Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   2   3   4   5   6   7   8   9   ...   49

xidmətin  deyil,  bütün  mal  və  xidmətlərin  qiymətləri 
yüksəlirsə,  bu  pulun  dəyər  itkisini,  əksinə  bütün  mal  və 
xidmətlərin  qiymətlərinə  düşürsə,  bu  da  pulun  dəyər 
qazandığını göstərəcəkdir. 
Pulun 
dəyərindəki 
dəyişiklikləri 
qiymətlərdəki 
dəyişikliklərə görə təsbit etmək lazımdır. 
Ancaq iqtisadiyyatda yüz minlərlə mal və xidmət alınıb 
satılmaqdadır və hər birinin ayn qiyməti vardır. Bunlann hər 
birindəki  qiymət  dəyişikliklərini  ayrı-ayrı  araşdırmaq 
imkansız və çətindir. Bunun üçün bütün mal və xidmətlərin 
qiymətləri yerinə müəyyən malların qiymətləri götürülür və 
malların önəmlərinə görə bunlara fərqli əhəmiyyət verilir. 
Mal və xidmətlərin istehlak qiymətlərinin toplu indeksi 
(1970=100) A ölkəsi 
İlbr
 
İndeks
 
İlbr
 
İndeks
 
İlbr
 
İndeks
 
1970
 
100
 
1978
 
169
 
1986
 
1230
 
1971
 
101
 
1979
 
199
 
1987
 
2550
 
1972
 
103
 
1980
 
240
 
1988
 
3488
 
1973
 
105
 
1981
 
312
 
1989
 
4369
 
1974
 
123
 
1982
 
343
 
1990
 
5708
 
1975
 
127
 
1983
 
397
 
1991
 
8678
 
1976
 
137
 
1984
 
492
 
1992
 
12144
 
1977
 
146
 
1985
 
750
 
1993
 
15388
 
İndeks sayları araşdırılanda görünəcək ki, A ölkəsinin 
pulu  indeksin  başlanğıc  ili  olan  1970-ci  illə  2001-ci  il 
arasında  150  dəfəyə  qədər  bir  dəyər  itkisi  ilə  üzləşmişdir. 
Buna misal olaraq 1983-cü illə 1984-cü il arasında pulun öz 
dəyərini  nə  qədər  itirdiyini  tapmaq  üçün  aşağıdakı 
hesablamam aparmaq lazımdır: 
492-397=95;  95-100/397=23,9.  O  halda,  1983-cü  illə 
1984-cü  il  arasında,  yəni  bir  ildə  A  ölkəsinin  pulu  öz 
dəyərini 23,9% itirmişdir. 
20 


1.13.
 
İQTİSADİYYATDA 
“İNFLYASİYA” HADİSƏSİNİN SƏBƏBLƏRİ 
İnflyasiya-əmtəə və xidmətlərə tələbin ümumi təklifdən 
artıqlığı  mühitində  qiymətlərin  artması  və  bunun  da 
müqabilində pul vahidinin dəyərsizləşməsi prosesidir. 
İnflyasiya dinamik bir prosesdir. Belə ki, iqtisadi sahədə 
baş verən dəyişikliklər mütamadi olaraq büdcənin tarazlığım 
pozur. Belə bir durumda əlavə pul emissiyası büdcə xərcləri 
hesabına  maliyyələşdirilən  tədbirlər  üçün  ən  asan  vəsait 
mənbəyi  olur.  Bu  proses  öz  növbəsində  dövriyyədə  olan 
pulun  miqdarını  artırır,  qiymətlərin  ümumi  səviyyəsini 
yüksəldir, yəni inflyasiya proseslərini daha da gücləndirir və 
nəticədə büdcənin tarazlığı yenidən pozulur. 
Struktur  inflyasiya-tələb  və  təklif  arasındakı  uyğun- 
sLizluqdan doğan və pul təkliflərindəki ifrat artımın törətdiyi 
inflyasiyadır. 
Tələb  inflyasiyası-iqtisadiyyatda  məcmu  təklifin  sabit 
qalması  şəraitində  məcmu  tələbin  artmasından  və  ya 
istehsalın artım sürətinin aşağı olmasından ortaya çıxır. Çünki 
qiymət 
artımı 
istehsalı 
stimullaşdınr. 
İstehsalın 
stimullaşdırılması  əmək  haqqının  səviyyəsini  yüksəldir. 
Əmək  haqqlarının  yüksəlməsi  alıcılıq  qabiliyyətini  artırır. 
Beləliklə,  mal,  xidmət,  həm  də  istehsal  malları  birjasında 
məcmu tələb artımı inflyasiyaya səbəb olur. 
İnflyasiyaya  yol  açan-səbəblərdən  biri  də  istehsal 
xərclərinin artmasıdır. 
Məlum  olduğu  kimi,  istehsal  prosesi-əmək,  kapital, 
təbiət  resursları  və  təşəbbüskardan  təşkil  edilir.  Nəticədə 
məsrəflər inflyasiyası bu istehsal amillərinin hamısının 
21 


və  ya  bir  neçəsinin  qiymətlərindəki  artımlarm  malların 
qiymətlərində əks etdirilməsi səbəbindən yaranır. 
Tədavül  dairəsində  əmtəə  və  xidmətlərlə  təmin 
edilməyən  artıq  pulun  olması,  onun  alıcılıq  qabiliyyətinin 
aşağı  düşməsinə  gətirib  çıxarır.  İnflyasiyanın  əsas  mənbəyi 
Mərkəzi  Bank  tərəfindən  tədavülə  buraxılan  əlavə  pul 
kütləsidir. 
Eyni zamanda, uzun müddətdə pul təklifındəki artımlar 
həm inflyasiyanı, həm də faiz dərəcələrini artırır. İnflyasiya 
səviyyəsini  aşağı  salmaq  üçün  pul  təklifinin  artım  nisbətini 
azaltmaq  məqsədəuyğundur.  İnflyasiya,  təklif  əskikliyindən 
deyil, pul bolluğundan ortaya çıxmaqdadır. 
Hazırda 
inflyasiyanın 
cilovlanması, 
ona 
qarşı 
mübarizənin konkret yollarının və müvafiq alətlərin seçilməsi 
sahəsində  toplanmış  kifayət  qədər  dünya  təcrübəsi, 
antiinflyasiya  siyasətinin  işlənib  hazırlanmış  nəzəri  əsasları 
mövcuddur. 
Antiinflyasiya  tənzimlənməsinin  vəzifələrindən  biri  də 
büdcə  kəsirinin  azaldılması  və  ləğv  edilməsidir. 
Özəlləşdirilən müəssisələrin səhmlərinin satılması inflyasiya 
tələbinin müəyyən hissəsini azaldır. İri miqyaslı özəlləşdirmə 
həyata keçirilmiş bütün ölkəbrdə belə nəticə əldə edilmişdir. 
İnflyasiya  əleyhinə  bir  vasitə  kimi  milli  valyutanın 
məzənnəsini  artırmaqdan  istifadə  edilir.  İnflyasiyanın 
qarşısının  alınmasında  vacib  amillərdən  biri  də  ücüz  kredit 
siyasətinin aradan qaldırılmasıdır. 
tnflyasiya-bir 
iqtisadiyyatda 
pul 
miqdannm 

iqtisadiyyatdakı mal və xidmət miqdarına nisbətən daha çox 
artımı  ilə  və  ümumi  qiymətlər  səviyyəsində  ortaya  çıxan 
davamlı bir artımın nəticədir. Bu davamlı artımın səbəbi də 
pul miqdarında meydana gələn artımdır. 
22 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə