İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə80/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   76   77   78   79   80   81   82   83   ...   88

188
S.Vəlizadə. Azərbaycanın müasir vergi sisteminin formalaşması istiqamətində aparılan islahatlar, onların nəticələri...
3. Azərbaycan Respublikasında aparılan vergi siyasəti və
islahatlarının nəticələri
Əlverişli vergi mühiti bazar iqtisadiyyatının hərəkətverici qüvvəsi olub ölkənin
sosial-iqtisadi inkişafında, biznes münasibətlərinin genişlənməsində mühüm rol oy-
nayır. 
Dövlət müstəqilliyi əldə etdikdən sonra müstəqil iqtisadi siyasət aparmaq imkanı
əldə edən Azərbaycan Respublikası müxtəlif mülkiyyət formalarına və beynəlxalq
təsərrüfat sisteminə inteqrasiyaya əsaslanan yeni iqtisadi sistemin - bazar iqtisadiy -
yatının formalaşdırılması yolunu seçmişdir.
Əvvəldə  qeyd  etdiyimiz  kimi,  1993-cü  ildən  ümummilli  liderimizin  siyasi
hakimiyyətə gəlməsi ilə vergi xidmətində dərin islahatlar və 2000-ci ildən başlayaraq
vergi orqanlarının strukturunun yenidən qurulması ilə Azərbaycan Respublikasının
Ümummilli lideri Heydər Əliyevin bilavasitə qayğısı və diqqəti nəticəsində vergi
sisteminin təkmilləşdirilməsinə, onun vahid hüquqi bazasının yaradılması, vergi
dərəcələrinin aşağı salınmasına və güzəştlərin azaldılması hesabına vergitutma baza-
sının genişləndirilməsi, iqtisadiyyatda investisiya qoyuluşunun stimullaşdırılmasına,
kiçik və orta sahibkarlıq üçün əlverişli şəraitin yaradılmasına yönəldilən vergi siyasə-
tinin həyata keçirilməsi, habelə vergi xidməti orqanlarının fəaliyyətinin səmərə -
liliyinin artırılması istiqamətində mühüm məqsədyönlü işlər görülmüşdür.
Ümumiyyətlə, yuxarıda danışdığımız vergi islahatlarının nəticələrini aşağıda qısa
başlıqlarla nəzərdən keçirək.
3.1.Vergi qanunvericilik bazası təkmilləşdirilmişdir
Azərbaycanda müstəqil vergi xidmətinin nisbətən yaxın keçmişdə - 1991-ci ildə
yaradıldığını nəzərə alsaq, o vaxtla vergitutma sahəsində müxtəlif dövrlərdə qəbul
edilmiş bir sıra qanunlar və digər normativ-hüquqi aktlar ölkədə yeni iqtisadi sis-
temin  tələblərinə  cavab  vermirdi  və  çox  vaxt  onların  gedişinə  süni  maneçilik
törədirdi. Bu səbəbdən də qərara alındı ki, qısa vaxt ərzində Vergi Məcəlləsinin la -
yihəsi hazırlansın. 
Bu zaman beynəlxalq maliyyə qurumlarının, yerli və xarici iş adamlarının və
mütəxəssislərin fikir və tövsiyələri nəzərə alınmaqla Vergi Məcəlləsi layihəsinin
hazırlanması prosesində vergitutmanın sadələşdirilməsi, onun bazasının genişlən -
dirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişlən -
dirilməsi və s. prinsiplər əsas götürüldü. Beləliklə, böyük səylə hazırlanan Vergi
Məcəlləsi Milli Məclisdə geniş müzakirə olunaraq 2000-ci il 11 iyul da qəbul  edildi
və 2001-ci  il  yanvar ayının 1-dən etibarən qüvvəyə  mindi. Həmin tarixdən in-
diyidək Vergi Məcəlləsində çoxlu sayda əlavə və dəyişikliklər edilərək beynəlxalq
standartlara uyğunlaşdırılmışdır.


3.2. İqtisadiyyatı stimullaşdırmaq məqsədilə mövcud reallığa uyğun vergi yükü 
müəyyən edilmiş və bir çox ölkələrlə ikiqat vergitutma aradan qaldırılmışdır
Vergi xidməti formalaşandan bu zamana qədər vergi dərəcələri daim aşağı salın-
mış, bu, həm ümumi vergi daxilolmalarının artmasında, həm də investisiya qoyu-
luşlarının  dinamikasının  yüksəldilməsində  öz  təsirini  göstərmişdir.  Aşağıdakı
cədvəldə büdcə daxilolmalarına görə xüsusi çəkisi ən böyük  üç vergi növü nəzərdən
keçirilmişdir. Bundan başqa, investisiya axını stimullaşdırmaq məqsədilə dünyanın
41 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalanmışdır
[7,10].
Cədvəl 1. Vergi dərəcələrinin dəyişmə dinamikası (%-lə)
Mənbə: http://www.taxes.gov.az sayıtının məlumatları əsasında müəllif tərəfindən işlənmişdir.
3.3. Səmərəli vergi siyasəti tezliklə vergi daxilolmalarının artımına
zəmin yaratmışdır
Vergi daxilolmalarının son 6 il (2005-2011-ci illər) ərzində artım dinamikası cəd-
vəl 2-də verilmişdir. Cədvələ nəzər salsaq, görərik ki, bu illər ərzində vergi daxilol-
maları sıçrayışla artmışdır. 2011- ci ildə daxil olan vergilərin yekun məbləği 2005-ci
ilə nisbətən təqribən 5 dəfə artmışdır [8].
3.4. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi tətbiq edilmişdir
Ölkə Prezidentinin 21 oktyabr 2005-ci il tarixdə təsdiq etdiyi “Azərbaycan Res -
publikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci
illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan) qəbul edilməsi vergi orqanlarının
da bu prosesdə iştirak etmək zərurəti yaratmışdır. Bu istiqamətdə atılan ən mühüm
Hüquqi şəxslərin mənfəət vergisi Fiziki şəxslərin gəlir vergisi Əlavə Dəyər Vergisi
İllər
dərəcə (%)
İllər
dərəcə (%)
İllər
dərəcə (%)
1992-1996
35
1992-1995
12-55
1992
0; 28
1997-1998
32
1996-1999
12-40
1993-2000
0; 20
1999
30
2000-2003
12-35
2001-2010
0; 18
2000-2002
27
2004-2009
14-35
2003
25
2010
14-30
2004-2005
24
2006-2009
22
2010
20
189
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


addımlardan  biri AVİS  layihəsinin  həyata  keçirilməsi  olmuşdur. AVİS  elektron
hökumətin qurulması istiqamətində həyata keçirilən əsas layihələrdən biri olmaqla,
vergi sistemində çox mühüm texnoloji dəyişikliklərə səbəb olmuş və Azərbaycanın
vergi xidmətini təkcə MDB ölkələri arasında deyil, həm də Şərqi Avropada ən mo -
dern  informasiya  texnologiyasına  malik  bir  orqana  çevirmişdir.  2006-cı  ilin
əvvəlindən bu sistemin tətbiqi nəticəsində vergi inzibatçılığının təkmilləşdirilməsinə,
vergi sistemində sənəd dövriyyəsinin elektron formata keçirilməsinə, məlumatların
işlənməsi sürətinin dəfələrlə artmasına, operativ və çevik vergi nəzarətinin qurul-
masına, digər qurumlarla inteqrasiyanın həyata keçirilməsinə nail olunmuşdur.
3.5.Sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə
qeydiyyatının aparılmasına başlanılmışdır
Bu  vəzifə  Vergilər  Nazirliyinə  həvalə  edilmişdir.  2008-ci  il  yanvarın  1-dən
etibarən elektron hökumətin daha bir elementi kimi “bir pəncərə” sistemi bütün
məlumatların eyni mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla
Cədvəl 2. Dövlət büdcəsinə vergi daxilolmaları haqqında məlumat (min man)
Mənbə: http://www.taxes.gov.az.
Vergi və digər
ödənişlər
Daxilolmalar 
2005
2006
2007
2008
2009
2010
2011
ƏDV
346 057,5
400 539,2
669 648,9 1 169 893,6 1 180 280,6 1 271 462,7 1 387 662,7
Aksizlər
121 249,6
164 047,2
330 585,1
395 810,5
417 368,2
452 027,4
417 394, 4
Mənfəət
vergisi
356 957,5 1 375 561,6 2 459 184,6 2 863 950,2 1 329 192,5 1 429 824,9 2 133 993,3
Mədən
vergisi
53 540,1
100 201,6
123 233,1
147 749,5
121 904,4
130 074,4
129 770,0
Torpaq
vergisi
15 267,9
18 820,5
27 288,3
30 789,7
26 235,6
35 311,2
35 321,0
Əmlak 
vergisi
40 436,3
56 253,6
72 759,6
113 225,5
66 168,7
101 811,5
103 867,1
Fiziki 
şəxslərin
gəlir vergisi
319 211,9
412 250,3
596 596,9
637 800,2
581 873,3
590 235,1
715 656,2
Dövlət
rüsumu
35 666,5
33 500,2
50 063,2
59 870,7
72 874,5
89 519,1
104 804,8
Yol
vergisi
9 023,4
10 338,9
17 144,1
27 365,6
16 462,8
15 168,8
28 095,4
Sadələşdi -
rilmiş vergi
18 824,8
29 694,4
48 106,2
65 654,5
63 573,7
65 525,0
100 425,7
Digər 
daxilolmalar
111 217,4
115 413,7
154 649,0
234 455,8
237 465,7
111 839,9
318 071,4
Cəmi
1 427 452,9 2 706 282,3 4 549 259,0 5 746 565,8 4 113 400,0 4 292 800,0 5 475 062,0
190
S.Vəlizadə. Azərbaycanın müasir vergi sisteminin formalaşması istiqamətində aparılan islahatlar, onların nəticələri...


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə