Irəli sürülən tövsiyələr və onların yerinə yetirməsinin izlənilməsi metodologiyası qadinlara qarşi ayri-seçKİLİYİN



Yüklə 179,34 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü179,34 Kb.
#7938


irəli sürülən tövsiyələr və onların yerinə yetirməsinin

izlənilməsi metodologiyası

QADINLARA QARŞI AYRI-SEÇKİLİYİN 

LƏĞVİ KOMİTƏSİNİN YEKUN 

QEYD ŞƏRTLƏRİ

Bakı - 2015


 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

QAD

INLARA QARŞI AYRI

-

SEÇKİ

L

İ

Y

İN LƏĞVİ

 KOM

İTƏSİ

N

İ



YEKUN QEYD ŞƏRTLƏRİ

 

 

irəli sürülən tövsiyələr və onların yerinə yetirməsinin 

izlənilməsi metodologiyası 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ümumi tərtibat və readktə: Sahib Məmmədov 

 

 

Bu 

nəşr 

ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyi  (USAİD)  vasitəsi  ilə  Amerika  Xalqının 

təmənnasız  yardımı  hesabına  işıq  üzü  görmüşdür.  Burada  əks  olunmuş  fikirlərə  görə 

müəllif  məsuliyyət  daşıyır  və  bu  fikirlər  heç  də   mütləq  olaraq  USAİD-in   və  ya  ABŞ 

Hökumətinın mövqeyi əks etdirmir. 

 

 

 

 

 

 

 

 

 

© Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası 

© “Təmiz Dünya” Qadınlara Yadım İctimai Birliyi 

 

 

 

 



 

BAKI-2015 




 

 

 



MÜNDƏRĠCAT 

 

Qadinlara Qarşi Ayri-Seçkiliyin Ləğvi Komitəsinin  

yekun qeyd şərtləri, irəli sürülən tövsiyələr və onlarin  

yerinə yetirməsinin izlənilməsi metodologiyasi ..................................................... 3 

 

Ümumi Məlumat .................................................................................................... 3 



 

Tövsiyələrin icrası ilə bağlı məlumatların toplanması  

üçün istifadə edilə biləcək metodologiya və  alətlər .............................................. 6 

 

Qadinlara Qarşi Ayri-Seçkiliyin Ləğvi Komitəsinin (CEDAW)  



Azərbaycan Hökumətinin təqdim etdiyi beşinci dövri  

hesabati üzrə yekun qeyd şərtlər ............................................................................ 7 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Qadınlara QarĢı Ayrı-seçkiliyin Ləğvi Komitəsinin Yekun Qeyd ġərtləri



1



irəli sürülən tövsiyələr və onların yerinə yetirməsinin izlənilməsi 

metodologiyası 

 

Ümumi Məlumat 

 

Qadınlara  Qarşı  Ayrı-Seçkiliyin  Bütün  Formalarının  Ləğvi  üzrə  Konvensiya 

BMT-nin Baş Assambleyası tərəfindən 1979-cy ildə qəbul edilmiş və ratifikasiya 

üçün açıq elan olunmuşdur. 

Konvensiya  1981-ci  ilin  sentyabrında  20  dövlətin  ratifikasiya  sənədlərinin 

qəbulundan sonra qüvvəyə minmişdir. 

Konvensiya  ailə vəziyyətindən, siyasi, iqtisadi,  sosial,  mədəni  vəziyyətindən və 

baxışlarından  aslı  olmayaraq    kişi  və  qadınların  bərabər  hüquqlara  malik 

olmalarını təsbit etməklə kifayətlənmir. 

Konvensiyanın  iştirakçısı  olan  dövlətlər    hüquqi,  siyasi  və  proqram  xarakterli 

tədbirlər  həyata  keçirməklə  qadınlara  münasibətdə  mövcud  olan  ayrı-seçkilik 

hallarını  aradan  qaldırmağı  öhdəlik  olaraq  öz  üzərlərinə  götürürlər. 

Bu  öhdəliklər  həyatın  bütün  sferalarını,  o  cümlədən  nigah,  ailə  münasibətləri, 

həmçinin  istənilən  şəxs,  təşkilat  və  təsisat  tərəfindən  qadınlara  qarşı  hər  hansı 

ayrı-seçkiliyi aradan götürən müvafiq tədbirləri əhatə edir. 

 

Azərbaycan  Respublikası   1995-ci  ildə  “Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün 



formalarının  ləğv  olunması”  üzrə  konvensiyasına,  2000-ci  ildə  isə  onun  Əlavə 

Protokoluna qoşulmuşdur.  



Ötən  dövr  ərzində  Azərbaycan  dövləti  BMT-nin  “Qadınlara  qarşı  ayrı-

seçkiliyin  bütün  formalarının  ləğv  olunması”  üzrə  konvensiyasının  nəzarət 

orqanina-Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğvi Komitəsinə (CEDAW) mütamadı 

olaraq  dövrü  hesabatlar  təqdim  etmişdir.  Sonuncu,  beşinci  dövrü  hesabat  üzrə 

Azərbaycan  Dövlətinin  məruzəsinə  Komitənin  16  fevral-06  mart  tarixlərində 

keçidiyi  60-cı  sessiyada  baxılmış  və  “  Yekun  qeyd-şərtlər”    (Ümumi  xarakterli 

qeyd-şərtlər) hazırlanaraq hökumətə təqdim edilmişdir. 

Konvensiyanın  21-ci  maddəsinə  uyğun  olaraq  Komitə  hesabatı  öyrənərək  və  

müzakirə edərək, həmçinin dövlətlərdən digər informasiyaları əldə edərək ümumi 

xarakterli tövsiyələr verə bilər. 



 Ümumi  xarakterli  qeyd-Ģərtlər.  BMT-nin  hər  bir  müqavilə  orqanı  öz 

müşahidələri və qənaətləri əsasında  insan hüquqlarının vəziyyətinə dair “ümumi 

xarakterli qeyd-şərhlər” hazırlayaraq dərc edirlər. 

Bu  qeyd-şərtlər  bir  qayda  olaraq  dövlətlərin  dövrü  hesabat  üzrə  məruzələri 

dinlənildikdən  sonra  hazırlanaraq  dərc  edilir.  Ümumi  xarakterli  qeyd-şərtlər 

müqavilələrin  insan  hüquqlarına  dair  hissələrinin  şərhindən  dövlətlərin 

məruzələrində təqdim etməli olduqları məlumatların ümumi göstəricilərinə qədər  

geniş spektrli sualları əhatə edir. 



Konvensiyada əks olunan hüquqların qruplaĢdırılması 

                                                            

1

 Concluding observations on the fifth periodic report of Azerbaijan. Adopted by the Committee at 



its sixtieth session (16 February – 6 March 2015). 


 

1-ci  hissə:  Diskriminasiya  (maddə1),  Tədbirlər  siyasəti  (maddə  2),    Əsas    insan 

hüquqları  və  fundamental  azadlıqlarının  təminatı  (maddə  3),    Xüsusi  tədbirlər 

(maddə 4),  Cinslərin rolunda stereotiplər və mövhümat (maddə 5),  Qadın alveri 

və 

fahişəliyin 



qarşısının 

alınmasına 

dair 

öhdəlik 


(maddə 

6). 


2-ci hissə: Siyasi və şəxsi həyat (maddə 7),  Təmsilçilik (maddə 8),  Vətəndaşlıq 

(maddə 


9). 

3-cü  hissə:  Təhsil  (maddə  10),    Məşğulluq  (maddə  11),    Sağlamlıq  (maddə  12),  

İqtisadi  və  sosial  imtiyazlar(maddə  13),  Kənd  qadınları  (maddə  14). 



4-cü hissə: Hüquq (maddə 15),  Nigah və ailə həyatı (maddə 16). 

Azərbaycan  Hökumətinin  növbəti  dövrü  hesabatının  təqdim  edilməsinə  qədərki 

dövr  üçün  tövsiyələrin  yerinə  yetirilməsi  mühüm  göstəricidir.  Bu  baxımdan 

maraqlı  tərflərin,  xüsusən  də  qadın  hüquqlarının  müdafiəsi  üzrə  ixtisaslaşmış  

QHT-lərin  tövsiyyələrlə  bağlı  hökumətin  həyata  keçirdiyi  hüquqi  və  praktiki 

fəaliyyətlərin izlənməsi və qiymətləndirilməsi nəticəsində əldə olunan məlumatlar  

gəlcək alternativ hesabatın hazırlanmasında ən mühüm məlumat mənbəyi rolunu 

oynayır. İxtisaslaşmış QHT-lər ilk növbədə verilən tövsiyyələri qruplaşdırmalı və 

onlarla  bağlı  hökumətin  fəaliyyətlərinin  izlənilməsi  (monitorinqi)  üzrə 

metodologiya hazırlamalıdır. 

Ən  evvefkit  yol  bir  neçə  QHT-nin  bu  fəaliyyəti  birgə  həyata  keçirməsidir. 

Müxtəlif  istiqamətlər  üzrə  ixtisaslaşmış  QHT-lər  (Məişət  zorakılığı  və  erkən 

evlilik  məslələri,  insan  alveri  və  fahişəliyə  cəlb  etmə,  qadınların  məşğulluğu  və 

əmək hüquqları və s. sahələr üzrə) birgə fəaliyyət göstərməklə ciddi nəticələr əldə 

edə bilərlər. 

Tövsiyələrin izlənməsinin hansı nəticələri ola bilər? 

1.

 

Növbəti hesbatın hazırlanması üçün dəyərli məlumat mənbəyi əldə edilir; 



2.

 

İzlənilmə  prosesi  zamanı  ortaya  çıxan  çatışmamazlıqlarla  (məsələn 



hökumətin  tövsiyəni  natamam  yerinə  yetirməsi)  bağlı  ictimai 

kampaniyaların təşkili və hökumətin tövsiyələrin icrası istiqamətində daha 

ciddi səy göstərməyə təşviq etmək; 

3.

 



Tövsiyədə  əks  olunan  problemin  həlli  yollarına  dair  təkilf  və  tövsiyələr 

hazırlayarqa maraqlı tərəflərə təqdim etmək. 

 

Tövsiyənin yerinə yetirilməsi üçün dövlət nə etməlidir. Hansı normalar və 



qüsurlu  praktika  geder  bərabərliyini  pozur  və  ya  qadın  iştirakçılığını 

əngəlləyir; 

 

Hökumətin  həyata  keçirdiyi  tədbirlər  tövsiyənin  yerinə  yetirilməsi  üçün 



kifayət etmişdirmi

2



 

Hökumət  hansı  tövsiyələrə  etinasız  yanaşmışdır.  Bunun  mümükün 



səbəbləri; 

 



Tövsiyələrin  icrasında  vətəndaş  iştirakçılığı  təmin  olunmuşdurmu. 

İxtisaslaşmış QHT-lər fəaliyyətlərə cəlb edilmişdirmi? 

                                                            

2

 



Məslən, 2009-cu ildə Komitə tövsiyə etmişdir ki, Ailə Məcəlləsində qadınlarla kişilərin 

nikaha girmə yaşları eyniləşdirilsin. Ailə Məclləsinə dəyişiklik edilmiş və qadınlarla 

kişilərin nikaha girməsi üçün aşağı yaş həddi bərabərləşdirilmişdir, lakin bu erkən evlilik 

probleminin həlli üçün kifayət etməmişdir. 

 



 

Misal:  Komitə  “Qeyri-hökumət  təşkilatları  və  qadın  hüquq  müdafiəçiləri”  adlı 

tövsiyəsində göstərir ki, QHT qanunvericiliyinə edilən dəyişikliklər QHT-lərin və 

hüquq  müdafiəçilərinin  fəaliyyətinə  ciddi  problem  yaradacaqdır.  Komitə  qadın 

hüquqlarının  müdafiəsi  istiqamətində  fəaliyyət  göstərən  QHT-lərə  fəaliyyət 

mühütinin yaradılmasını israrla tövsiyə edir.  

Bu  tövsiyyənin  yerinə  yetirilməsi  üçün  dövlər  həm  qanunvericilik,  həm  də 

praktikada  QHT-lərin  fəaliyyətini  əngəlləyən  problemələri  aradan  qaldırmalıdır. 

Hazırda qadın QHT-lərinin qəraraların qəbul edilməsi prosesində iştirakına yaxşı 

şərait yaradan “İctimai İştirakçılıq Haqqında” Qanun qüvvəyə minsə də (01 iyun 

2014-cü il tarixindən) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 

İctimai  Şura  yaradılmamış,  ictimai  iştirakçılığın  digər  formalarından  demək  olar 

ki,  istifadə  olunmur.  Belə  olan  şəraitdə  yalnız  qanunvericilik  tədbirləri  kifayət 

deyildir  və  tövsiyyənin  icrasını  izləyən  QHT  (və  ya  fəal)  belə  problemləri 

diqqətdə saxlamalıdır.  

Digər  bir  misal,  Komitə  “Gender  bərabərliyinin  təminatları  haqqında”  Qanunun 

3.2.6  maddəsinin  praktikada  tətbiqində  ciddi  problemlərin  olmasını  göstərir  və 

diqqəti  xüsusi  ilə  kənd  qadınlarına,  təminatsız  qadınlara  qarşı  dolayı 

dskriminasiya hallarına yönəldir. Bu halda da qanunvericilikdə gedner bərabərliyi 

üçün təminat olsa belə praktikda bu təmin olunmamışdır. 



Nəticələrdən istifadə strategiyası 

Tövsiyələrlə  bağlı    dövlət  tərəfindən  həyata  keçirilməsi  (qanunvericilik, 

praktikada  olan  problemlərin  aradan  qaldırılması,  əlavə  mexanizmlərin 

yaradılmasə  və  s.)  və  onun  nəticələri  ilə  bağlı  tam  və  obyektiv  məlumatlar  əldə 

edildikdən  və  email  edilərək  hesabat  (rəy,  monitorinq  hesabatı  və  s.) 

hazırlandıqdan sonra ondan aşağıdakı fəaliyyətlər zamanı istifadə etmək olar. 

 

Tematik mövzularda məruzələrin hazırlanması; 



 

Qanunvericiliyə dair layihələrin hazırlanması; 



 

Milli  Strategiyalar,  Milli  Fəaliyyət  Planları,  Dövlət  Proqramları  (bu 



sənədlərlə  bağlı  Tədbirlər  Planları)  layihələri  hazrlanan  zaman  müvafiq 

dövlət orqanlarına (sənəd layihəsinin hazırlanmasına məsul olan) müxtəlif 

tövsiyə, təkliflərin təqdim olunması; 

 



BMT-nin Müqavilə orqanlarına alternativ, paralel, kölgə və s. hesabatların 

hazırlanması; 

 

BMT-nin  nizamnamə  orqanlarına  (məslən  Universla  Dövrü  İcmal  üzrə) 



məlumatın hazırlanması; 

 



İctimai və maarifləndirici kampaniyaların və fəaliyyətlərin təşkili; 

 

 



 


 

Tövsiyələrin  icrası  ilə  bağlı  məlumatların  toplanması  üçün  istifadə  edilə 



biləcək metodologiya və  alətlər 

 

 



Qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ-hüquqi aktların qəbulu 

ilə bağlı tövsiyyələrin icra gedişi ilə bağlı məlumatı qanunvericilikdə baş 

verən  dəyişikliklərin  (edilən  əlavələrin),  yeni  qəbul  olumuş  normativ 

hüquqi  aktların  toplanması  və  təhlili  (edilən  dəyişiklik  və  ya  yeni  qəbul 

olnan norma verilən tövsiyəyə uyğundurmu?); 

 



Məhkəmə  praktikası  ilə  bağlı  həyata  keçirilən  tədbirlərlə  bağlı  məhkəmə 

aktlarının təhlili; 

 

Sterotiplərin, pis adətlərin, erkən evluliyə, məişət zorakılığına və s. şərait 



yaradan  amillərin  aradan  qaldırılmasına  yönələn  tədbirlərlə  bağlı 

məlumatların toplanması və təhlili; 

 

Yeni  mexanizmlərin  yaradılması  və  qanunvericiliyin  tətbiqi  ilə  bağlı 



(Məslən,  məişət  zorakılığı  qurbanları  üçün  yardım  mərkəzlərinin,  o 

cümlədən  sığınacaqların  yaradılması  və  onların  fəaliyyəti)  məlumatların 

toplanması və təhlili. 

İstifadə edilə bilən alətlər aşağıdakılar ola bilər: 

 

Qanunvericiliyin təhlili; 



 

Statistikanın təhlili; 



 

İnformasiya sorğuları; 



 

İntervülər; 



 

Anket sorğuları və rəy sorğuları; 



 

Bilavasitə müşahidələr. 



 

Və s. 



 

 

 

 




 

QADINLARA QARġI AYRI-SEÇKILIYIN LƏĞVI KOMITƏSININ 



(CEDAW) AZƏRBAYCAN HÖKUMƏTININ TƏQDIM ETDIYI 

BEġINCI DÖVRI HESABATI ÜZRƏ YEKUN QEYD ġƏRTLƏRI

*

 

 

 



1. 18 fevral 2015-ci il tarixində keçirilən öz 1279 və 1280-ci görüşlərində Komitə 

Azərbaycan 

hökumətinin 

təqdim 


etdiyi 

beşinci 


dövri 

hesabatını 

(CEDAW/C/AZE/CO/5)  nəzərdən  keçirmişdir  (bax  CEDAW/C/SR.1279  və 

1280).  Komitənin  irad  və  sualları  CEDAW/C/AZE/Q/5,  Azərbaycan  tərəfinin 

cavabları isə CEDAW/C/AZE/Q/5/Əlavə.1-də qeyd olunub. 

 

A.



 

GiriĢ  

 

2.  Komitə  üzv  ölkənin  beşinci  dövri  hesabatı  təqdim  etməsi  faktını  yüksək 



qiymətləndirir.  Həmçinin  sessiya  qabağı  işçi  qrup  tərəfindən  hazırlanan  irad  və 

suallara üzv ölkənin  yazılı  cavablandırılması çox  müsbət  qarşılanmışdır. Komitə 

nümayəndə heyəti ilə konstruktiv dialoqu, nümayəndə heyətinin şifahi çıxışını və 

sonradan yaranan sualların cavablandırmasını çox yüksək dəyərləndirir. 

3.  Komitə  üzv  ölkədən  yüksək  səviyyəli  nümayəndə  heyəti  cəlb  etmişdir. 

Nümayəndə  heyətinə  Ailə,  Qadın  və  Uşaq  Məsələləri  üzrə  Dövlət  Komitəsinin 

sədri Xanım Hicran Hüseynova başçılıq edib və digər yüksək vəzifəli şəxslər – 6 

nazir müavini (Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi 

və  Təhsil  Nazirliyi),  Dövlət  Statistika  Komitəsi  sədrinin  müavini,  Ədliyyə 

Nazirliyi,  Xarici  İşlər  Nazirliyi  və  Maliyyə  Nazirliyi  nümayəndələri  və 

Azərbaycanın BMT Cenevrə Ofisində Daimi Nümayəndəsi daxil edilmişdir.  



   

B.

 

Müsbət cəhətlər  

 

4.  Komitə  üzv  ölkənin  2009-cu  ildə  təqdim  etdiyi  dördüncü  dövri  hesabatından 



(CEDAW/C/AZE/CO/4)  sonra  əldə  olunan  irəliləyişləri  və  qanunvericilikdə 

edilən islahatları yüksək qiymətləndirir və aşağıdakı qanunların qəbul olunmasını 

qeyd edir:    

  (a)  2011-ci  ildə  Ailə  Məcəlləsinə  qadın  və  kişilər  üçün  nikah  yaşının  18  kimi 

müəyyən edilməsini qeyd edən dəyişikliklərin edilməsi

  (b) 2011-ci ildə Cinayət Məcəlləsinə insan alverinin sərt cəzalanmasını, xüsusilə 

də  məcburi  və  erkən  nikaha  məcbur  edilməni  cəzalandıran  dəyişikliklər  (maddə 

176-1); 


  (c) 2010-cu ildə qəbul olunan Məişət Zorakılığı Haqqında Qanun. 

5. Komitə qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması yönümündə üzv ölkə 

tərəfindən həyata keçirilən fəaliyyətləri, institusional və siyasət çərçivəsində olan 

səyləri yüksək dəyərləndirir və aşağıda qeyd olunan sənədlərin qəbul olunmasını 

alqışlayır: 

  (a)  2014-cü  ildə  qəbul  olunan  insan  alveri  qurbanları  olan  uşaqlarrın  sosial 

reabilitasiyası və cəmiyyətə inteqrasiyası üzrə dövlət proqramı; 

  (b)  2014-cü  ildə  qəbul  olunmuş  kontrasepsiyanın  müasir  metodlarından 

istifadəni  təmin  olunması  məsələsi  də  daxil  olunan    2014-2020-ci  illər  üçün 

Səhiyyə Nazirliyinin strateji planı; 

  (c)  2012-ci  ildə  başladılan  “Azərbaycan:  2020-ci  ilə  Baxış”  strategiyasının 

hazırlanması. Bura bütün sahələrdə gender bərabərliyinin təmin olunması məsələsi 

daxil olunub; 

  (d)  İnsan  alverinə  qarşı  mübarizə  aparmaq  üçün  Üçüncü  Milli  Fəaliyyət  Planı 

(2014-2018). 



 

6. Komitə əvvəlki hesabatın təqdim olunmasından sonra keçən dövrdə üzv ölkənin 



aşağıdakı beynəlxalq və regional sənədlərin qəbul etməsini təqdir edir: 

  (a)  Qadın  və  kişi  işçilərə  qarşı  bərabər  münasibət  və  bərabər  imkamlar:  Ailə 

öhdəlikləri  olan  işçilərdən  bəhs  edən  Beynəlxalq  Əmək  Təşkilatının  156  saylı 

konvensiyası; və  

  (b)  Analığın  Müdafiəsi  üzrə  Konvensiyanın  2000-ci  il  üçün  Təftiş  olunmasını 

əks etdirən Beynəlxalq Əmək Təşkilatının 183 saylı Konvensiyası (2011-ci ildə). 



   

C. Əsas narahatçılıq doğuran məqamlar və tövsiyyələr:  

     

Milli Məclis 

7.Komitə qanunverici orqanın Konvensiyanın tam həyata keçirilməsində əsas 



rol  oynamasını  qeyd  edir  (bax:  Komitənin  2010-cu  ildə  44-cü  sessiyada 

parlament  üzvləri  ilə  münasibətlər  haqqında  bəyanatı).  Bu  Milli  Məclisi  öz 

mandatını həyata keçirməklə bərabər Konvensiya üzrə əvvəlki hesabat dövrü 

ilə gələcək hesabata qədər qeyd olunan tövsiyyələrin həyata keçirilməsi üçün 

lazımi tədbirlərin görülməsinə çağırır. 

     

Konvensiyanın görünməsi və  Fakultativ Protokol  

8.Komitə Gəncə Apelyasiya Məhkəməsinin Konvensiyaya uyğun verdiyi 2 qərarı 

tanıyır – Azərbaycan tərəfinin göndərdiyi cavab siyahısında bunlar Əhmədov və 

Məmmədovun  işləri  kimi  qeyd  olunub.  Lakin  Konvensiyanın  görünməsi  və 

birbaşa olaraq Konvensiyadan istifadə məsələsisində olan çatışmazlıqlar  və yerli 

məhkəmələrdə  cinsi  ayrıseçkiliklə  müşayət  olunan  işlərin  olması  narahatçılıq 

doğurur. 

9.  Komitə üzv ölkəyə tövsiyyə edir:  



  (a)Qadınların  Konvensiya  tərəfindən  onlara  verilən  hüquqlar  və  bununla 

bağlı  olaraq  Fakultativ  Protokolda  qeyd  olunan  prosedurlar  barədə 

bilgilərinin artırılmasını; 

  (b)  Qadınları  hər  hansı  bir  cinsi  və  ya  gender  ayrıseçkiliyi  halları  barədə 

müvafiq  məhkəmə  və  kvazi-məhkəmə  orqanlarına  müraciət  etmələri  üçün 

inandırmaq;  

  (c)  Hakim,  prokuror  və  vəkillər  üçün  Konvensiya,  Fakultativ  Protokol, 

Komitənin  ümumi  tövsiyyələri  barədə  bilik  və  bacarıqlarının  artırılması 

yönümündə  proqramlar  həyata  keçirmə.  Bununla  da  onların  iĢlərə  baxıĢ 

zamanı  yerli  qanunvericiliklə  bərabər  Konvensiyanın  müddəalarına  istinad 

etməsi və ondan istifadə etməsi prosesi güclənəcək. 

    Qadınların sülh prosesində iĢtirakı  

10. Komitə üzv ölkənin sülhyaratma prosesinə daha çox qadınların cəlb olunması 

və  bu  məqsədlə  Cənubi  Qafqaz  Qadınları  Konqresinin  yaradılması  halını 

təqdirəlayiq  hesab  edir.  Eyni  zamanda  Komitə  üzv  ölkə  tərəfindən  BMT 

Təhlükəsizlik  Şurasının  1325  saylı  qətnaməsinin  (2000)  tələblərinin  həyata 

keçirilməsi  üçün  milli  fəaliyyət  planının  hazırlanmasını  yüksək  qiymətləndirir. 

Lakin  Milli  Fəaliyyət  Planının  qəbul  olunması  üçün  hər  hansı  bir  müddətin 

qoyulmamasına təəssüf edir. 

11.Komitə  üzv  ölkəni  qadın  təĢkilatlarının  nümayəndələri  ilə  birlikdə  BMT 

Təhlükəsizlik  ġurasının  1325  saylı  qətnaməsinin  (2000)  tələblərinin  həyata 

keçirilməsi  məqsədi  ilə  milli  fəaliyyət  planının  hazırlanması  və  qəbul 

olunması üçün bəlli bir dövr təyin etməyə çağırır: 

  (a)  Bu  zaman  BMT  Təhlükəsizlik  ġurasının  qadın,  sülh  və  təhlükəsizlik 



sahəsində qəbul etdiyi bütün sənədlər nəzərə alınmalıdır. Məsələn, 1820 saylı 

Qətnamə (2008), 1888 (2009), 1889 (2009) və 2122 (2013) saylı qətnamələr və 


 

həmçinin  qadınlar  münaqiĢələrin  həlli,  münaqiĢə  və  münaqiĢədən  sonra 



mövzusunda olan 30 saylı Ümumi Tövsiyyə (2013); 

  (b)Qadınların  bütün  növ  sülh  danıĢıqları  zamanı  vasitəçi  kimi  iĢtirakının 

təmin  edilməsi.  Qadınlar  fərdi  olaraq,  və  ya  hər  hansı  bir  beynəlxalq 

təĢkilatın  nümayəndəsi  kimi  üçüncü  tərəflərin  təĢəbbüsü  ilə  sülh  danıĢıqları 

zamanı təĢkil olunan tədbirlər də aktiv Ģəkildə cəlb olunmalıdır;  

  (c)Sülh  yaratma  prosesi  və  münaqiĢədən  sonrakı  siyasi  proseslər  zamanı 

qadınların  effektiv  iĢtirakını  təmin  etmək  üçün  liderlik  təlimləri 

keçirilməlidir. 

    Məcburi köçkün qadın və qızlar  

12.Komitə  qeyd  edir  ki,  son  zamanlar  əksəriyyəti  qadın  və  qız  olan  məcburi 

köçkünlrlə  bağlı  bir  sıra  dövlət  proqramları  həyata  keçirilib.  Buna  baxmayaraq 

Komitə  onların  həyat  şəraiti,  yüksək  işsizlik  dərəcəsi,  və  gəlir  əldə  etmək  üçün 

imkanlarının olmaması faktından narahatdır. Eyni zamanda məcburi köçkün qadın 

və  qızların  məişət  zorakılığı,  erkən  və  məcburi  nikah,  əməyin  istismarı  və  insan 

alverinə məruz qalması, yoxsulluq, təhsil və səhiyyə müəssisələrinə çıxış zamanı 

cinsi  ayrıseçkilik,  siyasi  proseslərdə  və  ictimai  həyatda  iştirak  üçün  imkanların 

olmaması  faktı  da  narahatçılıq  doğurur.Həmçinin  Komitə  narahatdır  ki,  məcburi 

köçkün  qadın  və  qızlar  onların  ehtiyaclarının  ödənilməsi  üçün  həyata  keçirilən 

fəaliyyətlərin planlaşdırılması və icra edilməsi proseslərindən kənarda qalır. 

13.Komitə üzv ölkəyə aĢağıdakıları tövsiyyə edir:  



  (a)Məcburi  köçkün  qadın  və  qızların  təhlükəsizliyinin  təmin  olunması  və 

hər  hansı  bir  zorakılıq  zamanı  onların  müdafiəsi  üçün  tədbirlərin  həyata 

keçirilməsi.  Bu  zaman  əsas  diqqət  məcburi  köçkün  qadın  və  qızlara  qarĢı 

zorakıklığın  qarĢısının  alınması  və  günahkarların  cəzalandırılmasına 

yönəlməlidir; 

  (b)Məcburi köçkün qadın və qızların ehtiyaclarının ödənilməsi üçün bütün 

adekvat  resursların  cəlb  olunması,  xüsusilə  də  bu  onların  və  uçaqlarının 

təhsil  alması  və  adekvat  gəlir  əldə  etmək  imkanlarının  geniĢlənməsinə 

yönəldilməlidir; 

  (c) Məcburi köçkün qadın və qızların adekvat səhiyyə və təhsilin rahat əldə 

etməsi və hərəkət azadlığının təmin olunması. 

    Qadınların inkiĢafı üçün milli mexanizm  

14.Komitə  narahatçılıqla  bildirir  ki,  qadınların  irəli  çəkilməsi  üçün  milli  siyasi 

liderlik  tərəfindən  dəstək  və  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət 

Komitəsinin  səylərinə  baxmayaraq  aydın  olmayan  mandat  və  hökumət 

strukturlarında gender bərabərliyinin təmin olunması üçün hər hansı bir siyasət və 

qurumun  olmaması  qadınların  inkişafı  və  irəli  çəkilməsi  üçün  əngəllər  törədir. 

Komitə  həmçinin  narahatdır  ki,  müvafiq  hökumət  strukturları  və  idarələrində 

qərar qəbul etmə səviyyəsində gender bərabərliyi nəzərə alınmır, bütün bölgələrdə 

mövcud  deyil  və  bütün  qanunlar,  siyasətlər  və  proqramlar  qəbul  olunan  zaman 

gender bərabərliyinə riayət olunmur. Eyni zamanda Komitə təəssüflə qeyd edir ki, 

gender bərabərliyinin təmin olunması və bu sahədə de yure və de fakto arasında 

olan fərqin aradan qaldırılması üçün milli fəaliyyət planı hələ də yoxdur.   

15.Komitə üzv ölkəyə aĢağıdakı tövsiyyələri verir:  

  (a) Qadınların  inkiĢafı  və  irəli  çəkilməsi,  eyni  zamanda  Konvensiyanın 

tələblərinin  tam  həyata  keçirilməsi  üçün  milli  mexanizm  kimi  fəaliyyət 

göstərməsi  məqsədi  ilə  Ailə,  Qadın  və  UĢaq  Problemləri  üzrə  Dövlət 

Komitəsinin  imkanlarını  artırmaq  və  ona  tam  olaraq  Nazirlik  statusu 

vermək;  Hökumət  qurumlarında  gender  yönümlü  mərkəzlər  yaratmaq  və 

onları adekvat insan, maliyyə və texniki resurslarla təmin etmək;  



10 

 

(b)Gender bərabərliyi və qadınların inkiĢafı üzrə Milli Fəaliyyət Planı qəbul 



etmək  və  bu  iĢi  BMT-nin  tövsiyyələri  və  hesabatlara  olan  Ģərhləri  nəzərə 

almaqla həyata keçirmək;  

(c)Bütün rayon və bölmələrdə gender mərkəzlərinin yaradılması və inkiĢafı, 

onların  qərar  qəbul  etmə  prosesinə  cəlb  olunması  və  qadınlar  tərəfindən 

qərar qəbul etmə zamanı ən yüksək vəzifələri tutmasını təmin etmək.  

    QHT-lər və qadın hüquq müdafiəçiləri  

16.Komitə  2014-cü  ilin  sonunda  qanunvericilikdə  müstəqil  QHT-lərin  ölkədə 

fəaliyyətinə ciddi əngəllər törədən dəyişikliklər edilməsindən narahatdır. Maliyyə 

resurslarının idarə olunması və şəffaflığı ilə əlaqədar olan dəyişikliklər vacib olsa 

da  bəzi  dəyişikliklər  ölkədə  qadın  təşkilatları  da  daxil  olmaqla  QHT-lərin  və 

ictimai  təşkilatların  fəaliyyətinə  mənfi  təsir  göstərir  və  onların  fəaliyyətini 

məhdudlaşdırır. Eyni zamanda Komitə qadın jurnalist və hüquq müdafiəçilərinin 

işinə  ciddi  əngəllər  yaradılması  və  hətta  bəzi  hallarda  onların  həbs  və  təqib 

olunması halından narahatdır. 

17.  Komitə üzv ölkəni aĢağıdakıları həyata keçirməyə çağırır: 



(a) Qnunvericilikdə  olan  dəyiĢiklikləri  yenidən  nəzərdən  keçirmək  və  bu 

dəyiĢikliklərin  QHT-lərin,  xüsusilə  də  qadın  təĢkilatların  fəaliyyətinə  mənfi 

təsirini  aradan  qaldırmaq,  qadın  təĢkilatlarının  rahat  yaradılması,  azad 

fəaliyyəti və resurslar cəlb etməsi üçün münbit Ģəraitin yaradılması; 

(b)  Qadın  jurnalist  və  hüquq  müdafiəçilərinin  hüquqlarına  tam  hörmət 

olunmasını təmin etmək. 

    Müvəqqəti xüsusi tədbirlər  

18.Gender bərabərliyinin təmin olunması barədə qanunun 3.2.6 maddəsində qeyd 

olunmasına baxmayaraq defakto bərabərliyin təmin olunması və qadınların ictimai 

siyasi həyatda təmsil olunması və kəndlərdə yaşayan qadınlar, fiziki məhdudiyyəti 

olan qadınlar, məcburi köçkün və qaçqın qadınlar və yaşlı qadınlar kimi qruplara 

məxsus  və  müxtəlif  növ  ayrıseçkiliyə  məruz  qalan  qadınların  vəziyyətinin 

yaxşılaşdırlılması  üçün  müvəqqəti  xüsusi  tədbirlərin  həyata  keçirilməməsi  faktı 

Komitəni narahat edir.  

19.Komitə tövsiyyə edir ki, üzv ölkə müvəqqəti xüsusi tədbirlər qəbul etsin. 

Bura  Konvensiyanın  4  (1)  maddəsinə  və  Komitənin  25  saylı  Ümumi 

Tövsiyyələrinə (2004) uyğun olaraq kvota qəbul olunması və qadın və kiĢilər 

arasında  bərabərliyin  təmin  olunması  prosesinin  sürətləndirilməsi  üçün 

strategiyanın  hazırlanması  da  daxil  edilməlidir.  Həmçinin  Komitə  tövsiyyə 

edir  ki,  üzv  ölkə  kəndlərdə  yaĢayan  qadınlar,  fiziki  məhdudiyyəti  olan 

qadınlar, məcburi köçkün və qaçqın qadınlar və yaĢlı qadınlar kimi qruplara 

məxsus qadınların problemlərinin həllinə yönələn müvəqqəti xüsusi tədbirlər 

qəbul  edilsin  və  bu  tədbirlərin  təsirlərinin  qiymətləndirilməsi,  gender 

statistikası  və  digər  məlumatların  ictimaiyyət  üçün  əlçatan  olması  təmin 

edilsin.     

    Stereotiplər və zərərli təcrübə  

20.Komitə  narahatçılıqla  bildirir  ki,  əvvəlki  hesabat  üzrə  qeyd  şərtlərdə 

(CEDAW/C/AZE/CO/4,  bölmə  20)  tövsiyyələr  kimi  qeyd  olunmasına 

baxmayaraq  qadın  və  kişinin  ailə  və  cəmiyyətdə  rolu  və  vəzifələri  sahəsində 

patriarxal  münasibət  və  stereotiplər  dərin  kökə  malikdir  və  tövsiyyələrdə  qeyd 

olunmasına baxmayaraq oğlan övlada üstünlük vermə nəticəsində yeni doğulmuş 

körpələrin cinsi göstəriciləriarasında fərq artmışdır və 166 oğlana qarşı 100 qıza 

bərabərdir.  Komitə  qeyd  edir  ki,  stereotiplər  Azərbaycan  cəmiyyətində  kişilərin 

qadınlardan üstünlüyünü  göstərən  tədris  materialları  və  mətbuatda  qadın  portreti 

yaradılması  zamanı  kəskinləşir  və  qadınların  sosial  statusu,  onların  ictimai 




11 

 

həyatda iştirakı azaldılır və qadınlar üçün ödənişli məşğulluq zamanı aşağı əmək 



haqqı təyin edilir.  

21.Komitə üzv ölkəni aĢağıdakıları həyata keçirməyə çağırır: 



  (a) Dərhal oğul övlada üstünlük verilməsi fenomeninin aradan qaldırılması 

üçün çoxĢaxəli Fəaliyyət Planının qəbul edilməsi; 

  (b)  Dövlət  rəsmiləri  də  daxil  olmaqla  qadın  və  kiĢilərin  maarifləndirilməsi 

və  cəmiyyətin  bütün  sahələrində  mövcud  olan  cinsi  ayrıseçkiliyin  aradan 

qaldırılması  üzrə  onların  məlumatlandırılması  vasitəsi  ilə  oğul  övlada 

üstünlük verilməsi stereotipinə qarĢı qəti tədbirlər həyata keçirmək; 

  (c)Radio,  televiziya  və  çap  da  daxil  olmaqla  bütün  mətbuatın  ictimai, 

iqtisadi  və  siyasi  proseslərdə  fəal  iĢtirak  edən  müsbət  qadın  portreti 

yaratmaqla  gender  stereotiplərinin  ləğv  olunmasının  vacibliyi  barədə 

məlumatlandırmaq;   

  (d)  Onların  təsirini  qiymətləndirmək  məqsədi  ilə  gender  stereotiplərinin 

aradan  qaldırılması  üçün  həyata  keçirilən  tədbirlərin  mütəmadi  olaraq 

monitorinqinin aparılması və izlənməsi. 

    Qadınlara qarĢı zorakılıq  

22.  Komitə  üzv  ölkənin  nümayəndələri  tətəfindən  Nazirlər  Kabinetinin  Məişət 

Zorakılığının aradan qaldırılması üçün Milli Strategiyanın və Məişət Zorakılığının 

qarşısının  alınması  üçün  Milli  Fəaliyyət  Planını  müzakirə  etməsi,  və  qadınlara 

qarşı zorakılığı əks etdirən onlayn məlumat bazasının hazırlanması barədə verdiyi 

məlumatı yüksək qiymətləndirir. Lakin Komitə aşağıdakılardan narahatdır:  

  (a) Məişət Zorakılığına Qaşı Qanunun zəif icra olunması. Bu qanundan istifadə 

ilə müşayət olunan işlərinin sayının az olması və az sayda uzun müddətli və qısa 

müddətli mühafizə orderlərin verilməsindən görünür.    

  (b)Məişət zorakılığına dair sistematik olaraq məlumatların toplanmaması; 

  (c)  Məişət  zorakılığı  qurbanları  üçün  dəstək  və  müraciət  mərkəzlərinin  sayının 

az olması və onların əksəriyyətinin QHT-lər tərəfində yaradılması; 

  (d) Məişət  zorakılığının  qurbanı  olan  qadınlar  üçün  dövlət  tərəfindən 

maliyyələşən bir neçə sığınacaq var. Hazırda onların sayı 3-dür və onlar Əmək və 

Əhahilinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılıb; 

  (e)  Qadınlara  qarşı  və  məişət  zorakılığına  qarşı  mübarizə  və  onların  qarşısının 

alınması  üçün  Avropa  Şurasının  Konvensiyasının  qəbul  olunması  məsələsinin 

təxirə salınması.   

23.Özünün  19  saylı  Ümumi  Tövsiyyəsini  (1992)  xatırladaraq  Komitə  üzv 

ölkəni aĢağıdakıları həyata keçirməyə çağırır: 

  (a)Dərhal MəiĢət Zorakılığının QarĢısının Alınması üçün Milli Strategiya və 

MəiĢət Zorakılığının QarĢısının Alınması üçün Milli Fəaliyyət Planının qəbul 

edilməsi  və  onların  həyata  keçirilməsi  üçün  bütün  lazımi  resursların 

ayrılması;   

  (b)  YaĢ,  Ģəhər  və  kənd,  zorakılığı  törədən  və  qurban  arasında  olan 

münasibət və digər parametrlər üzrə qruplaĢdırılaraq qadınlara qarĢı bütün 

növ  zorakılığı  özündə  əks  etdirən  məlumatların  toplanması  üçün  hərtərəfli 

bir sistemin iĢə salınması; 

  (c)Bütün  ölkə  boyu  zorakılıq  qurbanları  üçün  dövlət  tərəfindən 

maliyyələĢən  dəsətk  və  müraciət  mərkəzlərinin  yaradılması  və  bu  sahədə 

müvafiq QHT-lərlə əməkdaĢlığın gücləndirilməsi; 

  (d)Zorakılıq  qurbanı  olan  qadınlar  üçün  dövlət  tərəfindən  maliyyələĢən 

sığınacaqların təĢkil edilməsi (xüsusilə bölgələrdə) və 24/7 rejimində fəaliyyət 

göstərən milli yardım xəttinin yaradılması; 



12 

 

  (e)Qadınlara  qarĢı  və  məiĢət  zorakılığına  qarĢı  mübarizə  və  onların 



qarĢısının alınması üçün Avropa ġurasının Konvensiyasının qəbul olunması 

üçün vaxtın müəyyən edilməsi. 

    Ġnsan alveri və fahiĢəlik 

24.  Komitə  insan  alveri  qurbanları  olan  qadın  və  qızların  effektiv  müdafiəsini 

təmin  etmək  üçün  həyata  keçirilən  qanunvericilik  və  siyasət  üzrə  tədbirləri  və 

proqramları yüksək dəyərləndirir. Lakin Komitə aşağıdakılardan narahatdır:  

  (a) Üzv ölkə cinsi istismar və məcburi əmək məqsədi ilə qadın və qızların alveri 

üzrə hələ də mənbə, tranzit və təyinat ərazi kimi qalmaqdadır; 

  (b)  İnsan  alveri  ilə  mübarizə  üzrə  siyasətlərinin ölkədə  həyata  keçirilməsi  üzrə 

mexanizmlər çox zəifdir; 

  (c)Cinayət Məcəlləsində qızlar da daxil olmaqla uşaq pornoqrafiyasını qadağan 

edən  xüsusi  müddəalar  yoxdur  və  yerli  qanunvericiliklə  heç  bir  hüquqi  şəxs  bu 

kimi işlərə görə cinayət məsuliyyətinə calb oluna bilməz; 

  (d)Dövlət  bərpa  və  reinteqrasiya  tədbirləri  yalnız  ümumi  olaraq  insan  alveri 

qurbanlarına  xidmət  edir  və  xüsusi  olaraq  ayrıca  pornoqrafiyada  istismar  edilən 

qadınlar və fahişəlik üçün satılan qızların ehtiyaclarını nəzərə almır; 

  (e)İnsan alverinin ən əsas hədəfi olan küçə uşaqları, xüsusilə qızlar barədə rəsmi 

statistika yoxdur;  

  (f) Ölkədə fahişəliyin əsas səbəblərini öyrənən xüsusi heç bir araşdırma yoxdur. 

25.Komitə üzv ölkəyə aĢağıdakıları tövsiyyə edir: 



  (a) Qadın  və  qızların  fahiĢəlik,  orqan  alveri  və  köləlik  üçün  satılması  kimi 

halların  qarĢısının  effektiv  alınması  və  onlarla  mübarizə  üçün  müvafiq 

azlıqların  hüquqları  və  problemləri  üzrə  yerli  Komissiyaları  bütün  lazımi 

insan, maliyyə və texniki vasitələrlə təmin etmək; UĢaqların, xüsusilə qızların 

müdafiəsi  üzrə  siyasətlərin,  proqramların  və  digər  faəliyyətlərin  daha  da 

yaxĢılaĢdırılması üçün yerli uĢaq müdafiəsi üzrə sistemi yenidən qurmaq və 

inkiĢaf etdirmək; 

  (b)Ġnsan  alveri  ilə  mübarizə  üzrə  milli  siyasəti  tam  həyata  keçirmək  üçün 

effektiv mexanizmlərin təmin edilməsi;  

  (c)  UĢaqlar,  xüsusilə  qızlarla  bağlı  pornoqrafiyanın  qadağan  olunması  və 

cinayət  kimi  tanınması  üçün  qanunvericilikdə  dəyiĢikliklər  olunması  və  bu 

iĢlərə  görə  hüquqi  Ģəxslərin  cinayət  məsuliyyətinə  cəlb  olunmasının  təmin 

edilməsi; 

  (d) 

Dövlət  bərpa  və  reinteqrasiya  tədbirlərinin  xüsusi  olaraq 

pornoqrafiyada istismar edilmək və fahiĢəlik üçün satılan uĢaqlar və xüsusilə 

qızların ehtiyaclarını nəzərə alması təmin edilsin; 

  (e)  Küçə  uĢaqları,  xüsusilə  qızlar  barədə  məlumat  toplanılmasını  inkiĢaf 

etdirmək  və  sistematik  olaraq  cinslər  üzrə  ayrı-ayrı  belə  məlumatların 

toplanması;  

  (f)  Qadınları  fahiĢəliyə  sürükləyən  faktorları  müəyyən  etmək,  fahiĢəlikdən 

əl  çəkmək  istəyən  qız  və  qadınlar  üçün  xüsusi  mərkəz  və 

reabilitasiya/reinteqrasiya proqramlarının yaradılması və inkiĢaf etdirilməsi. 

    Siyasi və ictimai həyatda iĢtirak 

26.Komitə  üzv  ölkənin  nümayəndələri  tətəfindən  2014-cü  ildə  ölkədə  qadınların 

bələdiyyədə  təmsilçiliyin  35%  qədər  artması  və  ölkə  prezidenti  tərəfindən 

qadınların  rayon  icra  başçılarının  müavinləri  kimi  vəzifələrə  təyin  olunması 

faktları  barədə  olan  məlumatı  yüksək  qiymətləndirir.  Bununla  belə  Komitə 

qadınların  milli  və  yerli  qanunverici  orqanlarda,  Hökumətdə,  dövlət  qulluğunda, 

ən  yüksək  və  qərar  qəbul  edən  vəzifələrdə  zəif  təmsil  olunması  faktından 

narahatdır. 




13 

 

27.Komitə  tövsiyyə  edir  ki,  üzv  ölkə  qadınların  xüsusilə  də  ən  yüksək  və 



qərar  qəbul edən vəzifələrdə, siyasi  və  ictimai  həyatda  və  dövlət qulluğunda 

tam  və  bərabər  təmsil  olunmasını  təmin  etsin.  Xüsusilə  tövsiyyə  olunur  ki, 

üzv  ölkə  siyasi  partiyaların  seçki  üzrə  namizədlərin  siyahısında  qadınlar 

üçün  məcburi  kvota  təyin  etsin,  və  ya  qadınların  seçilənlərin  ən  azı  30% 

təĢkil etməsini təmin etmək üçün alternativ sistem tətbiq etsin. Eyni zamanda 

Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndinə və 25 saylı Ümumi Tövsiyyələrə 

(2004) əsasən qadınların yüksək vəzifələrə təyin olunmasında paritet sistemi 

və  onların  yüksək  vəzifələrə  cəmləĢməsini  sürətləndirmək  üçün  müvəqqəti 

xüsusi tədbirlərin qəbul edilməsi.  

    Təhsil  

28.  Komitə  ölkədə  kişi  və  qadınların  savadlılıq  dərəcəsinin  yüksək  olması  və 

qızların orta təhsil müəssisələrinə cəlb olunması dərəcəsini yüksək qiymətləndirir. 

Bunlara baxmayaraq Komitə aşağıdakılardan narahatdır: 

  (a)Ucqar  bölgələrdə  və  qaçğın  və  məcburi  köçkün  məskənlərində  qızların  orta 

məktəblərdə  davamiyyətinin  aşağı  olması  və  erkən  nikah  nəticəsində  qızların 

təhsilinin əsasən orta məktəblərdən sonra dayandırılması; 

  (b) Ali məktəblərə qəbul zamanı qadınların kişilərə nisbətən sayının azlığı; 

  (c)Təhsil  sahələrinin  seçimi  zamanı  sterotiplərə  əsaslanmaq,  bunun  nəticəsində 

də  qadınlar  əsasən  səhiyyə,  xidmət  sahələri  kimi  ənənəvi  olaraq  qadınların  daha 

çox olduğu sahələrdə cəmləşirlər; 

  (d)Təhsil materiallarında gender stereotiplərinin olması;  

  (e)Məktəb kurrikulumunda qadın hüquqları və gender bərabərliyi kimi fənnlərin 

olmaması və bu sahədə müəllimlər üçün profesional təlimlərin keçirilməməsi. 

29.Komitə üzv ölkəyə aĢağıdakıları tövsiyyə edir: 

  (a)  Erkən  nikah  halları  da  daxil  olmaqla  qızların  təhsilinin  yarımçıq 

kəsilməsi  hallarının  aradan  qaldırılması  üçün  müvafiq  tədbirlər  həyata 

keçirmək; 

  (b)  Konvensiyanın  4-cü  maddəsi  və  25  saylı  Ümumi  Tövsiyyələrə 

əsasənqadın və qızların ali məktəblərdə sayının artırılması üçün bütün lazımi 

müvəqqəti xüsusi tədbirlərin həyata keçirilməsi də daxil olmaqla digər bütün 

lazımı    iĢlərin  görülməsi.  Məsələn  qadınlar  üçün  xüsusi  təqaüdlərin 

ayrılması; 

  (c)Qızları  və  gənc  qadınları  qadınlar  üçün  qeyri-ənənəvi  sahələrdə  təhsil 

alması  və  karyera  qurmasına  həvəsləndirmək  üçün  xüsusi  karyera  üzrə 

təlimatlar hazırlamaq; 

  (d)Məktəb dərslikləri və digər tədris materiallarını analiz etmək və oradan 

gender bərəbərsizliyi və stereotiplərə dair olan bütün məlumatları çıxarmaq; 

  (e)Məktəb  kurrikulumuna  məcburi  fənn  kimi  qadın  haqları  və  gender 

bərabərliyi  fənnlərini  daxil  etmək  və  bütün  təhsil  səviyyəsində  müəllimlər 

üçün bu mövzuda xüsusi professional təlimlər təĢkil etmək. 

    MəĢğulluq 

30.Komitə  qadınlar  arasında  işsizlik  göstəricilərinin  aşağı  olması  faktını  xüsusi 

qeyd  edir.  Lakin  buna  baxmayaraq  əmək  bazarında  qadınların  əsasən  aşağı 

məvacibli  və  qeyri-rəsmi  işlərdə  cəmlənməsi,  cinslər  arasında  əmək  haqqında 

böyük  fərq,  uşağa  baxma  müəssisələrinin  çatışmaması  və  kişilərlə  müqayisədə 

qadınlar üçün daha az təqaüd təyin olunması kimi şaquli və üfiqi  fərqlərin olması 

mənfi hal kimi qiymətləndirilir. 

31. Komitə üzv ölkəyə aĢağıdakıları tövsiyyə edir: 



  (a)Qadınların  iĢ  yerlərində  rəsmi  qeydiyyatı  və  rəsmi  iĢlə  təmin  olunması 

hallarının  artırılması  üçün  tədbirlərin  həyata  keçirilməsi,  qadın  və  kiĢilər 


14 

 

arasında  məĢğulluq  fərqi  və  struktur  bərabərsizliyinin  aradan  qaldırılması 



üçün səylərin artırılması və həm Ģaquli, həm də üfiqi fərqlərin ləğv edilməsi; 

  (b)  Bütün  sektorlarda  qadın  və  kiĢilərin  əmək  haqlarının  mütəmadi 

analizini  aparmaq  və  eyni  iĢ  üçün  eyni  məvacib  prinsipinin  tətbiq  olunması 

üçün  tədbirlərin  həyata  keçirilməsi  və  bununla  da  cinslər  arasında  əmək 

haqqı fərqlərinin azaldılması; 

  (c)  UĢağa  baxma  müəssisələrinin  sayının  artırılması  və  məcburi  atalıq 

məzuniyyəti  də  daxil  olmaqla  qadın  və  kiĢilərin  iĢ  və  Ģəxsi  həyatlarının 

uzlaĢması üçün tədbirlərin həyata keçirilməsi;  

  (d)Qadınlara  təqaüd  və  digər  sosial  müdafiə  yardımlarının  təyin  olunması 

zamanı uĢaq doğumu və böyüdülməsi nəticəsində yaranan iĢ fasilələri nəzərə 

alınmalıdır  və  onlar  üçün  yarım  iĢ  günü  təyin  olunsa  da  tam  kimi  nəzərə 

alınmalıdır.  

    Səhiyyə  

32.Komitə bütün vətəndaşlar üçün əlçatan və əlverişli səhiyyə xidmətlərini təmin 

etmək üçün üzv ölkə tərəfindən həyata keçirilən tədbirləri bəyənir. Lakin səhiyyə 

üçün qeyri adekvat xərclərin olması, qadınların öz sağlamlığı barədə qərar qəbul 

etməsi  zamanı  hüquqlarının  məhdudlaşdırılması,  ana  ölümləri  barədə  rəsmi 

məlumatların  beynəlxalq  hesablamalardan  fərqlənməsi  faktı  Komitəni  narahat 

edir;  2011-ci  ildə  aparılan  Azərbaycan  Demoqrafik  və  Səhiyyə  Araşdırması 

nəticəsində  müəyyən  olunmuş  körpə  ölümü,  xüsusilə  5  yaşından  kişik  olan 

uşaqların  ölümü  zamanı  qız  və  oğlanlar  arasında  olan  fərq  narahatçılıq  doğurur. 

Qadınlar  arasında  yüksək  azqanlılıq  olması,  ailə  planlaşması  zamanı  əsasən 

abortlardan  istifadə,  bura  məcburi  abortlar  və  uşağının  cinsinin  seçilməsi  üzrə 

abortlar  da  daxildir,  müasir  kontrasptik  vasitələrdən  istifadə  olunmaması,  zəif 

səhiyyə infrastrukturu (xüsusilə bölgələrdə) və səhiyyə xidməti göstərənlərin aşağı 

səriştəsi  əsas  problemlər  arasında  qeyd  oluna  bilər.  Həmçinin  Komitə  Cinsi  və 

reproduktiv sağlamlıq üzrə qanunun qəbul olunmamasında narahatdır. 

33.Komitə  24  Saylı  Ümumi  Tövsiyyələri  (1999)  nəzərə  alaraq  üzv  ölkəni 



qadınların  yüksək  səviyyəli  səhiyyə  ilə  təmin  olunmasına  və  aĢağıdakıları 

həyata keçirməyə çağırır:  

  (a) Ana ölümləri hallarının azaldılması üçün səylərin gücləndirilməsi, onun 

yayılma  dərəcələri,  səbəbləri  və  fenomenin  ölçülməsi  üçün  lazım  olan  dəqiq 

informasiyaların təmin edilməsi;        

  (b) Ana və körpə ölümlərinin azaldılması üçün doğum öncəsi, doğuĢ zamanı 

və yeni doğulan körpələrə qulluq zamanı yüksək səviyyəli xidmətlərin təmin 

olunması; 

  (c)  Ailə  planlaĢdırılması  və  reproduktiv  sağlamlıq  barədə  maarifləndirmə 

və tədris, xüsusilə də müvafiq yaĢ qrupları üçün orta məktəblərdə; 

  (d)  Müasir  kontraseptik  vasitələrin  Səhiyyə  Nazirliyinin  Əsas  Dərman 

Vasitələri  Siyahısına  salınması  da  daxil  olmaqla  əhali  arasında  müasir 

kontraseptik vasitələrdən istifadəni təĢfiq etmək; 

  (e) 

Təxirə 

salmadan  Əhalinin  Reproduktiv  Sağlamlığı  və  Ailə 

PlanlaĢdırılması üzrə qanunun qəbul edilməsi; 

  (f) Qadın və uĢaqlar arasında qida mikroelementləri çatıĢmazlığının aradan 

qaldırılması üçün Qidadan Ġstifadə Qanununun qəbul edilməsi; 

  (g)Anadan  uĢağa  xəstəliklərin  keçməsinin  qarĢısının  alınması  üçün 

proqram və xidmətlərin təĢkili (xüsusilə bölgələrə);  

  (h)  HĠV  damğasının  aradan  qaldırılması  üçün  məlumatlandırma 

kampaniyalarının təĢkili. 


15 

 

    Qadınların iqtisadi imkanlarının geniĢləndirilməsi  

34.  Komitə  qadınların  iqtisadi  imkanlarının  genişləndiriliməsi  zamanı  ayrı-

seçkiliyə məruz qalması, və qadınların cəmiyyətdə rolu və pul qazanmada ikinci 

dərəcəli hesab edilməsi, müəyyən bacarıqların olmamasıvə digər bu kimi səbəblər 

gətirilərərk qadınlara kredit verilməməsi məsələsindən narahatdır.    

35.Komitə  üzv  ölkəyə  tövsiyyə  edir  ki,  qadınların  (xüsusilə  regionlarda) 

iqtisadi  imkanlarının  artırılması  və  sahibkarlığa  cəlb  olunması  məqsədi  ilə 

qadınların  dəstəklənməsi  və  motivasiya  olunması  üçün  səylərini  artırsın. 

Bura  qadınlar  üçün  xüsusi  kreditlər,  torpaq  və  digər  resursların  ayrılması, 

kiçik müəssisələrin inkiĢafı və idarə olunmasına dair təlimlər, qadınların bu 

kimi təĢəbbüslərinin monitorinqi kimi bir sıra fəaliyyətlər daxildir. 

    Region qadınları  

36.  Komitə  region  qadınlarının  torpaq  və  bu  kimi  resurslar,  eləcə  də  ictimai  və 

səhiyyə  xidmətləri,  iqtisadi  imkanlar,  yeni  texnologiyalarla  zəif  təmin  olunması, 

icmalarda qərar  qəbul  etmə prosesində iştirak da daxil olmaqla ictimai və siyasi 

həyatda iştirak səviyyəsinin aşağı olmasını faktını narahatçılıqla qeyd edir.Komitə 

kəndlərdə  və  rayonlarda  uşağa  qulluq  müəssisələrinin  çatışmaması,  məişət 

zorakılığı  qurbanları  üçün  xüsusi  sığınacaqlar  və  xidmətlərin  olmamasından 

narahatdır.   

37.Komitə  üzv  ölkənin  region  qadınlarının  torpaq  və  bu  kimi  resurslara, 

sosial,  səhiyyə  və  digər  əsas  xidmətlərə,  iqtisadi  imkanlara,  yeni 

texnologiyalara  asan  çıxıĢ  əldə  etməsini  təmin  etmək,  eləcə  də  qadınların 

icma səviyyəsində qərar qəbul etmə prosesi də daxil olmaqla siyasi və ictimai 

həyatda  fəal  iĢtirak  etməsi  üçün  bərabər  imkanların  yaradılmasını  tövsiyyə 

edir.  Eyni  zamanda  Komitə  tövsiyyə  edir  ki,  regionlarda  uĢağa  qulluq 

müəssisələrinin sayı və keyfiyyəti artırılsın, məiĢət zorakılığı qurbanları üçün 

xüsusi sığınacaqlar və xidmət mərkəzləri yaradılsın.  

    Ailə münasibətləri və erkən nikah  

38.  Komitə  qadın  və  kişilər  üçün  eyni  minimum  nikah  yaşının  (18  yaş)  təmin 

olunmasını  bəyənir.  Lakin  Komitə  uşaq  evliliyi  hallarının  artması,  bu  kimi 

halların  rəsmi  statistikasının  olmaması  və  erkən  nikaha  görə  cəzaların  tətbiq 

olunmaması  faktından  narahatdır.  Eyni  zamanda  Komitə  rəsmi  nikah  əvəzinə 

qadın və uşaqlara heç bir hüquq verməyən dini nikah (Kəbin) hallarının artmasını 

narahatçılıqla  qeyd  edir.  Eyni  zamanda  təqaüd  hüququ  kimi  qeyri  maddi 

əmlakların nikah əmlakı kateqoriyasına aid edilməməsi halını pisləyir.   

39.Komitə üzv ölkəni aĢağıdakıları həyata keçirməyə çağırır:  

  (a)  Məktəblərdə  qızların  davamiyyətinin  monitorinqi  və  digər  vasitələrlə 



erkən  və  uĢaq  nikahlarının  qarĢısının  alınması,  mütəmadi  olaraq  bu  sahədə 

araĢdırma  aparmaq,  erkən  nikahla  əlaqəsi  olan  Ģəxslərin  istintaqa  cəlb 

olunması və cəzalandırılması (31 saylı Ümumi Tövsiyyəyə əsasən); 

  (b)  Rəsmi  dövlət  nikahı  olmadan  dini  nikah  (Kəbin)  hallarının  qadağan 

olunması  və  qadınların  və  uĢaqlarının  hüquqlarının  qorunması  üçün  onları 

qeyri-rəsmi nikahlardan qorumaq (29 saylı Ümumi Tövsiyyəyə əsasən); 

  (c)Təqaüd və sığorta mənfəətləri kimi qeyri-maddi əmlakların nikah əmlakı 

kimi  qəbul  olunması  üçün  hüquqi  tədbirlər  həyata  keçirmək  və  boĢanma 

zamanı onların bölünəcək əmlak kimi tanınmasını təmin etmək.  

    Pekin Bəyannaməsi və Fəaliyyət Platforması  

40.Konvensiyanın  tələblərinin  həyata  keçirilməsinin  təmin  olunması  üçün 



Komitə  üzv  ölkəni  Pekin  Bəyannaməsi  və  Fəaliyyət  Platformasını  tətbiq 

etməyə çağırır.   


16 

 

    Minilliyin ĠnkiĢaf Məqsədləri və 2015-ci ildən sonrakı inkiĢaf mərhələsi  

41.Komitə  Konvensiyanın  tələblərinin  təmin  olunması  üçün  gender 

perspektivinin Minilliyin ĠnkiĢaf Məqsədləri və 2015-ci ildən sonrakı inkiĢaf 

mərhələsinə daxil olunmasını tövsiyyə edir. 

    Yayım 

42.  Komitə  üzv  ölkənin  sistematik  və  davamlı  olaraq  Konvensiyanın 

tələblərini yerinə yetirmək öhdəliyinin olmasını qeyd edir. Komitə üzv ölkəni 

hal-hazırki  zamandan  növbəti  dövri  hesabat  verilməsinə  qədər  olan  dövr 

ərzində  ilk  olaraq  bu  yekun  qeyd  Ģərtləri  və  tövsiyyələri  yerinə  yetirməyi 

çağırır.  Komitə  eyni  zamanda  yekun  qeyd  Ģərtlərin  həyata  keçirilməsini 

təmin  etmək  üçün  onların  üzv  ölkənin  rəsmi  dilində  bütün  səviyyələrdə 

müvafiq qurumlara (milli, regional və yerli), xüsusilə də Hökumət idarələri, 

nazirliklər,  Milli  Məclis,  ədliyyə  və  digər  qurumlara  yayılmasını  xahiĢ  edir. 

Komitə üzv ölkəni iĢəgötürənlər birliyi, həmkarlar ittifaqları, insan və qadın 

hüquqları  təĢkilatları,  universitetlər  və  tədqiqat  institutları  və  digər  bütün 

maraqlı  tərəflərlə əməkdaĢlıq  etməyə  çağırır.  Eyni  zamanda  o  tövsiyyə  edir 

ki,  yekun  qeyd  Ģərtlər  və  tövsiyyələr  onların  icra  olunması  üçün  müvafiq 

formada  yerli  icma  səviyyəsində  yayılmalıdır.  Əlaəvə  olaraq  Komitə  üzv 

ölkədən  CEDAW  Konvensiyası,  onun  Protokolu  və  digər  qanunlarını  və 

Komitənin  Ümumi  Tövsiyyələrini  bütün  maraqlı  tərəflər  arasında 

yayılmasına davam etsin.   

    Texniki yardım  

43.Komitə  üzv  ölkəyə  tövsiyyə  edir  ki,    Konvensiyanın  tələblərinin  yerinə 



yetirilməsi zamanı regional və beynəlxalq texniki yardımdan istifadə etsin.   

    Digər müqavilələrin və insan haqları alətlərinin ratifikasiyası  

44.Komitə  qeyd  edir  ki,  üzv  ölkənin  doqquz  əsas  insan  haqların 



mexanizmlərinə  qoĢulması

3

bütün  həyat  sahələrində  qadınların  öz 

hüquqlarından  və  əsas  azadlıqlardan  istifadə  etməsinə  yardım  edər.  Buna 

görə də Komitə tövsiyyə edir ki, üzv ölkə Bütün Ģəxslərin Məcburi Ġtmədən 

Qorunması 

üzrə 

Beynəlxalq 

Konvensiyanı 

və 

UĢaq 

Hüquqları 

Konvensiyasının Protokolunu ratifikasiya etsin.     

   

Yekun qeyd Ģərtlər üzrə davamlılıq  

45.Komitə üzv ölkədənxahiĢ edir ki,iki il ərzində yuxarıda qeyd olunan 15 (a) 



və  (b)  və  23  saylı  tövsiyyələr  üzrə  həyata  keçirilən  fəaliyyətlər  barədə  yazılı 

məlumat versin.  

   

Növbəti hesabatın hazırlanması  

46.Komitə üzv ölkəni 2019-cu ilin mart ayında altıncı dövri hesabatı təqdim 



etməyə dəvət edir. 

47.Komitə  üzv  ölkədən  xahiĢ  edir  ki,  bu  zaman  “Ümumi  əsas  sənədlər  və 



müqavilə  xüsusiyyətli  sənədlərin  hazırlanması  qaydaları  da  daxil  olmaqla 

Beynəlxalq  insan  haqları  müqavilələri  üzrə  hesabatların  hazırlanması 

qaydalarından” istifadə etsin. (HRI/MC/2006/3 və Corr.1). 

 

 



 

 

                                                            



3

İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Pakt; Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt; 

İrqi Ayrıseçkiliyin Bütün formalarının aradan qaldırılması üzrə Beynəlxalq Konvensiya; Qadınlara Qarşı 

Ayrı-seçkiliyin bütün formalarının aradan Qaldırılması üzrə Konvensiya; İşgəncə və digər Qəddar, Qeyri-

insani və ya Ləyaqəti alçaldan Rəftar və ya Cəza Əleyhinə Konvensiya; UşaqHüquqları üzrə Konvensiya; 

Bütün əməkçi miqrantlar  və onların ailə üzvlərinin müdafiəsü üzrə Beynəlxalq Konvensiya; Məcburi 

İtmədən Qorunma üzrə Beynəlxalq Konvensiya; Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 

Beynəlxalq Konvensiya





Yüklə 179,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə