Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   2   3   4   5   6   7   8   9   ...   49

Pulun iqtisadi həyatdakı funksiyaları aşağıdakılardır; 
Pul bir dəyər ölçüsüdür. Pul istehsal və mübadilə obyekti 
olan çeşidli mal və xidmətlərin hesablanmasında müştərək bir 
ölçü, hesab vahididir. Mübadilə edilən mal və ya xidmətlərin 
vahidi  qarşılığında  ödənən  pul  miqdanna  qiymət  deyilir. 
Qiymət  mübadilə  edilən  malların  bir-biri  ilə  müqayisəsini 
asanlaşdırır  və  çeşidli  ölkələrdə  Ölçülən  mal  və  xidmətlər 
üçün müştərək bir ölçüdür. 
Pul, metr, kq və s. ölçü vahidləri kimi dəyişməyən ölçü 
deyildir.  Yəni  dəyər  ölçüsü  olan  pulun  dəyəri  dəyişikliyə 
məruz qala bilər. Çünki pul vahidi qarşıhğmda satm alınacaq 
mal  və  xidmət  miqdan  sabit  deyildir.  Pulun  dəyərin-  dəki 
dəyişikliklər  ümumi  qiymət  səviyyəsindəki  dəyişikliklərlə 
ölçülür. 
Pul  mübadilə  vasitəsidir.  «Hər  kəs  tərəfindən 
ödəmələrdə  qəbul  edilən  və  ümumi  bir  mübadilə  vasitəsi» 
olan pul mübadiləni ikiyə ayırmaqdadır. Mübadilə edilən mal 
və xidmətlər əvvəl pula çevrilir və daha sonra arzu edilən mal 
və xidmətlər asanlıqla satın alınır. 
Pul  bir  yığım  vasitəsidir.  Pul,  hər  kəs  tərəfindən 
ödəmələrdə qəbul edilən ümumi mübadilə vasitəsi olduğuna 
görə, insanlar yığımlarının böyük bir hissəsini pul formasında 
saxlayır.  Çünki  yığımın  pul  olaraq  saxlanması  hər  bir  anda 
istənilən  mal  və  xidmətin  satın  alınmasım  mümkün  edir. 
Bundan başqa, pul müəyyən bir satınalma gücünə malikdir, 
pulun  mühafizəsi  bir  çox  mallara  nisbətən  daha  asandır. 
Ancaq  pulun  yığım  vasitəsi  olması,  pulun  dəyər  ölçüsü  və 
ümumi  bir  mübadilə  vasitəsi  olaraq  funksiyasının  sağlam 
işləməsi ilə bağlıdır. 



Pul  gələcək  ödəmələr  üçün  bir  ölçüdür.  Pulun  dəyər 
ölçüsü  və  hesab  vahidi  olması  gələcək  ödəmələrdə  bir  ölçü 
kimi istifadəsinə imkan yaradır. Pulun tədiyə vasitəsi olması, 
kreditlə  satış  kimi  iqtisadi  mübadilələri  artıran  bəzi  yeni 
mübadilə formalarının ortaya çıxmasına yol açıb. 
Dünya  pul  funksiyası.  Ölkələr  arasında  və  yaxud 
müxtəlif 
ölkələrin 
şəxsləri 
arasındakı 
qarşılıqlı 
münasibətlərdə  təzahür  edir.  Bu  cür  münasibətlərdə  puldan 
satınalınan  mallann  ödənilməsi,  kreditlə  və  bir  sıra  digər 
əməliy-  yatlann  aparılması  ücün  istifadə  edilir.  Hal-hazırda 
ölkə-  lərarası  başlıca  hesablamalar  ABŞ  dolları,  Yapon 
yenası, İsveçrə frankı və Avro pul vahidləri vasitəsilə aparılır. 
1.3.
 
PULUN MÜASİR FUNKSİYALARI 
Pulun  iqtisadi  əməliyyatları  asanlaşdırmaq,  istehsalı 
təşkil etmək və investisiyaları maliyyələşdirmək kimi başlıca 
funksiyası  da  vardır.  Pul  təklifində  bir  artımın  və  bunun 
nəticəsində  faiz  dərəcələrdə  lazımlı  bir  dəyişmənin  ortaya 
çıxmasını fərz edək. Bunun nəticəsində iqtisadiyyatda qiymət 
artımları və ya azalmaları meydana gəlir. 
Gəlirlərin  yenidən  bölgü  aləti  olaraq  pul:  Banklar 
tərəfindən  bəzi  sektorlara  kredit  xəttinin  genişləndirilməsi, 
həmçinin bu sahələrin inkişafına yol açır, bəzilərinə isə kredit 
verilməsində rədd siyasəti, birinci halda sektorun inkişafının, 
ikinci halda isə sektorun daralması ilə nəticələnir. 
Beləliklə,  kredit  siyasəti  biznesin  mənfəət  həcminə 
müdaxilə etməkdədir. Eyni zamanda milli gəlirə də təsir edir. 


İnflyasiya  dönəmində  kredit  siyasətinin  gəlirlərə  ciddi 
təsiri  vardır.  Yığım  sahibləri  və  sabit  gəlirlilərini  satınalma 
güclərinin azaldığım asanlıqla hiss edər, əksinə borcu olanlar 
isə inflyasiyadan yaranarlar. Çünki aldıqlan borc- lan irəlidə 
dəyəri düşmüş pul ilə ödəyəcəkdir. 
Nüfuz aləti  olaraq pul; Banklar bəzİ şirkətlərin  iflasına 
maneçilik törədə bilər. Bəzi sektorlar da yeni texnologiyanın 
tətbiqində  və  inkişafında  iştirak  edə  bilər.  Bankların 
Şirkətlərin istehsal siyasətinə istiqamət- ləndirilməsində təsiri 
olduqca güclüdür. 
1.4.
 
PULUN TƏDAVÜL SÜRƏTİ 
Pul  həcminin  üstünlüyü  onun  təmsil  etdiyi  satınalma 
gücünə bağlıdır. 
Pulun  tədavül  sürəti,  pul  vahidinin  bir  il  içində  orta 
hesabla əl dəyişdirmə sayıdır. Pulun tədavül sürəti, ölkədəki 
pul həcminin satınalma gücünü müəyyən etmək baxımından, 
bilavasitə  pul  miqdarı  qədər  vacibdir.  Doğrudan  da  bir 
ölkədəki  pul  miqdarının  bir  il  içindəki  satınalma  gücü,  pul 
miqdan (m) ilə tədavül sürətinin (V) hasilinə bərabərdir. 
Pulun  tədavül  sürətini  tapmaq  üçün,  nominal  gəlir 
rəqəmini  pulun  təklifi  miqdarma  bölmək  lazımdır.  Pulun 
tədavül sürəti iqtisadiyyat üçün əsas göstəricidir. Pul miqdan 
sabit  ikən,  tə^vül  sürətinin  artması  iqtisadiyyatda  daha  çox 
satınalmaya  təsir  edəcək,  əksinə  tədavül  sürətinin  azalması 
daha az satınalma gücünü ifadə edəcəkdir. 
Pulun  satınalma  gücünü  S  ilə,  iqtisadiyyatda  pul 
miqdanm M ilə, pulun tədavül sürətini V ilə göstərsək: 
S=MV. 
10 


Bu da onu göstərir ki, iqtisadiyyatda pulun miqdarı qədər 
kimi tədavül sürəti də əsas bir faktordur. 
Hər bir ölkə tarixi inkişafın nəticəsi olaraq çeşidli pullar 
tədavül etməkdədir. Bunlan iki əsas qrupa ayırmaq olar: 
1.
 
Qanuni  tədavül  mədıuriyyəti  olan v^ar.  Bu pullar, 
pul  olma  özəlliyim  qanundan  alır.  Ölkəmizdə  Müli  Bankm 
banknotlan qanuni tədavül məcburiyyəti olan pullardır. 
2.
 
Qanuni  tədavül  məcburiyyəti  olmayan  pullar. 
Bunlar  pul  olmaq  xüsusiyyətlərini  adət-ənənədən,  xalqın 
özünün  göstərdiyi  inamdan  alır.  Heç  kimsə  zorla  bu  cür 
pulları ödəmələrdə məcburən heç kimə qəbul etdirə bilməz. 
1.5.
 
PULUN TƏDAVÜL 
SÜRƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR 
Pulun tədavül sürəti, iqtisadi vahidlərin əllərində «yastıq 
altı» pul miqdarı tutmaları ilə əlaqədardır. Əgər hər kəs əlinə 
keçən pullan heç gözləmədən dərhal xərcləsə pulun tədavül 
surəti sonsuz dərəcədə böyük olardı.  Lakin insanlar əllərinə 
keçən pulları dərhal xərcləmirlər və bunlan çeşidli motivlərlə 
əllərində  tuturlar.  Pulun  bir  müddət  «yastıq  altı»  olaraq 
saxlaması, tədavül sürətinin azalmasına səbəb olur. 
İnsanlar  əllərində  üç  motiv  əsasında  pul  saxlayırlar. 
Əməliyyat, ehtiyat və spekulyasiyon. Tədavül sürətinə və ya 
İnsanların əllərində saxladıqları pul miqdarına təsir göstərən 
amillər aşağıdakılardır. 
1.
 
Ölkədəki pul və kredit qurumlarının inkişaf səviyyəsi 
və xalqın bunlardan istifadə etmə dərəcəsi: 
1.1.
 
borc vermə və investisiya imkanları; 
1.2.
 
borc vermə asanlığı. 
2.
 
Xalqın yığım və istehiak meyli. 
11 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə