İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə4/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   180

______________Milli Kitabxana_______________

"Religiya  opium  dlya  narodov".  "Din  tiryəkdir  xalqlar  üçün".  Yəni  beyinləri

dumanlandırır  din,  real  dünyadan  ayırır. Əmilərin  Ağ Əmirnən  Boz Əmir

razıydılar  bu  fikirnən,  tez-tez  bizim  Doktornan,  yəni  Nəriman  Nərimanovnan

görüşürdülər.  Dini  məhz  "tiryək"  adlandırırdılar.  "Mollaların  nazıynan  oynama,

Doktor, - deyirdilər. - Çox  hiyləgər  məxluqatdı  mollalar,  bir  də ayılıb  görərsən

elə özün  də tiryək  çəkirsən", -gülüşürdülər.  "Şeyx"  rütbəsinin,  din  libasının

altında  gizlənib  "Kainat  elmi" - "SafAğ  Elmi"  adlanan  böyük  elm  yayırdılar

əmilərin.

Təbrizdə mədrəsəmiz  vardı.  "Quran"ın  tədrisində surələrin  oxunuşu,  yəni

kəlmələrin,  ayələrin-cümlələrin ərəbcə tələffüz tərzi,  qiraət  üsulu  qurtarandan

sonra  mədrəsənin  qapılarını  bağlayıb  "batin",  yəni  gizlin  "təfsir"o,  yəni  şərhə -

izaha başlayırdılar.

"Həqiqət Quran"ın kəlmələrində, ayələrində, surələrində deyil, hürufatda, hər

bir  hərfin əslindədi.  Hərfin əsli  isə ərəbcə deyil  (yazıram  bura,  oxu):  OdƏr  dili

adlanan  dildədi.  Məsələn,  "Quran"ın ilk  surəsinin əvvəlindəki  iki  hərfə diqqət

yetirək:

"ƏlifLam".

"Əlif- "A" hərfinin əsli - OdƏrcəsi "ƏlEv"di. Mənası: "Evin Əli".

Bunları da  yazıram  kağızda,  gözünnən  görəsən  ki,  OdƏr  kəlmələri,  söz

daxilindəki  söz  birləşmələrinin  hamısı  böyük  hərfnən  yazılır.

1

Məna  isə izahat



tələb  eləyir.  Necə yəni  "ƏlEv" - "Evin Əli"?  Kimin  evinin əli?  Evin  də əli

olarmı?.. Uzun təfsirdən - şərhdən sonra məlum olurdu ki, "Ev" (hələlik belə bil)

Allahın Evidi. Bu Evin Əli, yəni işləyəni, yaradanı isə Allahın Oğludu.

Nə başa düşdün?

Əgər Əli-Oğlu  varsa,  demək  Allah  tək  deyil  və demək,  "Quran"dakı  "Allah

təkdir", "Allah doğub törəmir" sözləri yalanmış?!

Bax belə təfsir-şərh!

"Lam" hərfinin əslinə - OdƏrcəsinə diqqət yetir:

"Əlim!"

Birinci surənin əvvəlindəki "Əlif Lam" hərflərinin birlikdə mənası nə olur?



"ƏlEv  Əlim!"  Yəni  "Evin Əli  mənim əlimdir".  Hər  bir  Aləmdə,  yəni

"Qalaktikada" əhaliyə söz, məna çatdıran, kitab, həqiqət verən Əl-Oğul var.

Yabançı tədqiqatçılar deyirlər: "Qədim Türk dilində hər bir söz hecalardan ibarətdir". Yəni dilimizin

zənginliyini anlamayıblar.




______________Milli Kitabxana_______________

İndi  görək  bu  "Allah"  və ya Ərəbin  dilindəki  kimi  "Əllah"  deyilən  bu

kəlmənin özünün əsli - OdƏrcəsi nədi?

ƏlAğdı!


Yazıram, əyani gör: "ƏlAğ".

Yəni "Ağ"ın "Əli?" Bəli.

Bəs "Ağ" nədi?

SafAğ İnsandı "Ağ". Yəni, ən saf İnsan, rusca desək, "Preçistıy".

ƏlAğın mənaşı oldu "SafAğ İnsanın əli.

Demək,  "Oğul" - ƏlAğ - "Allah"  özü  kiminsə Əli-Oğludusa,  o  Oğulun

özünün  də oğlu  ola  bilərmi? Əlbəttə!  Demək,  bir  daha  aydın  olur  ki,  "Allah"

doğub  törəmir"  demək  olmaz.  Yəni,  "Quran"ın

əsas  müddəasına

-

"Lailahəilləllah" - "Allahdan başqa Allah yoxdur" müddəasına inanmaq mümkün



deyil. Elə isə, "İslam milləti" deyilən bu qədər əhalini necə inandırıblar? "İslam"

dinini  necə yaradıblar?  Sadəcə olaraq,  "Quran"ın əslini  yazan  kişiynən  bütün

qohum-əqrabasını  qırıblar,  qılıncı  dirəyiblər boğazımıza:  "Kəlmeyi  şəhadətini

de!" Elə ki, "Laila-həilləllah" demədin, başın getdi bədəndən!.. Nəyə lazım olub

bu?  Kimlərə lazım  olub?  Bax,  bu  sualların  cavablarını  öyrənəndə,  dünyamızın

tarixini  biləndə hər  şey  aydın  olur  və insan,  həqiqəti  bərpa  eləməkdən  ötrü

mübarizəyə başlayır.

Baban  Məhəmməd Əmir, əmilərin  Ağ Əmirlə Boz Əmir  bax  belə işlər

görürdülər. Belə adamlara SafAğ Elmi Alimləri deyirlər.

Sözüm çoxdu, oğul. Əmma qısa deyəcəm.

Lenin  kimdi?  Stalin  kimdi?  Mir  Cəfər  Bağırov  kimdi?  Biz - Sultan,  Mədəd

adlananlar  kimik?  İnqilab  nədi,  kommunizm  nədi?  Sən  hələ heç  nə bilmirsən,

oğul.

Mir  Cəfər  Bağırova  hamı  Mirqəzəb - cəllad  deyir  xəlvətdə.  Niyə?



Öyrənməlisən, bilməlisən!

Vəzifəlilər "Kişi" deyirlər ona, "Azərbaycan bolşeviklərinin atası", "xazeyin"

deyirlər.

"Kişi"  sayılanın  "Pers"  çağırdığı  istəkli  bir  generalı  var.  O  "Pers",  KQB

1

"

Xudiyevi,  NKVD



2

Gülənovu,  prokuror  Sayılovu,  RİK

3

Ağamalını  çəkib



dövrəsinə, rayonun bütün aktivi əmilərini nöqsan tutur bizə.

"KQB" - Komitet Qosudarstvennoy Bezopasnosti (Dövlət Təhlükəsizlik Komitəsi).

"

NKVD" - Narodnıy Komissariat Vnutrennıx del (Xalq Daxili İşlər Komissarlığı).



"RİK" - Rayon İcraiyyə Komitəsi.


______________Milli Kitabxana_______________

"Tərcümeyi-halınızı 

düz 

yazmayıbsınız". 



"Sinfi 

mənsubiyyətinizi

gizlədibsiniz!",  "Partiyanı  aldadıbsınız!.."  "Təhlükəli  adamlarsınız!.."  Siz  də

"batin",  yəni  gizlin  işləyənlərdənsiniz,  "Pünhan",  "AdıPünhan"  deyirlər  sizə..."

və sairə.  Xəlvəti  qırğın,  sürgün  planları düzəldirdilər  ki,  ümumiyyətnən

xalqımızı  məhv  eləsinlər.  Niyə?  Lap  sadəsini  deyirəm  sənə:  vətənimizə,

torpağımıza, varidatımıza sahib olmaqdan ötrü.

Müharibədən  qabaq  başlanmışdı  bu  söhbət...  Danışıram  ki,  başımıza  bir  iş

gəlsə,  fikirləşmiyəsən  ki,  görəsən  niyə gizlədiblər  məndən  bu  işləri.  Körpəydin

onda  sən,  cəmi  on  yaşın  vardı.  Xüsusi  izahat  yazdıq  onda  ki,  dünyanın

həqiqətlərini  açan  "Pünhan"  alimlər,  el  arasında  gəzərgi  şeyxlər,  müridlər,

dastanların  rəmzlərində Kainatın sirrlərini  açan  ustad  aşıqlar,  Ah, Ələsgər

kimiləri azalıb, kommunizm üçün təhlükəsiz olublar, yəni siz çox nahaq belə əl-

ayağa düşübsünüz. İzah elədik ki, şeyx qardaşlarımızın bir çox fikirləri Leninin

fikirlərilə oxşardır.  Biz  özümüz  də sinfi  düşmən-filan  deyilik,  Vətənimizin  o

tayında olanda bu tayı "xaric" saymırıq, bizə inansanız, çox xeyrimiz dəyər sizə.

Lap  cavanlıqdan  bir  ayağımız  Bakıda,  o  biri  ayağımız  o  tayda,  fədailərin

arasında  olub,  oğul.  İki  qardaş  bir  qarına  ac,  bir  qarına  tox,  Doktorumuzun

başçılığıynan "Hümmət" Partiyasının pudnan qızılını daşımışıq o taya  ki, Səttar

xan  fədailəri  silahsız  qalmasınlar  çöllərdə.  Qohum-əqrəbalarımızı  qan  içində

qoyub qayıtmışıq bu taya ki, lazımıq burda.

Başa düşürsənmi nə deməkdi bu, oğul?

Fədakarlıqdı  bunun  adı,  qəhrəmanlıqdı!  Demək  olar  ki,  hər  gün  "dopros" -

istintaq eləyirdilər,  çalışırdılar  bizim  vasitəmiznən  təbliğatçı  kommunistlər

göndərsinlər  o  taya,  SafAğ  alimlərimizi  axtarsınlar,  tapıb  qırsınlar - məhv

eləsinlər.

Sonra biləcəksən, tariximizdə çox olub belə qırğınlar.

Bil!  Başa  düş!  Yadında  saxla. Əmma  lal-kar  ol,  danışma  heç  kəsə ha!  Heç

kəsə!

İyirminci  ildə Doktorun  mandatıynan  gəlmişik  biz  bu  rayona,  yerli



cəmaatnan,  Qılınc  Qurbannan  çiyin-çiyinə,  hökumət  qurmuşuq. Əsas şeyləri

deyirəm  sənə.  Yazdıq  bunun  hamısını  o  vaxt,  müharibədən əvvəl,  verdik,

göndərdilər  yuxarıya - Bakıda  o  "Kişi"  deyilən  Mirqəzəbin  özünə,  çünki  elə o

vaxtdan  onun  özünün  göstərişiynən  incidirdilər  bizi.  Xəlvətdə özümüz  də başa

düşürdük  ki,  Marksın,  Engelsin,  Leninin  "bütün  dünya  füqərayi-kasıbları,

birləşin"  şüarıynan  heç  cür  razılaşammırıq.  Çünki  lap  aydın məsələdi  ki,

dünyamızın xarablığı adamların



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə