İsa Əliyev bmt-nin İqlim Dəyişmələrinə Qarşı Çərçivə Konvensiyasının Azərbaycan üzrə Milli Əlaqələndiricisi



Yüklə 43,99 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü43,99 Kb.
#6812


İsa Əliyev 

BMT-nin İqlim Dəyişmələrinə Qarşı Çərçivə Konvensiyasının Azərbaycan üzrə Milli Əlaqələndiricisi  

 

22 yanvar 2015 

2/11/2015 

 

Clima East: Avropa Qonşuluq Siyasəti Çərçivəsində Rusiya və Şərq Ölkələrində İqlim 

Dəyişmələrinin Təsirinin Yumşaldılması və Adaptasiyaya Dəstək Layihəsi 

 

Azərbaycanda Nəzərdə tutulan milli səviyyədə müəyyən edilmiş töhfələrin  hazırlanası 

üzrə Milli Seminar/ İşçi Qrupunun 3-cü iclası 

 

İqlim Dəyişmələrinə Adaptasiya 




 

Adaptasiya üzrə Prioritet sektorlar

  

  

 



•  Su resursları  

 

•  Kənd təsərrüfatı  



 

•  Sahilyanı ərazilər 



 

 

•  İnsan sağlamlığı 



 

• İqlim  dəyişmələri  ilə  baglı    Təbii  fəlakətlər  (sel,  daşqın,  quraqlıq,dəniz 



səviyyəsinin qalxması, istilik stressləri,xəstəliklər, meşə yangıları və.s) 

•  Meşə ekosistemləri və s 



 

  

 



 

 

2/11/2015 






Su sektoru üzrə adaptasiya tədbirləri 

İqlim  dəyişmələrinin  su  ehtiyatlarına  gözlənilən  mənfi  təsirini  yumşaltmaq    və  ya 

minimuma endimək üçün uyğunlaşma tədbirləri  



 

• Torpaq səthlərindən, kiçik su hövzələrindən və mikro-drenajlardan yağış  və qar 

sularının toplanması və istifadəsi 

 

• İqlim dəyişmələri ilə bağlı fövqəladə təbii fəlakətlər  xüsusilə də,  sel və daşqınlar 



barədə erkən xəbərdarlıq sistemi yaradılması 

 

• Sudan təkrar istifadə 



 

• Su sistemlərində su sızmalarının azaldılması 

 

• Su qoruyucu meşələrin salınması 



 

• Maarifləndirmə və bacarıqların artırılması ilə bağlı tədbirlər 

 

 

2/11/2015 




Su sektoru üzrə adaptasiya tədbirləri (davamı) 

 

 



• su təsərrüfatı obyektlərində baş verən su itkisinin azaldılması; 

• əlavə su mənbələrinin cəlb edilməsi;  

• yeraltı suları daxil etməklə, dövriyyəvi sudan istifadə edilməsi;  

• axımın tənzimlənməsi;   

• hövzələrdə  və  çayların  selaparıcı  məcrasında  mühəndis-qoruyucu  tədbirlərin 

həyata keçirilməsi;  

• dağ  çayları  üzərində  HES-lərin  tikilməsi  və  yeni  su  anbarlarının  qurulması; 

fəaliyyətdə olan irriqasiya kanalları üzərində kiçik HES- lərin tikilməsi; və s 

 

• İqlim  dəyişmələri  ilə  bağlı  Elmi  Tədqiqat    işlərinin  gücləndirilməsi  və  əlaqədar   



Elmi Tədqiqat İnstitutlarına texniki dəstək 

  

 



Su ehtiyatlarının kompleks idarə edilməsi üçün nəzərə almaq lazimdır ki, onların 

axımı  çoxsulu  və  azsulu  illərdə  normadan  təqribən  30%  (təqribən  20  km

3



fərqlənə  bilər.  Bu  səbəbdən  su  ehtiyatlarının  uzunmüddətli  hidroloji 



proqnozlarının verilməsi olduqca vacib məsələdir. 

 

 



 

2/11/2015 




Su sektoru üzrə adaptasiya tədbirləri (davamı) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Cədvəldən göründüyü kimi uyğunlaşma tədbirləri nəticəsində su təminatı problemlərini  90-95%  həll 



etmək olar. 

2/11/2015 

 

Su balansı güstəriciləri 



Suyun miqdarı, mln. m3 

Faktiki 

2021-2050-ci illər 

2071-2100-cü illər 

 Su çatışmazlığı 

- 2600 

- 9500 


- 10260 

Istifadə olunan yrealtı   

suların həcminin artımı 

3000 


3000 

3000 


 Su təchizatı sisteminin 

təkmilləşdirilməsi 

3000 

3500 


3500 

40% geri axıdılan suyun  

təmizlənməsi və istifadəsi  

2000 


2500 

3780 


 Tədbirlər nəticəsində su 

çatışmazlığının təmin 

edilməsi        

+5400 


- 500 

+20 



Kənd təsərrüfatı sektoru üzrə adaptasiya tədbirləri 

 

 



• İstiliyə və Quraqlıga davamlı olan bitki növlərindən    istifadə 

 

• Tarlaqoruyucu meşə  zolaqlarının   genişləndirilməsi 



 

• Suvarılan  torpaqlarda damcılı, yağışlandırma və ya çiləmə kimi suya qənaət 

edən texnologiyalarının tətbiqi 

 

• Konservativ kənd təsərrüfatı texnologiyalarının  istifadəsi 



 

• İqlim dəyişmələri ilə bağlı Elmi Tədqiqat  işlərinin gücləndirilməsi və əlaqədar   

Elmi Tədqiqat İnstitutlarına texniki dəstək 

 

• Maarifləndirmə və bacarıqların artırılması ilə bağlı tədbirlər 



 

 

 

2/11/2015 




Kənd təsərrüfatı sektoru üzrə adaptasiya tədbirləri (davamı) 

 

Kənd  təsərrüfatı  sektorunda  gözlənilən  iqlim  dəyişmələrinin  mənfi  təsirini  yumşaltmaq 



üçün aşağıdakl uyğunlaşma tədbirləri görülməlidir: 

 

• ölkənin  ərzaq  təhlükəsizliyini  artırmaq  məqsədilə  payızlıq  buğdanın  quraqlığa  dayanıqlı  və 



yüksək  məhsuldarlığı  olan  sortların  seleksiya,  introduksiya  və  təsərrüfata  tədbiqi  üzrə  işlərin 

davam etdirilməsi; 

• pambığın istisevər, quraqlığa dayanıqlı və yüksək məhsuldarlığa malik olan sortlarının seleksiya, 

introduksiya və təsərrüfata tətbiqi üzrə aparılan işlərin davam etdirilməsi;  

• üzümlüklərin  ənənəvi  rayonlarda  bərpası  və  yeni  üzümlüklərin dağ  terraslarında salınması ilə 

onların sahəsinin artırılması; 

• çay  plantasiyalarının  ənənəvi  rayonlarda  bərpası  və  digər  əlverişli  ərazilərdə  yeni  bağların 

salınması; 

• torpaqların  şoranlaşma  və  eroziyası,  quraqlıq  və  ağ  yellərə  qarşı  aparılan  meliorasiya 

tədbirlərinin davam etdirilməsi və genişləndirilməsi; 

• suvarılan ərazilərdə suya qənaət edən texnologiyaların tətbiq edilməsi; 

• kənd  təsərrüfatı  məhsulları  emal  edən  müəssisələrin  rəqabət  qabiliyyətli  məhsul  istehsalının 

artırılması məqsədilə dövlət yardımı proqramlarının hazırlanması və həyata keçirilməsi; 

• kənd yerlərində tez xarab olan məhsullar üçün kiçik emal müəssisələrinin yaradılması; 

• kənd  təsərrüfatı  məhsulunun  mövcud  saxlama  sisteminin  (anbar,  soyuducu  və  s.) 

təkmilləşdirilməsi və genişləndirilməsi. 

 

 

2/11/2015 




Sahilyani ərazilər üzrə adaptasiya tədbirləri 

 

Subasma  ehtimalı  olan  ərazilərdə  aşağadakı  prinsiplərə  əsaslanan    uyğunlaşma  tədbirlərinin 



həyata keçirilməsi tövsiyyə edilir: 

 

1)  Sahil  zonasında  əsaslı  tikintilərin  aparılması  yol  verilməzdir,  mövcud  təsərrüfat  sahələrinin 



fəaliyyəti  məhdudlaşdırılmalıdır.  Mürəkkəb  və  bahalı  müdafiə  qurğularının  tikilməsi  yalnız 

mövcud olan mühüm (vacib) obyektlər üçün özünü doğrulda bilər. 

 

2)  Dəniz  səviyyəsinin  hazırki  yüksəlmə  dövründə  sahilyanı  zonada  uyğunlaşma  tədbirlərinin    2 



əsas istiqaməti bunlardır:  

 

• sənaye,  rekreasiya  və  digər  obyektlərin,  yaşayış  məntəqələrinin  təhlükəsiz  ərazilərə 



köçürülməsi;  

• sahil  zonasında  mühafizə  qurğularının  tikilməsi.  Bu  zaman  obyektlərin  lokal    və  ya  bütün 

ərazinin tam müdafiəsi təmin edilməlidir. İqtisadi cəhətdən bu tədbirlərdən ən səmərəlisi yaşayış 

məntəqələri üçün lokal mühafizə qurğularının yaradılmasıdır. 

 

3) Sahil zonasının mühəndis müdafiəsi konsepsiyası aşağadakı prinsiplərə əsaslanmalıdır: 



 

• bütün müdafiə tədbirləri «ən az məsrəflərlə maksimum ziyanların qarşısının alınması»nın təmin 

edilməli və eyni zamanda bu mühafizə qurğuları və konstruksiyaları yüksək dayanıqlı və etibarlı 

olmalıdır; 

• müdafiə tədbirləri kompleks xarakter daşımalı - dənizdən və subasma ərazilərindən daxil olan 

çirkab maddələrdən qorunmanı təmin etməlidir.  

 

 

 



 

2/11/2015 




İnsan sağlamlığı sahəsində adaptasiya tədbirləri 

 

• müvafiq səhiyyə sistemlərinin hazırlıq səviyyəsinin yüksəldilməsi



 

• yaşayış məntəqələrinin və tikintilərin layihələşdirilməsi zamanı mövcud «istilik 

adaları» effektinin və gözlənilən iqlim dəyişmələrinin nəzərə alınması;  

 

• şəhərlərin sürətlə yaşıllaşdırılması və şəhər ətrafında yaşıllıq massivlərinin 



salınması; 

 

• binalarda, nəqliyyatda havanın sərinləşdirilməsi sistemlərinin qurulması; 



 

• güclü istilər barədə xəbərdarlıq sisteminin yaxşılaşdırılması; 

 

• kütləvi informasiya vasitələrilə əhalinin güclü istilərə uyğun həyat tərzi (aktivlik 



səviyyəsi, qidalanma, geyim və s.) və istivurma, günvurma hallarında ilk tibbi 

yardım barədə əhalinin maarifləndirilməsi

 

 



 

 

2/11/2015 




İnsan sağlamlığı sahəsində adaptasiya tədbirləri (davamı) 

 

Malyariya xəstəliyinə qarşı uyğunlaşma tədbirləri: 



 

• malyariya ilə mübarizə tədbirləri sisteminin təkmilləşdirilməsi və daimi fəaliyyət 

göstərən müşahidə, profilaktika və nəzarət proqramlarının qəbul olunması; 

 

• klinik və laboratoriya diaqnostikasının yaxşılaşdırılması və effektiv  preparatlarla 



təmin edilməsi; 

 

• epidemiya  baş  verə  biləcək  halların  proqnozlaşdırılması,  epidemiya  hallarında 



erkən  məlumatlandırma  sisteminin  təkmilləşdirilməsi  və  epidemiyanın  qarşısının 

alınması planının işlənib hazırlanması; 

 

• infeksiya  keçiriciləri  olan  anopheles  ağcaqanadları  ilə  mübarizə  tədbirlərinin 



həyata keçirilməsi; 

 

• malyariyalı  və  potensial  malyariyalı  ərazilərdə  malyariya  əleyhinə  keçirilən 



tədbirlərə  əhalinin  fəal  cəlb  edilməsi  və  xəstəliyin  profilaktikasına  aid 

maarifləndirmə (mühazirələr, söhbətlər) işlərinin aparılması; 

• ölkəyə gətirilmə malyariya hallarının qarşısını almaq məqsədi daşıyan tədbirlərin 

həyata keçirilməsi. 

 

 

 



2/11/2015 

10 



Diqqətinizə görə təşəkkürlər!

 

2/11/2015 



11 

Yüklə 43,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə