İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə8/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   180

______________Milli Kitabxana_______________

Əmma  röya  qurtarmadı.  Hər  şeyin  keçib  gedəcəyinə,  yoxa  çıxacağına

Səmədin əməlli-başlı  inandığı  bir  vaxtda,  cəmaatın  arasından  uzun,  qara  bir

adam  çıxdı,  hönkürə-hönkürə yüyürüb,  tappıltı  ilə dizləri  üstə düşüb,  Sultan

əminin çəkmələrini qucaqlayıb yalvarmağa başladı:

- Ayağıyın  altında  ölüm,  bağışla  məni!  İki  qardaşın  bircə balasının başına

çevir  məni,  keç  günahımdan!  Mədəd  deyil  ölən,  mən  bəxtiqarayam  ölən!  Bu

rəhmətliyin  barəsində heç  vaxt  pis  fikirdə olmamışam. Özün  bilirsən,  dilimdən

nə çıxıbsa, tapşırıqnan olub hamısı. Yoxsa... bu gözəl, bu igid kişinin barəsində

hansı köpəyoğlunun dili gələr bir söz desin! Əgər buna əl qaldıran olubsa, başa

düşürəm,  mənim  danışdıqlarım əsasında  olub.  Öldür  məni  öz əlinnən!

Bağışlayammırsan,  öldür! Atamız,  rəhbərimiz  Stalinin  bu  cür  teleqramından

sonra yaşamaq istəmirəm mən, yoldaş Əmirli!..

Çoxdanışan  adam,  sözlərindən  də bilindiyi  kimi,  Çax-çux  Xalıqdı.  Sultan

əminin  qabağında,  qəbir  üçün  yoğrulmuş  gilli,  qumlu  palçığı  ovuclayıb  üzünə

yaxa-yaxa ağlayırdı.

- Qaradı üzüm yanında, yoldaş Əmirli, qaradı! - deyirdi.

- Stalininə də qurban  olum,  teleqramına  da,  sənə də!  Öldür  öz əlinnən! -

deyirdi.

Qəlyanlı qocalardan ən cavanı, nəhəng boy-buxunlu Təftiş  Abbas çəkib onu

Sultan əmidən araladı.

- Çıx get, çıx get! - dedi.

Çax-çuxun  beli əyilmişdi.  Qolları  birə-iki  uzanmışdı.  Qara,  palçıqlı üzündə

göz  yaşları  işıldaya-işıldaya,  qıçları  bükülə-bükülə uzaqlaşdı,  birdən-birə

kükrəyən  dəhşətli  bir  şübhədən  içərisi  alışan  Səmədi  də elə bil  ardınca  aparıb,

atasının dəfn mərasimindən, hamıdan və hər şeydən ayırdı.

Bu  ayrılma Əmirli  yeniyetməsi  Səməd Əmirlinin  ruhi  sıxıntısının,  mənəvi

həyatının başlanğıcı idi.

Əmisinin  hələ müharibə illərində, əvvəlcədən  proqramlaşdırdığı  həyat  yolu

zahirən  eynilə qalsa  da,  bu  yol  gözlənilmədən  Səmədin  içərisinə doğru

burulduğuna  görə,  Səmədin  özündən  başqa  heç  kəs  bilmədi  ki,  kandarında

çəmənotu  və qazayağı  bitən,  tavanında  qaranquşlar  uçuşan Əmirli  mülkü  ilə

vidalaşıb kənddən gedəndə, qapağının hər küncündə bir mismar işıldayan tabutla

birgə,  o  illərdə ikiillik  ali-orta  institutun  auditoriyalarında,  yataqxanada,

kitabxanada,  yeməkxanada  o  uzun  adamın o  qara,  palçıqlı üzü  havadan  asılıb

bircə gün də Səməddən ay-




______________Milli Kitabxana_______________

rılmadı.  Qırx  doqquz-əlli  ikinci  illərdə o  qara  üz  həyulaya  çevrilib,  raykomun

təlimatçılar otağında  məskən  saldı, "sezonun işinə nəzarət üçün  kolxoza təhkim

edilən"  Səmədlə birgə əkində,  səpində,  pambıq  yığımında  Səmədlə birlikdə

çölləri  gəzdi,  Mədəd Əmirli  ilə Sura Əmirlinin  qoşa,  aylı-ulduzlu  qəbirlərinin

yanında  dayandı.  Sonra  isə Bakıya  getdi,  partiya  məktəbinin  auditoriyalarında,

kitabxanada,  yeməkxanada,  yataqxanada  tez-tez  görünüb,  müharibədən  sonrakı

bu  "quruculuq  illərində"  sürətlə dəyişməkdə olan  dünya  ilə Səmədin  arasında

əməlli-başlı səddə çevrildi.

2

Bu illərdə iyirminci-otuzuncu illərin yadigarı "şinel" və müharibənin yadigarı

"teloqreyka"

1

yavaş-yavaş sıradan çıxırdı. Kənddə yaxşı maaş alan müəllimlərin,



qulluqçuların hamısı,  ticarətdə,  fermalarda,  taxıl,  yun,  yağ  tədarükündə gizlin

varlanan adamların isə əksəriyyəti "kitayski  makentoş" - plaş geyinirdi və hamı

bilirdi  ki,  makentoşları Çax-çux  gətirir...  Axşamlar  idarəyə gedən,  idarədən

qayıdan  briqadirlərin,  manqabaşıların,

2

xeyir-şər  yığnaqlarından  dağılışan  ahıl



adamların,  hətta  həyətlərdə tərpənişən  qocaların,  qarıların əllərində güclü  "mil"

işığı  uzağı  vuran  Çin  fənəri  parıldayırdı.  Elektrik  işığından  məhrum,  zülmət

küçələrdə,  cığırlarda  hamı  Çin  fənəri  ilə gəzirdi  və hamı  bilirdi  ki,  fənərləri  də

Çax-çux  gətirir,  köhnə arvadı  Badsəbanın öhdəsinə verib  gedir,  Badsəba  isə

hökumət  adamı  sayılan  göyü,  yəni  kürəkəni  Məsimin  narazılığına,  deyintisinə

baxmayaraq malı açıq-açığına ortalığa töküb satır, hətta Qurbanlı sovetliyinin

3

üç

para kəndində, o cümlədən burda, Qonaqlıqda da alverçilərə qılınc çəkən Qılınc



Qurbandan  da  ehtiyatlanmayıb,  alverindən  qalmırdı.

4

Qurbanlı  sovetliyi



raykomun təlimatçılarından təkcə "Məsimin zonası" - ərazisi olsa da, Sultan əmi

bu  sakit,  qaraqabaq  oğlanı  "əfəl"  saydığına  görə hərdən  Səmədə "Get  o əfələ

kömək  elə", - deyirdi  və bu  vaxt  Məsimə qoşulub  Qonaqlıya  gedəndə Səməd,

Badsəbanın makentoşları  cərgə ilə kəndirdən  asıb,  fənərləri  kilimin  üstünə

düzüb, həyətdə əməlli-başlı dükan açdığını öz gözləri

Əsgərlər üçün qalın üst geyimləri.

Kolxozda hər briqada bir neçə manqaya bölünürdü.

"Sovetlik" - kəndləri idarə edən dövlət orqanı.

SSRİ-də fərdi alver qadağan idi.



______________Milli Kitabxana_______________

ilə görürdü,  o  uzun,  qara  adamın  özünün  də hardasa  hərlənib-fırlandığını  və bu

şəxsi dükanı nə isə anlaşılmaz bir sehrlə qoruduğunu sövqi-təbii duyurdu, əmma

o həyətə nə qədər göz yetirsə də, bir vaxtkı "yaiçni paraşok", kişmiş alverçisini,

təzə makentoş  möhtəkirini görə bilmirdi. Müəllimlərin, qulluqçuların və rüşvət-

fılanla  gizlin  varlanan  adamların əyinlərində makentoşları  görəndə də Səməd

dərhal  o qara  üzü  görürdü,  yollarda,  cığırlarda,  həyətlərdə Çin  fənərlərinin

projektorsayağı  "mil"  işıqlarını  görəndə də dərhal  o  qara  üzü  görürdü,

makentoşlar,  fənərlər  çoxaldıqca  o  qara  üz  də çoxalıb,  yayılıb  aləmi  tuturdu,

Çax-çux  Xalıqın özü  isə,  o  il  qəbristandan  gedəndi  ki,  hələ də gözə dəymirdi.

Kənddə,  rayonda,  hər  yerdə hamı  ilə əlaqədə,  ünsiyyətdə idi.  Səmədin  ayağı

dəyən  yerlərdə isə,  elə bil  havadan  iy  çəkib  yoxa  çıxırdı,  bəd  üzü  bədəndən

ayrılıb,  qapağının  hər  küncündə bir  mismar  işıldayan  tabutun  yanında  qarala-

qarala qalırdı. Odur ki, hətta son iki ildə - Bakıda da Səməd onu unutmamışdı.

İş o yerə çatmışdı ki, əmisinin şoferi - "quşburun" Müslüm "Bircə bala"ya ilk

bahar  nemətləri - "təzə,  duzsuz  pendir",  "nəhrə yağı"  aparıb  yataqxanada

Səmədin  sifətini görəndə qorxuya  düşdü:  "Bıyy!  Xəstəsən-nədi,  ay  Səmi?!"

Səməd  bu  vaxta  qədər  necə qapalı  gəzib-dolanmışdısa,  orda,  işgəncələrdən

bezmiş kimi, bir az açılışmalı oldu: "Qəbristanda Çax-çux o cür, əmimin ayağına

yrxılandan  bəri  onun  sifəti  yuxuda  da  yadımdan çıxmır,  ay  Müslüm!" - dedi.

Heç,  yarım  saat  çəkmədi  ki,  Qonaqlının  nə üçünsə Müslümlə Bakıya  getmiş,

"Sestra" çağırılan şəfqət bacısı,  yəqin  ki, Müslümdən  hər  şeyi öyrəndiyinə görə

bircə kəlmə: "Patalogiyadı. O vaxt çox sarsılmısan. Keçib gedəcək" - dedi.

Əmma keçmədi "patalogiya". Çünki bunun həqiqi adı "şübhə" idi.

Yalnız şübhə?

Başqa nə vardı?

Sultan əminin  qabağında  diz  çöküb  yalvarandan  sonra  Çax-çuxun  özünün

cəmaat arasında o vaxtkı söz-söhbətlərinə görə, diz çökməyi də, o cür hönkürüb

yalvarmağı  da ondandı  ki,  "KeQeBe  Xudiyev"o  agentlik  eləmişdi,  Şeyx

qardaşların  bu  taya  qaçan  fədai  şagirdləriynən Əmirlilərin  xəlvəti əlaqələri

barədə KeQeBeyə yaxşı-yaman  yazıb,  kişiləri  çək-çevirə salmışdı",  xüsusən  o

kişmiş əhvalatı  ilə "sədr  Mədədi  hövsələdən  çıxartmışdı",  Mədəd  də "maşını

sürəmməyib,  düppədüz  yerdəcə fələyin  xərcinə getmişdi".  Belə çıxırdı  ki,  bu

müsibətdə Çax-çux Xalıqın bircə günahı vardı, o da "KeQeBe Xudiyevə agentlik

eləməyi" idi?



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə