Iqtisadiyyatında "Maliyyə-kredit"



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix17.09.2018
ölçüsü1,29 Mb.
#69027
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

görə  verdiyi  orta  faiz  dərəcəsi;  bankın  aktiv  əməliyyatları 
üzrə faiz dərəcəsi; bankın kredit resurslarının quruluşu; bank 
kreditlərinə  olan  tələb  və  təklif;  kreditin  təminatlılığmdan 
asılı olaraq risk səviyyəsi; inflyasiya prosesinin tempi ölkədə 
pul tədavülünün stabilliyi; istehsalın mövsümiliyi və s.; 
Kreditin  vaxtında  və  tam  qaytarılması  şərtlərindən  biri 
də  kreditin  təminatlı  olmasıdır.  Təminatlıhq  prinsipi  kimi 
kreditin  ödəniş  vaxtı çatarkən, kredit ödənilmə-  dikdə onun 
ödənilməsini  təmin  edən  faktor  başa  düşülür.  Əvvəllər 
kreditin  təminatı  kimi  əsasən  mal  materiallarından  istifadə 
edilirdi,  yəni  kreditlər  vaxtında  Ödənilmədikdə  kreditor  öz 
borcunu  və  faizlərini  həmin  maddi  qiymətlilərin 
reallaşdırılması 
vasitəsilə 
təmİn 
edirdi. 
Bazar 
münasibətlərinə keçid kreditin bu prinsipinin də mahiyyətini 
dəyişdirmişdir. Son illərə qədər kreditin təminatlılığı dedikdə 
onun  maddi  qiymətlilərlə  təmin  olunması,  yəni  kredit 
müqabilində  onun  dövriyyəsində  material  qiymətliləri 
mövcudluğu  başa  düşülürdü.  Bazar  münasibətlərinə  keçidlə 
əlaqədar  təminatm  digər  formalarından  ödəmə  qabiliyyətli 
müştərilərin zəmanəti, sığorta polisi və s.-dən istifadə edilir. 
Təminatlıhq  borcun  vaxtında  və  tam  ödənilməsinin 
qarantı olmaqla borc alanın kreditora verdiyi hüquqi cəhətcə 
rəsmiləşdirilmiş öhdəlik forması xarakteri daşıyır. 
Kreditləşmə 
prosesində 
differensial 
münasibət 
prinsipindən də istifadə edilir. Bu prinsip əvvəllər borcalan- 
ların  yaxşı  və  pis  işləməsindən  asılı  olaraq  tətbiq  edilirdi. 
Yaxşı işləyən müştəri güzəşth qaydada kreditləşdiri- lir, pis 
işləyənlərə isə kredit cəzaları tətbiq edilirdi. 
Hal-hazırda  kreditləşmə  müştərinin  kredit  qabiliyyəti 
əsasında həyata keçirilir. Bü prinsipə görə kredit 
31 


ehtiyacı olan müştərilərə deyil, kredit qabiliyyətli müştərilərə 
verilir. 
2.3.
 
KREDİTİN FUNKSİYALARI 
I.
 
Yenidən  bölüşdürmə  funksiyası.  Yəni  kreditorun 
sərbəst vəsaiti başqa əraziyə, başqa iqtisadi sahəyə keçə bilir. 
II.
 
Tam dəyərli pulların kredit pulları Uə əvəzlənməsi 
Kreditorla 
borcalan 
arasında 
bağlanan 
kredit 
sövdələşmələri  dəyərin  yenidən  bölgüsü  mərhələsində 
meydana gəlir. Mübadilə prosesində müvəqqəti sərbəst olan 
dəyər borcalana verilir, sonra isə öz sahibinə qaytarılır. Kredit 
üçün səciyyəvi olan bu proses onu göstərir ki, kreditin ilk və 
köklü  funksiyası  yenidən  bölgü  funksiyasıdır.  Formasından 
asılı olmayaraq bütün hallarda dəyərin yenidən bölgüsü baş 
verir. Kredit vasitəsilə resursların yenidən bölgüsü müxtəlif 
səviyyələrdə baş verir. Kredit münasibətlərinin subyekti olan 
müəssisələrin  səviyyəsində  baş  verən  dəyərin  fərdi  dövranı 
və  dövriyyəsi  çərçivəsində  mal-material  qiymətliləri  və  pul 
vasitələri  yenidən  bölünür.  Ümumiqtisad  səviyyəsində  isə 
dəyərin  hərəkəti  kredit  vasitəsilə  məcmu  məhsulun,  milli 
gəlirin yenidən bölgüsündə təzahür edir. 
Kreditin  ikinci  funksiyası  həqiqi  pulların  kredit 
əməliyyatları  ilə  əvəzlənməsi  vasitəsilə  tədavül  xərclərinə 
qənaət edilməsidir. Müasir iqtisadiyyatda bu cür əvəzlənmə 
üçün  zəruri  şərait  mövcuddur.  Mal  və  xidmətlərə  görə 
nağdsız  hesablaşmalarla  əlaqədar  pulların  bir  hesabdan 
köçürülməsi,  qarşılıqlı  borcların  ödənilməsi,  qarşılıqlı 
ödəmələrin  yalnız  saldosunun  (qalığının)  köçürülməsi  nağd 
pul  ödəmələrini  azaltmaq  üçün  pul  dövriyyəsi  quruluşunu 
yaxşılaşdırmaq imkam yaradır. 
32 


Kreditin mühüm funksiyası kapitalın təmərküzləşməsi və 
mərkəzləşməsinin  sürətləndirilməsi  funksiyasıdır.  Kredit 
mexanizminin  vasitəsilə izafi  dəyərin  kapitallaşması  prosesi 
daha  sürətlə  baş  verir.  Kapitalın  təmərküzləşməsinin  güclü 
amili  kimi  çıxış  etməklə  kredit  fərdi  yığımın  hüdudlarını 
genişləndirir.  Kreditin  köməyi  ilə  bir  fərdin  kapitalı  onlara 
digər fərdlərin kapitallarını əlavə etməklə artırılır. Bu mənada 
kredit fərdi müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi və 
yeni  şirkətlərin  yaradılması,  inhisarların  və  beynəlxalq 
şirkətlərin  meydana  gəlməsi  amillərindən  biridir.  Məhz 
kapitalların mərkəzləşdirilməsi mexanizmi kimi çıxış etməklə 
kredit  rəqabətin  güclü  vasitəsinə  çevrilir.  Çox  vaxt  iri 
şirkətlər,  kiçik  şirkətlərə  nisbətən  daha  münasib,  yüngül 
şərtlərlə kreditləşdirilir. 
2.4.
 
KREDİTİN FORMA VƏ NÖVLƏRİ 
Kreditləri  verən  və  alan  şəxslərə,  sektorlara,  kreditin 
istifadəsinə,  məqsədinə,  təminatına  və  müddətinə  görə 
kreditləri belə qruplaşdırmaq mümkündür. 
1)
 
krediti  verən  qurumlar  bank  kreditləri  və  qeyri-  bank 
kreditləri,  alan  qurumlar  isə  özəl  sektora  açılan  kreditlər, 
dövlət sektoruna açılan kreditlər
2)
 
iqtisadi  sektorlara  görə  kreditlər  -  kommersiya 
kreditləri,  kənd  təsərrüfatı  kreditləri,  sənayeyə  açılan 
kreditlər,  inşaat  sektoruna  açılan  kreditlər  şəklində  ayıra 
bilərik.  Kreditin  iqtisadi  sektorlar  arasında  paylanmasının 
iqtisadi  inkişaf  və  sosial  ədalət  baxımından  böyük  önəmi 
vardır; 
3)
 
kreditdən  istifadə  məqsədlərinə  görə  -  istehlaka  və 
istehsala açılan kreditlərlərə bölünür. İstehlak xərc 
33 


lərini  qarşılamaq  məqsədilə  alınan  kredit,  kredit  alanın  cari 
gəlirindən ayıracağı pul ilə geri ödənilir. 
Bu ödəmənin həyata keçirilməsi kredit alanın gələcəkdə 
gəlir və xərc durumundan asılıdır. 
İstehsalı  maliyyələşdirmək  üçün  alanın  kredit  istehsal 
edilən malların satışından əldə edilən satış gəliri ilə kreditdən 
istifadə  etdiyi  əməliyyatdan  əldə  təminata  görə  kreditlər  iki 
yerə bölünür təminatlı və təminatsız qazanc ilə qarşılanır; 
4)
 
təminata  görə  kreditləri  təminatlı  və  təminatsız 
kreditlər  olmaq  üzrə  ikiyə  ayırdıqdan  sonra,  təminatlı 
kreditlər  zəmanət  əmtəə,  sənət,  ipoteka  qarşılığı  açılan 
kreditlərə bölünür. 
5)
 
müddətlərinə  görə  kreditlər-qısa,  orta,  və  uzun 
müddətli kreditlərə bölünür. 
Kreditin  iki  əsas  forması  mövcuddur:  kommersiya  və 
bank krediti. 
Kommersiya  krediti-z^mam
  kreditor  kimi  təsərrüfat 
subyektləri, yəni müəssisə, firma, şirkətlər çıxış edir. Kreditin 
bu forması bir mal istehsalçısının və yaxud malı topdan satan 
müəssisənin  digər  müəssisəyə  mal  və  xidmətin  nisyə  satışı 
zamanı  meydana  gəlir.  Deməli,  kommersiya  kreditinin 
əsasında satıcı müəssisənin əmtəə dəyərinin ödənilməsi üzrə 
möhlət verməsi və müəyyən edilmiş müddət keçdikdən sonra 
əmtəə dəyərini ödəmək öhdəliyi kimi alıcı müəssisənin veksel 
verməsi  durur.  Bu  səbəbdən  kommersiya  kreditinə  veksel 
krediti  də  deyilir.  Göründüyü  kimi  kommersiya  kreditinin 
obyekti  dəyərin  əmtəə  formasıdır,  aləti  isə  kommersiya 
vekselidir.  O,  əsasən  qısamüddətli  (1  ilə  qədər)  səciyyə 
daşıyır. Onun iştirakçıları təsərrüfat fəaliyyətinin subyektləri 
olduğundan  kommersiya  krediti  topdansatış  münasibətləri 
tətbiq olunur. Kommersiya krediti daxi- 
34 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə