İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə14/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   180

______________Milli Kitabxana_______________

"Mirqəzəb"  kəlməsindən  körüyə dönən  köksü  atlana-atlana, əmisinin  canındakı

alovu öz canında duyardı.

Bu alovun içində Sultan əmi evlənmək qərarına gəlmiş və evlənmişdisə, özü

də belə bir  yaxın,  doğma,  məhrəm  elqızı  gətirmişdisə,  aydın  deyilmi  ki,  saç-

saqqalının ağ vaxtında heç də "dünyadan kam almaq" yox, otuz dörd illik gərgin

mübarizələrdən  sonra  da  "bezobraziye"yə qarşı  barışmaz,  ardıcıl  mübarizəsini

davam  etdirmək  üçün  sağlamlığını,  qüvvəsini,  iradəsini  saxlamaq  məqsədi

güdmüşdü?!  Qurtardı  daha! o həyatın,  o  məişətin  bütün  məhrumiyyətləri, əzab-

əziyyətləri  qurtardı!  Elqızı  samovarla  məşğuldursa,  demək  Sultan əmi  "revkom

kabinetin"dədir, hamanca üstünə parusin çəkilmiş divanda dincəlir ki, qalxıb çay

içəndən sonra raykoma gedib, öz əvvəlki iş rejimi ilə gecə saat birə, ikiyə qədər

işləsin.

Səməd  köksünü  ötürdü.  İlahi,  o  iş,  o  rejim  üçün  necə darıxmışdı!  Gecə

yarıda,  bütün  şəhərin  sükuta  batdığı,  təkcə stansiyada parovozların  nəfəs  aldığı

bir  vaxtda,  "rayonun  döyünən  ürəyi,  düşünən  beyni"  adlanan  o  qırmızı  tuf  daş

binanın çilcıraqları altında, qaraqabaq, yerəbaxan, "əfəl Məsim"lə, Əziz müəllim

Mayılovla,  Məleykə bacı  ilə,  fədai əmi  ilə birgə yuxusuz  qalmaq,  öz  evlərində

başlarını atıb  yatan adamlar  üçün  nə isə bir xeyirli  iş  gördüyünü bütün qəlbinlə

duymaq  necə xoşdur!..  Məleykə bacı – Məleykə Muradova  tez-tez  "Sultan

Mamedoviçin  çayını təzələyib",  arada  rusca  qalın-qalın  kitablar  oxuyardı:

"Voskresenye",  "Anna  Karenina",  "Bratya  Karamazovı",  "İdiot".  Sən  də oxu,

Səməd.  Bunları  oxu,  gör  Rusiya  necə bədbəxtmiş,  indi  necə xoşbəxtdi!" -

deyərdi.  "Rusiya  bizi  də xoşbəxt  eləyib,  bax  belə böyük  mədəniyyət  verib!" -

deyərdi.  Səmədin  ürəyindən  keçərdi  ki,  kaş əmisi  elə bu  "diapozonlu  xanım"

adlandırdığı  katibə ilə evlənəydi. Əmma  Sultan əmi  "diapozonlu  xanım"la  yola

getmirdi:  "Sabiri  də oxu!  Mirzə Ələkbər  Sabiri!  Sabun  bişirən  şairi!" -deyərdi.

"Vaqifi də oxu! Vurğunu da oxu!" - deyərdi. Sonra birdən-birə məlum oldu ki, o

"diapozonlu"nun  gizlin əri  var,  o  "gizlin ərin  qardaşı  "xalq  düşməni  çıxıb,

güllələnib.  Buna  görə də kəbin  kəsdirmirlər".  Xəlvətdə,  kabinetin  küncündəki

palma  ağacının  böyründə başını  Sultan əminin  çiyninə qoyub  hıçqırardı:

"Nolacaq  axırımız,  Sultan  Mamedoviç?!  O  tay  Farsın pəncəsində,  Borçalı

dəhşətli  şovinist  gürcülərin əlində,  bu  tay  belə,  Dağıstan  elə!..  Mən  Ruşun  bu

həqiqətən  nəhəng ədəbiyyatıynan  təsəlli  verirəm  özümə,  sən  buna  da  tərs

baxırsan! Ədəbiyyatçıyam mən, Sultan Mamedoviç! Mən çox gözəl



______________Milli Kitabxana_______________

bilirəm ki, Sabir nədi, - Nizamisi var bu millətin, Nəsrəddin Tusisi var! Füzulisi

var!  Bax, əslində elə buna  görə heç  cür  dözəmmirəm  ki,  belə rəzil  olmuşuq..."

Çesuyçalıların arasına çıxanda isə mavi rəngli kişi kitelini kip düymələyib, qup-

quru,  rəsmi  çinovnik  qadına  çevrilərdi.  "Başqasının istəklisi?.."  Bəlkə elə

Məleykə bacı idi o qırmızı qıymacalı? Yox! Gör necə sarsılmışdı yazıq Səməd, -

Məleykə bacı  bir  az  bundan əvvəl  raykomun  qabağında  qalmamışdımı?!.

Qonaqlının ədəbiyyat  müəllimi Ələskər  müəllimin - "Dam  direktor"  ləqəbli  o

zərif kişinin qardaşı Qurban da "37-ci ilin qurbanı, yəni sürülənlərdəndi. Evindən

"Övliyalar"  kitabı  tapılmışdı. Ələskər  müəllim  müharibə vaxtı  Rusiyanın

harasındansa  "evokuasiya"  edilmiş - köçürülmüş  həmin,  adı  unudulmuş  şəfqət

bacısı  Sestra  ilə evlənmişdi  ki,  "rusnan  qohumluğuna  görə həbs  olunmasın".

Bədbəxt  adamlarla  dolu  idi  hər  yer:  son  bir  neçə ildə xəbər  tutub  Səməd  bu

işlərdən  və "ərköyün  sədr  oğlu"  ikən əzab-keşə çevrilib!  Bədbəxtliklərdən  necə

bezib  Səməd! Əmisinin  yarıyuxulu  iniltilərindən,  "cəhənnəm  kürəsindən"  necə

cana doyub! Bəsdir! Yazıq ata, bədbəxt ata, qanın batdı! O "zaklyuçeniye"nin, o

"qəsd  işi  yoxdu"  sözlərinin  altında  gizlənən  açıq-aydın  qəsd  işini  açmağa

oğluyun nə imkanı var, nə də qabiliyyəti. Oğlun "cəhənnəm kürəsindən" çıxmaq

istəyir, yaşamaq, işləmək, sevinmək, sevindirmək istəyir!.. Bu evdə ailə qurulub.

Doğrudanmı bu evdən də çağa səsi gələcək?! O çal, pırpız qaşların altında o cür

heybətli  qan  çanağına  dönən  gözlər  də güləcək?!  Qardaşoğluna  "Bircə bala"

deyən Sultan Əmirli də "mənim balam" deyəcək?! Nə vaxt ola bilər bu iş? Lap

tezliklə?!  Beş-altı  aydan,  bircə ildən  sonra?!  Oğlu  olsa  adı  nə?  Mədəd?! Əla!..

Qızı olsa adı Sura! Xoşbəxtlikdən başına hava gələr adamın!

Daş  cığırın  qurtarıb  qalın, əkmə çayırlığın başlandığı  yerdə,  həyətin

genişliyində Səməd bir daha yuxarı baxdı və elqızını bu dəfə bəridə - pilləkəndə

görüb  istər-istəməz  ayaq  saxladı.  Elqızı  onu  tanımışdı?  Qarşılamağa  gəlirdi?

Yox, deyəsən elə deyildi.

Üfüqün  parıltısı  çəkilmişdi.  Evlə bağın arasında  toran  qatılaşıb,  demək  olar

ki, əməlli-başlı  qaranlıq  çökmüşdü.  Elqızı  həyətin  ortasında  dayanmış əli

çamadanlı adamı  deyəsən  heç  görməyib,  pilləkəndən  düşən  kimi  sola  buruldu.

İndi  qaramtıla  çalan  uzun  xalatının ətəkləri  yellənə-yellənə,  evdən  on-on  iki

addım  o  yanda,  tut  ağacının  altındakı  dəyirmi  stola  tərəf  getdi.  Orda,  dəyirmi

stolla köhnə qarğı kresloların yanında, kərpic yığınının üstündə manqal qızarırdı.




______________Milli Kitabxana_______________

Elqızı  tutun  dövrəsində,  stolun

ətrafında  hərlənib-fırlandı,  manqalın

hənirindən  titrəşən  yarpaqların  altına  qayıdanda  bir əlində maşa,  o  biri əlində

hərəsinə bir-iki  yağlı  qabırğa  çəkilmiş  dəmir  şişlər  peyda  oldu.  Maşa  ilə odu

yayıb,  şişləri  manqala  düzdü.  Sonra  tutun  haçasından  qalayı  ağaran  böyük  bir

sini  endirib,  su  kranını  açdı,  gur  şırıltılı  suyun  altında  sinini  yuyub,  bayaqdan

çiynində ağaran  çay  dəsmalı ilə qurulayıb,  stolun  küncünə qoydu.  Sonra

hardansa bir yığın yuxa gətirdi, yuxalara su çiləyib, bircə-bircə siniyə yığıb, çay

dəsmalı  ilə örtdü  və cəld  dönüb,  manqalın yanında  çöməlib,  şişləri  çevirməyə

başladı.

Səməd yaxınlaşıb on addımlıqda dayanmışdı. Başını azca yana əyib, elə dolu

ürəklə,  elə aludə gözlərlə tamaşa  eləyirdi  ki,  elə bil  ömründə nə belə səliqə-

səhmanlı gəlin görmüşdü, nə də belə səriştə ilə hazırlanan xörək-çörək. Bir azdan

o  yuxalar  piləyə dönəcək.  Elqızı  bu  bütöv,  şirə ilə dolu  qabırğaları birbaş

yuxanın  arasına  çəkib  bükəcək,  qaynar-qaynar  aparıb  süfrədə açanda  kababın

buğu tavana vuracaq. Yaşa, əmi, o müsibətlərin hayıfını çıx!

Sevincdən,  riqqətdən  Səmədin  hətta  gözləri  doldu.  Bu,  övlad  sevinci  idi.

Bəlkə lap uşaq sevinci idi. Eynilə, körpə uşaq görəndə yanaqları uzunu damlalar

süzülən  o  "diapozonlu  xanım"  kimi,  göz  yaşı  axıtmağa  hazırdı.  Yəqin  elə buna

görə də Səməd  bu  "göz  yaşı  zəifliyindən  yaxa  qurtarmaq", lap  uşaq  kimi,  bir

oyun  açmaq  istəyib  fikirləşdi  ki,  səsini  çıxarmasın,  özünü  göstərməsin,  elqızı

yuxalı,  kabablı sinini  aparıb  süfrəyə qoyandan  sonra  birdən  qapıdan  girib

başlasın ki,  "Çoxdandı  qayğanaq  yeməmişəm, əmi.  O  yumurta  səbəti  hardadı?"

Əmisinin bu  zarafatdan  necə şaqqıldayıb  güləcəyini,  "Bircə bala"nın belə

gümrah gəlişindən necə fərəhlənəcəyini indidən görüb, qərara aldı ki, elə-belə də

eləsin.

Əmma həyatı Səmədlə başqa oyun oynayırdı.



Tut  ağacına  doğru  uzadılıb  altına  dəmir  yol  relslərindən  dirəklər  vurulmuş

eyvana  işıq  zolağı  düşdü,  o  zolaqdan  bəriyə,  tutun  topa  tacına  doğru  kölgə

uzanıb çəkildi, sonra Sultan əminin hamanca yorğun, cod səsi eşidildi:

- Nə uzun çəkdi sənin bu kababın! Getməliyəm axı mən!

Hamanca yorğunluq! Hamanca gərginlik! Hamanca Sultan Əmirli!

Səməd buna inanmadı. Daha doğrusu, inanmaq istəmədi.

Eyvandan kabinetə qayıdanda Sultan əmi qapını çırpdı. Özü də elə çırpdı ki,

bütün evdə pəncərələr cingildədi. Səməd isə, bu aşkar əsə-




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə