______________Milli Kitabxana_______________
danışıb "əşyayi-dəlili" Səmədə verən Gülbəniz razı olar ki, Səməd bu nalı silah
kimi işlətsin, nə də Çax-çux özü arzu eləyər ki, bu nal bir vaxt Persin əmri ilə
sədr Mədədin gicgahını partlatdığı kimi, indi də sədr Mədədin oğlunun qisas
hökmü ilə, "qardaş qatili"nin gicgahını partlatsın; Gülənovun darvaza qabağına
qoyduğu milisionerlə və sədr Mədədin mauzeri ilə əlaqədar qurğunu Çax-çux
ona görə ləğv elədi ki, başına gələn müsibətlərdən sonra Səməd üstəlik də "eşq
dəlisi", "əmisi arvadının oynaşı" və "əmisinin qatili" damğaları ilə damğalanıb
qazamata düşməsin, partbiletini, gələcəyini itirib, ömürlük bədbəxt qalmasın;
əgər ömürlük bədbəxt qalmağını istəmirsə, Səməd sadəca bir iş görməlidir: bu
nalı aparıb o qatilin qabağınaca qoymalıdır. "Danış, əmi. Danış görüm qardaşını
necə öldürdün" deməlidir, vəssalam. Bundan başqa heç nə lazım deyil. Niyə?
Çünki divin canı şüşədə olan kimi, o siyasətcil qatilin canı da bu
"əşyayidəlil'dədir: "əşyayi-dəlil" özü onun gözünün içinə deyəcək ki, məktub
yazıb Mirqəzəbi ifşa eləməyə çalışanda da tək öz canıyın qeydinə qalıbsan,
teleqramı gizlədib, əzrayılı qardaşıyın üstünə göndərəndə də!.. Beləcə ifşa
edəcək onu bu nal. Xirtdəyindən yapışıb boğacaq. Hətta Səmədin heç
dillənməyib, nalı onun qabağınaca qoymağı da bəsdir ki, nəfəsi kəsilsin, Yağır
Məmmədəlinin oğlu ilə birlikdə Səməd də rahatlıq tapsın, düşmənçilik qurbanı
olan o zənən də, təhlükə gözləyən Qudalılar da.
"Sinəsindəki sirləri" açıb tökəndən sonra Çax-çux Xalıq Səmədə belə "sadəcə
bir iş" təklif etdi.
* * *
Səməd duyurdumu, anlayırdımı ki, "sadəcə bir iş" və "Danış, əmi. Danış
görüm qardaşını necə öldürdün" sözləri ilə beyninə toxum səpilir, əmi ilə
qardaşoğlunun
arasında
toqquşmaya
zəmin
hazırlanırdı?
Duyurdumu,
anlayırdımı ki, qurduğu qurğunu "ləğv elədiyin"dən danışan bu qorxunc qurğu
ustası, əslində, heç nəyi ləğv eləməyib, ancaq silahı dəyişdirmişdi - sədr
Mədədin mauzerinin əvəzinə "əşyayi-dəlil nalı" qoymuşdu ki, lap tezliklə, hadisə
yerində bu "silah" "eşq dəlisi"nin, "əmi qatili"nin əlinin izi ilə birlikdə "ortalığa
çıxsın". Yox, Səməd, əlbəttə, nə duyurdu, nə də anlayırdı; əmisini onsuz da
tabutda görən və bu ölümdən özü də dirigözlü ölüyə çevrilən adam nə duya
bilərdi, nə anlaya bilərdi?!
______________Milli Kitabxana_______________
13
Toz-torpaq içində son kağız qırıntılarına qədər yığandan sonra Qılınc, Təftiş,
Kətyən koması çağrılan başıaşağı, səssiz-ünsüz qəlyanlı ilə elə ona oxşayan
Möhsün kişi, hamıdan axırda isə, bir-iki saatda yüz il də qocalmış kimi ikiqat
Abı, arası dolu, ağır köynəklərini aparıb, Müslümün açıb təmizlədiyi "baqajnik"o
- yükyerinə, oturacaqların "sideniye"lərin aralarına doldurdular. Sultan necə
hiddətli və yarımcan gəlmişdisə, eləcə də yarımcan, xarabalığın qırağında,
quyunun dikdirində oturub hərəkətsiz qalmışdı. Bayaqdan bəri azı beş-altı dəfə
öz- özünə: - Kimin işidi?! Kimin işidi?! - deyə-deyə Qılıncı çağırıb sorğu-suala
tutmuşdu: "Mədəd divardan kitab çıxarmamışdı ki? Bəlkə çıxarıb, görüblər?..",
"Mən Müslümü çox sədaqətli sayıram, sən necə?", "Bəlkə, deyirəm Bakıdan
təcrübəli adamlar çağıraq, elə Xalıqın özünü istintaqa çəksinlər?", "Vərəsə"nin
bu qədər gizli yerini bilən adamı tapmalıyıq, ya yox?!" və sairə.
Xarabalıqda heç kəs hiss eləmirdi ki, Sultanın bir gözü Badsəbanın daxması
tərəfdə tək dirək kimi duran Bircə balada idi, Səmədin gözü də əmisində idi.
Yalnız əmisi xırıltı ilə: - Yaxın gəl! - deyəndən sonra Səməd yaxın getdi və
yalnız indi gördü ki, əmisi də eynilə Abı kimi büzüşüb, elə bil həyatdan əlini
üzmüşdü.
- Nalı niyə götürdün?!
Sual nə qədər gözlənilməz olsa da, Səməd o an başa düşdü ki, əmisi
düşmənin niyyətini duyub və məhz duyduğuna görə də sözünü naldan başladı.
Gizlətmə! Açıq de! O gecəki kimi, mərd danış!
Səməddə də hey qalmamışdı.
- "Əşyayi-dəlil" deyirlər onlar bu nala... Gülbəniz kəmərimə sancdı, mane
olmadım... qaytarmadım.
- Niyə?!
- Olub.
- Çax-çux bunu Sultan Əmirlinin birinci cinayəti adlandırdı.
- Düz deyir. Cinayətdi. Səməd tir-tir əsdi.
- Əmi! Mən yaşamaram bundan sonra. Sən... sən necə yaşamısan?!
- Qulaq as... - Sultan inildəyirdi. - O il... Qırx altıncı ildə Rusiya
ermənilərinin, Suriya ermənilərinin, Türkiyə, Qresiya ermənilərinin...
______________Milli Kitabxana_______________
qısası, bütün planet ermənilərinin birbaşa Roma papasına bağlı Katalikoslara,
Sovetler İttifaqı Kommunist partiyasının bilavasitə köməyiynən beynəlxalq
nüfuzlu qərar çıxartdırıblar Vaşinqtonda. Əslində Vaşinqtonun yox, Vatikanın
əməlidi o qərar. "Genosid" - milli qırğın deyirlər. Guya Türk Ermənini qırır...
İşin kökünü bilməlisən sən. Dünənin -srağagünün işi deyil bu. Qresiyada, Rimdə
illərlə yox, əsrlərlə düşünülmüş plandı. Eramızın onuncu əsrinin axırına qədər
indiki Rusiya, Ukrayna, Belorusiya, Bolqarıstan, Gürcüstan
ərazilərini
xristianlaşdırandan sonra, indiki Türkiyə ərazisində Ərzincan - "Yerzincan"
deyilən yerə bir dəstə Hay sürüblər. Daha, doğrusu, köçürdüblər. Bu niyyətnən
ki, Türkiyə müharibəyə cəlb olunanda Hay arxadan vursun. Eşidirsənmi?..
Əmiyin cinayətinin tarixini danışıram. Diqqət yetir: hardadı indiki "Ermənistan
SSR?" Yerində deyil. Bunu lap asta-asta eləyib Vatikan. Ərzincandan, bir az da
bizim Cənubumuzdan yavaş-yavaş sürüşdürüb bu yana, "Hay" olub ƏrMəni.
Bizim torpağın adıynan ey!.. Nəticə nə olub? Erməni girib türk ərazilərinin
ortasına. Vatikan başlayıb Ermənini silahlandırmağa. Rusun, İngilisin əliynən.
Qalanını az-çox bilirsən. Min doqquz yüz beşinci ildən bu vaxta qədər,
fasilələrnən qanımızı su yerinə axıdıblar. Həyasızlaşdılar, başladılar xaricdən
Ermənini köçürməyə buraya - içərimizə. Bakı doldu Erməni milyonerləriynən,
İngilisnən əl-ələ, nefti aldılar ələ. Gəncə, Şamaxı, Şəmkir, Qazax, hər yerdə
Erməni! "KPSS - "Domokl qılıncı" durub başımızın üstə, hünərin var səsini
çıxart, etiraz elə. Əksinə! "Qardaş oldu Hayestan - Aaazərbaycan!.." Bir yandan
sür, qır, o biri yandan müğənnilərimizə hər gün oxutdur: "Qardaş olub..." Belə
şeyləri də bilirsən az-çox. Bilmədiyini bil indi. Xeyirxah adamlar o dediyim
"genosid" qərarının, katolikosların məktublarının, bu barədə nə varsa, hamısını
surətlərini çıxardıb göndərirdilər mənə: SafAğ Varisinə!.. Bütün materiallardan
lap aydın görünürdü ki, plan çoxillik müharibələr üçündü, Türkü Yer üzündən
silmək, Xəzərnən Qaradəniz arası ərazidə "Velikaya Armeniya" dövləti
yaratmaq, neftimizi, varidatımızı sağa-sola axıdıb qızıl yığmaq, nəhəng ordu,
böyük hərbi texnika yaratmaq, bütün planeti inək kimi sağmaq... Mirqəzəb dörd
yüz kommunisti - Türkü - SafAğı bir gecəyə güllələtdi. Başladılar orda-burda
Muğannaların - UluBağların "Pünhan"larını beş-bir, üçbir dənləməyə ki, belə
böyük fatehlik planından baş açan qalmasın. Hər gecə Gürcüstana qaçırdım,
Pünhan "Aşıq"larımızı təhlükə zonalarına göndərirdim ki, toy-şan bəhanəsiynən
gəzib-dolanıb xəbərdarlıq
Dostları ilə paylaş: |