İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Elmi və ictimai nailiyyətlərdə eyni rolun ifa edilməsi



Yüklə 1,54 Mb.
səhifə4/77
tarix06.05.2018
ölçüsü1,54 Mb.
#42356
1   2   3   4   5   6   7   8   9   ...   77

Elmi və ictimai nailiyyətlərdə eyni rolun ifa edilməsi


Biz düşünürük ki, qadınlar hər bir sağlam insan cəmiyyətində öz payları qədərincə elmi, ictimai və quruculuq nailiyyətlərində və bu dünyanın idarəsində öz səylərini öhdələrinə götürməyə, bu yarışa qatılmağa qadirdirlər. Bunun üçün onlara imkan yaradılmalıdır. Bu baxımdan qadın və kişi arasında heç bir fərq yoxdur.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Fiziki qüvvə - kişilərin qadınlar üzərində hegemonluq qaynağı


Qadın bəzən zehni baxımdan kişidən güclü olsa, yaxud təfəkkür, elm, hissiyyat və digər baxımdan kişi ilə fərqlənməsə də, normalda qadının bədəni kişidən daha zəifdir.

Kişilər boylarının hündür, səslərinin yoğun, bədənlərinin güclü və sümüklərinin iri olmasına görə sümükləri xırda, səsləri incə, boyları qısa və bədənləri zəif olan qadınlara hegemonluq etmişlər. Bu bir həqiqətdir. Mənim fikrimcə siz də məsələnin kökünə varsanız, bu qənaətə gələcəksiniz. Hegemonluqların qaynağı budur.



Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 noyabr, 1996

Özəl sahələrə rəğmən, qadın və kişinin müştərək məsuliyyətləri


İlahi və İslami baxışa əsasən, qadın və kişinin hər birinin, öz həyatının xüsusi çərçivəsində əməl etməli olduğu əsaslı vəzifələr vardır. Amma eyni zamanda hər ikisi geniş bir sahədə müştərək, uyğun və öz bacarıqlarından istifadə etməklə bəzi məsuliyyətləri yerinə yetirirlər.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimlərindən olan qadınlarla görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Qadının rol və vəzifələri


Qadının rolu – cəmiyyətin islahı və uca insanlar yetişdirmək

Qadına uca insan gözü ilə baxsanız, onun təkamülünün, hüququnun və azadlığının nə olduğu bəlli olar. Qadına uca insanlar yetişdirən və cəmiyyəti islah edə bilən amil kimi baxsanız, onun kim olduğunu və azadlığının necə olduğunu bilərsiniz. Qadına ailənin əsas elementi kimi baxın. Ailə kişi və qadından təşkil olunsa da, onu qurmaqda onların hər ikisi təsirli olsa da, lakin ailə mühitinin asayişi və evdə olan dinclik və aramlıq qadına və qadınlıq xarakterinə görədir. Qadına bu gözlə baxsınlar. Bu zaman onun necə təkamülə çatdığı və hüququnun nə olduğu məlum olar.



Ölkə xanımları ilə görüşdəki çıxışdan; 15 dekabr, 1992

Qadının ictimai həyat məcmusunda xüsusi rolu


İslam həyatın idarəsində və ictimai həyat məcmusunda fizioloji və pisixoloji quruluşuna əsasən, qadın üçün xüsusi bir rol müəyyən etmişdir; elə bir rol ki, kişinin rolundan nə az miqdarlı, nə də az əhəmiyyətlidir.

Qadın və kişi İslam və insan dəyərlərində və İslam cəmiyyətində bir insanın ümumi vəzifələrində həmişə yanaşı və eyni olmuşlar. Yalnız xüsusi vəzifələrdə onların yaranış xüsusiyyətlərinə əsasən fərqlər mövcuddur. Əgər qadın bu vəzifələri bilsə, ona olunan təbii zülmü aradan qaldıra biləcək.



İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 28 yanvar, 1990

Risalət qəzeti

Ailənin mənəvi yüksəlişində qadının rolu


Qadının dəyəri budur ki, öz həyat çevrəsini özü üçün, kişi üçün və övladlar üçün bir cənnətə, bir məktəbə, bir təhlükəsiz yerə, mənəvi bilgilərə və mənəvi məqamlara yüksəliş yerinə çevirə bilsin. Vəzifəsi tələb etdikdə ölkənin taleyinə təsir göstərsin, cəmiyyətin taleyində rol oynasın. Belə olan halda qadının rolu qeyd olunduğu kimi yalnız əlli faiz deyil, kəmiyyət rolu deyil, keyfiyyət roludur. Həm onun özü rol oynayır, həm də Allah-Taalanın qadın vücudunda qoyduğu cazibəlikdən istifadə etməklə öz övladını və həyat yoldaşını ideal yola sövq etdirir və irəliləyir. Buna əsasən, bu zaman qadının rolu daha böyük olur.

Hörmüzqan qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

Üç baxışdan - mənəvi təkamül, ictimai və ailə fəaliyyətləri baxımından qadının rolu


Qadın məsələsinə üç baxımdan yanaşmaq olar. Birinci baxış mənəvi və nəfsi təkamül yolunda bir insan olaraq qadının roludur. Bu baxımdan qadın və kişi arasında heç bir fərq yoxdur. Quranda Allah “Allah iman gətirənlər üçün Fironun xanımını misal vurur” - deyə buyuranda Fironun qadını o zamankı insanlar arasında bənzəri olmayan, yaxud az olan üstün bir mömin kimi möminlərə misal göstərilir. İkinci baxış ictimai, siyasi, elmi və iqtisadi fəaliyyətlər sahəsindədir. İslama görə qadının elmi, iqtisadi və siyasi fəaliyyətlər yolu tamamilə açıqdır. Əgər kimsə qadını elmi işdən, iqtisadi, ictimai və siyasi faəliyyətdən məhrum etmək istəsə, Allah hökmünün əksinə danışmışdır. Əlbəttə, qadın fizioloji baxımdan kişidən incə olduğuna görə bəzi zərurətlər mövcuddur. Üçüncü baxış qadına bir ailə üzvü olaraq olan baxışdır. Bu hamısından əhəmiyyətlidir. İslamda kişiyə icazə verilməmişdir ki, qadına hegemonluq etsin və onu nəyəsə məcbur etsin.

Kişi üçün ailədə məhdud hüquqlar müəyyən olunmuşdur. Bunlar məsləhət və hikmət əsasındadır. Bu kimə deyilsə və izah olunsa, qadına da məsləhət əsasında hüquq verildiyini deyəcək. Qadının və kişinin hər birinin özünəməxsus təbiəti, əxlaqı, ruhiyyəsi və instinkti vardır. Əgər kişinin və qadının bu xüsusi keyfiyyətlərindən düzgün istifadə olunsa, kişi və qadın ailədə kamil, uyğun və münasib cütlüyü təşkil edəcəklər. Əgər kişi həddini aşsa, tarazlıq pozulacaq. Əgər qadın da həddini aşsa, yenə də tarazlıq pozulacaq. İslam ailədə iki cinsiyyəti bir qapının iki layı və bir mağazada iki şərik kimi etmişdir. Əgər bir yerdə yaşayan bu iki cinsiyyət İslamın təyin etdiyi hədd və meyarlarla yaşasalar, ailə davamlı, mehriban və faydalı bir ailə olacaq. Əhəmiyyətli məqam budur ki, qeyd etdiyimiz kimi, bu iki ünsür və iki varlıq ailədə öz xüsusiyyətləri ilə bir-birinə uyğundurlar. Şübhəsiz ki, biri fiziki baxımdan daha incə, biri isə daha güclü və qüvvətlidir. Əgər qanun qadını müdafiə etməsə, kişi ona zülm edə bilər.



Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə