da böyük qələbələr gözləyir. Vaxtilə bir, ya
iki, ya üç medalla kifayətlənən ictimaiyyə-
timiz artıq böyük qələbələrə çatmaq üçün
yarışları seyr edir və biz bu qələbələrə la -
yiqik. Hər dəfə Olimpiya oyunlarında me -
dallarımızın sayı artır. Əminəm ki, növbəti
dəfə də artacaqdır”, - deyə Prezident İlham
Əliyev bəyan edib.
Son 10 il ərzində 35 regional Olimpiya
İdman Kompleksi tikildiyini vurğulayan
ölkə Prezidenti bildirib ki, idman infra-
strukturunun yaradılması nəticəsində hər
bir bölgədə idmanla məşğul olmaq üçün
gözəl şərait yaradılıb. Azərbaycanda is -
tedadlı idmançılar çoxdur. Təsadüfi deyil
ki, yeniyetmələr arasında I Olimpiya
Oyunlarında Azərbaycan 11-ci yerə çata
bilib. Bu, dünya miqyasında çox böyük
nəticədir. Yəni, gənc nəsil yetişir və onlar
yaxın illərdə böyüklər arasında keçiriləcək
yarışlarda da iştirak edəcəklər. Olimpi -
yaçılarımızın da əksəriyyəti gənclərdir.
Yəni, bu idmançılar son illər ərzində
yetişib, püxtələşib və artıq dünyanın bir
nömrəli idman yarışının qalibləri olublar.
Bütün bu işlərin təməlində düşünülmüş
siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət
dayanır.
“Mən çox şadam ki, gənclərimiz id-
mana meyillidirlər. Azərbaycan dövlətində
idmana və xüsusilə, idmançılara hörmət,
qayğı, dəstək gəncləri də, uşaqları da id-
manla məşğul olmağa sövq edir. Mən
hesab edirəm ki, hər bir bölgədə, - bu, artıq
reallıqdır, - idmançılara daha da böyük
diqqət və dəstək göstərilməlidir. Bizim
olimpiyaçıların tərkibində bölgələrdən
olan idmançılar da vardır. Olimpiya çem-
pionumuz Toğrul Əsgərov bölgədən olan
idmançıdır və fürsətdən istifadə edərək,
bütün gəncəliləri Toğrulun qələbəsi müna-
sibətilə ürəkdən təbrik etmək istəyirəm.
İstedadlı gənclərimiz hər bir rayonda, hər
bir kənddə vardır. Seleksiya işləri düzgün
aparılmalıdır, təlim-məşq toplanışları əl-
bəttə ki, müasir səviyyəyə çatmalıdır.
Hesab edirəm ki, bu gün idman növlərinin
əksəriyyətində bu, belədir. Əlbəttə ki,
peşəkar məşqçilərin fəaliyyəti uğurla -
rımızı daha da artıracaqdır”, - deyə Prezi-
dent İlham Əliyev bəyan edib.
Dövlətimizin başçısı deyib ki, Azərbay-
canda gənc nəsil vətənpərvərlik ruhunda
tərbiyə alır. Vətənpərvərliyi gücləndirən
amillərdən biri, bəlkə də birincisi idman
qələbələridir. İdman qələbələri insanları
coşdurur, insanların ürəyi qürur hissi ilə
dolur. İnsanlar bəzi hallarda sevincdən göz
yaşlarını saxlaya bilmirlər. Hər dəfə milli
bayrağımız qaldırılanda, dövlət himnimiz
səslənəndə hər bir vətənpərvər Azərbaycan
vətəndaşı fəxr edir. Olimpiya oyunlarında
idmançılarımız sevinclə dolu bu günləri
bizə bəxş etdilər. Bizim bayrağımız 10
dəfə qaldırıldı, iki dəfə dövlət himnimiz
səsləndirildi. Bunu böyük tarixi qələbə
kimi dəyərləndirən ölkə Prezidenti deyib:
“Mən əminəm ki, bu qələbələrin sayı daha
da çox olacaqdır. Bunu deməyə kifayət
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
21
Vətənpərvərliyi gücləndirən amillərdən
biri, bəlkə də birincisi idman
qələbələridir. İdman qələbələri
insanları coşdurur, insanların ürəyi
qürur hissi ilə dolur. İnsanlar bəzi
hallarda sevincdən göz yaşlarını
saxlaya bilmirlər. Hər dəfə milli
bayrağımız qaldırılanda, dövlət
himnimiz səslənəndə hər bir
vətənpərvər Azərbaycan vətəndaşı
fəxr edir.
qədər əsaslar vardır. London Yay Olimpiya
Oyunlarında uğurlarımız sadəcə olaraq,
son dörd il ərzində görülən işlərin məntiqi
nəticəsidir. Ancaq yenə də deyirəm, bu, id-
mandır. İdmanda məğlubiyyət də, ədalət-
sizlik də ola bilər. Bayaq qeyd etdiyim
kimi, idmançılarımızın bəziləri ədalətsiz-
liklə üzləşdilər. Gözlənilməz hadisə ola
bilər, zədə ola bilər. Ancaq iki qızıl, iki
gümüş və altı bürünc medalın qazanılması
hesab edirəm ki, məntiqi cəhətdən də,
ədalət baxımından da düzgündür. Çünki
həm idmançılarımız, həm dövlətimiz bu
qələbəyə layiq idi. Mən əminəm ki,
gələcək illərdə biz bu yüksək templəri
saxlayacağıq. Biz əldə edilmiş uğurlarla
kifayətlənməyəcəyik. Çünki biz heç bir
sahədə əldə edilmiş uğurlarla kifayətlən-
mirik. Heç bir uğur, heç bir qələbə, heç bir
inkişaf bizi sakitləşdirməməlidir və sa -
kitləşdirmir. Biz daim irəliyə, gələcəyə
baxmalıyıq. Növbəti Olimpiya mərhələ -
sində hansı işlər görülməlidir, hansı idman
növlərində qüsurlar vardır, biz federa -
siyaları harada daha da güclən dirməliyik,
hansı idman növündə islahatlara daha
böyük ehtiyac vardır, harada geriləmə
vardır?! Yəni, bu, canlı prosesdir. Biz əl-
bəttə ki, uğurlarımızla fəxr edirik. Ancaq
nöqsanları da görməliyik və görürük.
Düzgün nəticə çıxarmaq, gələcəkdə səhv -
lərə yol verməmək üçün düzgün təhlil
işləri aparılmalıdır və aparılacaqdır. Mən
hesab edirəm ki, idmanın inkişafına ca -
vabdehlik daşıyan bütün qurumlar sakit
şəraitdə bütün təhlilləri aparacaqlar. Növ -
bəti Olimpiya mərhələsinin daha da
səmərəli keçməsi üçün əlavə tədbirlərin
görülməsi də zəruridir.
Əziz dostlar, bir daha qeyd etmək
istəyirəm ki, həm ölkə Prezidenti, həm
Milli Olimpiya Komitəsinin prezidenti,
həm də bir vətəndaş kimi mən doğrudan
da qürur hissi keçirirəm. Çünki id-
mançılarımız ölkəmizi ləyaqətlə təmsil et-
dilər. Bizə qələbə sevinci bəxş etdilər.
Dünya miqyasında Azərbaycanı yüksək-
lərə qaldırdılar. Vətənə üzüağ, alnıaçıq,
qələbə ilə qayıtdılar”.
Dövlətimizin başçısı bildirib ki, Azər-
baycan dövləti, Milli Olimpiya Komitəsi
və bütün digər idman qurumları bundan
sonra da idmançıların fəaliyyəti, məişət
problemlərinin həlli üçün nə lazımdırsa
onu edəcək. İdmançıların mükafatlandırıl-
ması prosesi artıq başa çatıb. Pul mükafat-
ları verilib. Ancaq idmançılarımızın
Olim piya oyunlarındakı uğurlarını nəzərə
alaraq Azərbaycan dövləti olimpiya -
çılarımızı dövlət mükafatları ilə, orden-
lərlə, medallarla təltif edir.
Prezident İlham Əliyev dərin məz-
munlu nitqini bu sözlərlə yekunlaşdırıb:
“Bir daha demək istəyirəm ki, Azərbaycan
idmançıları Azərbaycanın idman şöhrətini,
Azərbaycan dövlətinin gücünü yüksəklərə
qaldırdılar. Bütün dünyaya nümayiş et-
dirdilər ki, gənc müstəqil Azərbaycan
dövləti böyük uğurlara nail olmaq üçün
tam hazırdır. Biz bütün dünyaya sübut et-
mişik ki, güclü ölkəyik. Bizim güclü id-
mançılarımız, güclü gənclərimiz vardır.
Bizim qələbəyə çatmaq üçün güclü
iradəmiz vardır.
Bütün uğurlar münasibətilə bir daha
idmançıları, məşqçiləri, idman mütəxəs-
sislərini ürəkdən təbrik edirəm. Olimpi -
yaçılara, idmançılara yeni uğurlar
ar zu layıram”.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
22
Dostları ilə paylaş: |