İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə87/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   80   81   82   83   84   85   86   87   88

Jurnal haqqında
“Azərbaycanın vergi jurnalı” (AVJ) jurnalı 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər
Nazirliyi tərəfindən təsis edilmişdir.
Müstəqil, resenziyalı elmi nəşrdir.
Jurnal beynəlxalq ISSN (Beynəlxalq Standart Seriya Nömrəsi) mərkəzində qeydiyyata alın-
mış (ISSN - 2219-8733) və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komis-
siyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.
Elmi missiya
“Azərbaycanın vergi jurnalı”nda, əsasən, vergiqoymanın müasir problemlərini və vergi işinin
ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən
ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Jurnalda həmçinin iqtisadiyyatın digər sahələrilə
bağlı yazılmış orijinal məqalələrin dərcinə də yer verilir.
Jurnalın dili
Azərbaycan, türk, ingilis və rus.
Əlyazmanın redaksiyaya təqdim olunma qaydası
Əvvəllər çap olunmuş və ya çap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyaz-
maların jurnala tədqim edilməsi yolverilməzdir.
Əlyazmanın orijinalı mükəmməl redaktə edilmiş halda 2 nüsxədə (həmçinin elektron forması
kompakt diskdə) müəllif(lər)in özü və ya tədqiqatın aparıldığı müəssisə tərəfindən göndəriş mək-
tubu ilə redaksiyaya (Azərbaycan Respublikası, Bakı, AZ 1073, Landau küçəsi, 16) təqdim edilir.
Əlyazma  müəllif(lər)  tərəfindən  imzalanmalı  və  onun  redaksiyaya  təqdimolunma  tarixi
göstərilməlidir.
Müəlliflər redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq müəllif anketi doldurmalıdır-
lar.  Göndəriş  məktubu  və  müəllif  anketinin  nümunəsini  jurnalın  internet  səhifəsindən
(www.vergijurnali.az) və ya redaksiyadan götürmək olar.
Əlyazmaların elektron qaydada təqdim edilməsi də mümkündür və bu zaman onlar jurnalın
elektron poçtuna (info@vergijurnali.az) göndərilir.
Əlyazmanın resenziyalaşdırılması və dərci
Redaksiyaya təqdim edilən əlyazmalar Elmi Ekspert Heyətinin üzvləri tərəfindən konfeden-
sial olaraq resenziyalaşdırıldıqdan sonra onların dərc edilib-edilməməsinə qərar verilir. Resen-
ziyalaşdırma  və  təsdiqetmə  müddəti  ümumilikdə  3  aydır.  Əlyazmalar,  resenziyalaşdırma
prosedurunun nəticələri əsas götürülərək, növbəlilik prinsipi ilə dərc edilir. 
Müəlliflik hüquqları
Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr
hüquqları  eksklüziv  olaraq  “Azərbaycanın  vergi  jurnalı”na  aiddir.  Jurnalda  çap  edilmiş
məqalələrin eynilə digər nəşrlərdə dərcinə yalnız redaksiyanın yazılı icazəsilə, sitatların ve-
rilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.
MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR
205
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


Nəşrin müəlliflərə təqdim edilməsi
Məqalə müəllifi(ləri)nə 1 nüsxə jurnal redaksiya tərəfindən hədiyyə edilir. Həmçinin müəl-
liflər məqalələrinin jurnalda yerləşdirildiyi qaydada tam mətninin elektron formasını jurnalın
internet səhifəsindən əldə edə bilərlər.
Əlyazmanın strukturu və həcmi
Əlyazmanın mətni dəqiq strukturlaşdırılmalı, bir sətir buraxılmaq və yeni sətirdən başla-
maqla, ardıcıl olaraq, “UOT”, “Məqalənin adı”, “Müəllifin adı və soyadı”, “Müəllifin işlədiyi
qurumun adı və ünvanı, müəllifin elektron poçt ünvanı”,  “Xülasə”, “Açar sözlər”, “Giriş”,  “Ma-
terial”, “Nəticə”, “Ədəbiyyat siyahısı” və xarici dillərdə xülasələr - “Аннотация”, “Ключевые
слова” və “Abstract”, “Key words”, “JEL Classification Codes” strukturunda tərtib edilməli,
həcmi  əlavələr,  şəkil  və  cədvəllər  daxil  olmaqla  iki  müəllif  vərəqi  -  80000  işarədən  (ara
boşluqları nəzərə alınmaqla) - 30 səhifədən çox olmamalıdır.
Əlyazmanın tərtib edilmə qaydaları
Əlyazmanın mətni Microsoft Office Word proqramında A4 formatda, Times New Roman -
14 şriftində (qara rəngdə), 1,5 intervalda yığılmalı, səhifələrin bütün kənarlarında 2 sm boş sahə
buraxılmalıdır.
Əlyazmanın başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın
şriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən
əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə
nömrələnməlidir.
Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər
üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nömrələndirilən, müvafiq
olaraq “cədvəl” və “şəkil” sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri
böyük olmaqla qalın şriftlə yazılmalıdır. Cədvəlin sütunlarının adı qısa olmalı, ölçü vahidləri
mötərizədə göstərilməlidir. 
Şəkillər elektron formatda “jpg”, “tif” fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az
olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Excell, Adobe Illustrator, Photoshop, CorelDRAW
və PowerPoint proqramlarından birində təqdim edilməlidir.
Cədvəl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində (Sİ)
verilməlidirlər. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələn-
məli, “Cədvəl” və ya “Şəkil” sözü də yazılmalıdır.
Əlyazmada istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının
izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir.
Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın qiyməti
yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri “burada” sözündən sonra yazılmalıdır. Tən-
liklər və düsturlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır. Hər düsturun üstündə və altında
bir-iki boş sətir olmalıdır.
Məqalənin mətnində sözlər, ümumi qəbul edilmiş bir neçə ixtisarlar və çox işlənən akronimlər
(və s., məs., ABŞ, BMT) istisna olmaqla, tam açıq verilməlidir.
Mətndə mövzu ilə bağlı zəruri istinadlar olmalıdır. İstifadə edilən bütün mənbələr “Ədəbiyyat
siyahısı” hissəsində əlifba sırası, yaxud da istinad olunan ədəbiyyatların mətnində rast gəlindiyi
ardıcıllıqla nömrələnməli və düzbucaqlı mötərizədə verilməlidir (məsələn: mənbəyə bütövlükdə
istinad edildikdə [1] və ya [3, 5, 8], sitat gətirildikdə [4, s. 17-18]).
206
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə