İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə1/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   180


______________Milli Kitabxana_______________

İSA MUĞANNA

İDEAL

"LİDER NƏŞRİYYAT"

BAKI-2005



______________Milli Kitabxana_______________

894.3613 - dc 21

AZE

İsa Muğanna. İdeal. Bakı, "Lider nəşriyyat", 2005, 536 səh.

Xalq  yazıçısı  İsa  Muğanna  (Hüseynov)  Azərbaycan  nəsrinin  inkişafında

sanballı  xidmətləri  olan  söz  sənətkarıdır.  Yeni  Azərbaycan  nəsrini  onun,  artıq

nəsr poetikasının gözəl nümunələrinə çevrilmiş əsərləri olmadan təsəvvür etmək

çətindir.  Nəsrimizin əsaslı  surətdə yeni  mərhələyə qədəm  qoymasının  fəal

iştirakçısı  olmaqdan  daha  çox  bu  nəsrin  yaradıcılarından  biri  kimi  fəaliyyət

göstərən yazıçını, odur ki, 60-cı illər nəsli öz sələfləri saymaqda tam haqlıdırlar.

İsa  Muğanna  yaradıcılığının  başlıca  xüsusiyyəti  folklorla,  xalqın bədii

təfəkkür  prinsipləri,  estetik  və əxlaqi  kateqoriyaları ilə dərin  bağlılığıdır.

Yazıçının,  həyatdakı  ziddiyyətləri  bütün  kəskinliyi  ilə göstərən  "Yanar  ürək"

romanı  özünün  ictimai,  vətəndaşlıq  konsepsiyası  ilə,  mühüm  sosial  həqiqətlər

barədə söz açmaq cəhdi ilə ədəbiyyatımızın inkişafı üçün çox gərəkli olmuşdur.

Bu əsərinin  mövzusunu  müəllif  sonralar  "İdeal"  romanında  bir  qədər  də

dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirmişdir.

Təqdim  olunan,  yenidən  işlənmiş  şəkli  ilə yaxın və uzaq  keçmişimizdən

tarixi  hadisələrin,  alim  və filosoflarımızın vətənpərvərlik  çarpışmalarının əks

etdirildiyi  "İdeal" əsərində yazıçı  Azərbaycan  xalqının  ulu  tarixi  kökləri  ilə

müasir mənəvi problemlərini vahid süjet xəttində ustalıqla birləşdirmişdir.



ISBN 9952-417-29-0

© "LİDER NƏŞRİYYAT", 2005




______________Milli Kitabxana_______________


______________Milli Kitabxana_______________

ÖN SÖZ

Fəlakətin  həlledici mərhələsi  onda  başlandı  ki,  Qrek-Latın  quldarlıq

qanunları əsasında  qurulmuş  Vizantiya  imperiyası  604-802-ci  illərin  dünya

müharibəsində hərbi  qələbələrini  daha  güclü  fatehlik  silahı  olan  Xristianlığın

qələbəsinə çevirib,  bu  dini  iki  yüz  il  müddətində öyrənilən  müxtəlif  dillərin

köməyi  ilə müxtəlif  ölkələrdə müxtəlif  variantlarda  yaya-yaya,  o  vaxta  qədər

planetin əsas - gur yaşayış yerlərində bəşəriyyətin vahid Elm - həqiqət dili kimi

mövcud  olan  OdƏr  dilini  bir  daha  rəsmi  qadağan  etdi;  hələ birinci əlliminillik

tarixdə,  sonra  isə Yeni  tarixdə (Xristianlığın  yayıldığı əsrlərdə)  hər  cəhətdən

təhrifə uğradılan,  Kainat  həqiqətlərindən  uzaqlaşdırılan  planetimizdə OdƏr

dilində Bağ  (insanı  insana  və bəşəriyyətimizi  Kainatın OdƏr  bəşəriyyətinə

bağlayan  Bağ)  kəlməsi Qrek-Latın dilində təhrif  "Boq"  sözü  ilə əvəz  olundu,

SafAğ İnsanın (Bağın) Əli - Oğlu mənasında işlənən ƏlAğ kəlməsi Ərəbin təhrif

"Əllah"  ("Allah")  sözü  ilə (təkallahlığla),  BağhəmOd  (vahid  həqiqət  Bağı)

rütbəsi "Mühəmməd" adı ilə əvəz edildi. Bəşəriyyətimizin yalnız az bir qisminə

(təhrif  "Muğ",  "Mağ"  kəlmələrilə adlandırılan,  "atəşpərəst"  sayılan  gizlin

Bağlara)  məlumdur  ki,  dinlərin əsasındakı  kitablar,  o  cümlədən  "Bibliya"

("Tövrat" - "Tora"),  "Yevangeliya"  ("Novıy  zavet" - "İncil")  "Quran"da,

vizantiyalıların  özlərinin  məcburən  etiraf  etdikləri  kimi,  "Bağ  dilində" - "na

bojyem  yazıke"  (yəni  OdƏr  dili  ilə bu  dil əsasında  yaranmış  Tərik - "Türk"

dilində)  verilmiş  kitabların  son  dərəcə təhrif  tərcümələrindən,  uydurmalardan,

əfsanələrdən ibarətdir. Həqiqətin nə dərəcədə təhrif edildiyi və təhriflərdən necə

qlobal - ümumbəşəri fəlakət törədiyi barədə bu müqəddimənin özündə də az-çox

təsəvvür  vermək  üçün  bütün  açıqlığı  ilə deyilməlidir  ki,  zahirdə biri-birinə

düşmən rolu oynayan dinlər, kökü vahid OdƏr bəşəriyyəti olan xalqları dil-şüur

mənəviyyatca 



ayırmaq, 

parça-parça

ərazilər, 

sərhədlər 

daxilində

məhdudlaşdırmaq, bəsitləşdirmək, nəticədə vahid Din mərkəzi Vatikanın - gizlin

quldarlıq  dövlətinin  tələblərini  təmin  etmək  məqsədi  güdür.  Planetimizdə

əsrlərdən bəri hökm sürən dini, siyasi qadağalar, saysız-hesabsız "elmi" ("tarixi",

"etnik")  arakəsmələr

(süni  psixoloji  düşmənliklər)  mühitində

Kainatdan

xəbərsizlik,  açıq  deyirəm,  "sivilizasiya"  altında  cahillik  o  dərəcədə qatılaşıb  ki,

bu cahilliyin  yaratdığı labüd "katastrofa" qarşısında indi Vatikan dövlətinin özü

də qorxuya  düşüb,  nisbi  proqressiv  dairələrin  planetdə "bütün  dinləri

birləşdirmək"  təklifini,  "həqqi  təhrif  edən  xristianlıq",  "fundamental  İslam",

"təriqətlər  İslamı",  "Bəhayilik",  "Yəhudilik",  "Buddizm"  və sair  "dini",  "elmi"

"izmlər" əvəzində,  mövcud  Vahid  həqiqəti  yaymaq  ehtiyacını  rədd  edə bilmir.



______________Milli Kitabxana_______________

Mən  sözün əsil  mənasında  ürək  ağrısı  ilə,  faciə içində bildirirəm  ki, əsrlər

boyunca  Vatikan  casuslarının  təlimatları əsasında  ("öz əlimizlə")  gah  açıq,  gah

da  gizlin  məhv  edilən  "Muğ" - Bağ  nəslinin  təhrif  adı ("Muğanna" - "Bizim

Muğlar") altında çap etdirdiyim ƏsƏrlərdəki Bağ həqiqəti - SafAğ Elmi hələ də

təhrif  "izm"lərin  müqavimət  səddi  arxasındadır.  Yeni  Zaman - 2000-ci  il

ərəfəsində sədd  dağılmalıdır,  təhrif  insan  məhz  SafAğ  Elmi  sayəsində

maariflənməli, saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə - əbədi həyat

planetlərinə qovuşmalı, yəni "Yer" -EyƏr (Uca İşıq) planetinə gizlin gəlib gedən

İşıq gəmilərinin düşdükləri guşələrə buraxılası halda olmalıdır. Əks halda fəlakət

baş verəcək.

* * *


Yaxın  və uzaq  keçmişimizdən  tarixi  hadisələr,  bədii  süjetlər  içində verilmiş

SafAğ həqiqətlərinin  qavranılmasını  asanlaşdırmaq  məqsədilə mən Əsərlərin

hamısını  yenidən  işlədim.  "İdeal",  "Ölüm-dirim" Əsərlərində və bir  səhifəlik

"Peyğəmbərin  möhürü"ndə Elmin əsası  verilib;  bu  üç Əsərlə tanış  olmayan

oxucu  dördüncü,  beşinci,  altıncı,  yeddinci ƏsƏrləri - "qəbristan" - "Gur  Ünü",

"İsahəq,  Musahəq",  "Məhşər"i  ("ƏnŞər-MənŞər"i)  dərk  edə bilməz.  Təkrar

edirəm; Əsərlər  yalnız  burada  göstərdiyim  xronoloji  ardıcıllıqla  oxunmalıdır  ki,

fayda versin.



Muğanna. 22/VII-1997


Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə