İsa muğanna ideal



Yüklə 4,34 Mb.
Pdf görüntüsü
səhifə28/180
tarix01.12.2017
ölçüsü4,34 Mb.
#13382
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   180

______________Milli Kitabxana_______________

Kürəkəninin  çox  qapalı  adam  olduğunu  və qayınatasının  yüz  sözünə bir

cavab verdiyini yaxşı bilsə də Əlləzoğlu çarpayının böyrünü kəsdirib tərpənmədi

ki, əhvalatın  üstündən  dörd  ay  keçəndən  sonra,  nəhayət,  hökmən ətraflı

danışsınlar. Əmma  Sultan  nə orada-çarpayıda  bir  söz  dedi,  nə də yuyunub  tut

ağacının  altında,  dəyirmi  stolun  yanında,  qarğı  kresloda  oturandan  sonra.  Niyə

dillənmirdi? Nə fikirləşirdi?

- Dərdin alım, bir tədbir tökməsən, hara çıxar bu söz-söhbətin axırı?!

Pırpız qaşlar çatılıb qabardı, Sultan Əlləzoğlunun sözünü ağzında qoydu:

- Burdan bir yana tərpənmə. Gözün qızıyın üstündə olsun. İt-qurd fırlanmasın

yan-yörəsinə.

Əlləzoğlunun əli sinəsi üstə idi:

- Baş  üstə, baş  üstə,  dərdin  alım!... - Nigarançılıqdan  üzülə-üzülə qul  kimi

əyilib,  qarğı  kreslolardan  birinin  dalına  çəkildi.  Qapalı  idi  kürəkən.  Çox  qapalı.

Bu tut ağacının altında, otuzuncu illərdən bu vaxta qədər qarala-qarala qalan bu

dəyirmi, qalın  stol Əlləzoğlu  üçün nə idisə, hələ iyirmi  yaşından, beli  mauzerli,

şapqası ulduzlu vaxtından Qonaqlıya gəlib-gedən bu zəhmli, zabitəli adam da elə

bir şeydi, yəni Əlləzoğlu kürəkəninin ancaq qaraltısını görürdü, ürəyini, beynini,

adamlığını  isə demək  olar  ki,  qətiyyən duymurdu. Əsl  bədbəxtlik  isə bunda  idi

ki, hiss qarşılıqlı idi: kürəkən də qaymatasını qətiyyən duymurdu; səhər-səhər bu

bağın qalınlığında  ağaca  dırmanan  pişiyi  görüb  qışqıran  Qaratoyuq quşunun

narahatlığı Sultan üçün nə idisə, Əlləzoğlunun narahatlığı, nigaranlığı da demək

olar  ki,  elə bir  şeydi.  Səməd  barədə fikirlərini, qayğılarını,  sarsıntılarını

bolüşdürmək  üçün  Xızr  Abı  ilə Çürük  Aşıqdan başqa  adamlarla  ünsiyyətə

ehtiyac  duysa  da,  Sultan  bu  Qaratoyuğa  ürəyini  necə açaydı,  necə deyəydi  ki,

ötən  dörd ayda  bir  gecə də rahat yatmayıb,  evdə də,  işdə də aramsız  düşünüb-

danışıb  qardaşı  oğlu  rayona qayıdanda  necə hərəkət  edəcəyini  dönə-dönə ölçüb

biçmişdi,  özlüyündə hətta  qərar  çıxartmışdı  və buna  görə indi  təntiyib

darıxmırdı!

Seyid  kişi  sinidə bir  nəlbəki qaymaq,  bir  parça  təzə pendir  və yuxa  gətirdi,

başının boz çit sarğısında qan ləkələri qızaran Əlləzoğlunu və tut ağacından xeyli

kənarda, samovarın yanında qıymaçasını burnunun ucuna qədər çəkib hərəkətsiz

duran Gülgəzin qarısız dodaqlarına baxıb, köksünü ötürə-ötürə çıxıb getdi.

Sultan  ömründə bəlkə də birinci  dəfə işə tələsməyib,  heç  bir  şey  olmamış

kimi, əmin-arxayın  oturub  arvadı  sayılan  bədbəxtin  həmişəkindən  fərqli - ağır

süst tərpənişlə süfrə düzəltməyini gözlədi və qısaca:




______________Milli Kitabxana_______________

- Artıq-əskik sözə-gapa, hərəkətə yol vermə, - dedi.

Bir xeyli susandan sonra yenə qısaca:

- Telefon  zənglərinə cavab  vermə, - dedi.  Və qayınatasını  süfrəyə dəvət

etmədən,  bir  nəlbəki  qaymağı,  pendirlə yuxanı  büsbütün  yedi,  sakitcə,  rahatca

çay  içdi,  sonra  evə qalxıb  mehmanxanaya  zəng  vurdu.  Mehmanxananın  müdiri

Marqodan  Səmədin  indicə gəldiyini,  soyunub  nömrədə uzandığını  eşidəndə də

Sultan tamamilə sakitcə:

- Narahat  eləməyin,  yatsın, - dedi  və təkcə bu  faktdan - Sultan Əmirlinin

Bircə balasının evə baş salmayıb  mehmanxanada qalmağından şəhərə necə söz-

söhbət yayılacağı aydın olsa da, Marqoya əlavə bir şey tapşırmayıb, işə getdi.

* * *


Qırmızı tuf  daş  binada  qəribə sükut  vardı.  Çoxdan  qanuna  çevrilmiş  qayda

üzrə,  katiblərdən  başlamış  makinaçılara  qədər,  raykomun  bütün  işçiləri birinci

katibi  dəhlizdə və qəbul  otağında  qarşılasalar  da,  "sabahın xeyir"  deyən  də

tapılmadı.  Sultan  bilmirdi  və bilməyəcəkdi  ki,  dünən  axşam  Səmədin  bu

küçədən, bu binanın qabağından necə təlatümlü keçib gedib əmisinin darvazasını

necə itələdiyini, sonra darvazadan küçəyə necə dəli-divanə görkəmində atıldığını

nə qədər  adam  görmüşdüsə,  yüz  o  qədər  adam da  ondan-bundan  eşitmişdi;  bu

səhər  Səmədin  Qonaqlı  meşəsindən  nə kökdə çıxıb  gəlib, əmisinin  darvazasına

burulmadan,  bu  küçə ilə bir  baş  mehmanxanaya  getdiyini  də nə qədər  adam

görmüşdüsə,  yüz  o  qədər  adam  dildən-ağızdan  eşitmişdi;  Sultan  bilmirdi  və

bilməyəcəkdi ki, ətrafda söz-söhbətin artdığı bir vaxtda Bircə balası burda əməlli

başlı sensasiya  yaratmışdı,  o  özü  nə qədər  məşhurdusa,  bu  saat  Bircə balası da

eləcə məşhurdu  və bütün  şəhərlə birlikdə,  raykomun  kollektivi  də nə isə böyük

biabırçılıq gözləyirdi.

Öz  çəkmələrinin  cırıltısından  başqa  heç  nə eşitməyib,  gərgin  sükutla

qarşılaşanda, gözlənilən biabırçılığı Sultan ancaq indi hiss etdi.

Bu hiss təzə deyildi. Duru bir göl suyuna bulanıq arx suyu və ya sel qarışanda

gölün dibində lil necə çöküb qalırsa, may ayında o hadisə baş verəndən sonra bu

hiss  də Sultanın ürəyinin  dərinliyinə eləcə çöküb  qalmışdı:  suda  xırdaca  bir

tərpəniş bəsdi ki, lil, palçıq da tərpənib qalxıb gölü yenidən bulandırsın. Odur ki,

Sultanın hərəkətləri ağırlaşmışdı:



______________Milli Kitabxana_______________

hərdən özündən asılı olmadan, evdə qapı çırpıb pəncərə cingildətsə də, şəhərdə,

təsərrüfat  sahələrində və burda - raykomda  şəxsiyyətinin  siqlətini,  təmkin  və

ləyaqətini saxlayırdı. Əmma  bunun  üçün  xüsusi  səy,  xüsusi  iradə filan  lazım

deyildi. Həyatın, ömrün böhranlı günlərini Sultan çox görmüşdü və yaxşı bilirdi

ki, böhran şiddətlənəndə, çıxış yolu görünməyəndə çapalamaq, atılıb düşmək işin

xeyrinə olmur.  Böhrandan  səlamət  qurtarmaq  üçün  adamdan  iki əsas  qabiliyyət

tələb  olunur:  səbrlə dözüb  gözləmək  qabiliyyəti  və qəti  hərəkət  məqamı

yetişəndə,  heç  bir  kənar  təsirlərə qapılmadan,  böyük  qurbanlar  bahasına  olsa

belə,  qətiyyətdən  dönməmək  qabiliyyəti.  Yaxın işçilərinə,  yaxın dostlarına  və

Sultanın özünə tamamilə aydındı  ki,  Mirqəzəbin  bu  rayonda  məsul  vəzifələrə

şəxsən  təyin  etdiyi  Xudiyev  dəstəsilə gizlin  və açıq  mübarizələrdə Sultan  məhz

hər  şeyə dözüb  gözləmək  və qəti  hərəkət  məqamı  yetişəndə qətiyyətdən

dönməmək qabiliyyəti ilə qələbə çalmışdı.

Qırx altıncı ilin dekabr ayında Mirqəzəb özü şəxsən zəng vurub "Prikazıvayu

teleqrammu  nə oqlaşat i vernut liçno  mne"

1

deyəndən sonra  yaranan böhrandan



Sultan  məhz  dözümü  və qətiyyəti  ilə çıxmışdı.  Həmin  teleqram əhvalatına

bənzəyən, demək olar ki, analoji hadisələr qırx səkkiz, qırx doqquz, əlli, əlli bir,

əlli iki, əlli üçüncü  illərdə və bu ilin  may ayında da baş  vermişdi;  Mirqəzəb bu

dəfə Azərbaycanca  danışıb:  "Mənə hər  şey  məlumdu,  Sultan  Mamedoviç.  Mən

susuram, çünki sənin başına oyun açan adamların çoxu xaric kəşfiyyatla bağlıdı.

Hələlik  toxunmuram  onlara.  Hər  şeyin  vaxtı  var", - deyib  telefonun  dəstəyini

asmışdı.  Sultan, əlbəttə,  o  dəqiqə anlamışdı  ki,  bu  sözlər  yalnız  bir  məqsədlə -

"oyun  açan  adamları"  qorumaq  üçün  deyilmişdi.  Və Sultan  bu  hadisədən  də

ancaq  dözümlə qalib  çıxmışdı,  Xudiyevi  KeQeBe-nin  səlahiyyətinə daxil

olmayan 


işdə

-

rayonun



ərazisindən 

Ermənilərə

torpaq 

verməkdə


taxsırlandırmaqla  kifayətlənib,  bu  işdə iştirak  edən  Gülənova  və başqalarına

toxunmamışdı. Mirqəzəbin özü ilə rəftarı təsdiq edirdi ki, həm partiya işçisi, həm

də bir  insan  kimi,  dözüm  və qətiyyət  Sultan Əmirlinin  xarakterinin əsas

cəhətlərinə çevrilmişdi.  Odur  ki,  qəbul  otağının divarları  dibində dirək-dirək

duran əməkdaşların  sükutu  nə içərisində lil  palçıq  kimi  çöküb  qalan  o  köhnə

hissində bir dəyişiklik əmələ gətirdi, nə də zahirində. Sultan lap ilk  gənclikdən,

Bakı ilə Təbriz arasında çox vaxt piyada gedib gəldiyi vaxtlarda adət

"Əmr edirəm teleqramın məzmununu açmayın və şəxsən mənə qaytarın".




Yüklə 4,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə