  səmərəli  istifadə  edə 
bilməsindən  asılıdır.  Portfel  yaratmaq,  oradakı  finans 
mənbələrini  vaxtında  yeniləmək,  nə  zaman  satın  almaq,  nə 
zaman  satmaq  haqqında  qərar  olaraq  ortaya  çıxan  bazarla 
əlaqədar  informasiyaların  düzgün  və  vaxtında  əldə 
edilməsindən  asılıdır.  Bu  məlumatlar  ümumi  iqtisadi 
vəziyyət, firmaların iqtisadi və finans vəziyyətləri ilə əlaqədar 
nəşr edilmiş informasiyaların məcmusundan ibarətdir. 
İnformasiyaların  lazımi  keyfiyyətdə  olması  ölkənin 
iqtisadi  inkişafı  ilə  əlaqədardır.  Sənayesi  inkişaf  etmiş 
ölkələrdə həm rəsmi, həm də özəl mənbələrdən çox miqdarda 
informasiya əldə etmək mümkündür. İnkişaf etməkdə olan və 
ya  inkişaf  etməmiş  ölkələrdə  təqdim  edilən  məlumatlar 
məhduddur. 
İnvestorun  və  ya  onun  adından  bazar  təhlilləri  aparan 
mütəxəssisin  hansı  mənbələrdən,  nə  cür  informasiyaları  ala 
biləcəyini  və  bu  informasiyalardan  necə  istifadə  edəcəyini 
dəqiqliklə  bilməsi,  investisiya  qərarının  düzgünlüyünün 
zəmanətidir. İnvestorun və ya investisi 
57 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə