______________Milli Kitabxana_______________
naqları ilə tərpədə-tərpədə ağlayır. Elə o yaşda, o balacalıqda, başı qızıl əsgər papaqlı,
ayaqları "Sultan əminin çəkməsi kimi" qara xrom çəkməli sədr oğlu da quru yerdə oturub,
"Qaraçı gözəli" Cığalı Gülgəzin ayağını dizinin üstünə qoyardı, "Mənim dişim siçan
dişidi" deyib, ağzını o qarayanıq, toz-torpaqlı ayağa söykəyib, tikanları dilinin ucu ilə
yaşlaya-yaşlaya, bircə-bircə çıxarıb tüpürərdi. "Bu bir... bu iki... bu üç..."
-
Lənət sənə kor şeytan!.. Xəlvət heyrətlə çiyinlərini qısıb, o yan-bu yana baxdı. -
Tikan nədi, zad nədi?! Bu nə danışır, ay cəmaat!
Mədəd növbəti "Prima"nı Çürüyün qəlyanından yandırıb, "pomost"dan enib, yenə
Xəlvətin üstünə yeridi.
-
Canına azar danışıram! Boğazına boğma danışıram! Səməd Əmirlinin faciəsini
danışıram ki, Xəlvət adında buz dağı ərisin. "Zorlama gecəsi" dediyiniz o dəhşətli gecə o
balaca "Qaraçı gözəli"nin ayaqlarına dolan tikanlardan başlanır. Səbr elə, qanacaqsan.
Cavanlıqda "qardaşın" Yağır Məmmədəlinin eşşəklərinin dalınca yorta-yorta Arazın o
tayına gedib-gələndə altı cırıq çarıqlarıyın dabanlarına tikan dolmayıbmı? Yolun ortasında
çöküb göz yaşı tökə-tökə "yeriyəmmirəm, ay lələ" deyəndə, o vaxtkı nişanlın, indiki
mehmanxana müdiri, Erməni haxçığı Marqo sənin dabanlarını yalaya-yalaya dişlərilə
tikanları çıxartmayıbmı!
"Bu bir, bu iki, ay musurman. Bu beş, bu on, ay musurman", - deyə-deyə o gün-
güzərana sənlə bərabər ağlamıyıbmı? Bu dörd ayda bu Qəlyanlılara neçə dəfə danışmısan
bu əhvalatı, neçə dəfə demisən:
"Adama oxşuyan vaxtlarımız varıydı. Marqo "ay musurman", deyə-deyə ağlayanda
köyrəlirdim!" İndi niyə köyrəlmirsən, niyə daşa dönmüsən?!
Çünki sadəcə, həyətyanı sahəsində beş-on qoyundan, keçidən başqa bir şeyi olmuyan
Göbələk Məmiş o çəpəri necə şüursuzcasına qalınlaşdırırdısa, sən də o maşınların sayını
eləcə artırsan, ey şüursuz!
Fəlakət bundadı ki, mən bu şüursuza şüur vermok niyyətindəyəm.
İndi, nəhayət, Bezobraziyenin əmri ilə, "zorlama gecəsi" adlandırılan o dəhşətli
gecənin müsibətləri barədə danışa bilərəm.
Müsibət ondan başlandı ki, "Stalinin şəxsiyyətinə pərəstişin ifşasından sonra "şüşənin
altındakı teleqramla katalikosların məktubları" Bezobraziyenin əlində silaha çevriləndə,
SSRİ prokuroru Rudenko və general Məhərrəmov kimi güclü dayaqları olduğuna
baxmayaraq, Sultan Əmirli inzibati üsullarla mübarizədən əl çəkib Bezobraziye
murdarlarına Elm vermək niyyəti ilə Qudalı məhləsinə ayaq açdı. Nə dedi, nə danışdı Xaş
nəçənniyə, prokuror Sayılova, RİK Atamalıya, Çax-çuxa? Bilirsən, Rəhim kişi.
Bilmədiyin budu ki, atam öz səhvini hiss elədikcə, yəni söz-söhbətlərinin havayıhğını hiss
elədikcə, "vodka"ya əl atırdı. Bundan
______________Milli Kitabxana_______________
sui-istifadə elədiniz, o yazığı nəki var içirtdiniz, Rəhim kişi. Göbələk Məmiş
oralarda hərlənib-fırlanırdı, arvadına, qızına təpinirdi ki, "niyə gəlib əl-ayaq
vermirsiniz?!" Guya Göbələyin özü istəyirdi ki, qızı gəlsin "Kişiyə qulluq
eləsin". Əslində isə Əlləzoğluna deyilmişdi bu! "Sultan Əmirli insafa gəlib,
qardaşı oğluna icazə verib ki, Göbələyin qızını alsın". Məhləyə çağırılanda
bədbəxt Cığalı hoppana-hoppana yüyürdü, it xılının içindən gül üzlü Gülbəniz
bacısını da çağırıb, samovara od saldı, Qıllı Qeybalının, Piyli Qayımın içəridən
daşıdıqları qab-qacağı su kranının altına toküb yudu, quruladı.
Dəhşətli gecəyə şəxsən özün "ağsaqqallıq" eləyirdin, Rəhim kişi.
Gecə yarıda atamın möhkəm keyfləndiyinə arxayın olanda "Bircə bala"nın
Cığalısının əlinə "podnos" verdin. Dedin:
-
Qayınatana çay apar.
Cığalı çayı aparanda bədbəxt atamı dümsüklədilər, dedilər:
-
Bax gör kimdi çay verən? Katib baxdı, tanımadı. Dedi:
-
Kimdi? Dedilər:
-
Gülçöhrədi! Axtardığın Gülçöhrə!
Yazıq Cığalı elə bildi gözəlliyini tərif eləyirlər. Qızardı, çayı qoydu, eşiyə
qaçdı. Bezobraziye məclisini şaqqıltılı gülüş götürdü:
-
Gülçöhrədi, Arşınmalçı! Gülçöhrədi!..
Susursan, ey şüursuz qatil! Gərginsən. Qorxma. Hər şey sənin istəyinə uyğun
olacaq... Yazıq Cığalı xoşbəxtliyindən ölürdü. Bilmirdi ki, bədbəxt "qaynata"nın
fədai ürəyi ölmüşdü, içərisində bu vəhşi Xəlvətdən də vəhşi, yırtıcı bir canavar
peyda olmuşdu. Bilmirdi ki, o canavar ayağa qalxanda Çax-çux adında ikinci bir
canavar qızın cığalarından yapışıb, başını dala qanırıb bircə şüşə konyakı son
damlasına qədər boğazına tökəcək, leşini maşına atıb, katibin leşini də üstünə
atacaq!..
Səməd dik atıldı. Sonra əlini ürəyinin üstünə sıxıb, ağır-ağır əyilib, ikiqat
olub, kresloya çökdü. Mədəd əmisinə yanakı baxdı.
-
Atılıb-düşmə!
O bir şüşə konyakdan sonra ağ daş evdə, Sultan Əmirlinin həmin yataq
otağına doluşub, hırıldaya-hırıldaya çıxdınız. Çax-çux həmişə keyfi saz
vaxtlarındakı kimi, ruscaya keçmişdi: "Vsyo! S Sultanom Amirli pokonçeno!"
Həmin bu sözlərini həmin gecə Mirqəzəbə teleqramında yazdı.
Bədbəxt atam dəhşətli sərxoşluqdan ayılanda anamla bir müddət bir-birinin
üzünə baxa-baxa qalıblar. Heç nə başa düşəmmirmişlər. Xəlvət-
______________Milli Kitabxana_______________
lərin oyunlarından sarsılmış üçüncü bir bədbəxt də yataq otağı ilə zalın arasında
quruyub qalıbmış: Qılınc Qurban. Qılıncını sıyırıb düşüb atamın üstünə ki,
"Bircə balayın istəklisini özünə arvad eləyibsən, çal qurumsaq!"
Qılınc düz dörd ay asıb-kəsib atamı: "Qaytar qancığı, qaytar!.." Düz dörd ay
anam evdə - "cəhənnəmdə", atam aşağıda, tut ağacının altında - "cəhənnəmdə"
yatıb. Düz dörd ay bu birisi çarıqlı Göbələk bədbəxt axşamlar Sultan Əmirlinin
işdən qayıtdığı vaxtlar gedib həyətdə ocaq qalayıb, manqal tüstülədib ki, guya
raykom katibinin qayınatasıdı kişi. Düz dörd ay gecələr səhərə qədər o tutun
dövrəsində gəzinə-gəzinə gözləyib ki, bəlkə möcüzə baş verə, şan-şöhrətli katib
evə qalxıb yorğanın qulağını qaldıra. Belə dəhşəti, belə faciəni, belə müsibəti
mən sizə bağışlaya bilərəmmi, Rəhim kişi?! İyirmi səkkiz aprel küçəsi ilə Kirov
prospektinin kəsişdiyi yerdə, Nizami kinoteatrının dalındakı evin ikinci
mərtəbəsində, "Çekistlər çekisti" "AdıPünhan" adlanan əzabkeş generalın
mənzilində, Azərbaycanın demək olar ki, bütün rayonlarında, mühacir
Muğannaların ailələrində, "Prometey"lər-EvƏrOdBağdaylar arasında pərvəriş
tapan çekist oğlu çekist Dəli Səmədin yetirməsi, Bircə Balası, Tədqiqatçısı Dəli
Mədəd, Xəlvətləri rahat buraxarmı?! O dal otaqda oturub mənim səsimi yazan
paqonlu Qudalıların arasında yalnız "familiya"ları sizdən olanları tanyırsanmı, ey
şüursuz qatil! Mən yetirmişəm o gizlin OdƏrləri! Onların əlilə diriləcək Alim
Səməd! Bütün Bağday ərazisi miqyasında "Muğanna" adlananlarla yanaşı o dal
otaqdakı "Qudalılar" ömürləri boyu bu əzabkeş Alimi xatırlayacaqlar! Bəs
necə?!
Sakit otur! "Oynaş" öləcək!
Qulaq as!
O konyaklı gecə bədbəxt, sərxoş Cığalı elə bilib toysuz-filansız evlənir
Səməd. Nağıl, fantastika aləmində, gözləri yumulu təslim olub sərxoş canavara.
Gözünü açanda görüb Səməd-zad yoxdu, başqa adamdı, ölü kimi şeydi, döşənib
üstünə. Vahimə içində çapalayıb, çıxıb ölünün altından, ayaqyalın, başıaçıq,
atılıb qaçıb. Qılınc Qurbanın oraya, qapısı taybatay açıq ağ evə getməyindən bir
az əvvəl olub bu, qaçıb anam, darvazada yaxalamısınız bədbəxti. Çax-çux, Qıllı,
Piyli, Xaş nəçənnik, Zaks müdiri. Bir də sən, Xəlvət! Bezobraziye heyvanatı!
Saçından yapışıb aparıb atmısınız çarpayıya. Zalda əyləşib, səbrlə gözləmisiniz,
şüşəsinin altı teleqramlı "Yarımallah" özünə gələr-gəlməz, başının üstünü
kəsdirmisiniz ki, "bu sənin Gülçöhrən, bu da zaks müdiri. Kəbinini kəsdir, sonra
əyləş biznən bu stolun dalında, yoldaşlıq, qardaşlıq məsləhətlərimizə qulaq as".
Bax onda başlanıb mənim fəaliyyətim, Rəhim kişi. Anamın bətnində. Anam o
canavarı, o meyidi görüb dəhşətə gələndə
Dostları ilə paylaş: |