Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   2   3   4   5   6   7   8   9   ...   49

Ancaq 
pul  miqdarında  artıma  paralel  olaraq 
iqtisadiyyatda mal və xidmət istehsalının artımı da müşahidə 
olunursa,  onda  bu  durumda  ümumi  qiymətlər  səviyyəsində 
bir artım ortaya çıxmayacaq. 
/ J.14. PUL SİYASƏTİNİN QARŞISINDA /
 
DURAN MƏQSƏDLƏR 
1973-cü  ildə  neft  böhranı  sonlarında  pul  siyasətinin 
vacibliyi  artmış  və  pul  siyasətinin  iqtisadiyyata  təsirini 
müdafiə  edən  Çikaqo  məktəbinin  (Monetarizm  məktəbi) 
görüşləri  bəzi  ölkələrin  hökumətləri  tərəfindən  qəbul 
edilmişdir.  Heç  şübhəsiz  pul  siyasətini  həyata  keçirən 
qurum-Mərkəzi Bankdır. 
Mərkəzi  Bank  pu!  təklifindən  istifadə  edərək  faiz 
dərəcələrini  də  dəyişdirə  bilir.  Faiz  dərəcələri  isə  bilindiyi 
kimi investisiya və yığım səviyyələri ilə təsir edir. 
Pul  siyasətinin  təməl  məqsədlərini  yeddi  başlıq  altında 
toplaya  bilərik.  Bunlar:  tam  məşğulluq;  iqtisadi  böyümə; 
qiymət  səviyyəsi;  tədiyə  balansında  tarazlıq;  faiz  nisbəti 
sabitliyi;  finans  bazarlarında  sabitlik;  valyuta  bazarlannda 
sabitlik. 
Tam məşğulluq. Pul siyasətinin məqsədlərindən biri tam 
məşğulluqdur. Lakin iqtisadiyyatda işsizliyi sıfır səviyəsində 
saxlamaq  çətindir.  Buradakı  hədəf,  əmək  bazarına  təklif 
edilmiş  olan  iş  gücü  miqdarının,  iş  gücü  tələbinə 
bərabərliyidir. 
İqtisadçılar bu işsizlik səviyyəsini təbii işsizlik səviyyəsi 
adlandırırlar.  Lakin  günümüzdə  hökumətlər  bu  nisbəti 
endirmək  üçün  müxtəlif  peşə  tədris  proqramlarını  həyata 
keçirirlər.  Azərbaycan  Respublikasında  ışsizhk  məsələsinin 
həlli  ilə  əlaqədar  çalışmaları  Əmək  v
.3 
Əhalinin  Sosial 
Müdafiəsi Nazirliyinin Baş Məşğulluq Mərkəzi apanr. 
23 


iqtisadi  böyümə.  İqtisadi  artım  ilə  tam  məşğulluğa 
çatmaq  məqsədləri  bir-biri  ilə  çox  əlaqədardır.  Çünki  artan 
məhsuldarlıq,  yeni  investisiyalar,  iqtisadi  böyümə  və  aşağı 
işsizlik deməkdir. 
Əgər ölkədə işsizlik yüksək, istehsal müəssisələrini tam 
gücü  ilə  işləmirsə,  şirkətlər  əlavə  investisiya  qoymayacaq. 
Bununla  belə  iqtisadi  artım,  şirkətləri  investisiya  qoymağa 
insanları  isə  yığım  toplamağa  stimullaşdırır.  İqtisadi  artım 
ikinci  dünya  müharibəsindən  sonra  iqtisadi  məqsəd  olaraq 
hökumətlər  tərəfindən  qəbul  edilən  təməl  pul  siyasətini 
əsaslarındandır. 
Qiymətlərin  sabitliyi.  İnflyasiya  istər  inkişaf  etmiş, 
istərsə  də  inkişaf  etməkdə  olan  ölkələrin  iqtisadi  və  sosial 
göstəricilərinə  mənfi  təsir  göstərir.  Bu  səbəbdən  də  pul 
siyasətinin  əsas  məqsədlərindən  biri  də  qiymət  sabitliyini 
təmin 
etməkdir. 
Çünki 
inflyasiya 
eyni 
zamanda 
iqtisadiyyatda 
qeyri-müəyyənlik 
deməkdir.  İnflyasiya 
mərhələsində  firmaların  qeyri-müəyyənlik  səbəbi  ilə  bağlı 
irəli  sürülən  qərarlar  vermələri  çox  çətindir.  Bu  isə  iqtisadi 
artıma mənfi təsir edən əsas səbəblərdən biridir. 
Faiz  nisbəti  sabitliyi.  Faiz  nisbətlərindəki  sabitlik, 
qiymət  sabitliyində  arzulanan  bir  haldır.  Çünki  faiz  nis- 
batindəki dalğalanmalar, qiymət sabitsizliyində olduğu kimi 
iqtisadiyyatda  da  qeyri-müəyyənliyə  səbəb  olur  və  irəli 
sürülən  planların  qurulmasını  və  qərarların  verilməsini 
çətinləşdirir. 
Faiz  səviyyələrindəki  ölkəmizin  bu  gün  çatdığı  iqtisadi 
dəyişiklik  içərisində  inşaat,  avtomobil  və  istehlak  mallarına 
yönələn tələblərə təsir edir. Bunlann tələb- lərindəki azalma 
isə iqtisadiyyatda daralma yaradır, 
Finans  bazarlarında  sabitlik.  Finans  bazarlarındakı 
sabitliyin  varlığı,  faiz  nisbətinin  sabitliyi  deməkdir.  Finans 
bazarlarında sabitliyin təminatçısı Mərkəzi Bankdır. 
24 


Valyuta bazarında sabitlik.  Xarici ticarət hər ölkə üçün 
vacibdir.  Bir  ölkənin  milli  pulunun  xarici  pullar  qarşısında 
həddən  artıq  dəyərlənməsi,  o  ölkənin  mallarının 
qiymətlərinin  beynəlxalq  bazarlarda  qiymətinin  artımına  və 
digər  ölkə  malları  ilə  rəqabətdə  ölkə  iqtisadiyyatına  iTiənfı 
təsir edər. 
1.15. PUL SİYASƏTİNİN 
ALƏTLƏRİ 
Pul  siyasətinin  alətləri.  Pul  siyasətini  həyata  keçirən 
Mərkəzi  Bankların 
istifadə  etdikləri  əsas  alətlər 
aşağıdakılardır: 
Mərkəzi Bank bu yolla kreditlərə tətbiq ediləcək diskont 
nisbətlərinə,  dolayısı  ilə  bankların  kredit  həcmlərinə  təsir 
edir. 
Məcburi  ehtiyat  normaları.  Bu  alətlə  Mərkəzi  Bank 
iqtisadi fəaliyyətə bilavasitə təsiretmə gücünə sahib olur. 
Banklar  topladıqları  əmanətin  bir  hissəsini  qarşılıqlı 
olaraq ayırmaqda, yerdə qalan hissəsini isə tələb edənlərə faiz 
qarşılığında  kredit  verir.  Bankların  topladıqları  əmanətə 
tətbiq olunan faiz dərəcələri yüksələn zaman banklarm resurs 
toplama xərclərinin də artmasına səbəb olur. 
Acıq  bazar  əməliyyatları.  Pul  siyasətinin  əsas 
alətlərindən  biridir.  Açıq  bazar  əməliyyatları  dövlət 
istiqrazları və ya xarici valyutanın Mərkəzi Bank tərəfindən 
alınıb satılmasıdır. 
Açıq  bazar  əməliyyatlarından  istifadə  edərək,  dövlət 
istiqrazı, xəzinə bonosu və ya valyutanın satın alınması ilə pul 
miqdarı genişlənir, yəni iqtisadiyyatda pul təklifi 
25 


artır. Əks təqdirdə, yəni Mərkəzi Bankın bono, istiqraz və ya 
valyuta satan halda pul miqdarı daralır. 
Diskont-bir  bankın  müddətindən  öncə,  bəlli  faiz  və 
komisyon  qarşılığında  sənədin  (vekselin)  ödənilməsi 
əməliyyatıdır. 
Bir  dəfə  diskont  edilmiş  sənədin,  ikinci  dəfə  diskont 
edilməsi əməliyyatına reeskont deyilir. 
Diskont  banklar  tərəfindən  fərd  və  firmalara  qısa 
müddətli  kredit  açdığı  halda,  reeskont  isə  Mərkəzi  Bank 
tərəfindən  banklara  açdan  qısa  müddətli  kreditdir.  Mərkəzi 
Bankın  reeskont  nisbətlərini  yüksəltməsi  kreditə  olan  tələbi 
azaldır. 
1.16. E-PUL  
E - pul şəxsdə olan elektronik alətə yüklənmiş bir finans 
dəyəri və ya fərdi fondu idarə edir. Elektror k alətə yüklənmiş 
bu  dəyər  hər  hansı  bir  şəxs  tərəfinr  ,>n  istifadə  edildikcə 
azalır  və  yüklənmiş  olan  dəyərin  qurtarması  nəticəsində 
təkrar dəyər yüklənməsi vacibdir. 
E-pul istifadəsinin üstünlükləri. Avantaclar (üstünlük) 
içində  ən  əsası  gün  boyunca  apanlan  əməliyyatlar  sırasında 
gecikmiş  və  ya  xətalı  ödəmələr  səbəbindən  doğa  biləcək 
finansial risklərin azaldılması və ya aradan qaldınimasıdır. 
H-pulun saxladığı digər bir avantac isə çox çeşidli ödəmə 
imkanları  saxlanması  və  ödəmələrin  üz-üzə  aparılması 
məcburiyyətinin  ortadan  qalxmasıdır.  Fərdi  ödəmə  yerində 
olması  məcburiyyətinin  ortadan  qalxması  isə  istehlakçıların 
daha çeşidli və çox miqdarda alım aparması və ya apardıqları 
alımla  bağlı  ödəmələrini  zamanında  ödəməsinə  yol  açır. 
E-pulun fərdlər 
26 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə