İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə82/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   78   79   80   81   82   83   84   85   ...   88

194
S.Vəlizadə. Azərbaycanın müasir vergi sisteminin formalaşması istiqamətində aparılan islahatlar, onların nəticələri...
ları, hər 2-3 ildən bir isə qüvvədə olan vergi qanunvericiliyinin səmərəliliyinin dərin
təhlili aparılmalıdır. Əgər belə bir təhlil mənfi nəticə çıxarmağa əsas verirsə, onda
gecikmədən islahatlar aparmaq lazımdır. Belə bir tendensiya əsasən iqtisadi cəhətdən
inkişaf etmiş ölkələrə xasdır [14].
Respublikamızın vergi sistemi qarşısında duran əsas məqsədləri, əsasən, aşağıdakı
kimi qruplaşdırmaq olar [14, 15]:
 vergi sistemi maksimal dərəcədə sadələşdirilməsi. Vergi sisteminin mürək -
kəbliyi inzibati xərclərin artmasına səbəb olur ki, bu vergi ödəyicilərinin ayrı-
ayrı qrupları arasında vergi yükünün qeyri-bərabər bölüşdürüldüyü fikrinə
inam yaradır;
 vergi sisteminin stimullaşdırıcı rolunun artırılması. Yaxın illər ərzində büdcə
gə lirlərinin artırılması yalnız vergi yükünün deyil, vergi bazasının genişlən -
dirilməsi hesabına artırılması nəzərdə tutulur. Fiziki şəxslərin gəlir və hüquqi
şəxslərin mənfəət vergisinin dərəcələrinin aşağı salınması, vergitutma baza-
sının genişlənməsi artıq ənənəvi hal alıb və bu tendensiyanın gələcəkdə də
davam etməsi planlaşdırılır. Bundan başqa, Respublikamızın iqtisadi modeli
sosial yönümlü olduğundan kiçik biznesin stimullaşdırılması üçün sadələş -
dirilmiş verginin tətbiqi davam etdirilməlidir ki, xüsusilə regionlarda kiçik
biznes obyektləri rəqabətqabiliyyətli olsunlar və məşğulluq problemi tam həll
olunsun;
 vergi sisteminin sabit və proqnozlaşdırılan olması, rəqabətliliyi təmin etmə-
sidir;
 vergi orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması;
 vergi sahəsində Avropa İttifaqına üzv olan ölkələrlə əməkdaşlığın inkişaf et-
dirilməsi;
 vergi ödəyicilərinin hüquqlarının qorunması məqsədilə apelyasiya sisteminin
daha da təkmilləşdirilməsi.
İnkişaf etmiş ölkələrin təcrübələrinə əsas götürərək bu məqsədlərin reallaşdırıl-
ması üçün vergi islahatları aşağıdakı prinsiplər əsasında aparılmalıdır [14]:
1. Aşağı dərəcəli vergi sisteminin yaradılması iqtisadi tədqiqatların göstərdiyi
kimi, vergi sistemində baş verən bütün əyrintilər məhz vergi dərəcələrinin son
həddinin kəmiyyəti ilə bağlıdır.
2. Vergidən yayınmanın müxtəlif sxemləri əsasən vergi şkalasının mütərəqqiliyi
və kapitalın müxtəlif dərəcələrlə vergiyə cəlb edilməsi ilə bağlı olur. Gəlirlərin
vergiyə cəlb edilməsinin müxtəlif rejimlərinin zəiflədilməsi vergi qanunveri-
ciliyinin kobud surətdə pozulmasının hallarının qarşısını alır və onlarla bağlı
cəza tədbirlərinin də sayının xeyli aşağı düşməsinə səbəb olur. Beləliklə, gəlir-
lərin leqallaşdırılması cəhdləri artır və münbit investisiya mühiti formalaşır.
3. Vergi sisteminin “yaxşı” hesab edilən vergilərdən formalaşdırılması. “Yaxşı”
vergi dedikdə son nəticədə bu verginin kimin ödəyəcəyinin əvvəlcədən məlum


195
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
olması nəzərdə tutulur. Məsələn, ABŞ-da korporativ gəlir vergisi “pis” vergi
kimi təyin olunmuşdur. Çünki bu verginin ağırlığı istehlakçıların və səhmdar-
ların üzərinə düşür, nəticədə kapital yığımı və investisiya fəaliyyətinə maneçi-
lik törədir.
4. Vergi sistemindəki dəyişikliklərin mahiyyəti sıravi vergi ödəyicisi üçün başa
düşülən olmalıdır. 
5. Vergi islahatları barədə xəbərdarlıq edilməsi. Çünki bəzən sahibkarlar vergi
qanunvericiliyinə  edilən  dəyişikliklər  barədə  cari  maliyyə  ili  ərzində,  in-
vestisiyalarını  müəyyən  sahələrə  yerləşdirdikdən,  biznes  sövdələşmələri
bağladıqdan sonra xəbər tuturlar ki, bu da həm biznes, həm də büdcəyə da -
xilolmalar sahəsində müəyyən itkilərə gətirib çıxarır.
6. Vergi islahatları həyata keçirilərkən qarşıya çoxlu sayda vəzifələr qoyulma-
malıdır. Məsələn, vergi sisteminə ağır fiskal tələblər müəyyən etmək və eyni
zamanda biznes fəaliyyətinin stimullaşdırılması, gəlirlərin artırılması və s. kimi
məqsədlər qoyulması son nəticədə ona gətirib çıxaracaq ki, nəzərdə tutulmuş
məqsədlərin heç bir tam olaraq reallaşdırıla bilməyəcəkdir.
7. Növbəti  vergi  islahatlarına  başlayarkən,  bu  islahatlar  nəticəsində  hansı
nəticələrin əldə ediləcəyini qabaqcadan dəqiq təsəvvür etmək, islahatların
qarşısında duran vəzifələrin optimallıq şərtini müəyyən etmək lazımdır. 
5. Nəticə
Bu elmi məqaləmizdə müstəqillik əldə etdikdən sonra müasir vergi sisteminin
qurulması  istiqamətində  aparılan  islahatlardan  və  onların  perspektiv  inkişaf  is-
tiqamətlərindən bəhs açdıq. Lakin o da qeyd edilməlidir ki, bu islahatlar o qədər
geniş mövzudur ki,bunları bir məqaləyə sığışdırmaq mümkünsüzdür və bu baxımdan
biz daha önəmli məqamlara toxunmağa  və onları təhlil etməyə çalışdıq. Bu təhlil-
lərimizdən  yalnız  bir  nəticəyə  gəlmək  olar  ki,  Ümummilli  Liderimizin  siyasi
hakimiyyətə gəlməsi ilə bütün sahələrdə olduğu kimi, vergi sahəsində də həyata
keçirilən kompleks islahatlar vergi sistemindəki yaranmış geriliyin aradan qaldırıl-
masına imkan vermiş, Azərbaycanda sabit vergi sistemi yaradılmışdır və bunlar
nəticə etibarilə strateji planların həyata keçirilməsi üçün əlverişli şərait yaratmışdır. 
Dünya Bankı, BVF, ABŞ Xəzinədarlıq Departamentinin, Avropa Komissiyası və
PWC şirkəti ekspertlərinin vergi qanunvericiliyinə əməl edilməsinə və elektronlaşma
səviyyəsinə görə respublikamızın vergi sisteminə verdikləri qiymətlər və rəylər bunu
deməyə əsas verir ki, müstəqillik illərində həyata keçirilən bu islahatlar cəmiyyəti
vergilərə dair elementar biliklərinin olmadığı bir mərhələdən vergi quruculuğu tarix
baxımdan qısa bir zaman kəsiyində, cəmi 20 il ərzində bir çox ölkələrin bəzən yüz
illərlə qət etdikləri bir inkişaf prosesinə keçirmişdir. Bu illər ərzində bütövlükdə lib-
eral və rəqabətqabiliyyətli bir vergi sistemi formalaşdırılmış, Azərbaycanda sər-


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə