______________Milli Kitabxana_______________
Məsələn, ƏsƏlMən sözü (Mənim Yaradan Əlim - Oğlum). Əlliminillik irəli
sananan tarixin birinci ilindən başlıyaraq, geri sananan əlli-minillik tarix
müddətində və bu son Yeni tarixin min doqquz yüz əlli dörd ili müddətində
ƏsƏlMon Odu - adı Ulu Bağın ilk və əbədi rütbəsidi.
Altı qitəli EyƏr - "Yer" planetinin bütün qitələrinin sahibi Bağ Atanın
ƏsƏlMəni - Yaradan Əli - Oğlu Ulu Bağdı.
Təhrif dil "Solomon"a döndərib ƏsƏlMəni. Sonra "Süleyman"a döndərib.
Mənasız sözlərdən başqa bir şey deyil "Solomon", "Süleyman"; "Bibliya"nın
milyon-milyon nüsxələrində bütün planetə yayılıb. İlanın "sözü" - mənası -
"elmi" Elmimizin Yaradan mənasını - Əs-Üzünü - sözünü öldürüb! Hiss
elədinmi, duydunmu faciəmizi?!
Mücərrəd "Midiyskiy tsar", "Boq Midii" yazır İlan və bu "tsar"ın, "Boq"un
hətta təhrif adlarını - "Solomon"u, "Süleyman"ı da gizlədir ki, "Süleyman
padşahın xəzinəsi" - Elmi, Bağdayda Bağ nəsli, OdƏr xalqı, Kainatın OdƏr
bəşəriyyəti həmişəlik "batin" - gizlin qalıb, nəhayət, "batil" - yox olsun.
Budu EvƏrEy OdƏrlərinin kütləvi qırğınlarının sirri!
"Qrek"in "od" mənasında işlənmiş "ki" kəlməsini Rim senatının xüsusi
qərarilə yeridiblər OdƏr dilinə, "Tərik" - "Türk" dilinə. Sonralar Vizantiya da
davam etdirib bu dəyişdirmək - həqiqəti öldürmək siyasətini. "Qrek"in, "Latın"ın
gah açıq, gah da gizlin müttəfiqləri "Fars", "Ərəb" də davam etdirib təhrif sözlə
məna öldürmək siyasətini. İndi isə "Böyük qardaşımız" - "Rus" xalqı davam
etdirir. Hünərin var "Bakı" əvəzinə həqiqi adını - BağOd də, yoxa çıxarsan!
"Quba", "Kuba" əvə-zinə OdBağ desən, "Bağdad" əvəzinə BağOd desən və ya
"Ərəb"cə "Mək kə" əvəzinə BağOd desən, Sibir bu yanında qalar! OdƏr çayı
əvəzində "Ki Ər" - "Kür" deməlisən!. GurOd əvəzində "qurd" (canavar) və ya
"Kird", "kürd", GurOdMən əvəzində "Kirdman" deməlisən! Ey OdÜnƏs
əvəzində "Ki Ün Əs" və ya indi deyildiyi kimi, "Günəş" deməlisən!
Ey OdÜnƏsi - Uca Həqiqətin Yaradan Ününü unudub "Günəş" deyən
"Türk"ün faciəsini hiss eləyirsənmi, duyursanmı?!
OdÜnƏs əvəzinə "dəniz" deməlisən! Əks halda başıyın üstündə "Domokl
qılıncı" peyda olar!
Sultandan sonra çoxlu Pünhan gizlin Muğannalarla görüşəcəksən. İşıq
gəmilərində uçan əbədi Bağ nəsli ikən ölümlü insanlara çevrilib müxtəlif
yerlərdə gizlənən "Muğ" - Bağlarımızı, "Aşıq" - ƏsAğları-
______________Milli Kitabxana_______________
mızı tanıtdıracaqlar sənə. "Əlhəmik" - Vahid Əlik biz, yəni ƏlAğımız -
"Allah"ımız birdi sənnən" deyəcəklər. "Sələm əleyküm" əvəzinə "ƏsƏlim ƏlEy"
deyirlər. Yəni, "Yaradan Əlim Uca Əldir!" Cavab verirlər: "ƏlEyƏsƏlim". Yəni,
"Uca Əl Yaradan Əlimdir..." Vaxtı çatanda çox adam açılışacaq sənə. Hərəsi
Elmimizin bir guşəsini işıqlandırıb yeni-yeni həqiqətlər açacaq. Elmi
mənimsəyib, bütün varlığınla inanacaqsan ki, Yeni tarixin qırxıncı ilindən
"Qalaktika"mızın - QalAğımızın "Allah"ı - ƏlAğı (SafAğ İnsan Əli) olan
EySanmızın ("İ sa"nın, İiS+usun) Əlisən! Bəli, oğul! Budu sənin sevgin, ailən,
oğul-uşağın, qohum-əqrəban: Əl! Bütün OdƏr bəşəriyyəti Vahid Əldir, "Lailahə-
illəllah" ola bilməz!
EySar özündən böyük qardaşı EvƏrim Sar ÜnAğın ("Avrama" döndərilənin)
Əlidi;
EvƏrim özündən böyük qardaşı EySar ÜnEvin ("İsay"a, "Noy"a, "Nuh"a
döndərilənin) Əlidi;
EySar ÜnEv özündən böyük qardaşı Ulu Bağ ƏsƏlMənin Əlidi; "Din"
yalançıdı; EySar ÜnEv - "Nuh" nə ilk peyğəmbərdi, nə də ilk oğul.
Ulu Bağ, Bağ Atamızın Əlidi;
BağBağÜn Babamız isə EyOdƏr Babamızın Əlidil Bu ilkməlumatı alanlara
bunu da deyirlər ki, təhrif dillərdə "Peyğəmbər"ə, "Peyğünbər"ə döndərilən
BağÜn EvƏrEy "Məhəmməd" - "Mühəmməd" -"Muhamməd"in Odu - adı -
rütbəsi BağHəmOddu (Vahid Həqiqət Bağıdı).
"İmam" Əlinin Odu - adı - rütbəsi EyMən Əlidi (Mənim Uca Əlim).
BağHəmOda - "Məhəmməd"ə qədim "GurÜn" verilib, GurÜn! Yəni, "Quran"
uzaq, - "Türk"cə, OdƏrcəsi. O kitab bir müddət "Məkkə"də bağlı seyfdə
saxlanılıb; maraqlananlara deyiblər: "Bu alimlər üçündü, adi bəndələrə verilmir".
Belə çıxır ki, iki "Quran" var? Xeyr, oğul! "GurÜn" var və "GurÜn"ün
əfsanələşdirilmiş, iyrənc tərcüməsi "Quran" var.
Əslini EySar verib BağHəmOda. "Allah" - ƏlAğ EySar ("İsa"; "İis+us").
Bilməlisən ki, ƏlAğ EySar cəmi OdƏr bəşəriyyətin - cəmi Kainatın yox, tək
bizim "Kalaktika"mızın QalAğımızın "Allahı" -ƏlAğıdı. Hər QalAğın öz ƏlAğı
var. Hər ƏlAğın yanında öz SimOd məclisi var.
"İslam" yoxdu, ƏsƏlim var, oğul. ƏsƏlim - Yaradan Əlim!
Gör indi, necə gizlədilib həqiqətimiz, dünyamız, bəşəriyyətimiz!
______________Milli Kitabxana_______________
İndi gedə bilərsən. Xançalı yox, çamadanını götür, get Əmirli mülkünə.
Çürüknən orda qalırıq indi biz. Get sakitləş, yat dincəl. Sonra Sultannan
görüşəcəksən!..
Səməd duruxdu: "Sultannan görüşəcəksən! Mümkündümü?!" Yenə də beyni
qıjıldaya-qıjıldaya, gözləri tutula-tutula, hara getdiyini, necə getdiyini bilmədi.
5
Qapını Hənifə arvad açdı.
Həyətdəki alçaq çardağın arxasında təkotaqlı çiy kərpic evdə tavanın
ortasından sallanan yeddilik lampanın
1
alovu qapının yelindən uzanıb-
yaymalanıb, hisli şüşəni daha da hisləndirdi, arvad saçları dağılıb gözlərinin
üstünü tutmuş ucaboy adamı əvvəlcə tanıya bilmədi.
- Xeyir ola... Gəl gör bu kimdi belə, a kişi, - deyib içəridən ərini çağırdı,
tanıyanda isə, əllərini üzünə basdı, - Allah, mənə ölüm ver!
Əlləzoğlu otağın yarısını tutmuş nəhəng taxtın üstündə böyrünü cecimə verib,
mütəkkəyə dirsəklənib yatırdı. Arvadının çığırtısına quş yuxusundan bir göz
qırpımında ayılıb, quş cəldliyi ilə yerə atıldı, səhərdən axşama qədər yollarda
arabaların, atların, mal-qaranın qaldırdığı toz-torpaqdan keçəyə dönən çal tüklü
sinəsini qaşıya-qaşıya, gözlərini qıyıb, qonağa diqqət yetirdi və bir əli sinəsində,
o biri əli qəlyanın zorba başında, donub qaldı.
Kandarın bir tərəfində Gülgəzin ata-anası, o biri tərəfində Gülgəzin istəklisi
dayanmışdı. Nə qədər ki Gülgəz aralıqda idi, bu kandar görünməzdi. Gülgəz
aralıqdan getmişdi, kandar əvəzində sədd əmələ gəlmişdi, odur ki, nə bu yandan
ayaq atan vardı, nə də o yandan.
Səməd özü də məəttəl qalmışdı ki, bu evə nə üçün gəlib? Necə gəldiyini də
doğru-dürüst bilmirdi. Yadında qalan bu idi ki, meşə çox qaranlıqdı, lap
uşaqlıqdan hər qarışına bələd olduğu Kəsəyolla yerisə də, tez-tez ağaca
toxunurdu, üz-gözünə şax-budaq çırpılırdı, üstəlik, əlində nə isə tez-tez kol-kosa,
kötüyə-zada ilişirdi, əsəblərini daha da tarıma çəkib lap cana doydururdu. Əmma
heç nəyə diqqət yetirmədiyi kimi, əlindəki şeyə də diqqət yetirmirdi. Yalnız
seyrəkliyə çıxıb, göydə ulduz,
Neftlə yanan çırağın (lampanın) ən xırdası.
Dostları ilə paylaş: |