İŞEMİK İnsultun diaqnostika və MÜALİCƏSİ ÜZRƏ



Yüklə 288,72 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix22.03.2018
ölçüsü288,72 Kb.
#33124
1   2   3   4   5   6   7   8   9   10   11

 

30

EUSI aşağıda göstərilən vəziyyətlərdə maksimal dozalarda heparin* 



istifadəsinin mümkünlüyünü tövsiyə etməkdədir (D):  

 



Təkrar emboliya riski yüksək olan ürək mənşəli emboliya ilə 

bağlı (süni qapaq, atrial fibrillasiya, mural tromblu Mİ, sol 

qulaqcığın trombozu) insultlarda  

 



C və S zülalının çatışmazlığı, APC-rezistentliyi kimi 

koaqulopatiyalar 

 

Arterial disseksiya  



 

Venoz sinusun trombozu  



Böyük ocaqlı infarktlar (OBA hövzəsinin 50%-dən çoxu), nəzarət 

edilə bilinməyən arterial hipertenziya  heparinin istifadəsi üçün əks-

göstərişdir.  

Antiaqreqantlar: 

 



İnsultun başlanğıcından 24-48 saat ərzində xəstələrin bir çoxunun 

müalicəsində peroral aspirin (başlanğıc dozası 325 mq) tövsiyə 

edilir (A)

 



Aspirin insult müalicəsi üçün tətbiq edilən venadaxili rtPA 

yeridilməsi kimi digər müdaxilələri əvəz etməməlidir (B).  

 

Trombolitik müalicənin ilk 24 saatı  ərzində köməkçi müalicə 



olaraq aspirin verilməsi tövsiyə edilmir (A)

 



Kəskin işemik insultda təkcə və ya aspirinlə birlikdə klopidoqrel 

verilməsi tövsiyə edilmir (D). Ancaq aspirinə qarşı allergiyası 

olan pasiyentlərə klopidoqrel (75 mq gündə bir dəfə) təyin oluna 

bilər. 


Hemodilyusiya: 

 



Hemodilyusiya və qanın həcminin artırılması  kəskin işemik 

insultlu xəstələrdə tövsiyə edilmir (A)



Vazodilyatatorlar: 

 



Kəskin işemik insultlu xəstələrin müalicəsində pentoksifillin kimi 

preparatların istifadəsi tövsiyə edilmir (A)



Neyroprotektorlar: 

 



Hal-hazırda insultdan sonra nəticələri yaxşılaşdırmaqda effektiv 

olan və neyroprotektiv kimi qəbul edilən müdaxilə müəyyən 

edilməmişdir, buna görə  də onların heç biri tövsiyə edilə bilmir 

(A).  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

31

İŞEMİK İNSULTUN KƏSKİN DÖVRDƏ AĞIRLAŞMALARI  

İşemik insultun kəskin dövrdə  ən tez-tez rast gəlinən 

ağırlaşmaları aşağıdakılardır: 

 

Beyin ödemi və kəllədaxili təzyiqin artması 



 

İşemik insultun hemorragik transformasiyasi 



 

Epileptik qıcolma tutmaları 



 

Aspirasiya və pnevmoniya 



 

Sidik yollarının infeksiyası 



 

Pulmonar emboliya və dərin venaların trombozu (DVT) 



 

Yataq yaraları 



Baş beynin işemik ödemi və kəllədaxili təzyiqin artması 

Beyin ödemi insultun simptomlarının  əmələ  gəlməsindən sonra 

ilk 2-4 gün ərzində adətən orta beyin arteriyasının  (və ya digər iri 

serebral arteriyaların) kötüyünün okklüziyası ilə əlaqədar inkişaf edir 

və pasiyentin vəziyyətinin erkən və ya gecikmiş klinik pisləşməsinin 

əsas səbəbidir.  

Beyin ödeminin və  kəllədaxili təzyiqin artmasının klinik və/ və 

ya neyrovizualizasiya əlamətləri  mövcud olduqda aşağıdakılar 

yerinə yetirilməlidir: 

 



Pasiyentin baş hissəsini, boyunu əyməmək  şərti ilə, 30º 

qaldırmaq 

 

Ağrının qarşısının alınması və yüngülləşdirilməsi 



 

Normal oksigenasiyanın saxlanılması 



 

Bədən temperaturunun normallaşdırılması 



 

AT-nin həddən artıq enməsindən, xüsusən də serebral 



vazodilyatasiyaya səbəb olan preparatların tətbiqindən çəkinmək 

Tövsiyələr: 

 

İri ocaqlı yarımkürə  və ya beyincik infarktı olan pasiyentlər 



baş beyin ödemi inkişafı  və KDT-nin artmasının yüksək 

riskinə malikdirlər  (B). Bir çox stasionarlarda vaxtında 

neyrocərrahi müdaxilənin edilməsi mümkün olmadığından, 

bədxassəli beyin ödeminin yaranma riski olan pasiyentlərin 

neyrocərrahi 

şöbəsi olan xəstəxanaya köçürülməsi 

məqsədəuyğundur.  

 

Baş beynin işemik ödemi nəticəsində  vəziyyəti pisləşən 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

32

pasiyentlərə osmoterapiya (mannitol, qliserol) məsləhət 



görülsə  də, onun effektivliyi sübut olunmamışdır  (D)

Hiperventilyasiya – qısamüddətli effekt verən müdaxilədir. 

Göstərilən müalicə metodları dekompressiv cərrahi 

müdaxilədən  əvvəl müvəqqəti tədbirlər kimi istifadə oluna 

bilərlər.  

 

Beyin kötüyünün kompressiyasına səbəb olan iri beyincik 



infarktları zamanı ventrikulostomiya və ya cərrahi 

dekompressiyanın aparılması özünü doğrultmuşdur (C)

 

Beyin yarımkürəsində infarktla əlaqədar baş beynin 



bədxassəli ödemi zamanı cərrahi dekompressiya həyati vacib 

müdaxilə ola bilər. Xəstənin yaşı  və infarktın lokalizasiya 

tərəfi (dominant və ya dominant olmayan yarımkürədə 

olması) cərrahi müdaxilənin aparılması haqda qərar qəbul 

etməyə  təsir edə bilər. Cərrahi müdaxilənin ağır vəziyyətdə 

olan pasiyentlərə  məsləhət görüldüyünə baxmayaraq, həkim 

pasiyentin ailəsini metodun mümkün nəticələri barədə, o 

cümlədən də pasiyentin ağır  əlil olaraq yaşamasının 

mümkünlüyü haqda məlumatlandırmalıdır (C)

 

Beyin ödemi və yüksək KDT-nin müalicəsi üçün 



kortikosteroidlərin təyini onların effektivliyi sübut 

olunmadığına və  işemik insultun infeksion ağırlaşmaları 

riskinin artma ehtimalına görə tövsiyə edilmir (A)

İşemik insultun hemorragik transformasiyası 

Nekrozlaşmış toxumaya ikincili qansızma və ya baş beyin 

infarktının hemorragik transformasiyası (HT) bir qayda olaraq böyük 

və orta ölçülü infarktlar zamanı inkişaf edir və çox vaxt diaqnostika 

və müalicəsi çətin olan insultun ağırlaşmasıdır. HT-nin həqiqi rast 

gəlmə tezliyini təyin etmək praktiki olaraq mümkün deyil, çünki 

onların çoxu asimptomatik olaraq keçir. 

 



Beyin infarktının asimptomatik hemorragik transformasiyası olan 

xəstələrin müalicəsinə aid heç bir spesifik tövsiyə yoxdur (D)

Trombolitik terapiyanın və ya serebral perfuziyanın 

yaxşılaşdırılmasına yönəlmiş  tədbirlərin yerinə yetirilməsi, 

mümkün hemorragik ağırlaşmalarının azaldılması  məqsədi ilə 

arterial təzyiqə diqqətli nəzarət məsləhət görülür. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 288,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə