İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə145/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   141   142   143   144   145   146   147   148   ...   180

______________Milli Kitabxana_______________

danda hökmən mənim yanımdan keçir, tavana baxa-baxa qımışır: "Sudba Prometeya

naçertana na tvoyom lbu! Sudba Prometeya!"

Bayaq  burda  sən  çox  fikirləşirdin,  eşitmədin,  Müslüm  dedi:  "sui-qəsd  təklifi

Kiknadzedən  çıxıb".  Məhərrəm  məni  nə qədər  qorusa  da,  şübhəsiz,  bu  dəfə

öldürtdürəcək  məni  o  Qiyenayrıan  yanaşı  oturan  fanatik.  Mənim  ölümüm  səni -

SafAğ  yolunda  olan  balamı  sarsıtmamahdı!  O  Kiknadzeyə,  Qiyenaya-filana  da  kin

bəsləmə!  Eşidirsən?!  Kin  öldürür  SafAğı. Əbədiyyətini  alır!..  Necə deyərlər,  Allah

özü  versin  bəlasını.  Rusca  "otpuşşennıye"  deyirlər  elə kin  mücəssəmələrinə.  Yəni

özbaşına buraxılıb, öz daxiliynən məhvə aparacaq özünü. Əmma Midi Qiyenalarnan

yanaşı  gedən  belə "rabotniklər"  in  bizə vurduqları  zərbələri  heç  kəs  vurmur,  oğul.

"Sudba Prometeya" deyir. Yəni işgəncəyə məhkum olunmusan... Bu səhor zalda yenə

bu  ifadəni  eşidəndə fikirləşdim  ki,  "Prometey  taleyi"  barədə xüsusi  danışmalıyam

sənə.  Çünki  bir  nəfərin  taleyi  deyil  bu  işgəncəyə məhkumluq,  bütün  "Yer"

Bağlarının, xalqımızın, daha doğrusu, bütün BağOdEyin - Bağdayın taleyidi.

"Mif"lerin  hamısı  ifşa  olunmalıdı.  Hamısı! Əmma  "Prometey"  barədə ayrıca,

xüsusi danışılmalıdı.

* * *


Qrek  deyir:  "Prometey"  Olimp  dağından  "Allah"ların  odunu  oğurlayıb  insanlara

verdiyinə görə Zefsin qəzəbinə keçib, Qafqaz dağlarında zəncirlənib, əbədi işgəncəyə

məhkum  olunub.  Qartal  illər  uzunu,  həmişə Prometeyin  köksünü  deşir, əmma

Prometey ölmür, çünki ölümsüz Zefsin Yer qızı Medeyadan olan ölümsüz oğludu.

"Mif"ə bax, oğul:

"Bağ"lann "od"u oslindən - Oddan - həqiqətdən uzaq, adi ocaq odu imiş! Olam -

"Olimp"  imiş,  özü  də qeyri-müəyyən  məkanda -göydə!  Olamın - "Olimp"in  sahibi

Ulu  Bağ ƏsƏlMən  isə yerli-dibli  yoxmuş,  variantdan-varianta  keçən  təhrif  "söz" -

Zefs  varmış!  Nəinki  Bağday,  təhrif  söz  "Midiya"  da  yoxmuş!  Yer  qızı  "Medeya"

varmış!  Bağdayı  "əbədi  zəncirləyən"  mühasirəyə salan,  OdƏri - "Kərəm"i

"köynək"də saxlayan fatehlərin planet miqyaslı hakimiyyəti içində Elm yayan saysız-

hesabsız  SafAğ  Alimləri  FərOd

1

Bağdaylar  da  yoxmuş,  tok-tənha  "Pro  Metey"



varmış!426

Fars  variantı  "Fərhad"dan  azmış  "FərOd"un əsli - OdƏrcəsi  EvƏrEy  Oddur.  Qreklərin

tələffüzündə EvƏr EyOd - "pro", Bağday - "Metey" EvƏr EyOd Bağday (Bağdayın uca İşıq Evinin

Həqiqəti) "Pro Metey" şəklinə düşüb.




______________Milli Kitabxana_______________

Bu  bədbəxtliyimiz  barədə danışanda  "Yevangeliye" - "Şad  xəbər" düşür

yadıma:  "Quzu  gəlir,  başının  üzərində saysız-hesabsız  təhrif  adlan!"  "Bibliya",

"pop"ların  "tolkovaniye"si:  EyAğ- "Ayaq", ƏsAğ-"İsak",  OdEy - "dəyə",

ƏsEvÜn - "sivnya",  BağOd - "bud!.."  Hə-qiqəti  öldürən  təhrif  dil,  təhrif  şüur

əməli  fatehin  "zənciri"ynən  çox  sıx  bağlıdı,  oğul. ƏrEy - "Rey"  vilayətindən

başlamış, ƏrMən - Ərim -"Rum"  (Türkiyə) ərazisinə,  indiki  "Borçalı"  da  daxil

olmaqnan GurUc - "Gürcü" torpaqlarının ucqarlarına qədər, ƏrƏs - "Risa" gölü

səmtindəki  silsilə dağ ətəklərində Qrek əhalisi  elə zəncir  kimi  düzülüb  ki,

gəzsən, diqqət yetirsən, "mif" müəllifi Quldarın məharətinə heyran olarsan!

Bədbəxtlik  burasındadı  ki, əsrlər  keçdikcə,  zəncirin  həlqələri  içərilərimizə

yeriyir.  EvƏr  Ey  Od  Bağdaya  "Fərhad"  deyən  "Fars"nan  Qrek  dilində "Pro

Metey"  deyən  "Rus"  da  zəncirliyən  olub.  EvƏrEy - "Yev-rey"im  özünü

"Russkiy"  adlandırıb  "Pro  Metey"  Abıların  özlərindən  başqa  şagirdlərini  də

"zəncirləyir!" Bədbəxt "Otar Kiknadze" necə dərk eləsin ki, "Pro Metey" Sultanı

yox, özünü, xalqını, Vətənini zəncirləyir!

Ruhdan  düşmə,  bircə balam!  Daxilini  qaynatma!  Eşit,  düşün,  dərk  elə ki,

düşmən  yoxdu,  dilsiz-şüursuz  cahil  var.  Planetin  indiki  mühitində cahil  insan  o

qədər  güclü  görünür  ki,  comisi əlli  ildən  sonra  bu  cəhalət  dövranının

qurtaracağına, Elmimizin bütün "Yer" miqyasında yayılacağına heç kəs inanmır!

Həqiqətə qayıdış  olacaq.  Sən  görməlisən  o  zamanı,  daxilən  yüngülləşməlisən.

Necə deyərlər,  inşallah,  Ün  eşidəndə,  dərsini  birbaş  OdAğÜzdən  alanda  belə

gərgin olmuyacaqsan.

Saşam  öldürdülər,  yerində ondan  da  cavan,  ondan  da  Saf  Pünhanımız  var.

Mənzil kirələmişik şəhərdə, oturub yazır. Hələlik KPSS-in ifşasıynan məşğuldu.

OdAğÜzdən mənə deyilib: "Səmədin köməkçisi olacaq o Pünhan..."

Vanna  otağının  dal  divarındakı  xırda  pəncərələrdən  Bakının  xilaskarı

Xəzrinin sərin nəfəsi vurmağa başlamışdı. Sultan paltarını götürüb pərdə dalında

geyindi, qayıdıb "tyubik"də oturdu, "julik"in

1

dibindəki arağı iki qədəhə tökdü.



- İçək o uzaq görünən yaxın zamanda yenidən görüşəcəyimiz günün şərəfinə!

"Araq"  deyil  bu, ƏrAğdı.  SafAğ  İşıq.  Gülmə.  Həqiqisi,  safı  olsa,  bir  çox "Yer"

xəstəliklərinin  dərmənidi...  Meyvələr,  çiçəklər,  otlar,  bütün  "təbiət" - OdEvdi,

Həqiqət  Evidi - EyEsÜndü,  qışqırır,  haray  çəkir  ki,  OdEvdə OdƏrMənəm -

Həqiqət İşığıyam, türkcə "dər məni"

Kiçik şüşə




______________Milli Kitabxana_______________

deyirəm,  ey  ÜnƏsdən  uzaq  "insan",  sən  isə elə "dərman"  deyirsən,  heç

düşünmək  də istəmirsən  ki,  OdƏrə niyə "dər"  deyirsən,  mənə niyə "man"

deyirsən!  Saatlarnan  bax  bu  cür  Ün  gələcək  beyninə,  formaca  eyni,  məzmunca

müxtəlif  sözlər  deyildikcə,  beynində kino-kadr  kimi  döyişən  görüntülər

görəcəksən,  çətinlik  çəkmədən  dərk  eləyəcəksən  ki,  Ün  sahibinin  dediyi

"OdƏrMən"  insana  aiddi,  yoxsa  "dərmənə"  və ya  başqa  bir  şeyə...  Beynin

yorulanda,  demək  olar  ki,  heç  eşidilməyən  pıçıltıya  keçib,  ancaq  görüntüləmən

danışırlar.  Burdan  belə nəticə çıxır  ki, ən  səs-küylü  yerlərdə təhrif  insanlar  bir-

biriynən  qışqıra-qışqıra  danışdıqları halda  da  sən  Ün  eşidə bilərsən.  İclasda-

filanda  da  OdAğÜznən  danışarsan, ətrafında  heç  kəs  xəbər  tutmaz.  Bax  bu

möcüzəli xüsusiyyətə görə "təfəkkür dili" deyirik OdƏr dilinə.

Dilə şüurlu  münasibət  olmuyan  yerdə insan  yoxdu.  Xalqının mənşəyindən,

OdƏr  bəşəriyyətindən,  ikinci  doğuluşdan, əbədi  həyatdan  xəbərsiz  olan  "ən

savadlı" adamlar, Akademiklər də deyirlər: "Bu xalqın öz dili var! OdƏrə-filana

ehtiyacımız yoxdu!" Bir dostumuz var Akademiyada Məmməd Cəfər. Deyirəm:

"Tarixi  öyrənsinlər,  danmasınlar!  Biz  məgər  yeni  dilmi  vermək  fikrindəyik?!

OdƏr dili - beynimizin tarixidi. BağÜnünün! Kainatnan əlaqə vasitəsidi!"

İlana  inam  nəticəsində BağÜnlə verilən  OdƏr  adlan əvəzində İsgəndər

Zülqərneynin  parçaladığı  torpaqlarımızm  hər  parçası  bir  Qrek  "söz"üynən

adlandırılıb,  nəhayət,  "akademik"  Midi  Qiyenanın "kitab"ındakı  "Atropatan"

"söz"ü dilə-ağıza düşüb. Gör dilə şüursuz münasibət nə dərəcədədi ki, o tay, bu

tayın ziyalıları sayılan  tarix, ədəbiyyat,  dil,  etnoqrafiya,  coğrafiya  alimləri

arasında  bir  nəfər  də etiraz  eləmir  bu  yad-yabançı  "Atropatan"a!  Açıq-aydın

"OdƏr batan"a sonrakı "Adr bicana!" Lap adi, sadə məntiqnən soruşa bilərsən ki,

Qrek mənim OdƏrimə, "Atri", "Atro" deyirsə, niyə mən də "Atro" deməliyəm?!

Qrek  mənim  BağOduma  "pat"  deyib,  niyə mən  də "pat"  deməliyəm?!  İlan

"alim"inin  "fantaziya"sına  bax:  "Atropatan"dan  "Adrbidan"  "Adr  bican" -

"Azərbaycan"!  Yenə deyirəm  bunu,  yəni  nə yurdun-yuvan  olub  sənin,  nə də

dilin!  Yəni  "qədim  dünya"  deyəndə də "Qrek"i,  Latını  düşün,  "qədim  dil",

"qədim  mədəniyyət"  deyəndə də! Ən  yaxşı  halda,  "ŞumƏr",  "Sak",  "Skif"  ola

bilərsən  sən.  Rusiyanın indiki  "qara  torpaq"  zonasında  mədəniyyət  abidələri

tapılan "Skif"lər!

Nədi bu "skif?!"

Hamı  ciddi  qəbul  eləyir  bu  "söz"ü.  Bəziləri  deyirlər:  "Əskifor"  sözündəndi,

Qrek dilində "Skif"ə çevrilib". Yalnız İlanın İblis xarakterinə




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə