______________Milli Kitabxana_______________
Söhbətin bu yerində Gülbənizin səsi eşidildi:
- Bəsdi, dədə! Görmürsənmi sözünü eşitmir? Rusiya, Krım, Odessa, İspaniya,
Faşist-filan, nə qədər çərən-pərən danışmaq olar, a kişi?! Konkret söz de, sən bu
əzizimə! Aydın, konkret! Başa düşsün! Görmürsənmi nə haldadı?! Get burdan!
Çax-çux təəccüblü itaətlə dönüb aralandı.
Badamı gözlərdə anlaşılmaz qəzəbi anlaşılmaz gülgünlük, sonra köyrəklik
əvəz etdi.
- Boyuna qurban olum! Bayaq da gördüm, boy-buxunun daha da gözəlləşib.
Biləyindən tutdum. Tutduğumu da düz-əməlli bilmədin, sənin dərdini çəkəni
əlinin hənirini bilmədin... Hayıf, boynun bükük olub, ay Səməd! Hayıf səndən!
Mənə niyə belə boynuburuq baxırsan, yadına nələr düşür, ay Səməd?!
Sözlər nə qədər ürəkdən gəlsə də, Səməd hədsiz köklüklə birgə bu sözlərdə
də vulqarlıq duydu. Əmma bu vulqarlıq da birdən-birə dəyişib, yanğıya çevrildi:
- Niyə belə başı bəlalı oldun, ay Səməd?! Yel hayandan əsdi, tufan hardan
qopdu, niyə ayırdı səni bizdən, ay canım-ciyərim?! Bu "dədə" dediyim belə-
filanın adını "Manyak" qoyublar! Soruşurlar bu Kətyən deyilən kişinin çəpəri
niyə belə dağılıb? Kətyənnən çəpəri qalır burda, bu başlayır çərənləməyə ki, bəs
bu Kətyənin bir oğlu Fin müharibəsində batdı getdi, o birisi, nə bilim harda'...
Axırda deyirlər, ay Çax-çux, biz səndən Kətyən kişinin çəpərini soruşuruq ki,
cəmaat niyə əl tutmur, sən bizə Finlandiyadan danışırsan!.. Bədbəxtdi də! Elə
gün yoxdu ki, bu "dədə" dediyimnən dalaşmıyaq, çırpışmıyaq. Əclafdı!
Materyalbazdı, evyıxandı! Sənin bir dırnağını da dəyişmərəm buna. Günsən,
Aysan sən! Gündüzlər gün kimi işıq saçardın üstümüzə, gecələr Ay kimi nur
çiliyərdin!.. Özün bilirsən, oxuyan deyildim mən. Gözümün altını, üstünü
yırtdım, o iki illikdə bircə elə ona görə oxudum ki, sən harda işləsən, mən də
sənin yanındaca işləyim, "qardaş" deyim, bacın olum, ömrümün axırınacan
qulluğunda durum!.. Ayağıyın kirini içərəm sənin! Xörək yediyin qabın dibini
yalıyaram! Özün də bilirsən bunu, bəs niyə uzaq gəzirsən məndən, niyə
qapımdan qaçırsan, qurbanın olum?! Niyə bu qədər qəlbiqaralıq eləyirsən, a
canım-ciyərim, bu "dədə" dediyim, yəni o qədərmi köpəyoğludu ki, adam
öldürsün?! Bu deyil qatil! Bu deyil!.. Sözünü çatdırdımı sənə, bilmirəm...
Eşitmişəm, heç özün də inanmırsan bunun Mədəd əmiyə əl qaldırmağına!.. O
günü... O müsi-
______________Milli Kitabxana_______________
bət günü olanları bax bu gözlərimnən görmüşəm. Hə, bə nə! Elə ona görə
danlayıram bunu ki, çox danışma, söz de! Hə... Hamıdan qabaq mən eşitdim ki,
siqnal səsi gəlir, uşaqlar da Sudüşəndə çığırışırlar, "maşın döndü, maşın döndü"
deyirlər.
Cəmaat bizim həyətdən, o yığnaqdan tərpənəndə də hamıdan qabaq mən
tərpəndim, getdim gördüm qızıl-ala qanın içindədi yazıq Mədəd əmi. Bax bunu
da mən tapdım ordan...
Gülbəniz əlini irəli uzatdı. Ovcunda at nalı vardı. Çax-çuxun çəki daşı
əvəzinə işlətdiyi həmincə qurğuşunlu nal! "Avariya" günü bu daxmanın
qabağında, bu palıd kötüyünün üstündən yoxa çıxan həmincə nal!
- Eşidirsənmi, a qurbanın olum? Deyirəm bu nalı mən tapmışam ordan.
Maşının yanından... Vuran bunnan vurmuşdu, qanlı-qanlı tullamışdı ora ki,
əşyayi-dəlil olsun, dədəmdən görsünlər kişinin ölümünü!.. Fikrin məndədimi?
Əvvəlcə mən də elə bilirdim avariyadı. Ağlıya-ağlıya əlimdə tutub, heç
baxmırdım da buna. Milis töküləndə də elə əlimdəydi. Bir də gördüm o Zor
nəçənnik deyilən, Xaş deyilən Gülənovdu, kağız kimi bir şeyi tutub durub
qabağımda, ayağını ayağıma vurur, böyrümü dümsükləyir ki, "Sənnənəm, ay qız!
Əlindəkini bura qoy..." Dərd başdan aşanda adamın ağlı da itərmiş. Gözüm baxa-
baxa, bilə-bilə ki, bizim naldı bu nal, verdim ona, bükdü götürdü. Sonradan
sonraya başa düşdüm ki, dədəmin evini yıxmışam! "Qəsd işi, qəsd işi" deyirdilər.
"Nal Xalıqındı", "Qurğuşunlu naldı" deyirdilər. "Nalnan vuran Xalıq özüdüsə,
Xalıq niyə bura tullayıb nalı?!" - deyirdilər... Yaranı təzələyirəm, bağışla məni,
canım-ciyərim! Məcburam, neyniyim!.. Yeddi il idi bu nal Gülənovun
evindəydi... İşin arasına qoymamışdı. Özün bilirsən ki, "zaklyuçeniye"sini ayrı
cür yazmışdı. Bunu da aparıb evindəki stolunun siyirməsində saxlayırdı. Yeddi il
idi bu nalnan bir yerdə biz hamımız ailəliknən o siyirmədəydik. Guya
qohumumuzdu o Gülənov deyilən. Üzünü mürdəşir yusun! Yeddi il idi hər il
soğan qabığı kimi soyurdu bizi. Bu "dədə" dediyimin özünün qazancınnan
anamın əlinə gələni yığırdıq. Dəmiryol məktəbində sinif vermişdilər mənə.
Əmbə bilmirdim maaş nə olan şeydi. Maaşıını da qoyurdum o pulun üstə,
aparırdım verirdim Gülənovun arvadı Leyla xanıma, ayağına düşürdüm ki, nalı
qaytarsın, qaytarmırdı!.. Belə dümdüz dayandığına baxma bu "dədə" dediyimin,
içərisi yoxdu. Yeyib qurtarıb bağır-övkəsini, yaradı içərisi! Çünki canı
Gülənovun siyirməsindəydi, var-dövləti də Leyla xanımın barmaqlarında,
biləklərində, boynunda!.. İndi sənə verəcəm bu nalı? Niyə? Qulaq as.
______________Milli Kitabxana_______________
Bu yaz, mayın əvvəlində, bədbəxt Gülgəzin başına o iş gələn günün axşamısı
hamımız oturmuşduq burda, anamın həyətində. Bu "dədə" dediyim araq
qoymuşdu kötüyün üstə, təkbaşına içirdi, çırtıq çalırdı. "Sultanınkı da
buryacanmış", - deyirdi. "Axın çatdı, dövranı qurtardı", - deyirdi. Qalxdım
arağını divara çırpdım. Dedim: "Allahın olsun, vicdanın olsun! Sultan
Əmirliynən düşmənsən, biz də bilirik düşmənsən. Bəs cavanlara yazığın
gəlmirmi?!" Dedi: "Sultan Əmirlinin özünün öz Bircə balasına yazığı gəlmirsə,
qardaşını öz əlinnən əzrayıla verib, ən yaxın dostu Xalxalini - Pişəvərini əzrayıla
verib, ən istəkli alimi Nəcəfoğlunu əzrayıla verib, indi də qardaşı oğlunu Bircə
balasını da öldürürsə, mənim niyə yazığım gəlməlidi!"
Onda bir şey qanmadım bunun sözlərindən.
Hardan biləydim ki, sənin əmin mənim bu "dədə" dediyimdən də əclafıymış!
Hönkür-honkür ağladığım yerdə, bir də gördüm yenə Gülənovdu, maşınından
düşüb dayanıb qabağımda, bu nal da əlində, elə o vaxtkı kimi, yenə ayağını
ayağıma vurur, böyrümü dümsükləyir ki, "Sənnənəm, ay qız! Hazırlaş, Bakıya
gedəcəksən. Bu nalı aparıb Səmədə verəcəksən, atasının ölümü barədə həqiqəti
deyecəksən".
O vaxtkı kimi, nal əlimdə, qurudum qaldım.
Anam süfrə açdı kötüyün üstə. Bu əclaf öpüşdü Gülənovnan. Demə Mirqəzəb
elə onda yerində deyilmiş, dostları da Gülənova xəbər veribmişlər ki,
Mirqəzəbnən Persin işləri xarabdı, Sultan Əmirlinin bəxt ulduzu doğur,
Gülənovlar, Qudalılar yığışın, başmıza çarə qılın. Bunlar da yığışıb "Şüşəli"də,
sonra da ağsaqqallarının dağılmışında qurğu qurubmuşlar, Sultan Əmirlini
ləkələmək xatirinə mənim yazıq bacılığımnan sənin məhəbbətinə suiqəsd
düzəldibmişlər. Gülənov "qardaş-qatili"ndən danışırdı, mənim bu "dədə"
dediyim də ağzından öpürdü onun. Dəli oldum, Səməd! Kötüyünüstə nə varıydı,
başlarına çırpdun!.. Əsl dəli mənəm o gündən. Kəndə gələndə gözüm dirənir
Xəlvət Rəhimin darvazasına. Elə ki, görürəm yığışdılar, heç olmasa qazanlarını
aşırmasam, rahat olmur ürəyim.
Eşit, bax, gözünün içinə deyirəm bunun: dədəm yoxdu mənim!
Anamı atdı getdi professor Məhərrəmovun baldızıynan evləndi, bağışladım.
O taya getdi gəldi, "Şeyx Ağ Əmir, Şeyx Boz Əmir" yazdı,! mənim can-
ciyərimin atasını çək-çevirə saldı, onu da bağışladım. Çünki Sultan Əmirliyə
düşmənçiliknən əlaqədarıydı bunun hamısı. Professornan qohum olmağı da
düşmənçiliknən bağlıdı, yazı-pozusu da.
Üzünə deyirəm, evi yandırtdıran da budu!
Dostları ilə paylaş: |