______________Milli Kitabxana_______________
damğası da eləcə bir şeymiş. Odur ki, Səmədlə təzə tapdığı bacısının əzabları da
eyni idi. Amma Səməd bundan sarsılmadı. Əksinə, Torksinin quru sinəsinin
çırpıntısını öz sinəsində duyar-duymaz dərhal başa düşdü ki, qurğulardan,
böhtanlardan, təhqirlərdən, sui-qəsdlərdən, tutqulardan nə
qədər böyük
bədbəxtlik törəmişdisə, bədbəxtliyin əzablarından bir o qədər böyük xoşbəxtlik
törəmişdi: qəlbində gəzdirdiyi gözəl insanlar arasında Torksin adlı daha bir uca
və gözəl insan vardı. Danışırdılar ki, "sandığa qoyduğu qoftasıdı: Səmədin "təpik
altında qaldığını" gördüyü günün axşamısı ortayolun ortasında "lütlənib",
qəlyanlılardan hansınınsa əlindən "spiçkanı" dartıb alıb, qırmızı donunu
yandırmışdı.
O axşam qəlyanlıları dərd götürübmüş: "Lütlənməyin nədi, ay Lüt qızı?!" Bu
doğrudan da dəliymiş ki!.." Qara geyinib, yollara boylana-boylana qalmışdı.
Ucadan da uca idi! Gözəldən də gözəl idi!
- Bacımsan!.. Yeddi il səkkiz ay sonra bu axşam mən ikinci dəfə dünyaya
gəldim. Məndən ötrü sən də bu axşam dünyaya gəldin. Unut hər şeyi! Böhtanları
da, damğaları da unut! Bacıların, qardaşların qayıdacaqlar. Bircə şeyi unutma:
Mən sənin doğma qardaşınam! Xoşbəxt eləyəcəm səni!
* * *
Yeddi il səkkiz ay ayrılıqdan sonra Qonaqlıya belə qayıtdı. "İt xılı"ndan
başqa burda yenə də hamının istəklisi olduğunu, öz adı ilə yanaşı "Mədəd" adını
da üstünə götürüb, daha çox sevildiyini bütün aydınlığı ilə gördü və güman elədi
ki, bayaq quyunun üstündə duyduğu dönüş -"ciddi hadisə" də elə budur. Əmma
bu "ciddi hadisə"nin ardınca, bir gecənin içində elə qeyri-adi hadisələr baş verdi
ki, səhərisi yenə əmisilə görüş zərurəti yarananda Səməd bu bircə gecədə olub-
keçənlərin təəssüratını yığıb-yığışdıra bilmirdi.
9
Birinci qeyri-adi hadisə anbarın qabağında, Təftişlə Möhsün kişinin asdıqları
"yel fanarları"nın işığında baş verdi.
Nə qədər ki, şəhər onilliyinin və dəmir yol məktəbinin yorğun-arğın
müəllimləri ilə pərakəndə orduya bənzəyən şagirdlər Ortayolda susqun
______________Milli Kitabxana_______________
axınla ağır-ağır gəlib meydanın dövrəsində, təpəcik üstündə "dustaq damı"
adlanan daxma ilə idarə səmtində dikdirlərə döşənişməmişdilər, burda - anbarın
qabağında Səmədin lap körpəlikdən - otuz dördüncü-otuz beşinci illərdən bəri,
avqustun axırından noyabrın ortalarına qədər hər gün gördüyü adi iş gedirdi:
qapan-tərəzidə pambıq çəkilirdi. Birinci briqadanın briqadiri Təftiş öz daimi
yerində - qapan-tərəzinin dalında dayanmışdı. İkinci briqadanın briqadiri
Möhsün kişi tərəzinin yanında gödəkçəsini büküb-bürmələyib, birbaş yerə - toz-
torpağın içinə qoyub, üstündə oturmuşdu. Üçüncü briqadanın briqadiri Qeybalı
da tərəzinin o biri tərəfində kepkasının dalını qaldırıb, partlayıb şişmiş
dodaqlarının üstünə kölgə salıb, hətta tər köynəyin altında qaralan keçə qarnını
da bir növ yığışdırıb, çöməlib, Qudalı atamanının həmişəki harınlığı ilə
tutuşmayan işgüzar görkəmə düşmüşdü. Otuzuncu-qırxıncı illərin "uçotçik"i
Çürük Aşıq da öz yerində - dirək dibində, qara "ambulatoriya stolu"nun dalında,
saqqız kötüyünün üstündə oturub, yoğun cızıqlı - qrafalı "uçot dəftəri"ni açmışdı,
nəvələrinin hansınınsa büzməli torba içində mürəkkəbqabını dəftərin bir
böyrünə, qəlyanını o biri böyrünə qoyub, müharibədən sonra kəndlərdə cında -
"
utilsırya
" yığanlardan aldıqları tərifli "cında pero"nu qələmi əlində hazır
tutmuşdu. Məmməd Xələf Zal "qruzovik"inə qalaqlanmış çuvalların, xaşaların,
kisələrin üstünə dırmanıb, pambıqla dolu çuvalları, xaşa və kisələri üzü-aşağı
yuvarladıb tarappatarap tokdükcə, vaxtilə çəpərlərin, ot tayalarının diblərində
oynaşan "burnu fırtıqlılar" - indiki məktəb uşaqları ikibir-üçbir köməkləşib, qırx-
əlli, altmış-yetmiş kiloluq çuvalları, xaşaları, kisələri qapan-tərəzinin yanına
sürüyürdülər, qırılan diviziyada qırılanların arvadlarından üçü – Təftişin
manqabaşılarıı növbəti çuvalı, xaşanı və ya kisəni tərəziyə qaldıranda, Təftiş çəki
daşlarını taqqıldada-taqqıldada əlüstü çəkib, pambığın çəkisi ilə o pambığı yığan
uşaqların analarının adlarını deyirdi. Çürük də dəftərində adı, familiyanı tapıb,
Təftişdən eşitdiyi rəqəmi yazırdı. Kolxozun təşkil olunduğu və ilk dəfə pambıq
əkildiyi vaxtlardan qoyulmuş qayda üzrə, əgər bu gün birinci briqadanın pambığı
qabaqca çəkilirdisə, sabah ikinci briqadanınkı, birisi gün də üçüncününkü
qabaqca çəkilirdi ki, camaatın bir qismi bu gün, ikinci qismi sabah, üçüncü qismi
birisi gün tez dağılışıb, öz qapı-bacasında qurtdalanmağa imkan tapsın. Yenə də
həmin vaxtlardan qoyulmuş qayda üzrə, təftiş komisyonunun üzvlərindən savayı,
bir kəsin ixtiyarı yoxdu ki, çəki başlanandan sonra bu işə qarışsın və ya aralığa iş
salsın.
______________Milli Kitabxana_______________
Çünki, əvvəla, bu iş özü çox uzun sürürdü; ilk çuvalın, xaşanın və ya kisənin
tərəziyə qoyulmağı ilə axırıncının tərəziyə qoyulmağının arasında iki-üç saat
keçirdi, dan yeri söküləndə evdən çıxıb, bir də hava qaralanda çöldən qayıdan
arvad-uşaq, üstəlik də burda növbə gözləyib əldən-ayaqdan düşürdü, gecənin
yarısında qıçları bükülə-bükülə, gözləri yumula-yumula qapıdan girəndə çox
vaxt bir tikə qismət də almayıb, paltar-palazlı döşənişirdilər ki, briqadirlərin,
manqabaşıların hay-harayları kəndi götürməmiş, danlaq, töhmət eşidilməmiş
sürünüb qalxa bilsinlər; "Yığım kompaniyası" deyilən iki-üç aylıq ağır
"kompaniya"nın özü tələb edirdi ki, burda - anbarın qabağında çəki başlananda
bu işə heç kəs mane olmasın. Bir də nəzərə almaq lazımdı ki, təftiş
komisyonunun uzvləri - Təftiş Abbasın özü, Qılınc Qurban, Çürük, Abı və
Ələsgər müəllim çəkidən sonra da burda oturub, "uçot dəftəri"ni yoxlayıb,
imzalayıb, mühasibliyə verməli idilər, mühasiblikdə isə hesabdar Mürsəllə
hesabdarları elə o gecə, dəftərdən "çıxarış" yazıb, idarə heyətinə gündəlik
"svodka"
1
verməli idilər ki, idarə heyəti də öz növbəsində pambıq üzrə dövlət
planı ödənişinin faiz artımı haqqında raykoma "svodka" göndərsin, həm də üç
briqadada manqalardan və ayrı-ayrı kolxozçulardan kimin irəli getdiyini, kimin
geri qaldığını aydınlaşdırıb, sabahısı kiminlə necə danışmağı dəqiq bilsin... Sədr
Mədədin vaxtında idarənin dəhlizində bir "dasqa" - yazı taxtası vardı, yarısı
qırmızı rəngdə, yarısı qara rəngdə idi. Yığımda irəli gedənlərin - "zərbəçilər"in
2
adlarını, familiyalarını "qırmızı dasqa"ya yazırdılar, geri qalanların
-
"tənbəllər"in adlarını familiyalarını "qara dasqa"ya yazırdılar. Bundan başqa,
indiki raykom katibi Məleykə Muradova, o vaxtı komsomol Məleykə "Karl
Marks adına Qonaqlı kolxozunun güzgüsü" adında divar qəzeti yazıb, həmin
"dasqa" ilə yanaşı mıxlayırdı. O divar qəzetində, başlığın altında şüar vardı:
"Pambıq yığımını müvəffəqiyyətlə başa çatdıraq!" Şüardan solda, aşağı küncdə
qara karandaşla çəkilmiş yekə bir tısbağa vardı. Şüardan sağda, yuxarıda isə
qırmızı karandaşla çəkilmiş dörd matorlu təyyarə vardı. Komsomol Məleykə
yığımın axırında bir siyaha tutub, o siyahıya düşənləri "tısbağaya mindirirdi", bir
siyaha da tutub, "zərbəçiləri təyyarəyə mindirirdi". "Tısbağaya minmək" o
deməkdi ki, yığım müddətində işləmək əvəzinə sürünmüsən, əmək-
"Svodka" – məlumat.
Rusca "udarnik" sözündən hərfi tərcümə. Zərbəçilik hərəkatı otuzuncu illərdə istismar vasitəsi kimi
çox yayılıb, əllinci illərin əvvəlinə qədər qalmışdı.
Dostları ilə paylaş: |