______________Milli Kitabxana_______________
Əlimi tək görən cəllad girib Elmimin Evinə, Necə Əlim desin Elmə Elmi
talan olan Əli?!
Elm-Əlim, Alim-Əlim, Aləm-Əlim, Əl də Əlim, Əl Muğanna ölü olub, ey
ƏlBizsiz qalan Əli?!
Xəlvət farsistlərinə, ərəbistlərinə göz gəzdirib, mütəəssir gözlər görüb
qışqırdı:
-
İmam Əliyə dəxli yoxdu bunun! Əli qənim olsun "ƏlAğ", "ƏlEy"
deyəninizə! Uzatma! Konkret de görüm hardadı o birisi "Vərəsə?!"
-
OdAğÜz planetindən gələn Ün əbədi "Vərəsə"di, ey bədbəxt!
-
Nağıl adamı deyiləm mən! Nağdıdan danış, hardadı?!
-
Beynimdədi, ey yazıq... Xızr Abının, Çürük Aşığın beyinlərindədi.
Bütün Dəli – OdƏllərin beyinlərindədi...
-
Dayan görüm... Sən bilirsən, mən ayıq adamam... Siz Dəli – OdƏllərin
barəsində məlumatım səninkindən az deyil. Böyük hərfnən yazdığınız Elm Alimi
Xəlvət Rəhimdi indi, siz deyilsiniz! Bu qədər əzab-əziyyətimiz isə, özün
deyirsən, ondan ötrüdü ki, "Vərəsə"niznən bir yerdə cəhənnəmə vasil olasınız, ya
da bütün həmşəriləriniznən bir yerdə süpürülüb gedəsiniz o tayınıza. Gedib orda
danışasınız bu OdƏr-modərinizi. Rusiyadı bura! Amerikadan üzü bori, Feerqe-
filan, bütün xaric dolub mühacir azərbaycanlıynan, "Xəzər" radiosu bar-bar
bağırır ki, ruslaşdırırlar Azərbaycanı, Qazağıstanı, Özbəkistanı, Turkmənistanı,
Tatarıstanı. Nə olsun?! Faydası nədi?! Oturubsan o pyanska şairlərnən, Abıynan,
Çürüknən, bu tüstünün içində, bu daş, dəmir Xəlvəti yumşaltmaq istəyirsən. Keç
o dal otağa, televizoru aç, KPSS-in plenumunun xəbərlərinə qulaq as, gör bir
dəfəyə neçə katib çıxardıblar təsərrüfatı dağıtdıqlarına görə! Katiblərin
milyonlarını
dəmir borulardan, divarlardan çıxartdıran Heydəriniz yox
hesabındadı! Biznes zəmanəsi gəlib, ay əbləh, siz elə Elm deyirsiniz! Sən mənə
de görüm, Dəlilərin beyni torpağa qarışandan sonra kim eşidəcək "Vərəsə"ni?!
Erməni gəlir ey! "Velikaya Armeniya" yaradılır, ay nadan! Bağday nədi,
Azərbaycan adı da silinir yer üzündən! Muğ - Bağ nədi, OdƏr nədi, Tərik - Türk
adı da qalmıyacaq!.. Danış qurtar! Öldür onu, puldan-paradan götür nə qədər
istəyirsən, rədd ol buralardan!
Mədəd son beyti bir də oxudu:
Elm-Əlim, Alim-Əlim, Aləm-Əlim, Əl də Əlim, Əl Muğanna ölü olub, ey
ƏlBizsiz qalan Əli?!
______________Milli Kitabxana_______________
"Məlumatlı" adlandırma, "Alim" adlandırma özünü ey beyni dolu ikən beyni
boş cahil! SafAğ Elminin astanasında da deyilsən. On səkkiz min "Qalaktika" -
QalAğda, cəmi OdƏr boşəriyyətində on səkkiz mindən də dəfələrlə çox ƏlAğ
olduğunu dərk edə-edə, yenə də "Bir olan Allah" deyən, üstəlik, "Allahın şəriki
yoxdu" oxuya-oxuya, yenə "Əli-allah"lıq eliyənlərin dövranı qurtarmalıdı.
"Allah"ın "şəriki yoxdu"sa imam Əlini niyə şərik çıxarırsan, ey "Əliallaha"
qansız?! "Cuhud", "cud", "Hud" - "Yəhud" da deyilsən sən, dilini - OdƏlini
itirmiş "Pers" - "Fars" da deyilsən! Xomeyni nə deməkdi, ey HəmEyini itirmiş
dilsiz, vətənsiz, millətsiz "alim?!" EvƏrEyÜnlərin - "faraon"ların zamanında
cahillərə yazı göndərdilər OdAğÜzdən; oxumusunuz sevimli "Bibliya"nızda:
"Na bojyem yazıke napisali", "Səni TokƏl aparsın". Yaradan Bağ kəlmələrilə
yanaşı işlənən dildi bu dil, ey "alim", "cahil!" "Dəri" deyil, ey "Fars" - mənasız
ey diri ikən ölü!..
Mədəd "pomost"dan düşdü. Pencəyini çıxarıb çirkli taxta döşəməyə tulladı.
Cürəni pencəyin üstünə atdı. Skelet su içində idi. Qollarında, döşlərində daş
əzələlər qabarmışdı.
-
Səsini çıxartma daha! Nə Dəli Səməd ölüb, nə də OdƏl Səməd.
İkisi də mənəm. Xızrın, Çürüyün, Səminin, insana, dünyaya "Ninnini" deyən
bədbəxtimin beyinləri də məndədi, bütün Dəlilərin də! Fikrimi o yan-bu yana
çəksən, o plastrları qopardıb yumrulayıb boğazına təpəcəm, nəfəsini dalından
alacaqsan. İyili quyu!
İyini yığışdır! Əbədiyyətimi qurban vermək bahasına öldürrəm səni!..
Xəlvətin çinara necə çırpıldığını xatırladan bu dönüş sükut yaratdı. Mədəd bir
xeyli ağır-ağır nəfəs alıb, özünə gəlib, pencəyini geyinib, cürənin qayışını
çiyninə keçirdi.
* * *
-
Sözüm Qonaqlı cəmaatınadı indi.
Dəstanım davam eləyir.
"...Kənddən aralanıb meşə yoluna burulanda, dümdüz yerdəcə maşın aşmışdı.
Cəmaat uzun, arası kəsilmiyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ
nəfəsi üstündə imiş, siqnalı basan da özü imiş. Cəmaatı görüb əlini siqnaldan
çəkəndə nə isə demək istəyib. Əmma dili yoxmuş daha. Sultan Əmirli xəbər
tutub gələndə isə meyid soyuyubumuş.
______________Milli Kitabxana_______________
Sultan sarğını açıb, qardaşuıın gicgahında yaraya baxıb. Ağlamaq əvəzinə elə
hey köksünü ötürürmüş. "Yaran nə derindi, dadaş", - deyir-miş, ondan-bundan
soruşurmuş ki, niyə dillənmirsiniz, niyə danışmırsınız, belə dümdüz yerdə maşın
niyə çevrilib? Necə olub ki, bədənin heç yeri zədələnməyib, təkcə gicgahı bu cür
partlayıb-dağılıb?! Bəlkə qəsd işidi?!. Sultan Əmirliyə heç kes heç nə deyə
bilməyib. Ancaq NKVD Gülənovun "zaklyuçeniye"sindən sonra aydın olub ki,
"Sudüşən çəməni ilə meşənin arasındakı nəmişlikdə Mədəd Əmirli rulu kəskin
şəkildə sola - yola doğru burduğuna görə maşın aşıb və aşarkən sağ qapının
yuxarı küncü Mədəd Əmirlinin sağ gicgahına batıb, çoxlu qan axmasına və
qanaxma nəticəsində ölüm hadisəsinin baş verməsinə səbəb olub".
Bütün bunları Səməd hamıdan sonra bildi. "Cəfər əmi" dediyi Lüt Cəfər onu
kabinetdə, dəmir "peç"in yanındakı nazik taxtda üzünü əmilərinin qəbirləri,
basdaşları şəkillərinə söykəyib yatan yerdə tapıb oyadıb.
- Qalx, oğlum... Bedbəxtlik olub... Atan avariyaya düşüb, - deyib.
Sonra qoluna girib, "uzun, arası kəsilməyən siqnal"dan "zaklyuçeniye"yə
qədər hər şeyi yerli-yataqlı danışa-danışa və nədənsə tez-tez "qəsd işi yoxdu,
qəsd işi yoxdu" deyə-deyə onu hadisə yerinə aparıb. Bu vaxt nə maşın orda imiş,
nə meyid, nə də cəmaat.
Qan tokülən yeri torpaqlayıb, dövrəsinə qaratikan yığıbmışlar ki, ayaq
dəyməsin oraya. Qaratikan yığınının yanında bir saqqız ağacının döşünü balta ilə
çapıb hamarlayıb, qızmar dəmirlə iri-iri qara hərflər basıbmışlar: "Mədəd Əmirli
burda həlak oldu. 23 dekabr 1946-cı il".
Kim yazmışdı bu "həlak oldu"nu?
Siz, ey Qonaqlı cəmaatı!
Bilirdinizmi sədrinizi öldürüblər?
Bilirdiniz.
Bəs niyə elə yazdınız?! Niyə ört-basdır elədiniz qesd işini?!.
Mənim yaddaşımın sizinkindən fərqi bundadı ki, EyOdƏsdi - Uca Yaradan
həqiqətdi "yaddaş"ım. Yəni Ündü. Sizin yaddaşınızdan fərqli olaraq, min-min
illər əvvəllərin və hətta gələcəyin hadisələri həkk olunur beynimdə. Göstərilir və
həkk olunur. Məsələn, mən hələ indidən açıq-aydın görürəm ki, iki-üç ildən
sonra sizin bu "Milli Birliyi"niz "Boz qurd" adı ilə məşhurlaşacaq. Və özünü
"Xalq Cəbhəsi"nin əskərləri adlandıranların dəhşətli bandit yığınından da
dəhşətli vəhşiləri Qarabağda Xocalı şəhərinin əhalisini qıracaqlar, hırıldaşa-
hırıldaşa, oğulun gozünün qabağında qoca atasının meyidini zorlayacaqlar! Adını
da qoyacaqlar ki, "Ermənilər qırdılar, Ermənilər zorladılar". Niyə belə? Çünki
Dostları ilə paylaş: |