kompleksini yerli xammal bazası əsasında ən mütərəqqi texnologiyalara əsaslanan
yeni zavodların tikintisindən və yenidən qurulmasından ibarətdir. Hökumətin bu
planı həm də Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması
ilə paralel həyata keçirilir. Sumqayıtın mövcud infrastrukturunun bərpa olunması,
eyni zamanda yeni müəssisələrin yaradılması XXI əsrin ikinci onilliyi üçün əsas
hədəflər olacaqdır.
Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixdə imzaladığı «Sumqayıt
Kimya Sənaye Parkının yaradılması haqqında» Fərmanı da bu və digər məqsədlərin
gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir. Preamblua hissəsində
göstərildiyi kimi, belə bir fərmanın imzalanması ölkədə innovativ və yüksək
texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit
şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun
davamlı inkişafını təmin edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırıl-
ması məqsədinə xidmət edir. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkının
yaradılması nəzərdə tutulur. Həmçinin sənəddə göstərilir ki, sənaye parkı sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına
malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar
istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların
səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sumqayıt Kimya Sənaye
Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qa-
biliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradıl-
malıdır.
Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları istehsalı,
eləcə də Alüminium, Kondensator, MDF, “Müasir Tikinti Materialları”, Qlükoza is-
tehsalı zavodlarının istifadəyə verilməsi, “Qaradağ Sement” zavodunun yenidən qu-
rulması və 2 yeni sement, Bərk məişət tullantılarının yandırılması, Gəmiqayırma,
Günəş Panelləri, “Xovlu İplik”, Gübrə zavodlarının və digərlərinin tikintisinin
davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir. Energetika sənayesinin
inkişafı, o cümlədən alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və
bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində zəruri işlər görülür.
Sumqayıt Kimya Cənaye Parkı, Balaxanı Sənaye Parkı iqtisadiyyatın modern-
ləşdirilməsini, innovativ iqtisadiyyatın formalaşmasını, sahibkarlığın inkişafını
sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracatını artıracaq, əhalinin
məşğulluğunun artırılmasında önəmli rol oynayacaqdır.
3. Nəticə
Müasir qloballaşma şəraitində Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin
təhlili və onun inkişaf strategiyasının prioritetlərinin müəyyənləşdirilməsi is-
tiqamətində aparılan tədqiqat araşdırmaları ilə aşağıdakı nəticələr əldə edilmişdir:
144
M.Atakişiyev. Azərbaycan 2020: milli iqtisadi inkişaf və səmərəli yüksəlişin problemləri
145
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
qeyri-neft sektorunun inkişafının prioritet istiqamətləri müəyyənləşdirilmiş və
onun strateji inkişafının problemləri ətraflı araşdırılmışdır;
sənayedə istehsal olunan məhsulların rəqabətqabiliyyətliliyinin və keyfiyyət
göstəricilərinin artırılması hesabına ölkə iqtisadiyyatının dünya təsərrüfat sis-
teminə inteqrasiyası məsələləri sistemli tədqiq edilmişdir;
aparılmış hərtərəfli elmi araşdırmaların ümumiləşdirilməsi əsasında ölkə iqti-
sadiyyatının yaxın gələcəkdə inkişaf konturları və əsas hədəfləri müəyyən-
ləşdirilmişdir;
Azərbaycanın 2020-ci ilədək olan dövrü əhatə edəcək inkişaf konsepsiyasının
hazırlanmasında nəzərə alınmalı amillər göstərilmiş, elmi əsaslara söykənən
konkret müddəadan irəli sürülmüşdür;
dayanıqlı iqtisadi inkişafın təmini, ölkənin istehsal potensialının güc -
ləndirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sənaye
müəssisələrinin inkişafının prioritet istiqamətləri müəyyən olunmuşdur.
Ədəbiyyat siyahısı:
1.Atakişiyev M. Azərbaycan sosial-iqtisadi tərəqqi yolunda. Bakı: 2005, 262 s.
2.Səmədzadə Z.Ə. Dünya iqtisadiyyatı. Çin “İqtisadi möcüzəsi”. Bakı: Gənclik, 2001, 608 s.
3.Mehdiyev R. Azərbaycan: Qloballaşma dövrünün tələbləri. Bakı: XXI əsr. Yeni Nəşrlər evi,
2005, 464 s.
4.Hüseynov T. Azərbaycanda bazar sisteminin iqtisadi problemləri. Bakı: Elm, 2004, 228 s.
5.Əlirzayev Ə. Azərbaycanda sahibkarlığın inkişaf problemləri və həlli yolları. Bakı: Elm, 2000,
116 s.
6. www.azstat.org. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.
Атакишиев Мушфиг Джамил оглы
доктор экономических наук, профессор,
ректор Научного и Образовательного Центра Университета «Тафаккюр»
Азербайджан в 2020 году: Национальное экономическое развитие и
проблемы рационального подъема
Аннотация
Цель исследования - анализ реального состояния экономики Азербайджана в условиях со-
временной глобализации, определение приоритетных направлений стратегии её развития и
выдвижение соответствующих предложений в этой сфере.
Методология исследования - системный и сравнительный анализ, метод прогнозирования.
Результаты исследования - проведено системное исследование с точки зрения обеспечения
стабильного развития экономики Азербайджана, выдвинуты научно обоснованные предложе-
ния на основе мирового опыта.
Ограничения исследования - ограниченный доступ к информации, связанной с долгосроч-
ными национальными экономическими прогнозами развития в разных странах.
Dostları ilə paylaş: |