Иран Ислам Республикасынын



Yüklə 44,25 Kb.
tarix14.05.2018
ölçüsü44,25 Kb.
#43599





Mehriban Sultanova

ИСЛАМ ВЯ ЩЯР НЮВ

АЙРЫСЕЧКИЛИЙИН РЯДДИ

İslam dini insanın maddi və mənəvi həyatının bütün sahələrinə şamil olan kamil və misilsiz bir idealogiyadır. Çünki o, insan fitrətinin axtardığı bütün xeyir və səadət yollarını göstərərək öz sağlam ruhuyla bəşəriyyəti hər növ mənəvi xəstəliklərdən xilasa çalışır. İslamın dəyişməz, mətin və həmişə təravətli hökmləri ictimai sahələri tamamilə əhatə edir. İnsan həyatının elə bir güşəsi tapılmaz ki, dinimizin yol göstərən nurlu hökmləri onun haqqında düzgün proqramlar irəli sürməsin.

İslamın əqidə və inam məsələləri tovhid əsasında qurulduğu üçün İslam icmasının strukturunu da vəhdət prinsipləri təşkil edir. İslamın nəzərində insan anlayışı geniş bir məna kəsb edərək, onun bütün üzvləri vahid bir icmanın fərdləri hesab olunur. Bu ideyanın əhatəsi o qədər genişdir ki, bəşər arasında ixtilafa səbəb ola biləcək hər növ ayrıseçkiliyi aradan qaldıraraq, yerində qardaşlıq, ülfət, həmrəylik və s. kimi onları bir-birinə vəsl edən ictimai birıiyi bərpa edir və vəhdəti poza biləcək hər hansı bir amilin tam əleyhinədir.

İslam insanlar arasında ayrıseçkilik amili olan irq, rəng, kök, dil və sairənin qarşısında məntiqlə çıxış edərək deyir ki,bəşər öz mənşəyini bir kişi və bir qadından götürmüş və sadalananların heç biri imtiyaz və üstünlüyə dəlalət etmir.



يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ

"Ey insanlar! Həqiqətən, biz sizi bir kişi və bir qadından yaratdıq, bir-birinizlə tanış olub anlaşmanız üçün sizi millətlərə və qəbilələrə ayırdıq. Şübhəsiz, sizin Allah yanında daha üstününüz, daha təqvalınızdır."1

Allah-təala bu ayədə insanların bərabərlik məsələsinə toxunaraq, hamının bir-birinin baci-qardaşı və bir ata-anadan olduğunun üzərində təkidlə dayanmışdır.

Qurani-Kərim hələ o zaman ərəblər arasında yayılmış və hal-hazırda da bir sıra ölkələrdə müşahidə olunan millətçilik təfəkkürü ilə ciddi şəkildə mübarizə aparmışdır. Bu günki “mədəni” dünya isə hələ də millətçilik təfəkküründən xilas olmamış və ya xilas olmaq istəməmişdir.

Ümumiyyətlə, nasionalizm fikir və hissləri İslamda heç bir məna daşımır, İslam dini millət, dil və irqçiliyə görə fəxr etməyi əsassız elan etmişdir. Dərinin rəngi və dillərin müxtəlifliyi yaradanın qüdrət nişanələridir. Allah Quranda bu məsələyə diqqət edib, insanlara dərin düşünməyi tövsiyə edir.



وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ
إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّلْعَالِمِينَ

"Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət nişanələrin­dəndir. Şübhəsiz bunda ağıl sahibləri üçün nişanələr vardır."2

كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ

"İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və əzabla qorxudan peyğəmbərlər göndərdi."1

Bu ayədən belə məlum olur ki, sonradan meydana gələn ixtilaflar ilk bəşər cəmiyyətində mövcud olmamış və insanlar vəhdət halında yaşamışlar.

İslamın bütün irqlərə və müxtəlif dilli xalqlara necə münasibət bəslədiyini Əmirəlmöminin Əli (ə)-ın Maliki Əştərə yazdığı məşhur məktubunda da aşkar şəkildə görmək olar. O Həzrət belə yazıb:

"Ey Malik, bil ki, mən səni səndən qabaq ədalətli və zalım hökmdarları olmuş şəhərlərə göndərdim. Millətə qarşı qəlbən mehriban, xoş rəftar və lütfkar ol. Məbada onlara qarşı yeməklərini qənimət bilən yırtıcı heyvan olasan. Çünki onlar iki dəstədirlər: ya sənin din qardaşlarındır, ya da yaradılışda sənin kimi insanlardır."2

Millətlər arasında olan ən güclü və ən möhkəm rabitə dini bağlılıqdır ki, bunun vasitəsi ilə müxtəlif millətlər və irqlər ən yaxşı şəkildə bir-birləri ilə əlaqələr qururlar. İslam bu vasitə ilə fərdlərin bağlılığını və vəhdətini təmin edərək ixtilaflar zəncirini qırıb və bütün müsəlmanların imanla möhürlənən qardaşlığını elan edibdir. İslamda dini qardaşlıq hüquq bərabərliyinə, səmimiyyətə və qarşılıqlı köməyə əsaslanır. Müsəlmanların əqidə birliyi və dini vəhdətinə əsaslanan bu dini qardaşlıq, hətta doğma qardaşlıqdanda güclü olur. Çünki ən yüksək səviyyəli bağlılıq, ürəklərin bağlılığıdır. Qurani-kərimdə bu barədə belə yazılıb:



إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

"Həqiqətən möminlər bir-biri ilə qardaşdırlar. Öz qardaşlarınız arasında sülh yaradın və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız."1

Dini qardaşlıq məsələsi çox böyük əhəmiyyətə malik olduğundan, İslam dini də bu məsələyə lazımi qədər əhəmiyyət vermiş və hətta onu iki insanın ən yaxşı bağlılığı sayılan və ata anaları bir olan, habelə bir-birinə məhəbbət bəsləyən iki doğma qardaş misalında göstərmişdir.

Belə bir əhval-ruhiyyəyə hakim olan yerdə isə əlbəttə ki, hamı bərabər vəziyyətdə olacaq və millətçılık kimi ixtilaf yaradan amillər aradan gedəcəkdir. Əgər cəmiyyətdə qardaşlıq əhval-ruhiyyəsi hakim olarsa, qarşıya çıxan bir sıra problemlər öz həllini tapar və fikir ayrılıqları düşmənçiliklə sona çatmaz. Bü mövzu ilə əlaqədar əziz Peyğəmbərimiz çox gözəl buyurmuşdur:

"Möminlərin cəmiyyəti məhəbbət və rəğbət baxı­mın­dan vahid bir bədən kimidir. Hər vaxt bədənin bir üzvü dərdə mübtəla olsa, onun başqa üzvləri də narahat qalır və inciyir. Əgər bir müsəlman dərd və bəlaya düçar olsa, digər müsəlmanlar hökmən ona kömək etməli və qəminə şərik çıxmalıdırlar."

İslam dini insanların şərəflə yaşamasını istəyir, bu isə cəmiyyətin bütün üzvlərinin hüquq bərabərliyi əsasında mümkündür. Əgər İslam yalnız bir millət və irqin köməyinə arxalansaydı, heç vaxt belə geniş çevrədə inkişafa nail ola bilməzdi. Dinimizdə milli və irqi ayrı seçkiliyin olmaması müxtəlif millətlərin və xalqların onu qəbul etməsinə böyük təsir göstərmışdır. Tarix boyu irqçiliyin və millətçiliyin əsassız əqidələri insanlar arasında mənasız çəkişmələrə və müharibə­lərə səbəb olmuşdur. İslam ixtilaf amillərindən öncə, vəhdət və qüdrət amillərini müsəlmanlara tanıtdırmışdır.

Allah Quranda yəhudi və xaçpərəstləri ixtilaflara son qoymağa və Tovhid dinini düzgün başa düşmək üçün həqiqəti axtarmağa dəvət edərək, buyurur:

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ

"Ey Peyğəmbər! Söylə ki, ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin.O kəlmə budur ki, Allahdan başqasına ibaət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi özümüzə rəbb qəbul etməyək."1

Bu gün vəhdət, birlik, ədalət və azadlığını itirmiş millətlər, milli ayrı-seçkilik nəticəsində əziyyət çəkənlər öz nica­tını İslamda axtarmalıdırlar. Çünki İslam dini sayəsində insanların həqiqi bərabərlik və vəhdəti gerçəklənir. Qara və ağ, sarı və qırmızı dərili insanlar, bərabərlik və azadlıq şəraitində, İslam bayrağı altında rahat yaşaya bilərlər. Allahın rəsulu belə buyurur:

"Ərəbin əcəm üzərində heç bir imtiyazı yoxdur. Üstünlük yalnız təqva və ruhi fəzilət sayəsində ola bilər."

Əmirəlmöminin Əli (ə)-ın xilafəti dövründə ona məlu­mat çatır ki, Bəsrədəki nümayəndəsi Osman ibn Hüneyf şəhə­rin varlı adamları üçün təşkil edilən böyük bir ziyafətdə iştirak edib. Həzrət Əli (ə) çox narahat olur və öz etirazını əks etdirən məktubla Osmanı şıddətlı tənqid edir:



"...Sənin, kasıb və yoxsulları qovan, varlıları isə dəvət edən bir camaatın qonaqlığına getməyini güman etməz­dim."1

İslam bütün dünya məktəblərindən daha artıq irqi və ya hər hansı növ ayrı seçkiliklə qəti mübarizə aparır.

Doktor Qustar Lebon belə yazır: "Müsəlmanlar arasında bərabərlik nəhayət dərəcəsindədir. Həmin bərabərlik ki, Avro­pada uzun illər müxtəlif təbəqələrin dilində əzbər olub, lakin kitablardan və sənədlərdən kənarda isə müşahidə olunmur. Amma müsəlmanlar onu əməldə tətbiq etmişlər. Avropada müxtəlif təbəqələr arasında baş vermış çəkişmələr və inqilablar müsəlmanlar arasında mövcud olmamışdır. Çünki İslam dini şəxsi, sinfi və ailə imtiyazlarını tamamilə ləğv etmişdir və Peyğəmbər (s) nəzərində bütün müsəlmanlar qardaş və bərabər hüquqludurlar. Ərəb dünyasında belə bir əzəmətli şəxsiyyət meydana çıxıb, müxtəlif millətləri və qəbilələri vahid kəlmə ətrafında birləşdirmişdi. İslam cəmiyyətində çinli bir müsəl­man ərəb müsəlmanla eyni hüquqa malikdir. Baxmayaraq ki, müsəlmanlar arasında da ixtilaf mövcuddur, amma onların ara­sındakı mövcud xüsusi mənəvi rabitəni də inkar etmək olmaz. Buda onları asanlıqla bir bayraq altında toplaya bilər."

İslamdakı bərabərlik və qardaşlıq ideyaları Həcc məra­simi zamanı daha aydın nəzərə çarpır. Kəbə evi bütün müsəlmanları qəribə bir cazibə ilə özünə tərəf çəkir. Burada müxtəlif millətlərdən olan müsəlmanlar ümumi İslam qanunları əsasında həmin mərasimdə iştirak edirlər. Qara, ağ, qırmızı və sarı dərili müsəlmanlar bir-birinin yanında İslamın əzəmətini və həqiqi bərabərlik ideyasına sadiqliyini nümayiş etdirərək ibadətlə məşğul olurlar. Dünyanın hər yerindən Məkkə və Mədinəyə müsəlmanlar gəlir və bir-birlərinə qardaş deyirlər. İslam yeganə dindir ki, irqi və milli ayrı-seçkiliyi tamamilə və əməli olaraq rədd edir.

İslamın məqsədi cəmiyyəti ali insaniyyət mərtəbəsinə yüksəltməkdir. İslam istəyir ki, müsəlmanların qəlbləri paklaşsın, məhəbbət və qardaşlıq hissləri əsasında onların həmkarlığı və bağlılığı daha da möhkəmləşsin. Qərbdən nüfuz etmiş şəxsi mənafe düşkünlüyünün və maddiyyat əsiri olmağın bu gün bir çox müsəlman ölkələrinə də sirayət etməsinə baxmayaraq, bununla yanaşı hələ də çoxlu sayda müsəlman İslamın ilk çağlarında olduğu kimi, öz dini dəyərlərinə olan sədaqətini qoruyub saxlaya bilmişdir.

İslamın əsas hədəfi sayılan "birlik və vəhdət yolunda mübarizə" məsələsinə işarə edən bir ayəni bütün müsəlmanların nəzərinə çatdırmaq istəyirik.



وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ

"Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın və bir-birinizdən ayrılmayın."1

İstifadə olunmuş ədəbiyyat:

1. Təfsiri-nümunə (Ayətullah-üzma Məkarim Şirazi)

2. İslam və qərb mədəniyyəti (Seyyid Muctəba Musəvi Lari)

1 Hücurat surəsi, ayə13

2 Rum surəsi, ayə 22

1 Bəqərə surəsi, ayə 213

2 Nəhcül-bəlağə, 53-cü məktub

1 Hucurat surəsi, ayə 10

1 Ali-İmran surəsi, ayə 64

1 “Nəhcül-bəlağə”, 45-ci məktub

1 Ali-İmran surəsi, ayə 103




Yüklə 44,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə