İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə85/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   80   81   82   83   84   85   86   87   88

istənilən xarici effektlərlə işləmək bacarığı müd-
dəası yeni institusional iqtisadi nəzə riyyədə ilk
dəfə 1966-cı ildə görkəmli amerika iqtisadçısı
Nobel mükafatı laureatı Corc Stiqler (1911-1991)
tərəfindən belə şərh edilmişdir: “Əgər mülkiyyət
hüquqları  dəqiq  müəyyənləşdirilmişsə  və
transaksiya  xərcləri  sıfıra  bərabərdirsə,  onda
resursların yerləşdirilməsi (istehsalın strukturu),
mülkiyyət  hüquqlarının  bölünməsi  dəyişiklik-
lərindən asılı olmayaraq, sabit və effektiv qala-
caq”.  Bu nunla  belə,  C.Stiqlerin  bu  qənaəti
öz-özlüyündə   R.Krouzun   1960-cı  ildə  dərc
etdirdiyi  «Sosial  xərclərin  problemi»  məqa -
 ləsindən  qaynaqlanmışdır.  R.Kouz  isə  həmin
konsepsiyanı  eksternaliyalar  (xarici  effektlər),
istənilən fəaliyyətin xarici təsirli nəticələri (hansı
ki,  birbaşa  onun  iştirakçılarına  deyil,  üçüncü
şəxslərə aid edilir) nümunəsində sübut etmişdir.
Əvvəllər bu problemi tanınmış ingilis iqti-
sadçısı  Artur  Piqu  (1877-1959) «Rifahın iqti-
sadi nəzəriyyəsi» kitabında nəzərdən keçi rmişdir.
A.Piqunun  fikrincə,  mənfi  eksternaliyalar
nemətlərin  artıq  istehsalına,  müsbət  ekster-
naliyalar  isə  kəsirli  istehsala  səbəb  olur.  O,
«bazarın uğursuzluğu» («bazarın fias kosu») ad-
landırdığı belə vəziyyətlərin təcrid olunmasında
dövlətin iqtisadiyyata müdaxiləsini tövsiyə et-
mişdi.
R.Kouz eksternaliyaların hökmən «bazarın
uğursuzluğu»na apardığı fikrini təkzib etmişdir.
Onun fikrincə, eksternaliyalar probleminin ney-
trallaşdırılması üçün resurslara olan mülkiyyət
hüquqlarının dəqiq bölgüsü və transaksiya xər-
clərinin minimallşdırılması zəruridir.
R.Kouzun  bütün  əsərlərinin  leytmotivini
sosial təşkilatın hər hansı formasının   dövlət,
bazar  və  ya  firmanın  yaranışının  və  davamlı
fəaliyyətinin böyük xərclər tələb etməsi tezisi
təşkil edir. Buradan görünür ki, müxtəlif sosial
institutlar bu xərclərin səviyyəsinə və strukturuna
görə bir-birindən kəskin fərqlənə bilər və icti-
maiyyətə bir qədər ucuz başa gələn institutlar
daha effektiv ola bilər.
R.Krozun elmi tədqiqatları içərisində aşağı-
dakı əsərləri mühüm yer tutur:
1. Şirkətin təbiəti (The Nature of Firm, 1937);
2. Biritaniya radioyayımı (brodkastinqi): in-
hisarların öyrənilməsi (British broadcasting: A
Study in monopoly, 1950);
3. Sosial xərclər problemi (The Problem of
Social Cost, 1960);
4. Davamlılıq və inhisarlar (Durability and
Monopoly, 1972);
5. Şirkət, bazar və qanun (The Firm, the mar-
ket, and the law, 1988);
6. İstehsalın institusional strukturu (The In-
stitutional Structure of Production 1992).
R.Kouz  Nobel  mükafatına  layiq  görülən
tədqiqatının üzəridə 22 il işləmişdir. Mükafatı
alanda isə onun artıq 81 yaşı vardı. 9 il sonra
2000-ci ildə 90 yaşı haqlayanda R.Kouzun adına
institut (The Ronald Coase Institute) təsis edildi.
Bu fədakar insan indi də yaşının yüzü ötməsinə
baxmayaraq  həmin  institutda  tədqiqatlarını
davam etdirir.
İqtisadiyyat sahəsində Nobel mükafatına
1992-cı  ildə  «Qeyri-bazar  davranışları  da
daxil olmaqla insan davranışları və qarşılıqlı
münasibətlərinin geniş dairəvi məsələlərinin
mikro ekonomik  təhlil  sferasında  yayılması
təd qi qat larına  görə»  ABŞ  iqtisadçısı  Harri
Bekker layiq görülmüşdür.
Yəhudi əsilli ABŞ iqtisadçısı Harri Stenli
Bekker (Gary Stanley Becker) 2 dekabr 1930-cu
ildə  ABŞ-ın  Pensilvaniya  ştatında  Potsvill
şəhərində anadan olmuşdur. 
1951-ci ildə Prinston Universitetini biti rərək
bakalavr dərəcəsi, 1955-ci ildə isə Çikaqo Uni-
versitetində doktor elmi adı almışdır.
H.Bekker  1951-ci  ildə  görkəmli  Amerika
iqtisadçısı Nobel mükafatı laureatı Milton Frid-
menin (1912-2006) mikroiqtisadiyyat kursu ilə
201
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
Harri Stenli
Bekker


tanış  olur.  M.Fridmen  qeyd  edirdi  ki,  iqtisadi
nəzəriyyə bir oyun deyil, real dünyanın təhlilinə
kömək edən güclü alətdir. Onun kursu iqtisadi
nəzəriyyənin mahiyyətinə və strukturuna, prak-
tiki və mühüm məsələlər üzrə bəyanatlarına daxil
olmaq qabiliyyəti ilə zəngin idi. Həmin kurs və
M.Fridmenlə  sonrakı  əlaqələr  H.Bekkerin
tədqiqatlarına güclü təsir göstərdi.
H.Bekker 1954-1957-ci illərdə Çikaqo, 1957-
1968-ci illərdə isə Kolumbiya universitetlərində
dərs  demişdir.  Yenidən  Çikaqo  Universitetinə
qayıdan  H.Bekker  1970-ci  ildə  burada  iqti-
sadiyyat və sosiologiya professoru kimi çalışmış,
1983-cü  ildə isə  iqtisad  bölməsinə  rəhbərlik
etmişdir. 1987-ci ildə Amerika İqtisadçılar As-
sosiyasiyasının,  1997-ci  ildə  isə  Əməyin  İqti -
sadiyyatı Cəmiyyətinin pezidenti olmuşdur.
H.Bekker orijinal və nüfuzlu iqtisadçılardan
biri kimi tanınır. Onun ən böyük xidməti ənənəvi
olaraq digər ictimai fənlər - sosiologiya, demo-
qrafiya,  habelə  kriminologiya  tərəfindən  nə -
zərdən keçirilən bir çox mühüm sosial və iqtisadi
problemləri iqtisadi təhlilin tədqiqat predmetinə
daxil  etməklə  onun  çərçivələrinin  xeyli
genişləndirilməsi ilə bağlıdır.
Alimin  elmi  maraqlarının  başlıca  sahəsini
«insan kapitalı» nəzəriyyəsinin işlənib hazırlan-
ması  təşkil  edir.  H.Bekker  ilk  olaraq  əmək
bazarında ayrı-seçkilik probleminin neoklassik
təhlilini həyata keçirmişdir. Eləcə də, o, birincilər
sırasında  «insan  amili»nə  kapital  qoyuluşları
nəzəriyyəsinin praktiki tətbiqi sahələrini göstər-
mişdir. 
Yenilikçi alim olaraq H.Bekker iqtisadi təhlil
nöqteyi-nəzərindən cinayətkarlıq problemlərinin
öyrənilməsinə də töhfə etmişdir. Onun bu kon-
tekstdə yanaşmasının fərqləndirici xüsusiyyəti
hər  hansı  sosial  təzahürü  və  ictimai  həyat
sferasını  iqtisadi  təhlilin  əlavə  sahəsi  kimi
nəzərdən keçirməsidir.
H.Bekker öz metodunun tətbiqi üçün növbəti
sahə olaraq cinayət və cəzanın iqtisadi təhlilini -
iqtisadiyyat və hüququn birləşdiyi nöqtədə yer-
ləşən mövzunu seçmişdir. “Qanunu pozanların
davranışı” anlayışına “xərclər” və “mənfəət” iqti-
sadi anlayışlarını tətbiq etmək cəhdi də ilk olaraq
H.Bekkerə məxsusdur.
İqtisadi  agentlərin  vaxt  bölgüsünü  təhlil
edərkən,  H.Bekker  öz  müşahidələrini,  necə
deyərlər,  «ailənin  yeni  iqtisadiyyatı»  şəklində
ümumiləşdirmişdir  ki,  bu  da  nigah,  boşanma,
uşaqların doğulması haqqında qərarların qəbul
edilməsi  və  s.  kimi  halların  iqtisadi  təhlilinə
imkan yaratmışdır. O, ailə iqtisadiyyatı sahəsində
tədqiqatlarında ailə, o cümlədən nigah, boşanma,
uşaqların sayının seçilməsi, onların sağlamlığı,
tərbiyəsi, tədrisi, təhsili və s. ilə bağlı məsələlərin
həllinin dolğun iqtisadi təhlilini vermişdir. Bu
sahədə  H.Bekkerin  tədqiqatları  «yeni  istehlak
nəzəriyyəsi»  («new  theory  of  consumption»)
adını almışdır.
Ümumilikdə,  H.Bekker  onlarla  monoqra -
fiyanın, 50-dən çox məqalənin müəllifidir ki, on-
lardan əksəriyyəti bir neçə dəfə nəşr edilmiş və
başqa  dillərə  tərcümə  olunmuşdur.  Onun  adı,
həmçinin, iqtisadi icmalçı kimi işlədiyi «Biznes
həftəliyi”ndən («Business Week») geniş oxucu
kütləsinə yaxşı məlumdur. Buradakı köşəsində
alim ABŞ-da  və  onun  hüdudlarından  kənarda
iqtisadi həyatın ən əlamətdar hadisələrinin icmal-
larını dərc etdirmişdir.
Alimin elmi tədqiqatları içərisində aşağıdakı
əsərləri mühüm yer tutur:
1.Diskriminasiyanın iqtisadi nəzəriyyəsi (The
Economics of Discrimination,1957);
2.İnsan kapitalı (Human Capital, 1964);
3.Vaxtın bölgüsü nəzəriyyəsi (A Theory of the
Allocation of Time, 1965);
4.İqtisadi  nəzəriyyə  (Economic  Theory,
1971);
5.Ailə  haqqında  traktat  (Q.A.Bekkerlə
müştərək -Treatise on the Family. Cambridge,
1981).
H.Bekker çoxsaylı fəxri adlara və mükafat-
lara  layiq  görülmüşdür.  O,  1967-ci  ildə
С.B.Klark adına medalla təltif olunmuş, 1985-ci
ildə F.Seydman, 1987-ci ildə C.Kommons, 1991-
ci  ildə  A.Smit  adına  mükafatlar  almışdır.
H.Bekker ABŞ-ın Priston və Kolumbiya univer-
sitetlərinin və İsraildə Yerusəlim yəhudi univer-
sitetlərinin fəxri doktoru seçilmiş, Amerika Milli
Elmlər Akademiyasının, Amerika Elmlər və İn-
cəsənət Akademiyasının, Amerika Standartlar və
Yaradıcılar Assosiyasiyasının üzvü olmuşdur.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
202


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə