İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə180/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   172   173   174   175   176   177   178   179   180

______________Milli Kitabxana_______________

ilə quldar  "Vizantiya"nın  üstünə gedən  OdEyƏs  ƏlAğ  "Knyaz  Oleq"  imiş!..  Öz əlilə öz

xalqını  təhrif  edib İlanın  quluna  çevirib əvəzində qızıl  yığan  "Avram"ın  İlan  məxəzləri

əsasında  quraşdırdığı  "qədim  Rus  dövləti  tarixi"  tarix  deyil,  ey  "Rus!"  OdEyƏs  ƏlAğ -

"knyaz  Oleq"  "Vizantiya"da  məğlub  olub.  Məcburən  yürüşə gedibmiş  ki,  bəlkə Bağday

OdƏrlərinin  köhno  mokanlarından  heç  olmasa  bir  qismini  qaytarsın,  Şimalla  Cənub

arasında əlaqə üzülməsin.  Bəli,  məğlub  olub.  Yüz  min  monax  "Bibl"lə silahlanıb  düşüb

GurOdun - "Qorod"un canına. "Türk" dilində nə varsa, hamısını yandırıb, "Bibl" soxublar

ƏrÜzün, EvƏrEyin onsuz da təhrif dilli ağzına!

Eşidirsənmi, ey "Rus" məhləsi? Məndən niyə aytrtblar səni qanırsanmı?!

"İzverq" demə mənə, "Sestra"! Evindəki "ikona"da birinci sırada duran, EySarı Qrek

KeSanna satan, EySann BağOdƏr təyin elədiyi

1

SimÜnün - "Simon"un gözlərini ovduran



"Patriarx"  "Pavel"inizdi  izverq!  EyOd  OdƏrlərini  "İudey"lərə döndərən,  özlərini

"Yevrey"  qələmə verib  EvƏrEy  OdƏriərini  bütün  planetdə Vatikana  xidmətə məcbur

edən  "Papa"nızdı  izverq!  Dönə-dönə təkrar  edin,  ey  cavanlar! Ərim -"Rim"dən  başlamış

Od - "Ki" - "Kin" - "Çin" ərazisinin  ucqarlarına  qədər,  BağSar - "Misr"dən, ƏrAğ

"İraq"dan  başlamış  SarUcAğ - "Səl-cuq" ərazilərinin  "UcRum",  "Sibir"  (ƏsEvƏrEy) -

Subir


2

ucqarlarına  qədər  yeridilən  "dil"  siyasəti  nəticəsində Tərik - "Türk"  olan  xalqm

əksəriyyəti əslindən-kökündən ayrılıb. "Tarix"imizdə "Xanlıqlar dovrü" deyilən bir ifadə

yaranıb. "İzverq"in fəaliyyətinin bəhrəsinə baxm: Bakı xanhğında "Türk", "Ərəb", "Fars"

dilləri  qarışığında,  Quba  xanlığında ƏrimEy  (OdƏr),  Fars  dilləri  qanşığında  danışıblar!

Şəki xanlığında bir cür qarışıq dildə danışıblar! Xalq o qədır avamlaşıb ki, mən "Bakı"nın

əsli - BağOddu,  "Quba"nın əsli  OdBağdı,  "Şəki"nin əsli ƏsOddu  deyəndə,  hətta

həqiqətimizə az-çox  bələd  olanlar  da  üz-gozlərini  turşudurlar:  "Nə olsun  ey?!  OdBağ

olmasın "Quba" olsun, nə mənası var?!

Məna budu ki, adı ƏrOdƏl olan "Osmanlı" qardaşım özünə "Ərdal" deyəndə bu Alim

SimOd  boğula-boğula  qışqırıb:  "Necə yəni  "Ərdal",  ey  ÜnÖnü

3

qardaşım?!  Necə



dözürsən bu təhrifə - təhqirə?! Adını - Odunu - Həqiqətini itirən Torikdən nə qalır?!

SimÜn BağOdƏr "ikona"larda "Pyotr" adlandırılıb.

Qreklərin  təziqi  altında  Ulu  Bağ ƏsƏlMənin  məclisinin  hökmü  ilə OdƏl  ("Atilla")  Bağdayın

sonuncu - beşinci  vilayətini  tərk  edib  öz ƏrSarları  ("rısar"ları)  və OdƏrlərin  böyük  bir  qismi  ilə

birlikdə ilk dəfə "Sibiv"də məskunlaşmışdı.

Türkiyənin məşhur dövlət xadimi.




______________Milli Kitabxana_______________

Bayaq  Möcüz  mənim  miskin  dostum  Şövkət  Tahirin  şerini  dedi,  "Koroğlu"

dəstanı haqqında həqiqət öldü.

Sənin üzündə rişxəndli təbəssüm vardı onda, farsistlərin, ərəbistlərin də için-

için hırıldaşırdılar.

Mədəd - BağOd o hırıltını qulaqardına verəmmir. Qulaq asın!

EySarımız "Türk"ün öz Od - həqiqət kökünə qayıtmasını tələb edir. Odur ki,

"Yer"ə vaxtaşın  yeni-yeni  "dəstan"lar - OdƏs  OdÜnlər  göndərir.  Yaradan

Həqiqətin  Həqiqət  Ünü - OdƏs  OdÜn  deyir:  "Yer"də Od yoxdu,  "at"  saxlayan,

"Alı" var. BağOdƏr yoxdu, "mehtər" var. OdƏr yoxdu, "Kiər" - "Kor" var. OdƏr

AğƏli yoxdu, "Kor oğlu" var. ÜnOdƏr AğÜn yoxdu, "Nigar xanım"lar. EyEvƏs

yoxdu, "Eyvaz" var. ƏsAğ OdÜn  yoxdu, "Aşıq  Cünun" var. Aşıq  Cünun  sazını

çalsın,  qoşmalarımı  oxusun,  kor  oğullarıma  şərh  eləsin  ki,  "Yer"də Gur  Od

yoxdu,  "Qır  at"  var,  OdƏr  Odu  yoxdu,  "Dür  at"  var.  OdƏl  yoxdu,  "Dəli"  var.

OdƏsƏl  yoxdu,  "KiƏsƏl" - "Keçəl"  var.  HəmƏs  yoxdu,  "Həmzə"  var.  AğƏl

ÜnƏs  yoxdu,  "qılınc"  var.  "Allah"ımın - ƏlAğımın - EySanmın  Ünü  eşidilmir.

"Cünun"um - OdÜn Əli - "Alı" "dəstan" deyir, dərk edən yoxdu.

"Dəstanımın elə məqamı  çatıb  ki,  indi  daha  diqqətli  olmağa  çağırıram  bu

"Badamlı" məclisini.

Vaxtı  çatıb,  hamı  bilməlidi  ki,  Ermənilərin  çuğulluğu  nəticəsində

Peterburqdan  "Türk",  "Fars",  "Ərəb"  dillərini,  "Quran"ı,  SafAğrəmzlərini  bilən

xüsusi  adamlar  göndərirmişlər  ki,  "Naxçıvan" - "İrəvan",  Göyçə,  "Qazax-

Borçalı",  AğBabalı  aralarında  gizlin  tədrislə məşğul  olan  Şeyx Əlini  tapıb

öldürsünlər. Ün eşidən SafAğ Alimi Şeyx Əli isə təhlükəni əvvəlcədən bildiyinə

görə,  gecənin  birindo  evi  tərk  eləyib,  öz  tədris  sahələrindo  axırıncı  dəfə gəzə-

gəzə "Koroğlu" dəstanının bütün qollarını son dəfə öz şagirdlərinə qələmə aldırıb

BağOdƏr  Əlini  "Meh-tər  Alı"  OdEyÜnƏs  Odu  (Günəş  Həqiqəti) əvəzində

"dəniz  atı"  deyib.  Altı  qitəli  "Yer"in  sahibi  Ulu  Bağ ƏsƏlMənin - "Süleyman

padşah"ın  Odunu - adını  "altı  ayaqlı  dəniz  atı"  rəmzində gizlədib.  "Dəniz  atı"

"dəniz"dən  çıxıb,  "mehtər  Alı"nın otardığı  ilxıda  bir  madyanı  sürüb.  O

madyandan  iki  qulun  olub  və sairə.  "Koroğlu" "dəstanı"nın  başlanğıcı,  dediyim

rəmzlər "Aşıq Alı"nın ömrünün son aylarından  yadigardı. O  yadigarları  mən öz

ömrümün son günündən yadigar kimi danışacam indi...

Əmimə baxma, Rəhim kişi.

Mənə bax: "Koroğlu bayatısı" oxuyuram:



______________Milli Kitabxana_______________

Koroğlunun çən qalası,

Ərşə dayanıb naləsi,

Düşmənimnən qəvisi,

Heç o da yalqız olmasın.

"Koroğlunun bərk qalası" deməyib "Aşıq Alı" - ƏsAğ Əli, "çən qalası" deyib.

Çünki  şəhərləri,  kəndləri  tərk  etməyə məcbur  olan  xalqımız  dağlarda  çəndə-

dumanda  gizlənirdi.  "Aşıq  Alı"nın  öz  taleyi  də "Koroğlu" - OdƏr  AğƏl  taleyi

idi.

"Düşmənimin ən  qəvisi,  heç  o  da  yalqız  olmasın"  deyib,  sizin  Fars-pərəst,



ruspərəst  "folklorçu"larınız  gör  necə dəyişdiriblər  o  mələk  İnsanın  sözlərini:

"Ördək  ilən  qaz  balası,  heç  o  da  yalqız  olmasın".  Nədir  bu?!  Niyə belə gülünc

hala  salıblar  o  ali  sözləri?!  Səbəbi  kindir,  Rəhim  kişi! Əsrlərlə aşılanmış  kindir

ki,  indi  səni  mənə "düşmənimin ən  qəvisi"  eləyib. Əmma  mən  son  qəviyə də

yalqızlıq  diləmərəm,  "Koroğlu"  dəstanın ən  savaysı, ən  ləru  "aşıq"  dilindən

yazıb,  vicdansızcasına  təhrif  eləyib  çapa  verən  Mirqəzəb  kadrına - "folklorçu

professor"  Təhmasiblə onun  adını  təmiz  saxlamağa  çalışan  "folklorçu"

yetirmələrinə də yalqızlıq  diləmərəm!  Yalqızlıq  xiffətdi,  fərəhsizlik,  ruhsuzluq,

ümidsizlikdi!

Diqqətli ol. Tanı Koroğlunu!

Tarixçilərimiz  Koroğlunu  on  yeddinci əsr  Cəlalilər  üsyanının  başçısı

eləyiblər.  Deyirlər  Cənubi  Azorbaycanlıdı  Koroğlu.  Şəkil  çəkiblər,  başına  keçə

papaq  qoyublar,  ayağına  çarıq  geyindiriblər  Koroğlunun.  Yəni  xalqın  rəmzini -

özünü "Alı kişinin oğlu" təki zırpı, kobud bir insana çeviriblər: "Plov yeyəndən

sonra bığını silkələyəndə bığıdan tökülən düyüdən toyuq-cücə yeyib doyarmış!.."

Guya xalqa xoş gəlmək üçündü bu. Bəs əslində nədi? Od Ərliyindən uzaq, avam

Türkü  kökündən  uzaqlaşdırıb,  "korun  oğlu"na  çevirmək  cəhdidir.  İkinci  qism

kinlilər  deyirlər  Kürddü  Koroğlu.  "Əslin  kürddü,  haramzadə!" - oxuya-oxuya

GurOd OdƏrlərilo "Tərik" - "Türk" dillilərin arasında nifaq sahrlar. Guya məhz

"Kürd"lüyünə görə Koroğlu  Paşaları,  Xanları qırıb  çatır.  Üçüncülər  deyirlər

"təkə türkmən"di. Yəni qoyun sürüsünün qabağınca gedən keçidi, Osmanlılar isə

bir  dağ  aşınmını  Çənli  bel  adlandırıblar.  Deyirlər  Koroğlu  bütün  "Türk

xalqlarının qılınc qəhrəmanıdı!"

Tanımırlar  özlərini  Tərik  OdƏrlər:  "Beş  qurddan  yaranmışıq  biz",  "Türk"

güclü deməkdi; "Türk" Qılıncı ilə tanınır", "Türk fatehdi". Məsəl var: "Öz adımı

qoyum sənə, qalasan yana-yana!.."




______________Milli Kitabxana_______________

Sestranın bu dəfəki qışqırtısını Xəlvət öz dilində təkrar etdi:

-

Ölür!.. Ölür, ay qatil!



Mədəd isə, birdən-birə ağır-ağır çalmağa, oxumağa başladı:

Titrəyir əllərim, tor görür gözüm,

1

Mənmi qocalmışam, ya zəmanəmi?!.



Cürə elə gözlənilmədən də susdu və sükut içində bu dəfə Mədədin heybətli qışqırtısı

şüşələri cingildətdi:

-

Çiyinləri 



Kalaşnikovlu 

"qılınc 


qəhrəmanları"sınız 

hamınız. 

Elminizi,

zəmanənizi,  özünüzü  görməyən,  korlar  millətisiniz! Əsil  mənada Təriksiniz,  mənası

olmayan  "Türk"sünüz!  Öldünüzmü?!  Bir  şey  qana bildiniz-dirildinizmi?!  Təkrar  edirəm:

"Türk" fateh olmayıb heç zaman.

Böyük əksəriyyəti öz vətənindən kənarda təhrif olan bədbəxtdir! "Atilla" fəth etməyib

"Avropa"nı - EvƏrEy  Bağını,  Qrek-Latın  ordularından, qan  tökməkdən, əbədiyyətini

itirmək 

təhlükəsindən 

qaça-qaça 

gedib


məskunlaşıb 

öz 


qədim 

Təriklərinin

məskunlaşdıqları torpaqlarda. Bəli!

Təkrar,  təkrar,  təkrar  edirəm:  Koroğlu  Qılınc  qəhrəmanı  deyil,  ey  Təriklər!  Şerlərini

oxuduğun o yanan Pünhanımız xüsusi ƏsƏr yazıb, tarixi faktlarla sübut eləyib ki, hətta o

qaniçən  Teymurləngimiz  də qarşısıalınmaz  hadisələr  nəticəsində yürüşlər  eləyib  öz

torpaqlarımıza!  Hətta İldırım  Bəyazid  də fateh  deyil, əksinə,  Xaç  yürüşlərinin  qarşısını

alan müdafiəçidir!  Hətta  "Konstantinopol"u  fəth  edən  məşhur  Fatehimiz  də fateh  deyil,

əksinə, qədim Bağdayının torpaqlarını Qrek-Latınlardan azad edən xilaskardır!

"Çin  səddi"nin  "Türk"Tərə müqavimət  üçün  çəkilməyi  fatehlərin  uydurmasıdır!

Əslində Qreklərə qarşıdır o sədd!

Qayıdıram "Koroğluya".

Min  dəfə demişəm,  min  birinci  dəfə deyirəm:  SafAğ  Elminin  bütün  "dəstan"ları -

OdƏs OdÜnlərin başdan-ayağa rəmzdi.

Koroğlu qocalıb, əldən-ayaqdan düşüb. Dəlilərindən, Nigarından ayrılıb. Yolun ağına

düşüb  gedir.  Haraya,  niyə getdiyini  özü  də bilmir.  Bir  kişiyə rast  gəlir,  xəbər  alır  ki,  o

çiynindəki  nədi?  Məlum  olur  ki,  "tüfəng"di,  təzə çıxıb,  qılıncsız-filansız,  uzaqdan-uzağa

öldürür adamı. Koroğlu inanmır buna, deyir vur o öküzü öldür qıraqdan. Kişi öldürür

"Görmür  gözlərim"  olmalıdır.  "Aşıq  Alı"nın  Ündən  aldığı  qoşmada  Koroğlu  məhz  "kor"dur:

dəyişmiş zəmanəni görmür.




______________Milli Kitabxana_______________

öküzü. Koroğlu başa düşür ki, zəmanəsi qurtarıb. Sazını köynəkdən çıxarıb başlayır haray

təpməyə ki, "tüfəng çıxdı, mərdlik getdi, ay haray".

Nədi bu?


Adi, sadə hekayə?

Bəs bu adi, sadə hekayənin altında nə var?

Dəhşətli bəşəri faciə var, Rəhim kişi.

"Yer"də zamanın,  mühitin  zorakılığı,  cahilliyi əbədi  insan  OdƏr  AğƏli  qocaldıb

ölümlü insana çevirib. "Kor"oğlu "kor"un "Öküz"ü -"KiƏsi" - OdƏsi - Yaradan həqiqəti

öldürən  "zəmanə"dən – ƏsMəndən  başı  çıxmır.  Qanmır  ki, ƏsMən - Yaradan  Bağ  yox,

"kor"oğludu qocalan, ölümə məhkum olan!

EySar öz "Dəlilər"ini - OdƏllorini yenidən "Çənli bel"o - gözə görünməyə - batinliyə,

"Koroğlu"nu - OdƏr AğƏlin SafAğ həqiqətinə çağırır. Yəni OdƏr OdƏrliyində qalır.

Budur "dostan"ın mənası.

Bədbəxtliyimizin bircə səbəbi var, ey Qonaqlılar, Tahirlilər, Qurbanlılar: OdAğÜzdən

ayrılmısınız!  Odurki,  özünüzü  OdƏrliyinizi  görməyən  kor  oğullarsınız!  "Aşıq  Alı"

EySann  Ününü  eşidə-eşidə yazıb,  "Koroğlu"nu  "aşıq"larımıza ƏsAğlarımıza  verib  ki,

danışsınlar,  şərh  eləsinlər,  savadsız  qalan  xalq  içində elmimiz  bərpa  olunub  insanı

"Heydər"ə - EyOdƏr  babamızla  övladlarına  bağlasın,  siz  isə şəkk-şübhə ilə baxırsınız

üzümə ki, "Alı hara, Ün hara?!." Təkrar edirem, əbədi Ulu Bağ ƏsƏl-Mənin, "Comərd",

"Süleyman", "Musa ağa" adları altında gizlənməyə vadar edilmiş BağSarımızın bu taydakı

Oğludu Şeyx Əli - "Aşıq  Alı". Bağ Oğlu Bağdı. Sizdən fərqi nə idi? Gizlin beyni - Bağ

Ünü  vardı.  "Səməd" - SimOdun  yazdığı  həqiqəti  tamam  sərfnəzər  eləyənlər,  Nəiminin,

Nəsiminin haqqında uydurmaların müəllifləri deyirlər:

"Hürufilər insanı Allah səviyyəsinə qaldırırdılar".

"Nəim" (i) - Ünüm ikən, "Nəsim"(i) - ÜnƏsim ikən, yəni hər ikisi insan və Bağ ikən,

hər  ikisinin  şagirdləri - OdƏrlər  də insan  və ƏlAğ  ikən  "bir  olan  "Allah" - mif

səviyyəsinəmi  qalxırdılar,  ey  "şərqşünaslar?!" ƏlAğı,  öz  irsini  dərk  edə bilmiyən  alimi-

biəməllər "Aşıq Alı"nın Elmini də dərk edəmmirlər!

Məşhur "Ustadnamə"sindən bircə sətrə qulaq asın:

"A", "B" dedim, "iki" saydım, "B" oxudum.

"A" - "Əlif" - ƏlEvdi.  "B" - Bağdı  ("A",  "B"  dedim,  yəni ƏlEv,  Bağ  Atanın  Evinin

Əli  Bağdı  dedim).  "İki" - "EyKi"  (saydım),  yəni  EyOd - Uca  Həqiqət  dedim,  B - Bağ

oxudum".



______________Milli Kitabxana_______________

Aydın deyilmi ki, "Aşıq Alı" adı ilə tanıdığınız o "adi" "aşıq" da "hürufı"di,

SafAğdı!  Firdovsinin,  Nizaminin,  Nəiminin,  Nəsiminin  davamçısıdı!  Yəni

SafAğ Silsiləsi Alimlərinin ən batinlərindəndi!

Alının  yetirməsi Ələskərin - AdıPünhan ƏsAğ ƏlƏsOdƏrin  sətrinə qulaq

asın:


"ƏlƏsTü"dən "B" "Əli" dedim, nə xoş kəlamdı yuküm".

ƏlƏs - Yaradan Əldi. Bağ Atanın yaradan Əli - EySar. "T" - Oddu. ƏlƏsOd -

Yaradan Əlin həqiqətidi. "B" - Bağdı. "B Əli" - Bağ Əlidi, yeni EySar. Ələskər

deyir:  "ƏlƏsTüdən - Yaradan Əlin  həqiqətindən  danışıb  "Bağ Əli"  dedim,  yəni

"EySar" dedim, görün "yüküm" - Elmim necə xoş kəlamdı".

Bildinizmi ki, "Aşıq Ələskər" adı ilə tanıdığınız o "adi" "aşıq" da "hürufi"di -

SafAğ  Alimidi?!  Firdovsinin,  Nizaminin,  Nəiminin,  Nəsiminin  davamçısıdı!

Yəni "Ələskər" - ƏlƏsOdƏr do Silsilə Alimidi!

Görürsünüzmü,  İlan  "Din",  "Religiya",  döşü  "xaç"lı  "patriarx",  başı

əmmaməli  "imam"  zülməti əsrlərində Elm  necə "podpolya"ya  gedir,  necə

"çekist"  olur!  "Mandatam  poşadı  net",  cənab  Sestra!"  Qeyri-bərabərlik,  zülm

düşməni Mayakovskiy Nizaminin "Xəmsə"sindən dərs almışdı, ey Rus məhləsi:

Rus dili imkan  vermədi ki, o  bədbəxt də "Dəli" - OdƏl - Dil həqiqəti ucalığına

qalxsın, bu bədbəxt "Səməd" - SimOd kimi, o da üsyan istədi və məhv oldu!

Sizin  bu  "Birliy"inizin,  sabahkı  açıq  "Boz  qurd"  canavarlarının  dilində

Bağday - "Az ər bay

1

(vay) can" ərazisinə dəhşətli bir bəla gəlir. Adını hamınız



eşitdiyiniz, "şərqşünaslıq"da büs-bütün təhrif edilmiş "Şeyx Səfi"ni, "Heydər"li,

"Şah  İsmayıl"ı  yada  salın. Əzabkeş ƏsAğ  "Səfa" - SafAğ  ikən  "Şeyx  Səfi"nin

şair nəvəsi "İsmayıl"ı kim "Qızıl-başa" - "Şiə"yə döndərdi?! "Türk" adlandırılan

qardaşlarının  üstünə müharibəyə kim  qaldırdı  onu?!  Həmincə İlanın Kərbəlayı,

Hacı  rütbələri  altında  gizlənmiş  Vatikan  casusları on  beş  yaşlı beyni  qan

"İsmayıl"ın ƏsEvƏlliyini  gizlədib  hər  gün,  hər  gün  "Sən  Şiəsən!  Sən  Şiəsən!",

"Sən  Türk  deyilsən,  "müsəlman  Türk"  sənin  düşmənindi"  deyə-deyə

törətmədilərmi  Çaldıran  müharibəsi  qırğınını,  ey  kar-kor  "şərqşünas"lar?!

Aranızda  bircə nəfər  düşünən  varmı  ki,  SafAğ  "Divan"ı  müəllifi  "Şah  İsmayıl"

ismi  Pünhan ƏsAğ ƏsEvƏl  ikən  niyə "Səfi" - "Səfəvi"  adlanan  təhrif  dövlət

yaratdı  və o  "Səfəvi"  adlananlar  nə səbəbdən  o  tay-bu  tay  "Muğan"a - Bağlara

hücum çəkib dörd yüz min "Muğ" - Bağ qırdılar?!

"Vay" və "Bay" sözləri xalq icində eyni mənada islənir.



______________Milli Kitabxana_______________

Xəlvət  Astaradan  bir  bizburun  molla  gətirib.  Bu  ötən  dörd  ayda  gecələr  burda  mənlə,

Şöşüylə qabaq-qənşər  oturub  araq  vura-vura  azı  beş  min  dəfə deyib:  "Sultan  Səlim əlli

min Şiə qırıb!" Şöşü gülür: "Ninninisən, a Ninnini!" Mən susurdum. Çünki o bizburunun

bu  təbliğatının  nəticəsini  görürdüm.  Tək  bir  dəfə dedim:  "Bəs  o  dördcə yüz  min  Muğu

niyə demirsən, ey casus belə-filan?!" Bir dəfə də özümü saxlıyammayıb stuldan itələdim,

başı  taxtaya  çırpıldı,  çoxlu  qan  axdı.  Qanını  görəndə özünü  itirdi,  tir-tir əsdi  bizburun:

"Dəymə mənə!" - dedi, yalvardı. "Şah İsmayılın özünü də elə o Kərbəlayı, Həci casuslar

öldürüblər, özlərinə Səfəvi deyiblər", - dedi.

Budur  sizin  sifətiniz!  Bağdayın ən  qədim  dövrlərdən  bu  son əsrlərə qədər  nə qədər

şan-şöhrətli,  müdrik  şahları,  sultanları olub!  Bizburun  mollanın  niyə məhz  o  bədbəxt

təhrif İsmayılı, məhz o casuslar hakimiyyətini təbliğ eləyirsə və siz bunu sabah-birisigün

dilinizin əzbərinə çevirib,  bütün  tariximizi  danacaqsınızsa,  axırımız  nə olacaq,  ey

Təhriflər?!.

Mədəd nəfəsini dərib, ağır təmkinlə "hürufani"

1

çalmağa başladı.



-

İndi vidalaşaq, ey Təhriflər.

Gözləri əmisinin ağsümük üzündə göyümtül çalan  gözlərinin dərinliyindəki  yaşıllığa

dirəndi.  Cürənin  qara  sinəsinə iri-iri  damlalar  töküldü.  Xəlvət  kresloda  titrəyib  ayağa

qalxdı:

-

Ölüb axı!.. Çalma daha!.. Sən nə təhər əmioğlusan əşi!..



Mədəd gözlərini sildi.

-

Kəs  səsini!  Bircə saat  bundan əvvəl  "oynaş"  oğlu  idim!  Dilini dəyişdirdim,



Rəhim kişi. Hələlik bununla kifayətlənək... Dəstanım qurtardı.

Dal  otağın  qapısı  açıldı.  Qara  geyimli,  boz  sifətli,  çiyni  "Kalaşnikov"  avtomatlı,

ucaboy,  zəhmli  bir  oğlan  yaxınlaşıb  "pomost"da  ayaq  saxladı.  Səmi  idi:  Səmədin

Torksindən olan yeganə oğlu.

Səminin səsi də zəhmli, qorxunc idi:

-

Qalxın, rədd olun burdan!



Mədəddən də heybətli qışqırtı qopdu:

-

Qırılmalısınız! Əmma  Xəlvətin  səsində insan  səsi  eşitdim.  Sükutunuzda



peşimançılığa oxşar bir şey görünür. Səmi, əlini çək tətikdən.

Sən yaşamalısan, Kalaşnikovla yox, sözlə öldürüb, sözlə diriltməlisən cəhaləti!

"Pomost"dan  endi,  stollardakı  "Badamlı"ları  bircə-bircə götürüb  di-varlara  çırpa-

çırpa, pavilyonun bütün şüşələrini sındırıb tökdü. Sonra

El arasıntla "rufani". "ruhani" adlanır. "Aşıq'* ƏsAğ Kamandar "həqiqət" deyirdi.



______________Milli Kitabxana_______________

qayıdıb, əmisini  qucağına  götürdü,  ağsümük  üzünü  meyidin  ağsümük  üzünə

sıxıb, şüşə parçalarını xınca-xınca çıxıb, kəndə doğru uzaqlaşdı. Şüşəlinin dəmir

skeletinin ətrafında, çinarın çılpaq budaqlarının altında heç kəs tərpənmirdi, heç

kəs  dillənmirdi.  Heç  kəsin  xəbəri  yoxdu  ki,  ağsümük  üzünü  meyidin  ağsümük

üzünə sıxıb,  səhərin  alatoranında  yol-iz  seçmədən  səndələyə-səndələyə gedən

Mədəd  özü  də indi  meyid  kimi,  ağlını,  hissini,  duyğusunu  itirmiş  ölü  kimi  bir

şeydi.  Bərkiyib  daşa  dönmüş  beynində yalnız  bir  fikrə,  hissə bənzəyər  bir

qığılcım göz açıb, Sultan Əmirlinin, Mədəd Əmirlinin, Sura, Torksin Əmirlilərin

qəbirlərinin  sırasında,  təzə qəbirdə özünü - əmisinin  Bircə balasını,  Varisini,

Tədqiqatçısını da əmisi ilə yanaşı görürdü; üç para kəndin cəmaatından hələ heç

kəsin  xəbəri  yoxdu  ki,  qucağında  meyid  aparanın  özü  də meyid  idi.  Üç  para

kəndin cəmaatı ilə birlikdə, bütün "Yer"də hələ heç kəsin xəbəri yoxdu ki, həmin

bu vaxt, sazaqlı dekabr səhərinin alatoranında EyƏrin BağOddan azmış "Baki",

"Bakı", "Baku" adlanan "kor" millət şəhərində, "Hüsü Hacıyev" küçəsi ilə "Həzi

Aslanov"  küçəsinin  kəsişdiyi  yerdəki  binanın  mənzillərindən  birində heç  kəsin

anlamadığı  bir  bədbəxt  OdƏl  oturmuşdu,  gecələr  saat  on  ikidən  səhər  saat

yeddiyə qədər  OdAğÜz  BağOdƏr  planetindən ən əziz, ən  doğma  insanın -

EySarının səsini  dinləyə-dinləyə yazdığı  bu ƏsƏri  ilə "Yer"  bəşəriyyətinə lənət

oxuya-oxuya  deyirdi:  "İsa",  "İisus"  adlandırdığın  EySarla,  BağSar  AğEyin -

"Musa  ağa"nın  nəslindən  "Muğanna"  arasında  rabitə yaranıb,  ey  ÜnƏs -

"ins"an"! Oxu bu Əsəri, dəhşətə gəl, ay qatil! Ayıl və anla ki, "Əbədiyyət" əfsanə

deyil,  EvOd  EyOddur - Həqiqət  Evinin  Uca  həqiqətidir,  ey  EvOda  "Əbəd",

EyOda "iyyət" deyən bədbəxt! Oxu bu ƏsƏri - Yaradan İşığı, Odu dərk et, təhrif

"beynin"lə,  çürük  bədəninlə döyüş,  saflaş, əbədi  ol.  Öz  EvOdÜnündə - öz

"bədən"ində,  EyƏrində əbədi!  Sənin  ana  dilində "na  bojyem  yazıke"  deyirəm:

insan əbədi  yaşaya  bilər.  Odu  dərk  etsən, əbədi  yaşayacaqsan,  ey  cahil,

"SimƏrAğ",  "GurOd"  adlarında  Kainat  gəmilərini,  Ulu  Bağ ƏsƏlMəni,  EySar

ÜnEvi,  EvƏrimi,  EySan,  Bağlarını,  Bağ  Atanı  görəcəksən.  Uca  Odlarınla -

əcdadlarmla  birgə OdAğÜz  BağOdƏrə OdAğÜzdən  EyƏrə uçacaqsan.  Bütün

Kainatın əbədi  sakini  olacaqsan.  Bundan  böyük  xoşbəxtlik  olarmı,  ey  Odsuz -

həqiqətsiz bədbəxt "kor" - OdƏr?!

Əlavə xəbər: İşıq gəmilərinin "Yer"ə enməyinə lap az qalıb.



______________Milli Kitabxana_______________

MÜNDƏRİCAT

Ön söz.........................................................................................................4

Süleyman padşahın xəzinəsi.........................................................................6

Xəzinə üstündə yatan ilan...........................................................................196

Kainat sakinləri..........................................................................................340

Ölüm-dirim................................................................................................444



Buraxılışa məsul:

Əziz Güləliyev

Texniki redaktor:

Rövşən Ağayev

Tərtibatçı-rəssam:

Nərgiz Əliyeva

Kompyuter səhifələyicisi:

Ələkbər Kərimov

Yığılmağa verilmişdir 14.09.2004. Çapa imzalanmışdır 01.03.2005.

Formatı 60x90

1

/



16

. Fiziki çap vərəqi 33,5. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 40.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə