valyuta ehtiyatlarının artdığını, hazırda
44 milyard dollar olduğunu vurğu-
lamışdır. Xarici dövlət borcunun çox
aşağı səviyyədə olduğunu, ümumi daxili
məhsulun 7 faizini təşkil etdiyini
diqqətə çatdıran Prezident İlham Əliyev
demişdir: “Bu, dünya miqyasında ən
müsbət göstəricilərdən biridir. Buna bax-
mayaraq, mən göstəriş vermişəm ki, biz
əlavə kreditlərin götürülməsində daha da
ehtiyatlı olmalıyıq. Bu gün biz özümüz
kreditlər veririk və bu, həm siyasi, həm
iqtisadi cəhətdən müsbət haldır. Biz öz
pulumuzu müxtəlif alətlər vasitəsilə yer-
ləşdiririk. Götürüləcək kreditlər, sadəcə
olaraq, istisna hal kimi ola bilər. Çünki
əsas işlər dövlət büdcəsi, yaxud da ki,
əvvəllər götürülmüş kreditlər hesabına
görülür. Mən yeni kreditlərin götü -
rülməsinə o qədər də böyük ehtiyac gör-
mürəm. Yəni, müstəsna hal kimi etmək
olar, hər bir kreditin götürülməsi əsas -
landırılmalıdır. Bu, krediti götürmək
istəyən şirkət, yaxud da nazirlik tərə -
findən əsaslandırılmalıdır ki, biz xarici
dövlət borcunu artırmayaq. Düzdür,
ümumi daxili məhsulun 7 faizi çox aşağı
göstəricidir. Müqayisə üçün deyim ki,
inkişaf etmiş ölkələrdə bu, 80, 100, 150
faizdir və o, artıq iflasa gedən yoldur.
Bizdə 7 faizdir. Ola bilər müəyyən dərə -
cədə artsın, çünki əvvəlki illərdən gö -
türülmüş kreditlər hələ gəlməyə davam
edir. Ola bilər artsın, amma heç bir halda
10 faizi keçməməlidir və çalışmalıyıq ki,
növbəti illərdə biz bu kre ditlərin borcunu
bir az endirək. Halbuki biz bu borcu bir
gündə ödəyə bilərik. Yəni, bizim valyuta
ehtiyatlarımız borcumuzdan 10 dəfə
çoxdur.
Amma yenə də elə etməliyik ki, bu
gün də, sabah da, 10 ildən, 20 ildən, 50
ildən sonra ancaq inkişaf yolu ilə gedək.
Avropanın bəzi ölkələri borc götürməklə
bax, bu vəziyyətə düşdülər. Borc gö -
türürdülər, o borcu yönəldirdilər sosial
proqramlara, seçkiqabağı vədlərin yerinə
yetirilməsinə. Populist çıxışları təmin
etmək üçün ondan sonra gələn siyasi
qüvvələr yenə də borc götürürdülər və
beləliklə, piramida yaranırdı ki, o da
çökməli idi, çökdü də. Belə təhlükə
bizdə yoxdur, ola da bilməz. Amma hər
halda həmişə deyirəm ki, siyasətdə də,
iqtisadiyyatda da, həyatda da hər kəs
ayağını yorğanına görə uzatmalıdır”.
Yekun nitqinin sonunda Prezident
İlham Əliyev Bakıda keçirilmiş “Euro-
vision” mahnı müsabiqəsinin siyasiləş -
dirilməsi cəhdlərinə toxunaraq demişdir
ki, bu yarışın tarixində heç vaxt siyasi
məqamlar olmamışdı. Lakin bu dəfə an-
tiazərbaycan qüvvələrin birləşməsi pro -
sesi sürətlə getmişdir. “Eurovision”
müsabiqəsi Azərbaycan xalqı, Azərbay-
can dövləti üçün bir nömrəli düşmənin
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
16
Bizim maliyyə vəziyyətimiz bütövlükdə
yaxşıdır... Hazırda Azərbaycanın valyuta
ehtiyatları 44 milyard dollar
səviyyəsindədir. İlin sonuna qədər bu
rəqəm artmalıdır. Xarici dövlət borcu
çox aşağı səviyyədədir. Ümumi daxili
məhsulun 7 faizini təşkil edir.
Bu, dünya miqyasında ən müsbət
göstəricilərdən biridir.
dünya erməni lobbisi olduğunu bir daha
göstərmişdir. “Onlar gündəlik fəaliy -
yətdə Azərbaycanı ləkələmək, qarala-
maq, şayiə, böhtan yaymaq üçün
çalı şırlar və bütün maliyyə-siyasi qüv -
vələrini səfərbər edirlər ki, təki Azərbay-
cana zərbə vursunlar. Erməni lobbisi,
ondan sonra digər qurumlar, digər
dairələr, Avropada islamofobiya xəs -
təliyinə düçar olmuş bəzi dairələr bu
kampaniyaya qoşuldu. Bunu da mən
təəssüf hissi ilə deyə bilərəm. Belə fikir-
lər səsləndi ki, müsəlman ölkəsində
Avropa müsabiqəsi keçirilə bilməz. Bu,
əlbəttə ki, çox məyusedici bəyanatlardır.
Düzdür, belə qüvvələrin Qərb dünya -
sında, siyasi müstə vidə çəkisi çox aşağı
səviyyədədir. Ancaq bu qüvvələr, belə
partiyalar, bu fikirdə olan siyasətçilər əf-
suslar olsun ki, vardır.
Əgər belə təsnifat aparsaq deyə
bilərəm ki, üçüncü qüvvələr sadəcə
olaraq Azərbaycanın uğurlu inkişafını
qəbul edə bilməyən, Azərbaycanın böh -
ranlı illərdə bu qədər inkişaf etdiyini
həzm edə bilməyən və sadəcə olaraq
uğurlarımıza qısqanan, paxıllıq edən
dairələrdir. Onları qıcıqlandıran budur
ki, necə ola bilər ki, hər yerdə böhran,
hər yerdə problem, nümayişlər, polis ilə
əhalinin toqquşması, - indi bəzi şəhər-
lərdə bu ənənəvi hal almışdır, - ancaq bu-
rada sakitlik, rahatlıq, inkişaf və xoş
ovqat hökm sürür”.
Dövlətimizin başçısı qeyd etmişdir ki,
inkişafımızı qəbul etməyən qüvvələr, in-
sanlar, siyasətçilər var və biz onları
tanıyırıq. Bunlara qoşulmuş yerli, an-
timilli qüvvələr, özünü müxalifət ad-
landıran,
əslində,
uzun
illər
antiazərbaycan mövqeyində dayanan və
Azərbaycana qarşı kampaniya aparan
qüvvələr vardır. “Mən onlara qüvvə
demərəm, elementlər, ünsürlər desəm
daha dəqiq olar, - bax, bunların simbiozu
birləşərək Azərbaycana qarşı çox çirkin,
yalan və böhtan üzərində kampaniya
aparmağa başlamışlar. Həm xarici, həm
daxili mətbuatda qəsdən müəyyən təxri-
batların baş verməsini onlar təşkil et-
mişlər. Onlar üçün, yəni xüsusilə
daxildəki bu elementlər üçün siyasi həy-
atda bir prinsip var ki, Azərbaycan üçün
nə qədər pisdirsə, onlar üçün bir o qədər
yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək,
Azərbaycan haqqında yanlış məlumat
yaymaq, erməni lobbisi ilə birləşmək –
bütün bunlar bizim gözümüzün
qabağında baş vermiş hadisələr idi. Əl-
bəttə, Azərbaycan xalqı bir daha açıq-
aydın gördü ki, kim kimdir”, - deyə
Prezident İlham Əliyev bildirmişdir.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
17
. Bizim gücümüz xalqın dəstəyidir və
biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə
o zaman ədalət zəfər çalır və əminəm ki,
biz bundan sonra da həmişə
qalib gələcəyik!
Dostları ilə paylaş: |