İradə Rəsuli



Yüklə 217,27 Kb.
Pdf görüntüsü
tarix20.08.2018
ölçüsü217,27 Kb.
#63754


International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

УДК 821.321 



 

İradə Rəsuli 

filologiya üzrə fəlsəfə doktoru,  

“Ədəbiyyat və Azərbaycan dili” kafedrasının dosenti,  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  

 

Ирада Расули  

доктор философии по филологическим наукам,  

доцент  кафедры "Литература и Азербайджанский язык",  

Азербайджанский Государственный Университет 

 Культуры и Искусств 

 

AZƏRBAYCAN MÜHACIRƏT ƏDƏBIYYATI VƏ ONUN TƏŞƏKKÜLÜ 

МИГРАЦИОННАЯ ЛИТЕРАТУРА АЗЕРБАЙДЖАНА И ЕЕ 

ФОРМИРОВАНИЕ 

 

Mücərrəd:  1909-1920-cu,  1920-1941-ci,  1941-1991-ci  illər,  1991-ci  ildən 

indiyədək  olan  mərhələlərdə  Azərbaycan  mühacirət  ədəbiyyatı  və  onun  təşəkkülü 

haqqında  araşdırmalar  aparılmışdır.  Azərbaycan  müstəqillik  qazanandan  sonra, 

mühacirətşünaslığı özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 



Açar  sözlər:    Mühacirət, Azərbaycan mühacirəti, Vətən, “Vətən” Cəmiyyəti, 

Azərbaycan mühacirət ədəbiyyatı, dünya azərbaycanlıları. 

 

Аннотация:  Проведено  исследование  миграционной  литературы 

Азербайджана  и ее формирование в  1909-1920, 1920-1941, 1941-1991 годах, и 

начиная  с  1991  года  по  настоящий  момент.  Азербайджан  после  приобретение 

независимости, миграционная литература  перешла в новый развитой этап. 



Ключевые  слова:  Миграция,  миграция  Азербайджанцев,  Родина, 

Общество «Родина», Миграционная литература Азербайджана, азербайджанцы 

всего мира. 



International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

 

       Azərbaycan  mühacirət  ədəbiyyatı  Azərbaycanın  daxilində  yaranan  ədəbiyyat 

qədər  qədim  və  zəngindir.XX-XXI  əsrlərdə  Azərbaycanın  bir  sıra  qələm  sahibləri 

müxtəlif səbəblər üzündən vətəndən kənarda yaşamaqlarına baxmayaraq, Azərbaycan 

ədəbiyyatını  inkişaf etdirmişlər.Öncə  qeyd  edək  ki,  mühacirətşünaslıq  müstəqil  elm 

sahəsi  kimi  XX  əsrin  sonlarında  təşəkkül  tapsa  da,  Azərbaycan  mühacirətinin 

öyrənilməsi 

tarixi 


daha 

əvvəllərdən-həmin 

əsrin 

20-30-cu 



illərindən 

başlayır.Azərbaycan  mühacirət    ədəbiyyatının  inkişafını  əsasən  dörd  mərhələyə 

ayırmaq olar: 

        1.1909-1920-cu illər mərhələsi. 

Bu  illərdə  çar  hökuməti  Qafqazda  bəzi  islahatlar  həyata  keçirirdi.Bu 

islahatlarla  əlaqədar  hökumət  Azərbaycanın  azad  fikirli  övladlarının  fəaliyyətinə 

güclü nəzarət edirdi.Bu səbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk etməyə 

məcbur  oldular.Sözü  gedən  mərhələdə  Azərbaycan  mühacirət  ədəbiyyatının  əsası 

qoyuldu  və  bu  dövrün  nümayəndələri  mühacirət  ədəbiyyatı  ideologiyasının 

formalaşmasına  böyük  təsir  göstərdilər.Bu  mərhələnin  görkəmli  nümayəndələri 

sırasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məmməd Əmin Rəsulzadənin 

adını  çəkmək  olar.M.Ə.Rəsulzadə  İranda  yaşadığı  müddətdə  Şərqdə  ilk  Avropa 

standartlarına  uyğun  “İrani-novin”  qəzetinin  nəşrinə  başlamışdı.Bu  qəzetdə  onun 

ədəbi məqalələri , şeirləri və tərcümələri nəşr olunurdu.Ə.Hüseynzadə və Ə.Ağaoğlu 

bu dövrdə İstanbulda yaşayırdılar, “Türk ocağı” , “İttihad və tərəqqi” cəmiyyətlərində 

fəaliyyət göstərirdilər. 

        2.1920-1941-ci illər mərhələsi. 

Bu  dövrün  nümayəndələri  olmuş  ədəbi  simalardan  Məmməd  Əmin 

Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin, Ə.Yurdsevərin, Ə.Topçubaşovun, Yusif 

Vəzir Çəmənzəminlinin, Ceyhun Hacıbəylinin, Əhməd Cəfəroğlunun, H.Baykaranın , 

Almas  İldırımın  və  başqalarının  adlarını  çəkmək  olar.Bu  mərhələdə,  daha  dəqiq 

desək,  1924-cü  ildə  M.Ə.Rəsulzadə  İstanbulda  Azərbaycanlıların  Milli  Mərkəzini 

yaratdı.Azərbaycan  mühacirət  ədəbiyyatının  bütün  nümayəndələri  bu  mədəni 



International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

mərkəzin  üzvləri  idilər.  Onlar  əmin  idilər  ki,  Azərbaycanın  müstəqilliyi  uğrunda 

mübarizə  həm  siyasi,  həm  də  mədəni  istiqamətlərdə  aparılmalıdır.Mühacirət 

ədəbiyyatının  inkişafında  M.Ə.Rəsulzadənin  müstəsna  rolu  vardır.Mirzə  Bala 

Məmmədzadə qeyd edirdi ki, M.Ə.Rəsulzadənin İstanbula gəlişinə qədər Azərbaycan 

mühacirət  ədəbiyyatı  xaotik  vəziyyətdə  idi.O,  Türkiyədə  və  Avropanın  digər 

bölgələrində  yaşayan  azərbaycanlıları  bir  amal  ətrafında  birləşdirməyə  nail 

oldu.1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət 

ədəbiyyatının  inkişafına  təkan  verdilər.Bu  dövrün  nümayəndələrinin  əsərləri 

Türkiyədə,  Avropanın  bir  çox  ölkələrində  çap  olunur  və  yayılırdılar.”Yeni 

Qafqaziya”, “Azəri-Türk” ,”Odlu-Yurd”, “Azərbaycan yurd bilgisi”, “Qurtuluş” kimi 

jurnallar,  “Bildiriş”  ,  “İstiqlal”  və.s  kimi  qəzetlər  Avropanın  müxtəlif  şəhərlərində 

nəşr olunurdu. 

        3.1941-1991-ci illər mərhələsi.  

Bu  mərhələnin  başlanğıcı  Böyük  Vətən  Müharibəsinin  başlanması  ilə  eyni 

vaxta düşmüşdür.Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi 

səbəblər  üzündən  vətənə  dönə  bilməmişdilər.Sovet  hökuməti  almanlara  əsir  düşmüş 

sovet  əsgərlərinin  sonradan  alman  kəşfiyyat  orqanlarına  xidmət  etdiklərini  zənn 

edirdi.Ona  görə  də  əsirlikdən  vətənə  dönən  əsgərlərin  bir  çoxu    ya  yenidən  sürgün 

olunur,  ya  da  həbs  olunurdular.Onların  arasında  müharibədən  sonra  Sovet  Ittifaqına 

dönməyərək  xaricdə  yaşayan  və  Azərbaycan  mühacirət  ədəbiyyatının  gələcək 

inkişafını müəyyənləşdirən yazıçı və şairlər də var idi.Əvvəlki dövrlərlə müqayisədə 

bu  dövrün  yaradıcı  potensialı  o  qədər  də  böyük  deyildir.Lakin  bütün  çətinliklərə 

baxmayaraq, mühacir ədiblərin bu nəsli də Azərbaycan ədəbiyyatının inkişafında az 

iş görməmişdir.Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan” Azərbaycan” 

qəzetində,  həmçinin  Türkiyə  mətbuatında  işıq  üzü  görürdü.Ən  görkəmli 

nümayəndələri  M.Kəngərli,  A.Dağlı,  S.Təkinər  və  başqaları  hesab  olunurlar.Seyid 

Cəfər  Pişəvəri,  Məhəmməd  Biriya,  Həmzə  Fəthi,  Hökumə  Billuri,  Balaş  Azəroğlu, 

Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Həmid Nitqi və başqa yazıçı və şairlər İran 

hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi 

isə Şimali Azərbaycana mühacirət etmişdilər.Bu proses 1945-1946-cı illərdə Cənubi 



International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

Azərbaycanda  Milli  Hökumətin  süqutundan  sonra  baş  vermişdi.Bununla  da 

Azərbaycan  ədəbiyyatında  “Cənub  mövzusu”  yaranmağa  və  inkişaf  etməyə  başladı. 

İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas 

mövzular idi. 

        4. 1991-ci ildən indiyədək olan mərhələ. 

1990-cı illərdə Azərbaycanı tərk edən və mühacirətdə ədəbi fəaliyyətlə məşğul 

olan  yazıçıların  sırasında  aşağıdakıların  adlarını  çəkmək  olar:  Nuridə  Atəşi,  Azər 

Əbilbəyli,  Vüqar  Dəmirbəyli  (hər  üçü  Almaniya),  Əli  Əkbər  (İsveçrə)  və.s.  Əgər 

milli mühacirətşünaslığımızın təşəkkül mərhələsi M.B.Məhəmmədzadənin şərəfli adı 

və  fəaliyyəti  ilə  bilavasitə  bağlıdırsa,  sözügedən  yeni  mərhələsi,  heç  şübhəsiz,  ilk 

növbədə  ,  Elçinin,  rəhbəri  olduğu  “Vətən”  Cəmiyyətinin  və  bu  cəmiyyətin  mətbu 

orqanı  ”Odlar  yurdu”  qəzetinin  adı  və  fəaliyyəti  ilə  səciyyələnir  [1].Azərbaycan 

mühacirət  ədəbiyyatının  araşdırılmasını  və  ədəbi  prosesə  cəlb  edilməsini 

ədəbiyyatşünaslıq  elmimizin  və  ədəbi  tənqidimizin  mühüm  vəzifələrindən  biri  kimi 

irəli sürən  xalq yazıçısı Elçin yazırdı: “Hissə qapılmadan, “mühacirətdə nə yazılıbsa, 

hamısı  əladır!”  –kimi  prinsiplə  yox,  obyektiv  elmi-nəzəri  meyarlarla  aparılan 

araşdırmalar  nəticəsində  xalqımızın  uzun  müddət  ayrı  düşmüş  mənəvi  sərvəti,  təbii 

ki,  özünə  qaytarılmalıdır”  [2].  Ümumiyyətlə,  Vətən  vəfadarlığı,  əlbəttə,  böyük 

məsuliyyət  hissi,  borc  duyğusu  yaradır:həmvətənlər  Vətənin  vəfadarlığına  eyni 

vəfadarlıqla  da  cavab  verməli,  Vətənə  yaxınlaşmaq,  vətənin  sevincini  bölüşmək, 

kədərinə şərik çıxmaq naminə vətəndaşlıq qeyrəti göstərməlidirlər [3]. 

Respublikamızda  baş  verən  ictimai-siyasi  hadisələri  müntəzəm  izləyən 

mühacirlərin  böyük  əksəriyyətində  Azərbaycanda  cərəyan  edən  hadisələri  obyektiv 

qavramaq və ona real münasibət bəsləmək meyli yaranmışdır [4]. 

Yeri  gəlmişkən  qeyd  edək  ki,  Dünya  Azərbaycanlılarının  I  Qurultayı 

ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  ilə  2001-ci  ildə,  II  qurultay  Prezident 

İlham  Əliyevin  Sərəncamına  əsasən  2006-cı  ildə,  III  qurultay  2011-ci  ildə,  IV 

qurultay  isə  2016-cı  ilin  iyunun  3-də  keçirilib.İki  gün  davam  edən  Dünya 

Azərbaycanlılarının IV qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və 

qonaq  iştirak  etdi.Hazırda  dünyada  462  diaspor  təşkilatı  fəaliyyət  göstərir.Bu  gün 



International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

International Scientific Journal “Internauka” 

http://www.inter-nauka.com/ 

dünyada  ölkəmizin  92  diplomatik  nümayəndəliyi  və  62  səfirliyi  fəaliyyət 

göstərir.Tədqiqatçılarımızın  mühacirət  mövzusunda  qələmə  aldıqları  hər  bir  əsər 

çağımızda  ciddi  maraq  doğurur.Fikrimizcə,  mühacirətin  tarixi  ilə  bağlı  qaranlıq 

məsələlərin  öyrənilməsinə,  ciddi  araşdırmalara  və  fundamental  tədqiqlərə  daha  çox 

ehtiyac duyulur. 



Xülasə 

      


70 illik sovet rejimi dövründə Azərbaycan siyasi mühacirəti haqqında, əsasən 

qərəzli,  subyektiv  fikirlər  söylənilmiş,  mühacirət  hərəkatının  görkəmli  xadimlərinin 

ünvanına  təhqirlər  yağdırılmış,  onların  elmi  araşdırmaları,  bədii-publisistik 

yaradıcılığı  marksist-leninçi  metodologiyanın  prinsipləri  baxımından  tənqid 

edilmişdir.1980-ci  illərin  sonlarında  keçmiş  SSRİ  məkanında  ,  o  cümlədən 

Azərbaycanda  gedən  ictimai-siyasi  proseslər  obyektiv  olaraq  mühacirət  problemini 

də  aktuallaşdırmış,  beləliklə,  Azərbaycan  mühacirətşünaslığı  özünün  yeni  inkişaf 

mərhələsinə qədəm qoymuşdur. 



 

İstifadə olunmuş ədəbiyyat 

1.

 



Cabbarlı  N.    Elçin  və    Azərbaycan  mühacirətşünaslığının    problemləri.  Bakı, 

“Təhsil”, 2014, 96 s. 

2.

 

Elçin Ə.İ,  Seçilmiş əsərləri. 10 cilddə, 7-ci cild, Bakı, Çinar-Çap, 2005, 570s. 



3.

 

Elçin  Ə.İ.    Azərbaycan  mühacirəti  haqqında.”Odlar  yurdu”qəzeti,  Noyabr 



1991, N21. 

4.

 



Tahirli  A.  Azərbaycan  mühacirəti,  Bakı,  “Tural-Ə”,  Nəşriyyat,  Poliqrafiya 

Mərkəzi, 2001, 344 s. 

5.

 

Cabbarlı N.  Mühacirət və klassik ədəbi irs.Bakı, Elm, 2003, 172 s. 



6.

 

Ibrahimli X.  Azərbaycan mühacirəti tarixi, Bakı.Elm və  təhsil, 2012, 372 s.



 

Yüklə 217,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə