Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   2   3   4   5   6   7   8   9   10   ...   49

xaricində. E-puldan istifadə edən və ödəmələrdə E-pul ;əbul 
edən qurumlara da çeşidli üstünlük saxlayır. Ä.yrıca gərəkli 
düzənləmələrin aparılması təqribən, qurumların vergi, sığorta 
və ya gömrük ödəmələri kimi qanuni öhdəliklərinin də yerinə 
yetirilməsində  rahatlıq  yaradacaq  və  bu  ödəmələrin 
zamanında aparılmasını asanlaşdıracaqdır. 
E-  pulun  ortaya  çıxara  biləcəyi  risklər.  E-pulun 
istifadəsinin  əsas  üstünlükləri  ilə  bərabər  riskləri  də  vardır. 
İnkişaf  etmiş  ölkənin  mütəxəssisləri  tərəfindən  hazırlanmış 
hesabatda  ölkə  iqtisadiyyatı  üçün  ən  əsas  təhlükə  pulun 
istifadəsində  vergidən  yayınma  hallarıdır.  E-pul  yolu  ilə 
vergidən yayınma təhlükəsi, E-pulun saxladığı əsas üstünlük 
ödəmələrin  üz-üzə  olmadan  apanimasıdır.  E-pulun 
istifadəçilərdə  yaradacağı  risklərdən  biri  də  istifadə  edilən 
kompüter  şəbəkələrinə  qanunsuz  yollarla  müdaxilə 
edilməsidir. Buna əlavə olaraq, sistemin elektrik enerjisinin 
kəsməsi, xətt çatışmamazlığı və digər səbəbdən çalışmaması 
və  ya  keçici  olaraq  çökməsi,  E-pul  olaraq  əldə  tutulan 
miqdarların  istifadə  edilməməsinə,  ödəmələrin  istənildiyi 
anda  aparümamasma  yol  aça  bilər.  Bu  risk  indiki  anda 
istifadə edilən ödəmə alətlərində də görünür və daşıdıqlan bu 
risk E-pul ilə qarşılaşdığında daha yüksəkdir. E-pulun ortaya 
çıxaracağı bir başqa risk isə məxfiliklə bağlıdır. 
Kredit  kartından  istifadə 
etmənin  üstünlükləri 
aşağıdakılardır: yetərli qədər nağd pul daşımamaq, uyğun bir 
mal  və  ya  xidmətin  satınalınması  zamanı  böyük  miqdarda 
pulun  itirilmə  və  ya  oğurlanma  riskini  ortadan  qaldırır; 
beynəlxalq  köçərli  kart  sahibinin  xaricə  gedərkən  valyuta 
daşıma  məcburiyyətinin  olmaması,  kartlardan  nağd  çəkmə 
imkanı  olması,  təklif  edilən  bəzi  xidmətlərdən  aşağı 
qiymətlərlə yararlanması və bunlara bənzər bir çox güzəşt və 
imkanlardır. 
27 


II
 
BÖLMƏ 
KREDİT VƏ FİNANS 
XİDMƏTLƏRİ ALƏTLƏRİ 
2.1. KREDİT 
Kredit 

bağlanmış  müqaviləyə  uyğun  olaraq 
qaytarılmaq,  müəyyən  müddətə  (müddətin  uzadılması 
hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, 
təminatla və  ya təminatsız müəyyən məbləğdə borc verilən 
pul  vəsaitidir.  Həmin  şərtlərlə  pul  vəsaitinin  verilməsi 
haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, 
borc qiymətli kağızlarının dis- kontla və ya faizlər alınmaqla 
satın  alınması  və  müqaviləyə  əsasən  hər  hansı  formada 
verilmiş  vəsaitin  qaytarılmasını  tələb  etməklə  bağlı  digər 
hüquq da kredit anlayışına aiddir. 
Kredit - pul ilə ödəmə vədinin dəyişdirilməsidir. 
Kredit  etimada  və  ya  təminata  söykənən  bir 
əməliyyatdır. Kredit qənaət edilən pulların bazara axmasına, 
malların ən faydalı şəkildə istifadəsinə kömək edir. 
Kredit  əldəki  pul  ilə  gələcəkdə  ələ  keçəcək  pulun 
mübadiləsidir. Kredit verən pul verib, ödəmə vədi almaqda, 
kredit  alan  pul  alıb  ödəmə  vədi  verməkdədir.  Pul  sonsuz 
likvid  olduğuna, pul  ilə  istənilən mal və xidmət  satın alına 
bildiyinə görə, kredit, kredit verənin bu gün mal və xidmət 
satınalmaqdan  əl  çəkərək  gələcəkdə  mal  və  xidmət 
satınalmasını,  kredit  alanın  gələcəkdə  mal  və  xidmət 
satınalmaqdan əl çəkərək bu gün mal və xidmət satınalmasını 
mümkün edir. 
28 


Kredit  gələcək  gəlirlər  hesabına  xərcləmək  imkanı 
verməklə  yanaşı,  İqtisadiyyatda  satınalma  gücünün 
artmasına, mübadilə həcminin genişlənməsinə səbəb olur. 
2.2.
 
KREDİTİN ƏSAS 
PRİNSİPLƏRİ 
Kredit  münasibətləri  zamanı  tərəflər  müəyyən 
prinsiplərə  riayət  etməlidirlər.  Kreditin  qaytarılmalı  olması 
onun  mahiyyətindən  irəli  gəlir,  yəni  verilən  vəsait  geri 
qaytarılmalı  olmasa  o,  heç  kredit  adlanmazdı.  Bir  iqtisadi 
kateqoriya  kimi  kredit  əmtəə-pul  münasibətlərinin  digər 
iqtisadi  kateqoriyalarından  bilavasitə  bu  xüsusiyyəti  ilə 
fərqlənir. Bazar münasibətləri şəraitində bu xüsusiyyət daha 
kəskin  xarakter  daşıyır.  Kreditin  qaytarılmalı  olması  borc 
alanda və borc verəndə ciddi maddi məsuliyyət aşılayır. 
Qaytarılmalı  məfhumu  mücərrəd  xarakter  daşıdığından 
kredİtləşmə prosesində bu məfhum daha dəqiqləşdirilir. Yəni 
kredit  müddətlilik  prinsipi  əsasında  həyata  keçirilir.  Bu  o 
deməkdir  ki,  kredit  konkret  müəyyən  olunmuş  müddətlərdə 
qaytarılmalıdır.  Müddətlilik  prinsipi  onu  tələb  edir  ki,  borc 
vəsaiti  borc  alanın  dövriyyəsində  müəyyən  müddət  iştirak 
etməlidir  və  bu  müddət  başa  çatdıqdan  sonra  o  geri 
qaytarılmalıdır. 
Müddətlilik - yəni borcun əvvəlcədən müəyyən edilmiş 
müddətdə  geri  qaytarılması  -  borcdan  səmərəli  istifadə 
olunduğunu  göstərir.  Kreditin  müəyyən  olunmuş  müddətdə 
geri qaytanlmaması əsassız olaraq müəssisənin dövriyyəsində 
borc  vəsaitinin  iştirakından  xəbər  verir  və  pul  tədavülünə 
mənfi təsir göstərir. 
29 


Bankların  kommersiya  prinsipləri  əsasında  fəaliyyət 
göstərdiyi bir şəraitdə bu prinsipin əhəmiyyəti daha da artır. 
Kreditin ödənilmə müddətləri tərəflər arasında bağlanan 
müqavilədə əks olunur. Müddətlilik prinsipinə əməl etməyən 
borc  alanlara  iqtisadi  sanksiyalar  tətbiq  edilir  -  əsasən  faiz 
səviyyəsi  yüksəldilir  və  gələcək  kreditləşmədə  borcalanın 
intizamsızlığı nəzərə alınır. 
Kreditin vacib prinsiplərindən biri onun faizli olmasıdır. 
Bu o deməkdir ki, kredit nəinki müəyyən olunmuş müddətdə 
tam qaytarılmalıdır. Həmçinin kreditdən istifadəyə görə faiz 
ödənilməlidir. 
Kreditin  ödənicli  olması-borcalanda kreditdən səmərəli 
istifadə  etmək  məsuliyyəti  aşılayır,  onda  daxili  resursları 
artırmaq  marağı  oyadır.  O,  kreditdən  elə  istifadə  etməyə 
çalışmalıdır  ki,  əldə  etdiyi  nəticə  nəinki  kreditin  geri 
qaytarılmasını, həmçinin kreditə ,görə faizlərin ödənilməsini 
təmin etsin və özünə gəlir gətirsin. 
Ödəndik  kreditor  üçün  də  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Kreditor ödənclilik əsasında öz müstəqilliyini və gəlirliliyini 
təmin edir, resurslarını artırır. 
Ödəncliliyin  iqtisadi  mahiyyəti  ondadır  ki,  kreditdən 
istifadə  nəticəsində  əldə  edilən  gəlir  borcalan  ilə  kreditor 
arasında bölüşdürülür. 
Ssuda kapitalına görə əldə edilmiş illik gəlirin verilmiş 
kreditin məbləğinə nisbəti kimi müəyyən edilən ssuda faizi 
norması kredit resurslarının qiyməti kimi meydana çıxır. 
Bank  kreditinə  görə  faiz  dərəcələri  müəyyənləşdiri- 
lərkən  aşağıdakılar  nəzərə  alınmalıdır;  faiz  şəklində  gəlir 
gətirən kredit qoyuluşu və digər aktiv əməliyyatların həcmi; 
bankın öz müştərilərinə depozit hesablara 
30 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə