İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə3/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   180

______________Milli Kitabxana_______________

çağırardı və dueldə sapandına daş əvəzinə mal peyini yığıb Qıllı Qeybalının üz-

gözünü,  üst-başını  batırardı;  hesabdar  Mürsəl,  Qonaqlının  məşhur  "qəlyanlı

qocalar"ından  Çürük  Aşıqla  Xızr  Abının əməkgünlərini  kəsib,  ömürlərini

bazarlarda  keçirən  Qudalılara əməkgünü  yazanda  Səməd  atasının  bu  işə

qarışmağını  gözləməyib,  mühasibliyə cumardı,  "vedomostu"

1

stolun  üstündən



qapıb Mürsəlin başına çırpardı, "təzədən yaz,  köpəyoğlu!" - deyib, ədalət bərpa

olunmayınca idarədən çıxmazdı.

Lap  uşaqlıqdan  başlayıb,  hələ də davam  edən  bu  cür  dəliqanlılığına  görə

Qudalı cavanları  ona  "Dəli  Səməd"  deyirdilər  və yəqin  ki,  elə haqlı  deyirdilər;

daim  dingildəyib  hökmən  nə isə eləmək,  hətta  gecələr  çarpayıda  da  qaynayıb

yorğan-döşəyi, balıncı əzişdirib  bir-birinə qatışdırmaq  heç  də adi,  normal  adam

vəziyyəti  deyildi  və Səməd  özü  də hiss  edirdi  ki,  ancaq  son  vaxtlar  "Kamal

attestatı proqramı"nda imtahan biletlərinin çoxluğundan qorxub kitabların üstünə

cumanda,  bir  də Gülbənizin  önlüyünün ətəyindən  kişmiş  yeyə-yeyə Gülgəzə

tamaşa eləyəndə "az-çox adam olurdu".

1946-cı il dekabrın iyirmi üçünə qədər vəziyyət belə idi.

O  qış  günü  Çax-çuxun  "o  taydakı  şeyx  qardaşlar"  barədə cəmaata  danışdığı

xəbəri,  "O Əmirlilər  Sovetin  düşmənləridilərsə,  burdakı Əmirlilər  Sovetə dost

olarlarmı,  ay  cəmaat!" - dediyini  qulağı  alar-almaz  Səməd əlini  Gülbənizin

önlüyündən  çəkib,  birbaş  idarəyə - atasının kabinetinə yüyürdü  və o  gün  də

birinci  dəfə eşitdi  ki,  demə,  Sultan əmidən  başqa,  "Ağ Əmir,  Boz  Əmir  adında

şeyx əmiləri"  də varmış;  haçansa - "İranda  məşrutə vaxtı",  Səttar  xan  üsyanı

illərində gəlib-gedərmişlər, Bakının, Gəncənin, Tiflisin, İrəvanın

2

məscidlərində



ianə yığıb  o  taya  apararmışlar.  Axırıncı  dəfə,  Şimali  Azərbaycanda  Şura

respublikası  qurulanda  Nəriman  Nərimanovun  "Şərqdə müstəmləkəçilikdən,

azadlığa  çıxmağın yolları"  haqqında  nitqinə qulaq  asıb  gediblər,  bundan  iki  il

sonra - iyirmi  ikinci  ildə isə,  sonuncu  Azərbaycan  şahının təxtində oturan  təzə

Pəhləvi  şahının  qəzəbinə keçib  zindana  düşüblər,  yeddi-səkkiz  il  müddətində

şaha  dəfələrlə məktub  yazıb  Pəhləvilərlə türklərin  eyni  millət  olduğunu  sübut

eləməyə çalışsalar da, "millətpərəst qiyamçılar" damğasından qurtara bilməyiblər

və nəhayət,



"Vedomost" - Kolxozçuların əməkgünlərinə verilən pulun siyahısı.

Əsrin əvvəlində Tiflisdə, İrəvanda da məscidlər vardı, əhalinin əksəriyyəti dindar azərbaycanlılardı.

1918-ci  ildə rusların  qələbəsindən  sonra  qədim ƏrEvÜn - o  dərcəsi:  (Ərişıq,  Ev,  Ün - İşıq  Evinin

ünü), indiki "Yerevan" Ermənilərə verilib.



______________Milli Kitabxana_______________

otuzuncu  ilin  qışında  iki  qardaşın  ikisi  də bir  gündə xəlvəti  öldürülüb,  "Əmir

məzarstanı"  deyilən  qəbristanda  dəfn  olunub...  Atası  Səmədi  stolun  böyründə

oturtdu,  özü  isə ayağa  qalxdı.  Boyu  elə uca  idi  ki,  stolunun  dalından  qalxanda

başı  divarda  Stalinin  portreti  ilə yanaşı  durardı  və bu  vaxt  Səməd  qalın,  bir  az

yağlıtəhər  saçlarında  daraq  dişlərinin  izi  qalan,  bığı  da  saçları kimi  parıldayan

atasının Stalinə necə oxşadığını  daha  yaxşı  görüb,  kükrək  qürurla  coşub  dik

atılardı.  Atası  bu  hərəkətdən  təəccüblənib;  "hoppanırsan  elə", - deyərdi.  Sonra

gözucu portretə baxıb dodaqucu gülümsünərdi, "Yaxşı böyüyürsən, oğlum. İşıqlı

böyüyürsən, əmma  çox  hoppanma.  Oğul  təmkinli  olmalıdı", - deyib  hər  dəfə

nəsihət  eləsə də,  Səməd  heç  cür  təmkin  saxlaya  bilməzdi.  O  gün  isə,  sədr

stolunun böyründə,  xüsusi  xalça  üstündə,  Sultan əmi  kimi,  Qılınc  Qurban  kimi

böyük adamlar üçün qorunub saxlanan "qonaq yerində" - kresloda oturduğunu da

hiss eləməyib, atası kabinetdən çıxıb gedəndən sonra da kresloya yapışıqlı qaldı.

Qabağında,  stolun  küncündə üç  şəkil  vardı.  Biri  "Əmir  məzarıstanı"nda bir

cüt  yanaşı  qəbrin  şəkli  idi.  İkinci,  üçüncü  şəkillər  isə,  həmin  qəbirlərin

başdaşlarının  ayrı-ayrılıqda  şəkilləri  idi.  Danışıb  qurtarıb  kabinetdən  çıxanda,

atası qapıdan qayıdıb bu şəkilləri buraya atdı və hirsli-hirsli gəzinməyə başlayıb:

- Bax! Bax! - dedi.

- Baban Məhəmməd Əmirin qəbri də o məzarıstandadı, əmilərin Ağ Əmirnən

Boz Əmirin qəbirləri də. Adlarını kommunist qoyanlar şeyx adlananları özlərinə

düşmən sayırlar, - dedi.

- Aclıq ili

1

gəlib bu tayda qalmasaydıq, rus dilini öyrənib, Leninin kitablarını



oxuyub  Kommunist  Partiyasına  daxil  olmasaydıq,  Sultan əminnən  mənim

yerimiz də o  məzarıstan olardı indi, - dedi. - Cəllad şahın əli çatmadı, bu tayda

səlamət  qaldıq.  İndi  özümüz  özümüzə cəllad  olmuşuq.  O  taydan  şeyx

qəbirlərinin  şəkillərini  gətirdirik,  bu  tayda  kommunist  Sultan Əmirliynən

kommunist  Mədəd

Əmirlini  çək-çevirə

salırıq:  "Sinfi  düşmənlərimizin

qardaşlarısınız!" - filan!..  Bax  o  şəkillərə,  fəxr  elə ki, Əmir  adınnan  adlanan  o

məzarıstanda  qədim  nəslin-kökün,  Səttar  xan,  Bağır  xan  mücahidlərinə haqq-

ədalət  dərsi  deyən  şeyx əmilərin  var.  "Şeyx"  kəlməsi  qorxutmasın səni.

Oxumusan, Lenin deyir:

XX əsrin əvvəllərində Cənubi  Azərbaycanda  (cənuba  "Güney"  də deyilir)  aramsız  üsyanlar

nəticəsində kütləvi  aclıq  olmuş  və Arazın  o  tayından  bu  tayına  insan  axını  gəlib  burada

məskunlaşmışdı.




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə