Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   2   3   4   5   6   7   8   9   ...   49

3.
 
Ölkədəki ödəmə alətləri: 
3.1.
 
gəlirlərin əldə edilməsindəki sıxlıq; 
3.2.
 
gəlirlərin  əldə  edilməsi  və  xərclərin  ödənilməsin- 
dəki nizamlılıq; 
3.3.
 
zaman  və  miqdardan  asılı  olaraq  gəlir  və  xərclər 
arasındakı uyğunluq. 
4.
 
Pulun əl dəyişdirmə asanlığı. 
5.
 
İnsanların gələcək haqqındakı proqnozları; 
5.1  .gələcəkdəki  gəlirlər  və  qiymətlər  haqqındakı 
proqnozlar; 
5.2.
 
gələcəkdəki faiz həddi haqqındakı terminlər. 
1.6.
 
QIZIL PUL SteTEMİNİN 
MAHİYYƏTİ 
Qızd  pul  sistemi  (qızıl  standartlar)  bu  sistemin  ən 
mühüm xüsusiyyəti milli pulun dəyərinin tamamilə müəyyən 
bir  miqdar  qızıla  bağlanmış  olmasıdır.  Məsələn,  bir  ABŞ 
dollarının qarşılığının 0.88876 qr qızıl olması kimi. Bundan 
əlavə ikinci  önəmli  özəllik,  hər istəyənin  milli  pulu,  o pulu 
çıxaran banka verərək qızıla çevirə bilməsidir. 
Bu sistemdə əlində 10 dollarlıq banknotu olan şəxs ABŞ 
Mərkəzi  Bankına  müraciət  edəndə,  10  dollar  qarşılığında 
8.8867 qram qızıl ala bilər. Qızıl standartı sisteminin üçüncü 
özəlliyi,  bu  sistemi  tətbiq  edən  ölkələrdə  qızıl  ixracat  və 
idxalatınm tamamilə sərbəst olmasıdır. 
Qızıl standartı sisteminin üç ayn tətbiq forması vardır. 
Bu sistemdə qızıl külçə dərpxanə (pul çıxanlan yer) pul 
olaraq çıxanlır və bu pul əsl pul olaraq istifadə edilir. 
12 


Pulun dəyəri neçə qram qızıldan t^kil olunursa, o qədər 
qızılın  bazar  dəyərinə  bərabərdir.  İki  ölkə  pulunun  dəyişim 
nisbəti  isə,  hər  birinin  tərkibindəki  qızılm  miqdarma  görə 
müəyyən edilir. Məsələn, A ölkəsinin qızıl sikkəsi 3,5 qr. və 
B  ölkəsininki  7  qr.  olsun  (qızıllarm  eyni  əyarda  olduğunu 
qəbul  edək).  Bu  halda  A-ölkəsinin  çəkisi  B-ölkə-  sinin 
çəkisinin  yansı  dəyərindədir.  Bu  dəyər  arasındakı  fərqə 
«məzənnə» və ya «paritə» deyilir. 
Qızıl  külçə  sistemi  -  bu  sistemdə,  əvvəlki  sistemdə 
olduğu  kimi,  əsl  pul  yenə  qızıldır.  Ancaq  burada  qızılın 
tədavülü əvəzinə, qızılı təmsil edən banknotlar tədavül edir. 
Banknotlarm  qarşılıqlarının  nə  miqdar  qızıl  olduğu  təsbit 
edilmişdir.  Banknotları  istənilən  an  qızıla  çevirmək  imkanı 
var. 
Ancaq  Mərkəzi  Bank  banknot  əvəzinə  qızıl  istəyənlərə 
qızıl sikkə deyil, qızıl külçə verir. 
Qızıl valyuta standart - milli pul bu sistemdə qızıla bağlı 
deyil.  Ancaq  başqa  bir  ölkənin  qızıla  bağh  olan  puluna 
babdır.  Yəni  bu  sistemdə  qızıl  dönərlik  yerini,  başqa  bir 
ölkənin  pulu  olan  valyuta  dönərliyinə  buraxmaqdadır. 
Beləliklə  də,  milli  pul  dolayı  olaraq  qızıla  bağlı  olur. 
Məsələn,  4500m=l$  olaraq  təsbit  edilmişsə  və  1  dollar 
=0,88967  qr.  qızıl  isə,  4500  manat  0.88867  qramı  qədər 
anlamma  gəlməkdədir.  O  halda  əlində  manat  olan  hər  kəs 
bunu  nə  qızıl  sikkəyə,  nə  də  qızıl  külçəyə  çevirəcəkdir. 
Mümkün  olan  tək  şey,  manatı  əvvəlcə  dollara  çevirmək, 
sonra isə dollan qızıla çevirməkdir. 
Bu  gün  isə  dünyanın  demək  olar  ki,  heç  bir  Ölkəsində 
qızıl, pul qarşıhğı olaraq təsbit edilməyib. Yəni pullann qızıla 
çevrilə bilmə imkanı yoxdur. 
13 


1.7.
 
KAĞIZ PUL SİSTEMlNtN 
ÖZƏLLİKLƏRİ NƏDİR? 
Bu sistemdə kağız pulun qızıl standartında olduğu kimi 
qızıla  çevrilə  bilməsi  İmkanı  yoxdur.  Kağız  pulun  qızıl 
qarşılığı yoxdur. Kağız pul, pul olma özəlliyini, qanundan və 
dövlətin etibanndan almaqdadır. Kağız pul sistemində, kağız 
pul  əsl  puldur,  pulun  qızıl  qarşılığı  yoxdur  və  tədavülü 
məcburidir. Bu sistemdə: kağız pulun sərhədsiz borc ödəmə 
özəlliyi vardır; kağız pulun emissiyası sərbəst deyildir və bu 
səlahiyyət sadəcə Dövlətə və ya Mərkəzi Banka verilmişdir; 
bu pulun ölkə daxilində keçərliyi var, ancaq dünya üzrə kağız 
pulların çox az hissəsinin dollar, avro, və  s. bu kimi  pullar, 
başqa xaricdə ödəmə imkanı var. Kağız pul sistemində xarici 
borclar xaricə satılan mal və xidmətlərdən əldə edilən valyuta 
ilə ödənir. 
Bir  ölkənin  pulunun  xarici  dəyəri  o  ölkənin  xarici 
ölkələrlə olan mal və xidmət dəyişirainin lehinə və əleyhinə 
olmasına bağlıdır. 
Saönalma  gücü paritəsi.  İki  ayrı ölkənin kağız pulları 
arasındakı paritəni müəyyən etmək üçün, bunların satınalma 
güclərinin  diqqətə  alınması  İlə  ilkin  həll  forması  olaraq 
görünməkdədir.  Birinci  dünya müharibəsindən sonra  çeşidli 
pullar  arasında  yeni  paritələrin  qurulması  düşünülərkən, 
İsveçli iqtisadçı Qustav Cusselə görə, hər ölkənin satınalma 
gücündəki  dəyişikliklər  hesablanmalı  və  buna  əsasən  yeni 
paritələr  təsbit  edilməlidir.  Bu  görüşə  görə,  məsələn, 
müharibədən  əvvəl  bir  frank  bir  markaya  bərabərdisə  və  o 
zamandan  bəri  qiymətlərin  ümumi  səviyyəsi  Fransada  iki 
dəfə,  Almaniyada  isə  dörd  dəfə  artmışsa,  yeni  paritə  1 
frank=2 mark olaraq təsbit ediləcəkdir. 
14 


Təklif və tələb əyrisi. Xarici pulların qiymətləri (valyuta 
kursları) də hər hansı bir mahn qiyməti kimi təklif və tələbə 
görə müəyyən edilir. 
Heç şübhə  yoxdur ki,  valyuta təklif və tələbi  pulla- nn 
satınalma güclərinin təsiri altındadır. Məsələn, Azərbaycanda 
daxili  qiymətlər  düşərsə  Azərbaycan  manatına  olan  tələb 
artar,  çünki  xaricilər,  eyni  miqdarda  xarici  pul  ilə  artıq 
əvvəlkindən  daha  çox  Azərbaycan  malı  almaq  imkanı  əldə 
edir. 
1.8.
 
PUL TƏKLİFİ 
Bir  iqtisadi  sistemdə  müəyyən  bir  anda  tədavüldə  olan 
bütün  növ  pulun  məcmu  miqdarına  pul  takUfi  deyilir.  O 
halda, pul təklifi iqtisadiyyatın müəyyən bir zamanda sahib 
olduğu  məcmu  pul  miqdarını,  başqa  sözlə  desək  pul 
ehtiyatlarını ifadə edən bir anlayışdır. 
Bu  ehtiyat,  tədavüldə  olan  hər  cür  pul  miqdannı  əhatə 
edir.  Fərd,  firma  və  dövlətin,  yəni  iqtisadi  vahidlərin 
əllərində, kassalarında, evlərində olan bu pul miq- danna pul 
təklifi deyilir. 
İqtisadiyyatda  pul  miqdan  sabit  bir  göstərici  deyil. 
İqtisadiyyatm  ehtiyaclarına  görə,  pul  ehtiyatlarının  miqdan 
dəyişir. 
Pul təklifi =kağız pullar (banknotIar)+bank pulu. 
Kağız  pullar  Mərkəzi  Bank  tərəfindən  çıxarılır  və 
MB-nin  bazara  nağd  pul  sürmə  əməliyyatına  «emissiyon» 
deyilir. 
Bank  pulu  -  banklar  tərəfindən  yaradılan  puldur. 
Banklardakı  əmanət  və  depozit hesablan banklar tərəfindən 
yaradılan pulları təşkil edir. 
15 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə