İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə2/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   180

______________Milli Kitabxana_______________

SÜLEYMAN PADŞAHIN XƏZİNƏSİ

1

Zaman  o  zamandı  ki,  bir  hissəsi  Cənubi  Azərbaycan,  ikinci  hissəsi  Şimali

Azərbaycan  və sair  adlandırılan  ölkənin bir  qismi  "super  dövlət"  SSRİ-nin

tərkibində,  müharibədən  təzəcə çıxıb,  yoxsulluq,  aclıq  pəncəsində sıxılırdı.

Amerikadan  alman,  cəmaatın rişxəndlə "tısbağa  yumurtası"  adlandırıb,  ancaq

əlacsızlıqdan  yediyi  kiflənmiş  yumurta  tozu -"yaiçnıy  parasok"  da  nemət

sayılırdı;  taxılı, ətlik  heyvanı,  yağı,  pendiri  silib-süpürüb  aparmış  dördillik  ağır

müharibədən sonra bu "paraşok" demək olar ki, hər şeyi əvəz edirdi. İran kişmişi

isə qənd və ümumiyyətlə şirniyyat yerinə işlənirdi. Buna görə də, Kür boyundakı

ucqar  rayonların ən  ucqar  kəndlərindən  tez-tez  Bakıya  gedib-gəlib  kisə-kisə

"yaiçnıy  paraşok"  gətirən,  o  biri  tərəfdən  Arazın  o  tayına  ayaq  açıb,  ordan  hər

dəfə bir  at  yükü  kişmişlə qayıdan  Çax-Çux  Xalıqın Qonaqlıdakı  həyəti  bütün

həyətlərdən yığnaqlı olmuşdu.

Söyüd  şivindən  hörülüb,  mal  peyini  ilə suvanıb, əhənglə ağardılmış

yöndəmsiz  daxmanın qabağındakı  hamar  palıd  kötüyünün  üstündə daş-tərəzi

görünən kimi bütün kənd oraya axışırdı və bu vaxt Əmirli nəslinin əziz-ərköyün

yeniyetməsi  Səməd  də, əmisi  Sultanın,  yəni  rayon  partiya  komitəsinin  birinci

katibi  Sultan Əmirlinin  "payoku

1

"ndan  hər  cür  nemət  dadıb  özünü  "kişmiş  acı"



saymadığına  baxmayaraq,  dərhal  o  yığnağa  tələsirdi  ki,  yığnağın  içində -

qarışıqlıqda Xalıqın qızı Gülbənizə göz vursun, Gülbəniz də öz bacılığı Gülgəzə

göz  vursun,  sonra  daxmanın xəlvət  bir  küncündə çöməlib,  önlüyünün ətəyini

açıb,  atasından  "çırpışdırdığı"  kişmişi  Səmədlə Gülgəzin  qabağına  tutsun  ki,

Səmədlə Gülgəz  onun – Gülbənizin ətəyindən  kişmiş  yeyə-yeyə,  doyunca  bir-

birinin üzlərinə tamaşa eləsinlər və pıçıldaşa-pıçıldaşa eşiyə, Çax-çuxun nəhəng

əllərlə ciblərinə basışdırdığı  rəngli  pula - göy əlliliklərə,  qırmızı  otuzluqlara

baxa-baxa, "Çax-çux özünə gün ağlasın, biz də özümüzə" - deyib gülüşsünlər.

Yüksək rütbəli işçilərə - məmurlara müftə paylanan ərzaq.



______________Milli Kitabxana_______________

Bu  üç  nəfər- iki  qız  və bir  oğlan,  cəhalət  və işgəncələrlə dolu  ölümlü

dünyamızın əbədi  həyat  dünyası  Kainatdan  ayrılığının səbəblərindən  bəhs  edən

bu fəlakətlər kitabının ilk səhifəsində oynaşan üç anauşağı kimi şeydilər, üçü də

bu  fikirdə idi  ki,  Çax-çux  Xalıqın  kişmişi  təkcə onların  "ağzını  şirin  eləmişdi",

cəmaat kişmişin kilosuna altmışca manat verirdi, onlar isə "müftəcə yeyirdilər".

Bundan başqa, Gülbəniz Səmədi sevirdi, Səməd Gülgəzi sevirdi, Gülgəz isə hər

ikisini sevirdi, buna görə də hər üçünün könlü şaddı, ağızları da şirin.

Səmədin  gur,  qara,  deyilənə görə,  mərhum  anası  Suranın  saçlarına  oxşayan,

dalğalı saçları Gülbənizin ətəyinə doğru sallananda, o biri tərəfdən Gülgəzin qara

ipək  cığaları  sallanırdı.  Bu  vaxt  Gülbəniz  qısqanclığını  gülüşlə,  zarafatla

gizlədirdi:

- Ey,  ey,  saçlarınız  görüşdü! - deyib  bir əlilə Gülgəzin,  o  biri əlilə Səmədin

başını dala itələyirdi.

Gülgəzin əli bir yandan Gülbənizin önlüyünün ətəyinə uzananda, Səmədin əli

də o biri yandan uzanırdı. Bu vaxt Gülbəniz yenə hər şeyi zarafatla gizlədirdi:

- Ey,  ey, əlləriniz  görüşdü! - deyib  bir əlilə Gülgəzin,  o  biri əlilə Səmədin

əlini  dala  itələyirdi.  Sonra  saçların, əllərin  görüşü  təkrar olunub,  "dizlərin

görüşü",  "ayaqların görüşü"  də bunun  üstünə gəlib, hər  üçünün  arasında  sehrli,

sirli  ilk  gənclik  oyununa  çevrilirdi  və kişmiş  qurtarana  qədər  bu  oyun  davam

edirdi.

Bu günlər Əmirli yeniyetməsi Səmədin ömrünün bəlkə də ən xoşbəxt günləri



idi. "Ekspeditor"

1

Xalıqın rəsmi "faktura" - malın siyahısı  və qiymətləri ilə mal



payladığı  və qeyri-rəsmi  "çax-çux" - alver  elədiyi üç  para  kənddə,  o  cümlədən

burda - Qonaqlıda hamıya  məlumdu ki, Arazın bu tayı ilə o tayının,  yəni Sovet

Azərbaycanı  ilə Cənubi  Azərbaycanın arasında  "sərhədin  açıldığı"

2

gündən



indiyə qədər - beş il ərzində bu adamın o taya ayaq döyməyi heç də alver üçün

deyil,  bu  get-gəl Əmirlilərin  o  tayda - "xarici  ölkədəki  qohumları"  ilə,  Təbrizin

Əmir  məzarıstanında  dəfn  olunmuş  ataları Məhəmməd Əmirlə,  qardaşları Şeyx

Ağ Əmir, Şeyx Boz Əmirlə, o şeyxlərin bu tayda - Sovet



Ekspeditor - satılmaq üçün mal gətirən

"1941-45-ci  illər  müharibəsi"ndə müttəfiq  dövlətlər - SSRİ,  ABŞ  və İngiltərə arasında  müqavilə

üzrə Sovet-İran  sərhəddi  açılmış,  Cənubi  Azərbaycanda  Demokrat  Partiyasının  başçılığı  ilə Şura

(Sovet) hakimiyyəti qurulduqdan sonra sərbəst gediş-gəliş başlanmışdı.




______________Milli Kitabxana_______________

Azərbaycanında  "sinfi  düşmən"  sayılan  məsləkdaşları  ilə əlaqədardılar.

1

Palıd


kötüyünün üstündə daş-tərəzi görünəndə bütün kənd əvvəlcədən bilirdi ki, Çax-

çux  yenə "Məhəmməd Əmirdən,  şeyx  qardaşlardan",  o  qardaşlardan  qalan

mülklərdən, var-dövlətdən danışacaq.

Səməd  isə öz  aləmində idi.  Hətta  son günlərin  böyük,  ciddi  hadisələri - "o

tayda  Azərbaycan  Demokrat  Firqəsinin  məğlubiyyəti,  yəni  "Milli  Hökumətin

yıxılması" və "Şahın bizimkiləri topa tutması"

2

da bu gur saçlı, möhkəm bədənli,



"əziz-ərköyün  sədr  oğlunun"  gur  hissiyyatla  dolu  şadlığına  mane olmamışdı.

Başqa  sözlə,  dünyada  baş  verən  hadisələr  bu  cavana  hələ bir  o  qədər

toxunmamışdı  və toxuna  da  bilməzdi.  Cəmaat  deyirdi:  "Sədr  oğlunun  Araz

aşığındandı,  Kür  topuğundan",  yəni  "heç  nə vecinə deyildi".  Və bu  sözlərdə

həqiqət vardı.

Gözünü  açıb  dünyaya  baxanda  Səməd  özünü  kandarında  çəmənotu  və

qazayağı  bitən,  tavanında  qaranquşlar  uçuşan  nəhəng  bir  otaqda,  səhərdən  gecə

yarıya  qədər  bu  otağa  dəstə-dəstə gəlib-gedən  cəmaat  arasında  "əziz-ərköyün

sədr  oğlu"  kimi,  "şəxsən  Sultan Əmirlinin  dizinin  dibində oturan Əmirli

yetirməsi"  kimi,  "ordenli  bolşevik  Qılınc  Qurbanın atının tərkində gəzən"  və

"yetdiyinə yetib, yetmədiyinə bir daş atan dəliqanlı" kimi görmüşdü. Qonaqlının

nəsillikcə alverçi olan və var-dövlətlərini qorumaq üçün həyət-bacalarında çoxlu

it  saxlayan  Qudalı  məhləsinin  itlərini  döyərdi;

Əmirlilərə

açıq-açığına

"düşmənlərim" deyən Qudalı ağsaqqalı Xəlvət Rəhimin atının quyruğunun altına

tikan qoyub soncuqladardı; Gülgəzin atası Məmiş Əlləzoğluna "Göbələk Məmiş"

deyib qaçışan Qudalı cavanlarını "deşiklərinəcən qovardı", əlinə keçənlərin ağız-

burunlarının qanını  bir-birinə qatardı;  "Qudalı cavanlarının atamanı  Qıllı

Qeybalı",  Qonaqlının partkomu  Cəfər əminin - Lüt  Cəfərin  özündən  iyirmi  yaş

kiçik  arvadı  Ayna  bacının  "ora-burasına  baxanda"  Qeybalını  "Dantes

3

köpəyoğlu" adlandırıb "duelə"



Sovet Azərbaycanında "batin " - gizlin şəraitdə SafAğ Elminin tədrisi ilə məşğul olan adamlar həm

öz  adi  adları,  həm  də "AdıPünhan"  adı  ilə tanınırdılar.  "Əmirli"  familiyası  altında  yaşayanlar ən

qədim zamanlardan ərəbcə "Muğanna" nəsli adlanırdılar. Müasir Muğannalar Cənubi Azərbaycanda

"Muğani", Sovet Azərbaycanında "Muğanlı", Türkiyədə "Muğlar" adı ilə tanınırlar.

Həmin üç dövlətlə müqaviləyə əsasən İran, Cənubi Azərbaycanı yenidən fəth etmişdi.

Dantes - Puşkinin qatili, Rus ədəbiyyatını öyrənən orta məktəb şagirdlərinin nifrət obyekti.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə