İş telefonu: 012-510-92-02



Yüklə 248,07 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü248,07 Kb.
#77119


NƏRGİZ ARİF qızı PAŞAYEVA 

 

 



akademik 

 

Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri 



 İş telefonu: 012-510-92-02  

 İmeyl: npashaeva@mail.ru 

 

 

QISA BİOQRAFİK MƏLUMAT 

 

1962-ci il dekabr 13-də Bakı şəhərində anadan olub. 



 

1978-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. 



 

1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 



 

Ailəlidir, üç övladı var. 



ELMİ DƏRƏCƏ VƏ  ELMİ ADLARI 

 



1983-1987-ci illərdə Bakı Dövlət Universitetinin aspirantı olub. 

 



1987-ci ildə “Sabirin novatorluğu” mövzusunda dissertasiya müdafiə edib və filologiya elmləri 

namizədi elmi dərəcəsi alıb. 

 

2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki” (xalq yazıçısı Elçinin 



yaradıcılığı əsasında) mövzusunda doktorluq dissertasiyası müdafiə edib və  filologiya elmləri 

doktoru alimlik dərəcəsi alıb. 

 

2005-ci ildə professor elmi adı alıb. 



 

2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib. 



 

2017-ci ildən  AMEA-nın həqiqi üzvüdür. 



ƏMƏK FƏALİYYƏTİ   

 



1987-1994-cü illərdə BDU-nun filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, 

baş müəllim, dosent. 

 



1994-2005-ci illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının 

professoru və kafedra müdiri. 

 



2005-2006-cı illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru. 

 



2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor. 

 



2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru 

dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının sədri. 

 

2008-ci ildən Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri. 



 

2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru. 



 

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 



TƏDRİS ETDİYİ FƏNLƏR   

 



Azərbaycan ədəbiyyatı tarixi 

 



Orta əsrlərdə ədəbi proses 

TƏDQİQAT SAHƏSİ  

 



Klassik və müasir Azərbaycan ədəbiyyatı 

 



Ədəbiyyatşünaslıq                               

  

İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR 

 

2004, Bakı, Azərbaycan. “Müqayisəli ədəbiyyat



 adlı I Beynəlxalq elmi konfrans.  

 

2006,  Bakı, Azərbaycan. “Əsatir. Millət. Ədəbiyyat“ adlı Beynəlxalq simpozium.  



 

2006,    Bakı,  Azərbaycan.  Görkəmli  jurnalist,  alim  və  ictimai  xadim  Nəsir  İmanquliyevə  həsr 



edilmiş “Nəsir İmanquliyev – 95

 adlı elmi konfrans. 



 

2008,  Bakı, Azərbaycan. Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlalın 100 illik yubileyinə həsr 



edilmiş “Mir Cəlal – 100

 adlı Beynəlxalq elmi konfrans. 



 

2009,  Bakı, Azərbaycan. “Milli geyim və müasir modada ümumilik



 adlı Beynəlxalq simpozium. 

 

2009,  Moskva,  Rusiya  Federasiyası.  M.V.Lomonosov  adına  MDU.  MDB  ölkələri  tələbə  və 




gənclər təşkilatları liderlərinin IV Forumu (gənclər siyasəti məsələləri). 

 



2009,  Bakı, Azərbaycan. Görkəmli alim-şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə həsr 

edilmiş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr

 adlı Beynəlxalq İbn-Ərəbi 



simpoziumu (eyni zamanda Simpoziumun təşkilatçısı). 

 



2010,    Bakı,  Azərbaycan.    “Qloballaşma  dövründə  mədəniyyətlərin  dialoqu

  adlı  filosofların 



Beynəlxalq elmi konfransı. 

 



2010, Paris, Fransa.  Əl-Farabi və Avropa İntibahı

 adlı Beynəlxalq elmi konfrans. 



 

2011,    Bakı,  Azərbaycan.  “Multikulturalizm:  nailiyyətlər  və  problemlər



  Bakı  Beynəlxalq 



Humanitar Forumu. 

 



2011,    Bakı,  Azərbaycan.  “Qloballaşma  dövründə  Azərbaycan  jurnalistikası:  mənbələr  və 

perspektivlərin icmalı

 elmi-praktik konfrans. 



 

2012, Moskva, Rusiya Federasiyası.  “Qədim Rus dövlətindən Rusiya  Federasiyasınadək:  Rusiya 



dövlətçiliyinin tarixi

 Beynəlxalq elmi konfrans. 



ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ 

Kitablar 

 



1997, Sabirin novatorluğu (monoqrafiya).  

 



2000, Antik ədəbiyyatının tarixi (dərslik)

 



2002, Dünya deyilən sənmişsən. İstanbul, (kitab)

 



2003, İnsan bədii tədqiq obyekti kimi (monoqrafiya)

 



2003, İnsan-obraz-ədəbiyyat (monoqrafiya)

 



 

2004,  Yeniləşən  ədəbiyyatın  yeni  insanı  (xalq  yazıçısı  Elçinin  yaradıcılığı  əsasında) 



(monoqrafiya)

 



2013, V cildlik, Mir Cəlal. Əsərləri (kitab).

 

TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI 

 



 



2008-ci il noyabrın 18-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və 

mədəni 


əməkdaşlıq  Mərkəzi  tərəfindən  Rusiya-Azərbaycan  dostluq  və  əməkdaşlıq 

münasibətlərində  göstərdiyi  xidmətlərə  görə    “Dostluqda  göstərdiyi  xidmətlərə  görə

  nişanı  ilə 



təltif olunmuşdur. 

 



2009-cu ildə “Əməkdar elm xadimi

 fəxri adına layiq görülmüşdür. 



 

2011-ci  ildə  Rusiya  Federasiyasının  Prezidenti  D.Medvedevin  20  aprel  483  saylı  Sərəncamına 



əsasən Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində 

göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı ilə –  “Dostluq

  ordeni  ilə 



təltif edilmişdir.  

 



2011-ci  ildə  Rusiya  Federasiyasının  Prezidenti  D.Medvedev  Prezidentin  Moskva  yaxınlığındakı 

“Qorki


  iqamətgahının  Mavi  zalında  xüsusi  xidmətlərinə  görə  əcnəbi  vətəndaşlara  ali  dövlət 

mükafatlarının  təqdim  edilməsinə  həsr  olunmuş təntənəli  mərasimdə    “Dostluq

  ordenini  şəxsən 



təqdim etmişdir. 

 



2011-ci ildə Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə YUNESKO-nun  “Mədəniyyətlərin 

müxtəlifliyinə görə

 medalı ilə təltif olunmuşdur. 



 

2012-ci  ildə  Rusiya  və  Azərbaycanın  strateji  tərəfdaşlığında  humanitar  tərkib  hissənin 



möhkəmlənməsinə  şəxsi  töhfələrinə  görə  Rusiya  Federasiyasının  Prezidenti  D.Medvedevin 

Sərəncamı ilə “Dostluq

 ordeni ilə təltif edilmişdir.  



 

2012-ci  ildə  Macarıstanın  Prezidenti  Pal  Şmidtin  11  mart  tarixli  Sərəncamı  ilə  professor  Nərgiz 



Paşayeva  Macarıstanın  dövlət  mükafatı  ilə  –  “Xidmətlərə  görə

  Komandor  xaç  ordeni  ilə  təltif 



edilmişdir. 

 



2012-ci ildə “Ticarət, kommersiya və sənaye Avropa iqtisadi palatası

nın (“European Chamber of 



Trade, Commerce and İsndustry – EEİG

) Qızıl ordeni ilə təltif olunmuşdur. 



 

2013-cü  ildə  Azərbaycan  və  Fransa  əməkdaşlığının  inkişafında  göstərdiyi  aramsız  fəaliyyətinə 



görə zabit dərəcəli “Akademik Palma

” 

fransız ordeni ilə təltif olunmuşdur.  



 

2015-ci ildə Moskva Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb. 



 

2017-ci ildə müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm 




 

  

beynəlxalq  layihə  olan  Oksford  Universitetində  Nizami  Gəncəvi  adına  Azərbaycan  və 

Qafqazşünaslıq  Elmi  Mərkəzinin  yaradılması  və  səmərəli  fəaliyyətinin  təmin  edilməsindəki 

müstəsna xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl 



medalına layiq görülmüşdür 

Yüklə 248,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə