İsa həBİBBƏYLİ Naxçıvan Dövlət Universitetinin rektoru



Yüklə 70,34 Kb.

tarix14.12.2017
ölçüsü70,34 Kb.


20                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



 

İSA HƏBİBBƏYLİ 

Naxçıvan Dövlət Universitetinin rektoru, 

akademik 

E-mail: TarixVeOnun Problemleri@gmail.com 

 

HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİK TƏLİMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK 

 

Açar sözlər: Heydər Əliyev, İlham Əliyev, dövlətçilik təlimi, beynəlxalq aləm, ənənə və 

müasirlik 

Ключевые слова: Гейдар Алиев, Ильхам Алиев, теория государственности

международный мир, традиция и современность 

Key words: Haydar Aliyev, Ilham Aliyev, statehood training, international world, tradition 

and contemporaneity 

 

Məlum olduğu kimi, Azərbaycan xalqı üçün mühüm tarixi nailiyyət olan dövlət müstə-



qilliyinin  qazanılmasından  böyük  hadisə  yoxdur.  Müstəqil  dövlətçilik  çoxəsrlik  Azərbaycan 

tarixinin ən böyük hadisəsidir. XX əsrin əvvəllərində Azərbaycanda qazanılmış birinci dövlət 

müstəqilliyi  bütün  türk-müsəlman  dünyasının  tarixində  dönüş  mərhələsi  yaratmışdı.  Lakin 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  qısamüddətli  istiqlalının  acı  taleyi  müstəqilliyin  qorunub 

saxlanması  və  möhkəmləndirilməsinin  onu  qazanmaqdan  da  zəruri  olması  faktını  meydana 

qoymuşdu. Azərbaycan xalqı üçün ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq şansının ideya 

rəhbəri  də,  bu  dövlətin  xilaskarı  da,  müstəqilliyin  möhkəm  əsaslarını  yaradıb  onu  əbədi  bir 

sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev oldu. Məhz ulu öndər Heydər Əliye-

vin böyük dühasının, dəmir siyasi iradəsinin, dövlətçilik qüdrətinin sayəsində Azərbaycan xal-

qı XX əsrin doxsanıncı illərinin əvvəllərində dövlət müstəqilliyini yenidən qazana bildi və bu 

dövləti qoruyub möhkəmləndirmək, daha da inkişaf etdirmək imkanları əldə etdi. Ona görə də 

Heydər Əliyev yeni epoxada Azərbaycanın dövlət müstəqilliyi ideyasının yaradıcısı, müstəqil 

dövlət quruculuğu hərəkatının böyük təşkilatçısı və rəhbəridir. Azərbaycana rəhbərliyinin bi-

rinci dövründə böyük gələcək ümidi ilə milli dövlətçilik naminə həyata keçirilən siyasi-ideo-

loji, tarixi-mədəni hadisələr ölkəmizin müstəqil dövlətçiliyinin möhkəm əsaslarını, mühüm tə-

məllərini təşkil edirdi. Bu mənada, Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin eti-

barlı bünövrəsini yaratmışdır. O, hələ keçmiş sovet rejimi dövründə bütün çətinliklərə baxma-

yaraq ölkəmizdə milli istiqlal düşüncəsinin əsaslarını formalaşdırmaq kimi məsuliyyətli və şə-

rəfli bir vəzifəni böyük bacarıqla həyata keçirmişdir. Sovetlər ölkəsi ilə münasibətləri tərs gə-

lən  milli  istiqlalçıların-Sovet  İttifaqı  Qəhrəmanı,  akademik  Ziya  Bünyadovun,  xalq  yazıçısı 

Mirzə İbrahimovun, böyük vətəndaş alim Abbas Zamanovun, xalq şairləri Bəxtiyar Vahabza-

dənin,  Xəlil  Rzanın  və  başqalarının  böyük  dayağı  ölkə  rəhbəri  Heydər  Əliyev  olmuşdu.  İndi 

Azərbaycan  Respublikasının  keçən  əsrin  yetmiş-səksəninci  illərində  baş  verən  əsas  siyasi-

iqtisadi, elmi-mədəni hadisələri yenidən təhlil edilərkən görünən və görünməyən bütün proses-

lərin  alt  qatında,  fəlsəfəsində,  mahiyyətində  millilik  amilinin,  müstəqillik  düşüncəsinin,  milli 

dövlətçilik təfəkkürünün varlığını, mövcudluğunu çox aydınlıqla görmək olar. Lakin ən böyük 

dahilik  çətin  ideoloji  məhdudiyyətlər  mühitində  həmin  prosesləri  yaşayıb-hazırlayıb  həyata 

keçirərkən böyük gələcəyi görmək istedadına malik olmaqdan ibarət idi. Heydər Əliyev döv-

lətçilikdə qeyri-adi müdriklik və uzaqgörənlik istedadına malik olan liderdir. Bu böyük dövlət 



Ümummilli lider Heydər Əliyev – 90                                                    21 

Tarix və onun problemləri, №2 2013 

 

 



xadiminin müdriklik və uzaqgörənliyinin hərəkətverici qüvvəsi Vətənə, xalqa, doğma torpağa 

sonsuz  inam  və  məhəbbətdən  və  sınaqlardan  çıxmış  böyük  siyasi  təcrübədən  yoğrulmuşdur. 

Heydər  Əliyev  keçdiyi  çətin  və  şərəfli  yolla  Sovetlər  İttifaqında  beynəlmiləlçi  ideologiyanın 

sərt  dövlətçilik  prinsipi  kimi  qəbul  edildiyi  dövrdə  vətənpərvər  dövlət  xadimi  olub,  Kremlin 

zirvəsinə  qədər  yüksəlməyin  mümkünlüyünü  isbat  etmişdir.  Bütün  bunlara  görə  Heydər  Əli-

yev  üçün  uzaqgörən  bir  dövlət  xadimi  olaraq  çökmüş  sovet  ideologiyasından  yeni  müstəqil 

dövlətçilik  siyasətinə  keçmək  heç  bir  çətinlik  yarada  bilməmişdir.  Keçmiş  sovet  dövlətinin 

mərkəzdəki və respublikalardakı rəhbərlərinin bir çoxlarının  adları  dağılmış  imperiya ilə  bir-

likdə arxivə getdiyi halda, Heydər Əliyevin portretləri milli azadlıq hərəkatının bayraqları ilə 

birlikdə meydanlarda yüksəklərə qaldırılırdı. Deməli, Azərbaycanda xalq hərəkatı, milli azad-

lıq mübarizəsi böyük dövlət xadimi Heydər Əliyevin ideallarından keçib gəlmişdi. Bu mənada 

Sovetlər  İttifaqı  dağıldıqdan  sonra  müstəqillik  qazanmış  gənc  respublikaların  demək  olar  ki, 

mütləq  əksəriyyətinin  rəhbərlərindən  fərqli  olaraq  Heydər  Əliyev  xüsusi  bir  «keçid  dövrü» 

yaşamamışdır. Əksinə, Azərbaycan üçün Heydər Əliyev epoxasının birinci mərhələsi sovet so-

sialist sistemindən müstəqil dövlətçilik erasına keçid dövrü xarakteri daşımışdır. Milli ideolo-

giyanın  formalaşdırılması  baxımından  digər  keçmiş  sovet  respublikalarının  müstəqilliyin  ilk 

illərində  üzləşdikləri  çətinlikləri  uzaqgörən  dövlət  xadimi  Heydər  Əliyevin  apardığı  məqsəd-

yönlü siyasət sayəsində Azərbaycan xalqı müstəqilliyə qədər yaşamışdı. Ona görə də müstə-

qillik dövrünün başlanğıcının Heydər Əliyevsiz keçən ilk illərinin yaratdığı mürəkkəbliyə və 

törətdiyi böyük çətinliklərə baxmayaraq, xalqın tələbi ilə yenidən rəhbərliyə qayıtmış Heydər 

Əliyevin qüdrətinin işığında Azərbaycanda keçid prosesləri sürətlə getmiş, zaman etibarilə qı-

sa bir müddətdən sonra ölkəmizdə müstəqil dövlət quruculuğu öz təbii, qanunauyğun məcrası-

na salınmışdır. Məhz buna görədir ki, Azərbaycan müstəqillik qazanmış keçmiş sovet respub-

likaları ilə müqayisədə milli ideologiya baxımından bir mərhələ qabaqdadır. 

Azərbaycanın müstəqillik dövrünün də vəzifələrini görkəmli dövlət xadimi Heydər Əli-

yev  dönmədən,  qətiyyətlə  həyata  keçirmişdir.  Sözün  böyük  və  həqiqi  mənasında  möhkəm 

əsaslara malik olan müstəqil dövlət qurmaq və həmin dövləti dünyaya tanıtmaq Heydər Əliye-

vin Azərbaycan xalqı qarşısında tarixi xidmətidir. Cəmiyyət həyatında bütün sahələr üzrə döv-

lət idarəçiliyinin islahatlarını apararaq yenidən qurmaq işinin baş memarı Heydər Əliyev oldu. 

Məktəb  islahatları  da,  torpaq  islahatları  da,  cəmiyyəti  yeniləşdirməyin,  möhkəmləndirməyin 

təməl prinsipləri də Heydər Əliyev tərəfindən qətiyyətlə  həyata keçirilmişdir. Heydər  Əliyev 

keçmiş sovet hakimiyyəti ilə yeni müstəqil dövlətçilik anlayışı arasında elə bir möhkəm sədd 

yaratdı  ki,  daha  heç  kimsədə  bir  daha  geriyə  qayıtmağa  cürət  və  cəsarət  qalmadı.  Uzaqdan-

yaxından Azərbaycanı parçalamaq niyyətində olanlar da Heydər Əliyevə dərindən inam bəslə-

yən və onun ətrafında sıx birləşən xalqın bütünlüyünün qarşısında geri çəkilməyə məcbur ol-

dular.  Çox  mürəkkəb  ictimai-siyasi  şəraitdə  çevriliş  cəhdləri,  separatçılıq  meylləri  ilə  çıxış 

edən hərbi müxalifətlə demokratik müxalifəti bir-birindən ayıraraq özgə dəyirmanların daşını 

fırlatmağa can atanların arxlarını kəsməklə Heydər Əliyev müstəqil hüquqi dövlətin çarxının 

dünyəvi prinsiplər əsasında ahəngdar işləməsini təmin etməyi bacarmışdır. Naxçıvan Muxtar 

Respublikasındakı  fəaliyyəti  dövrü  Azərbaycanda  müstəqil  dövlət  quruculuğunun  laboratori-

yası funksiyasını daşımışdır. Bu məsuliyyətli və şərəfli illər Azərbaycan dövlətçiliyinin çətin 

və zəruri sınaq mərhələsi idi. Ali Məclisin Sədri kimi Heydər Əliyevin Naxçıvan Muxtar Res-

publikasında qəbul etdiyi tarixi qərarlar o zamankı Azərbaycan rəhbərliyi üçün «yolverilməz 

hallar» səviyyəsində anlaşılsa da, xalqımız tərəfindən ölkənin gələcəyinə, müstəqilliyin yaşa-

dılacağına böyük ümid kimi qəbul edilmişdi. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin 



22                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



rəhbərliyinə vətənpərvər Azərbaycan xalqının arzularının və ümidlərinin dalğasında gəlmişdi. 

Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanı rəsmi və ya qeyri-rəsmi olaraq tanıma-

mışdan çox qabaq Heydər Əliyevi tanıdıqları üçün qısa müddətdə ölkəni tanımalı oldular və 

Azərbaycan dünya birliyində öz yerini tuta bildi. Bu mənada, möhtəşəm Heydər Əliyev abidə-

sinin  Naxçıvan-pyedestalı,  Bakı-böyük  baş  meydanı,  bütövlükdə  Azərbaycan  isə  onun  əzə-

mətli heykəlidir. Heydər Əliyev ölkəmizin bütün hüdudlarını əhatə edən Azərbaycan xəritəsi-

dir. Yaxud da, Heydər Əliyev dünya xəritəsində Azərbaycanın nadir kompasıdır. Azərbaycanı 

tapmaq üçün Heydər Əliyevi tanımaq yetərli idi. Azərbaycançılıq ideologiyası Azərbaycan ta-

rixinə Heydər Əliyev təlimi kimi daxil olmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin inkişaf 

etdirilməsi təliminin də əsasları Heydər Əliyev tərəfindən yaradılmışdır. Hazırda Azərbaycan 

Respublikasında həmin müstəqil dövlətçilik təlimi dəyişən və inkişaf edən reallıqlarla, zəngin-

ləşən yeni proseslərlə birlikdə yaradıcı şəkildə həyata keçirilir. Beləliklə, möhkəm bünövrələr, 

böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur. Ölkəmizin Prezidenti İlham 

Əliyevin çöxcəhətli, məqsədyönlü və  yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşü-

nülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbay-

can dövlətçiliyinin yeni epoxası formalaşır. 

Prezident İlham Əliyev sözün həqiqi mənasında dövlətə rəhbərlik etməyin şərəfini də, 

məsuliyyətini də, gərgin zəhmətini də özünün gündəlik əməli fəaliyyətində uğurla birləşdirir. 

O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər 

məqamda  ölkəmizi  böyük  ləyaqətlə  təmsil  etmək  vəzifəsini  yüksək  səviyyədə  gerçəkləşdirir. 

Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qo-

runub saxlanılması ilə yanaşı, dövlətin idarə olunmasında ən müasir forma və metodlar uğurla 

tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan iqtisadi si-

yasətin  bərqərar  olması  proseslərinə  ciddi  fikir  verilir.  Respublikanın  iqtisadiyyatında  özəl 

sektorun  üstünlük  qazanması,  neft  gəlirlərinin  məqsədyönlü  idarə  olunması  ilə  bir  sırada, 

qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliye-

vin  siyasətinin  əsasında  dayanır.  Azərbaycanda  informasiya  cəmiyyətinin  formalaşdırılması, 

ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentimizin önə çək-

diyi zəruri sahələrdəndir. Ölkə başçısının səyləri ilə Bakı şəhəri möhtəşəm körpülər, geniş zo-

laqlı  yollar və  çoxsaylı göydələnlər şəhərinə  çevrilmişdir. Azərbaycanın bütün regionlarında 

aşkar  görünən  hərtərəfli  inkişafın,  sürətli  canlanmanın,  müasir  həyatın  bərqərar  olması  ide-

yasının memarı və müəllifi respublikamızın Prezidenti İlham Əliyevdir. Bir sözlə, qısa müd-

dətdə sözün əsl  mənasında  möhtəşəm addımlarla irəliləyən  müstəqil  Azərbaycanın böyük tə-

rəqqisində İlham Əliyevin Prezidentlik dövrü xüsusi tarixi mərhələ təşkil edir. 

Ölkəmizin Prezidenti İlham Əliyev mükəmməl dövlət xadimi olmaqla bərabər, həm də 

mövcud siyasi reallıqları inkişafda olan ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı ba-

carır.  Siyasi  gerçəklikləri  dərindən,  ətraflı  və  sistemli  şəkildə  dəyərləndirəndə  də,  yaxın  və 

uzaq gələcəkdən söz açanda da, o həmişə nikbin və realist görünür. Nikbinlik, gerçəklik, müd-

riklik,  dərin  analitik  düşüncə,  aydın  və  yetkin  məntiqi  təfəkkür  onun  siyasi  portretinin  təməl 

prinsipləridir. Boş vədlərdən, süni populizmdən, keçici görüntülərdən uzaq olmaq İlham Əli-

yevin xarakteridir. Dünya ictimaiyyəti də, Azərbaycan xalqı da Prezident İlham Əliyevi böyük 

siyasətçi, siyasi idarəetməni həyati proseslərlə bütün incəliklərinə qədər uzlaşdırmaq vəzifələ-

rini  məharətlə  gerçəkləşdirən kamil siyasi xadim kimi qəbul edir.  Ona bir siyasətçi kimi  Cə-

nubi Qafqaz və ya ümumiyyətlə, Qafqaz müstəvisində  yanaşma mövcud siyasi reallığı qətiy-

yən ifadə etmir. Fikrimcə, mükəmməl bir siyasi lider kimi İlham  Əliyev possovet  məkanının 



Ümummilli lider Heydər Əliyev – 90                                                    23 

Tarix və onun problemləri, №2 2013 

 

 



sədlərini və miqyasını çoxdan aşmışdır. Hələ Avropa Şurası Parlament Assambleyasında ölkə-

mizin nümayəndə heyətinə başçılıq edəndə yeni təfəkkür sahibi kimi parlaq çıxışlar edib, bə-

yanatlar verdiyi illərdə o, Avropa evi məkanı səviyyəsində düşünmək və dəyərləndirmək po-

tensialına  malik  bir  siyasətçi kimi dərk  olunmuşdu. Prezident İlham  Əliyev  böyük siyasətdə 

milli təfəkkürlə bəşəri  düşüncəni birləşdirən,  real gerçəkliklə qlobal baxışları uzlaşdıran  gör-

kəmli siyasi liderdir.  

Artıq hər kəsə yaxşı məlumdur ki, ulu öndər Heydər Əliyevin dövlətçilik təliminə uy-

ğun olaraq milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması İlham Əliyev siya-

sətinin təməl prinsipidir. Prezident İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli 

bucaqlardan  ifadə  olunan  siyasi  yanaşmaların  hamısı  Azərbaycançılıq  fəlsəfəsində,  Azərbay-

canın inkişafı naminə aparılan qlobal işlərdə tamamlanır. Azərbaycançılıq bu böyük və müdrik 

siyasətin cövhərini təşkil edir. İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini 

müəyyən edən, yeni istiqamətlər açan, yol göstərən görkəmli siyasi liderdir. Bacarıqlı dövlət 

başçısında bu tip  yüksək siyasətçi məharətinin olması dövlətin inkişafının və xalqın xoşbəxt 

həyatının  böyük  təminatıdır.  Bu  mənada  yeni  tarixi  epoxada  məhz  İlham  Əliyev  kimi  böyük 

siyasətlə yüksək idarəçiliyi özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin və mahir siya-

sətçinin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır. 

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli, 

müstəqil dövlətçilik təlimi, sınaqlardan çıxmış bu siyasi kurs Prezident İlham Əliyevin çoxcə-

hətli fəaliyyətinin strategiyasını təşkil edir. Heydər Əliyev siyasi kursu - Azərbaycan dövləti-

nin  ümummilli  inkişaf  strategiyasının  nəzəri-ideoloji  əsaslarından  ibarətdir.  Heydər  Əliyev 

təlimi - ölkəmizin və xalqımızın dirçəliş və tərəqqi  yolunun uzunmüddətli proqramıdır. Hey-

dər Əliyev fəlsəfəsi Azərbaycan idealının ölkənin çoxcəhətli inkişafında özünütəsdiqinin dia-

lektikasından ibarətdir. Heydər Əliyev siyasi kursunu bütün fəlsəfəsi ilə, görünən, bilinən və 

görünməyən  cəhətləri  ilə  birlikdə  mənimsəyib  özündə  cəmləşdirməklə  Prezidentimiz  İlham 

Əliyevlə müqayisə edilə biləcək ikinci bir siyasi şəxsiyyət göstərmək çətindir, bəlkə də, müm-

kün  deyildir.  Həm  keçmiş  sovet  rejimi  mərhələsində,  həm  də  müstəqillik  dövründə  İlham 

Əliyev  həmişə  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  böyük  siyasətinin  yaxın  əhatəsində 

olan  bir  şəxsiyyət  kimi  mühüm  dövlətçilik  məktəbi  keçmişdir.  Böyük  siyasi  xadim  Heydər 

Əliyevin  sağlığında  Moskva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunda  mükəmməl  təhsil 

alan,  Kreml  mühitində  cərəyan  edən  daxili  proseslərdən  xəbər  tutan,  sonralar  Azərbaycan 

Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Respublika Olimpiya  Komitəsinin Prezidenti, 

millət vəkili, Avropa Şurası Parlament Assambleyasında ölkəmizin nümayəndə heyətinin rəh-

bəri,  nəyahət,  Baş  Nazir  kimi  məsul  vəzifələrdə  şərəfli  və  məsuliyyətli  yol  keçməsi,  böyük 

həyat təcrübəsi və zəngin siyasi təcrübə qazanması, Avropa dillərində sərbəst və sərrast danış-

maq  imkanları  əvəzəedilməz  üstünlüklər  və  nailiyyətlərdir.  Müşahidələr  göstərir  ki,  İlham 

Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik və siyasət akademiyasını fərqlən-

mə diplomu ilə bitirmişdir. Həyat təsdiqlədi ki, İlham Əliyev ümumilli liderimiz Heydər Əli-

yevdən aldığı təlimi gerçəkləşdirməkdə də hamıdan fərqlənir. Əvvəla, o, Heydər Əliyev siyasi 

kursuna dərin, birmənalı sədaqətində, ikincisi isə həmin sınaqlardan çıxmış siyasi kursu qətiy-

yətlə, dönmədən, ardıcıllıqla və yaradıcılıqla həyata keçirməkdə fərqli, üstün imkanlara və bö-

yük potensiala, qeyri-adi enerjiyə və istedada malikdir. Böyük sürətlə  yeniləşən Bakı şəhəri, 

xüsusi  templə  inkişaf  edən  Azərbaycan  iqtisadiyyatı,  həyata  keçirilən  möhtəşəm  layihələr  - 

Bakı-Tbilisi-Ceyhan  neft  boru  xətti,  Bakı-Tbilisi-Ərzurum  qaz  kəməri,  Bakı-Tbilisi-Qars-

Naxçıvan dəmir yolu, hər gün müasirləşən Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev siyasi 



24                                                          Ümummilli lider Heydər Əliyev – 90 

Tarix və onun problemləri, №2 2013 

 

 



kursunun  yaradıcı  şəkildə,  ardıcıllıqla  davam  etdirilməsinin  real  bəhrələri,  sanballı  töhfələri-

dir. 


Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müa-

sir  Azərbaycanın  reallıqları  ilə  daha  da  zənginləşdirən  görkəmli  siyasi  xadimdir.  Ümummilli 

liderimiz  Heydər  Əliyevdən  sonrakı  tarixi  mərhələnin  meydana  çıxardığı  siyasi-ictimai  real-

lıqlar, iqtisadi-hərbi proseslər, ideoloji-etnik problemlər mövcud siyasi kursun işığında hadisə-

lərin və gedişatların yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əli-

yev  istənilən  məsələyə  yaradıcı  münasibət  bəsləməyi,  yeni  müstəvidən  yanaşmağı  müvəffə-

qiyyətlə  həyata  keçirir.  Bu  mənada  İlham  Əliyev  daim  inkişafda  olan,  yeniləşib  zənginləşən 

Heydər  Əliyevçi  siyasi  təlimin,  yeni  dövlətçilik  nəzəriyyəsinin  yaradıcısıdır.  İlham  Əliyev  - 

mövcud siyasi kursun inkişaf edən yeni epoxa ilə şərtlənən yeni dövrünün lideri səviyyəsində 

görkəmli təmsilçisidir. İlham Əliyev - Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolu-

nun böyük  magistrallardakı  qüdrətli sükançısıdır. Məhz  İlham  Əliyev  yeni dünya düzənində 

Azərbaycana baş ucalığı gətirən böyük siyasətçidir.  Azərbaycanın  yeni tarixi epoxadakı  yeni 

həyatı  Prezident  İlham  Əliyevin  yorulmaz  fəaliyyətinin  nəticəsidir.  Bakının  az  qala  hər  gün, 

hər həftə keçirilən genişmiqyaslı böyük və əhəmiyyətli tədbirlərə layiqincə ev sahibliyi etməsi 

də  Azərbaycanın  dünyada  söz  sahibinə  çevrilməsinin  real  göstəricilərindəndir.  Azərbaycanın 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü statusunda fəaliyyət göstərməsi, 

beynəlxalq miqyaslı qərarlara imza atmaq, dünyaya müraciətlə bəyanatlar səsləndirmək haqqı 

qazanması Prezident İlham Əliyev siyasətinin təntənəsidir. Bütün bunlar Prezident İlham Əli-

yevin timsalında inanılmış, sınaqlardan çıxmış siyasi kursun ardıcıllıqla və qətiyyətlə davam 

etdirilməsinin  nələrə  qadir  olduğunun,  ölkəmizi  hansı  səviyyəyə  gətirib  çatdıra  biləcəyinin 

gerçək təzahürləridir. Respublikamızda paytaxtımız Bakı ilə yanaşı, Azərbaycan regionlarının 

böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi hərəkatının başında Prezident İlham Əli-

yev dayanır. Bu mənada o, yeni Azərbaycan adlı möhtəşəm əsərin yaradıcısıdır. Azərbaycanın 

ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası və qədim diyarda dövlət başçısının 

rəhbərliyi ilə Ali Məclisin Sədri Vasif Talıbovun həyata keçirdiyi genişmiqyaslı quruculuq iş-

ləri ölkənin yüksək inkişaf göstəricilərinin salnaməsində əhəmiyyətli yer tutur. Müstəqil Azər-

baycan  Respublikasının  tərkibində  blokada  şəraitində  Avropa  standartları  səviyyəsində  yeni 

Naxçıvanın  yaradılması  ölkəmizin  və  xalqımızın  mühüm  nailiyyətlərindəndir.  Bütün  bunlar 

düşmən sərhəddində ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması və daha da möhkəm-

ləndirilməsi siyasətinin uğurla gerçəkləşdirilməsinə böyük təminatdır. 

 Beynəlxalq  aləmdə  gedən  müasir  proseslər  zəminində  müstəqil  Azərbaycanın  müasir 

həyatının,  təzə  çağının  müəllifi  Prezident  İlham  Əliyev  yeni  Azərbaycanın  maraqlarını  və 

mənafeyini müvəffəqiyyətlə ifadə etməkdə zəngin təcrübəyə, dönməz siyasi iradəyə malikdir. 

İlham Əliyev - yeni mərhələdə Azərbaycan ölkəsinin və cəmiyyətimizin müasirləşdirilməsinin 

və  sürətli  inkişafının  baş  memarıdır.  Geniş  mənada  xalq  amili,  milli  mənafe,  ölkə  maraqları 

İlham Əliyev üçün müqəddəs meyarlardır. 

Prezident  İlham  Əliyev  -  yaxın və  uzaq  gələcəyi, bütün reallıqları incəliklərinə  qədər 

görən və  məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət xadimidir. Ölkəmizin və  xalqı-

mızın bundan sonrakı mərhələdə də İlham Əliyev kimi geniş formatda, böyük masştabda dü-

şünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili, zəngin təcrübəyə 

malik dövlət xadiminə ciddi ehtiyacı vardır. Prezident İlham Əliyevin böyük milli dövlətçilik 

istedadı müstəqil Azərbaycanın sabahına da gur işıq salır. Bütün bunlar isə xalqımızın ulu ön-

dəri, ümummilli liderimiz  Heydər Əliyevin  müstəqil dövlətçilik təliminin bəhrələri və əbədi-



Ümummilli lider Heydər Əliyev – 90                                                    25 

Tarix və onun problemləri, №2 2013 

 

 



yaşar işıqlarıdır. Sınaqlardan çıxmış davamlı ənənələr üzərində ucalan Heydər Əliyevin milli 

dövlətçilik  təliminin  həm  də  böyük  müasirlik  imkanlarına  malik  olduğunu  hazırda  Azər-

baycanın hərtərəfli şəkildə və sürətlə inkişaf etməsi bir daha təsdiq edir. 

 

ƏDƏBİYYAT 

 

1.İlham Əliyev. İnkişaf-məqsədimizdir. I kitab, Bakı, Azərnəşr, 2008 



2.Qayıdış (məsləhətçi və buraxılışa məsul Vasif Talıbov, tərtib edəni Əli Həsənov). Bakı, 

Azərbaycan, 1996 

3.Heydər Əliyev və Azərbaycan. Yeni Azərbaycan Partiyasının nəşri. Bakı, Azərbaycan, 2008 

4.Elmira Axundova. Şəxsiyyət və zaman. Bakı, Ozan, 2007-2008 

5.İsa Həbibbəyli. Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti. Naxçıvan, Qeyrət, 2002 

 

ИСА ГАБИББЕЙЛИ 



ректор Нахчыванского Государственного Университета, 

академик 

 

ГОРИЗОНТЫ УЧЕНИЯ ГОСУДАРСТВЕННОСТИГЕЙДАРА АЛИЕВА 

 

В статье говорится о больших исторических заслугах видного государственного 

деятеля Гейдара Алиева в борьбе за независимость Азербайджана. Автор характеризует 

Гейдара Алиева как всемогущего лидера нашего независимого государства. 

В  представленной  статье  одповременно  анализируется  многоаспектная  деятель-

ность  президента  Азербайджанской  Республики  Ильхама  Алиева  в  пути  творческого 

развития традиций независимого государства. В статье обчективно оценивается широ-

комасштабные  мероприятия,  проводимье  в  области  государственного  строительства  в 

Нахчыванской Автономной Республике. 

 

ISA HABIBBAYLY 



president of Nakhchivan State University, 

academician 

 

HORIZONS OF HEIDAR ALIYEV’S INDEPENDENT STATEHOOD TRAINING 

 

The article deals with the prominent statesman Heidar Aliyev’s great historical services 

in the struggles for Azerbaijan’s independence. The author characterizes  Heidar  Aliyev as a 

mighty leader of the independent state in our country. 

At the same time it gives a wide analysis of the multi-faceted activity of the President 

of the Azerbaijan Republic Ilham Aliyev in the development of the independent statehood tra-

ditions in the creative manner. The article also objectively evaluates the large-scale measures 

taken in the field of state construction in the Autonomous Republic of  Nakhchivan. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə