İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə5/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   180

______________Milli Kitabxana_______________

bir  qisminin  varlı,  istismarçı kapitalist,  feodal  olmağında  deyil;  bizim  hələ

Nizamimizdən əvvəllər də məlum olub ki, dünyamızın xarablığı insanın özünün,

yəni  bütün  bəşəriyyətimizin  özünün  qanmazlığındandı.  Dünyamızın  keçmişini

bilmir insan. Həqiqətin, yaxşının, pisin nə olduğunu qanmır. Nə iş görürsə, həm

özünün  zərərinə eləyir,  həm  də başqalarının.  Belə olan  halda,  yəni  kapitalistin,

feodalın əlinin altında zillət çəkən füqərayi-kasib ilə birgə istismarçının özü daha

qanmazdısa,  milləti  iki  yerə bölməyin  nə mənası  var?!  Qan-qırğın,  kin, ədavət

daha da xarab eləmirmi insanı?!

Kimə deyə bilərdik bunu, ay oğul?!

Kəndlərdə cəmaatdan  məktub,  şahid-filan  yığdıq  ki,  biz ədalətli  adamlarıq,

kasıb pənahıyıq. Sağ olsun ki, Qılınc Qurban da dil yetirdi. Köhnə bolşevikləri,

ağsaqqalları yığdı başına, o "Kişi" deyilənə teleqram vurdu. Sağ qaldıq biz. Çox

gizlin elədilər qırğınları, tutquları, sürgünləri.

Müharibə qurtaralı təzədən başlayıblar. Bakını materialnan doldurduqları bəs

deyil, indi də Çax-çux Xalıqın atını kişmişnən yükləyirlər ki, "Get kəndlərdə sat,

arada  da  söz  yay  ki,  kişmiş  özümün  deyil,  o  taydan  Ağ Əmirnən  Boz Əmirin

oğulları öz əmiləri  Sultan Əmirliynən  Mədəd Əmirliyə göndərirlər,  qorxuram

söz çıxar, ləkə gələr Əmirlilərin adına, taqsırı məndə görərlər, öz adıma çıxaram

kişmişi,  satıram.  Pullarını  özlərinə verəcəm:  Həqiqətən  Sultan Əmiyin  stolunun

üstünə yığın-yığın pul  qoyurdu  cəmaatın  gözünün  qabağında,  "Sizə çatacaq", -

deyirdi. Başa düşürsənmi? Yəni dövlətlidilər  Ağ Əmirnən  Boz Əmirin oğulları,

dövlətli  olduqlarına  görə də guya  şaha  qulluq  eləyirlər,  o  tay,  bu  tay

Azərbaycanın birləşib əsarətdən qurtarmağını istəmirlər.

Əslində, özləri, başda bu Bığlı

1

dəridən çıxartdılar ki, o tay Azərbaycan farsın



əlində qalsın,  bu  tay  Azərbaycan  Rusun əlində,  Borçalı,  Başkeçid  Gürcüstanın

əlində,  İrəvan  çökəyi,  Zəngəzur,  Göyçə,  Dilican  dərəsi  Erməninin  adına

yazılsın... Bil bunları da! Bil! Danışma ha!  Lal-kar ol! Xüsusən  var-dövlətimiz,

mədrəsəmiz-filanımız barədə lal ol! Bayaq dedim, bir də deyirəm, unutma, bizi

həməşə varidatın başından aşan sinfi düşmən qələmə verirlər,

- Bil! Uşaq deyilsən daha, onillik qurtarırsan, gör cəmaatın gözünə necə kül

üfürürlər,  kor  eləyirlər  ki,  sabahları əminnən  mən  "ifşa  olunanda",  partiyadan

çıxarılıb həbsə almanda ədalətsizlik kimi görünmə-

Stalinin ləqəbi.



______________Milli Kitabxana_______________

sin bu, əvvəlcə cəmaat elə özü desin ki, belə də olmalıydı, şahnan əla-qədəydilər,

xalq  düşməniydilər!..  Dost  da  Şura  hökumətinin  adından  danışır,  düşmən  də.

Cəmaat seçəmmir yaxşını yamandan. Sən seçməlisən! Oğlumsan! Bilməlisən ki,

hümmətçi,  yəni  Nərimanovçu  kommunistlər  deyirlər  bizə.  Millətçi  deyirlər,

əmma millətçi deyilik biz, inşallah, biləcəksən ki, biz bütün bəşəriyyətin qeydinə

qalan "Dəlilərdənik". "Dəli" pis söz deyil. Vaxtı çatanda biləcəksən.

Bir  şeyi  də açmalıyam  sənə.  Özlərini  Leninçi  bolşeviklər  adlandıranlar

Moskvada  kök  salıb  bizim  ara-bərələrimizi  casus  agentlərnən  doldurublar,  biz

hümmətçiləri  xəlvəti  qırıblar  həmişə.  Stalin  niyə yol  verir  belə şeyə?  Dedim

Stalini  də tanımırsan  sən  hələ.  Sultan əmin  danışacaq  özü  sənnən,  başa  salacaq

hər şeyi.

Əmin Sultan indiyəcən evlənməyib. Niyə? Bilirsən?

Qılınc  Qurbanın  bacısı  Qıymat  hələ biz  Bakıdan  gələn  vaxtdan  vurğundu

əminə.  Qıymat  da  bir  Qıymatdı.  Nə gözəllikdə tayı-bərabəri  var  nə də ağılda-

kamalda. Əmma evlənmir əmin. Fədai sayır özünü ailə oğul-uşaq istəmir. İyirmi

ikinci ilə qədər, nə qədər ki, Ağ Əmirnən Boz Əmirin səsi gəlirdi o taydan, hər il

gedib Arazın üstündə Culfa körpüsündə fədailərnən görüşürdü, məsləhət verirdi.

Kitab paylayırdı. Sirr açırdı: "Əmirlilər deyilik biz. Dünyaya Kainat elmi yayan

AdıPünhanlarıq.  Muğanna  adlanan  gizli  nəsildənik.  Kitabları oxuyun,  görün

"leninçi kommunist" adlananlar kimlərdi, "Muğanna" adlananlar kimlərdi!.. Çox

sirrlər, həqiqət açırdı Sultan əmin fədailərə.

Milli hökumətimiz  yıxılsa da, fədailər sağdılar o tayda. Bu taya  keçib başqa

şəcərəynən-familiyaynan yaşayanlar da çoxdu.

Onlardan  dərs  alacaqsan  sən. Əmma  unutma  ki, əsil  fədailik  silahlı

mübarizədə yox,  şüurlara  həqiqət  yetirməkdədi!  Yəni  Şeyx  Məhəmməd Əmir,

Ağ Əmir, Boz Əmir əməlindədi fədailik.

Çox  çətin  sözlər  deyirəm  bu  gün  sənə,  oğul.  Belə lazımdı.  Çoxunu  sonralar

dərk eliyəcəksən... Ürəyimə damıb, axıracan atalıq eliyəmmiyəcəm sənə. Başımı

yeyəcəklər.  Özü  də lap  tez ola  bilər  bu  iş. Tale özü  gətirib  səni  bu  gün  bu

kabinetə,  oğul.  Qulaq  as.  "Vəsiyyət  yüngüllükdü"  deyiblər.  Cəmisi  iki  şey

deyəcəm sənə. Eşit, sonra da otur burda, çıxma heç yana. Peçi qalamışam, istidi

otaq.

Otur, burdaca fikirləş, yaddaşına həkk elə sözümü.



Rəhmətlik  anayın bir  az  saxlancı  var  sandığında.  Götürərsən  onu  heç  kəsə

heç nə deməzsən, bilet alıb birbaşa gedərsən Bakıya. Sultan




______________Milli Kitabxana_______________

əmin deyəcək kimin yanına getməlisən Bakıda. Generaldı. Ona da "AdıPünhan"

deyirik. Sazı sinəsinə alandaca enir-qalxır sinəsi, gözləri dolur: "Koroğlunun çən

qalası, ərşə dayanıb naləsi..." "Familiyasını da deyim: Məhərrəmovdu. Bizim bu

tərəflərdəndi. Qohumluğumuz da var... Ola bilər Məhərrəmovun özünün də başı

əlində olmasın. Lap hamballıq elə, əmma oxu, təhsil al! Bu bir.

Çörək  dalınca  qaçma,  bilik  dalınca  get.  Cibini  yox,  bu  sinənin  altını  doldur

ki,  eşqin  olsun  sinədə,  eşqnən  yaşa  bu  dünyada,  daha  Xalıq-malıq  kimi  titriyə-

titriyə, ölo-ölə yox!

Bilikdi eşq. Məarifdi eşq. Dünyəvi, hərtərəfli dərin alimlikdi eşq.

Elm bir də eşq. Budu vəsiyyətim. Vəssalam.

İndi götür bu şəkilləri.

Sultan əmin  partbiletinin  arasından  çıxartdı  verdi  mənə bu  şəkilləri,  mən  də

sənə verirəm.  Özü  də ümidnən  verirəm  ki,  vaxtı  çatanda  sən  də partbiletiyin

arasında gəzdirəcəksən bu şəkilləri.

Eşit,  unutma!  Leninin  köməyinə ehtiyacımız  olmasaydı,  biz  girməzdik  bu

partiyaya.  Bayaq  dedim əsas  nöqsanmı  bu  partiyanın:  bəşəriyyəti  parçalamaq

olmaz! Qan tökmək, düşmənçilik yaymaq olmaz! Çox pis olar bunun axırı, oğul.

Çox pis! Əmma girdik bu partiyaya. Çünki fikri-fikrimizdən, ürəyi ürəvimizdən

Nərimanov  vardı  bu  partiyada.  Lazım  gələndə Bolşeviklərdən  on  nüfuzlu

adamları  doğru  yola  çağırırdı. Əslində,  elə əmilərin  də istəyirdilər  ki,

Bolşeviklərdən ayrılmayaq. Əmma gülürdülər, məsxərəyə qoyurdular ikimizi də:

"Bizim  şəkillərimizi  yapışdırın firqə biletlərinizə,  həqiqi  kommunist  olun", -

deyirdilər. Yəni həqiqi kommunizm ayrı cürdü.

İyirmi  səkkizinci  ilin  yazında,  axırıncı  dəfə o  taya  gedəndə Qəsri-Qacar

zindanında görüşdüm o rəhmətliklərnən.

Yekə,  qalın  qapısı  var  o  zindanın.  O  qapıdan  sol  tərəfdə lap  dar  dəhliz  var.

Dəhlizin o başında, deyilənə görə divarın qalınlığı yarım metrədi. Bilirdim ki, o

başdakı lap dar qəfəs kimi yerlərdə saxlanan adamlar sağ çıxmırlar ordan. Buna

görə özüm-özümə söz  verdim  ki,  işıqlı  sözlər,  şad  xəbərlər  danışacam,  heç

olmasa  beş-on  dəqiqəliyə qəmləri  dağılsın.  Dedim  oğlum  olub.  O  rəhmətliklər

qoydular  sənin  adını.  İki  mənası  var  "Səməd"in.  "Sin"nən,  yəni  incə "s"

hərfiynən  yazanda  "ehtiyacı  olmuyan"  deməkdi,  yəni  "azad".  "Saf"nan - qalın

"s"nən  yazanda  "əbədi"  deməkdi. Ərəbcədi  bu. Əsli - OdƏrcəsi  SimOddu

"Səməd"in. Sim həm Ağ - SafAğ deməkdi, həm də Uca. Od - həqiqətdi. SimOd -

Uca hə-



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə