İŞEMİK İnsultun diaqnostika və MÜALİCƏSİ ÜZRƏ


Epileptik qıcolma tutmaları



Yüklə 288,72 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix22.03.2018
ölçüsü288,72 Kb.
#33124
1   2   3   4   5   6   7   8   9   10   11

 

33

Epileptik qıcolma tutmaları 

Bir qayda olaraq epileptik tutmalar insult baş verəndən sonra ilk 

24 saat ərzində inkişaf edir və adətən ikincili generalizasiyalı və ya 

generalizasiya olmamış parsial tutmalarla özünü göstərir. Postinsult 

epilepsiya işemik insult keçirmiş pasiyentlərin 3-4%-ində rast gəlinir. 

Müalicə üçün standart yanaşma istifadə edilir – epilepsiya əleyhinə 

preparatların v/d və ya peroral təyini. 



Tövsiyələr: 

 

İşemik insultun qıcolma sindromu ilə  ağırlaşması zamanı 



təkrari qıcolma tutmalarının profilaktikası  məqsədilə 

antikonvulsantların təyini təkidlə tövsiyə edilir (C)

 

Qıcolma sindromu ilə  ağırlaşmamış insult zamanı 



antikonvulsantların profilaktik məqsədlə  təyini məsləhət 

görülmür (D)



Aspirasiya və pnevmoniya 

Çox vaxt aspirasiyanın nəticəsi olan bakterial pnevmoniya işemik 

insultun tez-tez yaranan fəsadlarından biridir. Aspirasiya çox vaxt 

huşun aşağı  səviyyəsi fonunda yarandığı kimi, udmanın və 

öskürmənin pozulması fonunda da yaranır. 

Tövsiyələr: 

 

Aspirasion pnevmoniyanın qarşısını almaq məqsədi ilə 



pasiyenti ağızdan qidalandırmağa başlamazdan  əvvəl 

udmanın və öskürək refleksinin saxlanıldığına  əmin olmaq 

lazımdır (B)

 

Ürəkbulanma və qusmanın aradan qaldırılmasına yönəldilmiş 



tədbirlər aspirasion pnevmoniyanın yaranma riskini azalda 

bilər. 


 

Pnevmoniyanın yaranmasının profilaktikası üçün tənəffüs 

hərəkətlərindən (dərin tənəffüs) və  xəstənin erkən 

mobilizasiyasından istifadə olunur (D)

 

Qidanı peroral qəbul edə bilməyən pasiyentlər, udqunma 



aktının bərpa olunmasına qədər olan dövrdə nazoqastral

nazoduodenal və ya PEG-qidalanma ilə təmin olunmalıdırlar 



(C)

 

Nazoqastral və ya PEG-qidalanma aspirasion pnevmoniyanın 



profilaktikası üçün əhəmiyyətli ola bilər. Amma bu tədbirlər 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

34

aspirasion pnevmoniyanın yaranmasının tam qarşısını almır 



(D)

 

Pnevmoniyası olan xəstələrə antibiotikoterapiya təyin 



edilməlidir (B)

 

Pnevmoniyanın profilaktikası  məqsədi ilə antibiotiklərin 



təyini məsləhət görülmür (B)

Sidik yollarının infeksiyası 

İnsultlu xəstələrdə  kəskin dövrdə tez-tez sidik yollarının 

infeksiyası inkişaf edir. 

Tövsiyələr: 

 

Sidik ifrazının ləngiməsi zamanı çox vaxt daimi sidik 



kateterlərindən və ya qasıqüstü sidik kisəsi 

kateterizasiyasından istifadə edilir. Bəzən sidik kisəsinin 

periodik kateterizasiyasından istifadə etmək lazım gəlir, sidik 

saxlamama zamanı isə kondom kateterlərdən və ya 

“pamperslərdən” istifadə etmək daha yaxşıdır.  Əgər 

mümkündürsə, sidik yollarının infeksiyalaşması riskini nəzərə 

alaraq, sidik kisəsinin uzunmüddətli daimi 

kateterizasiyasından daşınmaq lazımdır (D)

 

Antibiotiklərə qarşı rezistenliyin inkişaf etməməsi üçün 



profilaktik antibiotikoterapiyanın aparılması tövsiyə edilmir 

(B)

 

Sidik yollarının infeksiyası inkişaf etmiş  xəstələrdə müvafiq 



antibiotikoterapiyanın aparılması lazımdır (B)

Pulmonar emboliya və dərin venaların trombozu 

İnsult nəticəsində ölüm səbəblərinin 25%-ini pulmonar emboliya 

təşkil edir. Embolların mənbəyi çox vaxt iflic olmuş aşağı ətrafların 

dərin venalarının və çanaq venalarının trombları olur. Dərin 

venaların trombozunun inkişaf riskini azaldan tədbirlər 

aşağıdakılardır: 

 

xəstənin erkən mobilizasiyası 



 

erkən rehidratasiya 



 

ayaqların 6-10º qaldırılması 



 

antitrombotik preparatlar 



 

xarici kompression vasitələrdən istifadə (elastik corablar, 



pnevmatik kompression corablar və s.) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

35

Dərin venaların trombozu zamanı heparinoterapiya əks-



göstərişdirsə, ağ ciyər arteriyası emboliyasının profilaktikası üçün 

aşağı boş venada damar filtri qoyulmalıdır. 



Tövsiyələr: 

 

Dərin venaların trombozu və pulmonar emboliya riski yüksək 



olan xəstələrdə  əks-göstəriş yoxdursa, profilaktik məqsədlə 

fraksiyalaşdırılmamış heparinin (5000 TV 12 saatdan bir d/a)  

və ya aşağı molekullu heparinlərin (məs: enoksiparin 40 mq х 

1 dəfə d/a) kiçik dozalarda təyini məsləhət görülür (B). Aşağı 

molekullu heparinlərin fraksiyalaşdırılmamış heparinə 

nisbətən daha effektiv və  nəzəri olaraq hemorragik 

ağırlaşmalar baxımından daha təhlükəsiz olması ehtimal 

edilir. 


 

Aspirin də  dərin venaların trombozunun profilaktikası üçün 

istifadə edilə bilər, amma antikoaqulyantlara nisbətən az 

effektlidir (B)

 

Antikoaqulyantın təyin edilməsinə  əks-göstəriş olan 



xəstələrdə  dərin venaların trombozunun profilaktikası üçün 

aşağı  ətraflarda növbələnən kompressiya yaradan mexaniki 

vasitələrdən istifadə olunması tövsiyə edilir (C)

Yataq yaraları 

Çarpayıya “bənd edilmiş” xəstələrdə yataq yaraları insultun tez-

tez rast gəlinən ağırlaşmalarıdır. Yataq yaralarının profilaktikası 

aşağıdakı tədbirləri əhatə edir: 

 

ancaq tarım dartılmış döşəkağlarından istifadə 



 

pasiyentin dəri örtüklərinin quruluğunun təminatı, əsasən də sidik 



və nəcis saxlamama zamanı 

 



hər 1-2 saatdan bir pasiyentin vəziyyətinin dəyişdirilməsi 

 



hava döşəklərindən istifadə 

Əgər yerli terapiya ilə yataq yaraları reqressiya olunmurlarsa, bir 

neçə gün müddətində antibiotikoterapiya aparıla bilər, lazım gələrsə, 

yaralar cərrahi işlənə bilər. 



 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

36

İŞEMİK İNSULT KEÇİRMİŞ PASİYENTLƏRİN 



REABİLİTASİYASI 

İnsultdan sonra nevroloji funksiyaların bərpası üzrə 

əlaqələndirilmiş reabilitasiya proqramlarının həyata keçirilməsi 

məqsədəuyğundur. Reabilitasiyanın məqsədi pasiyentin fiziki və 

psixoloji funksional qabiliyyətlərinin mümkün dərəcədə  bərpasına 

nail olmaqdır. Reabilitasiyanın səmərəli  şəkildə  həyata keçirilməsi 

üçün müxtəlif mütəxəssislərin səyi zəruridir.  İnsult keçirmiş 

xəstələrin reabilitasiyasında mütəxəssis-reabilitoloqla yanaşı 

fizioterapevt, peşə reabilitasiyası üzrə  həkim, psixoloq və sosial 

sahənin işçisi iştirak etməlidirlər. 

 

Reabilitasiya tədbirlərini mümkün qədər tez başlamaq  vacibdir 



(A). Passiv fiziki hərəkətlər nevroloji defisitin 

sabitləşdirilməsindən dərhal sonra (əks-göstərişlər olmadıqda bir 

qayda olaraq  insultun başlanmasından sonrakı 2-ci gündən) 

həyata keçirilməlidir. 

 

Passiv reabilitasiya  da daxil olmaqla erkən fiziki reabilitasiya 



pnevmoniya, dərin venaların trombozu, yataq yaraları  (D)

həmçinin kontraktura, artralgiya kimi insultun ağırlaşmalarının 

qarşısını alır. 

İŞEMİK İNSULTUN İKİNCİLİ PROFİLAKTİKASI 

Həyat tərzi dəyişikliyi və risk faktorlarının modifikasiyası 

 



Antihipertenziv müalicə 

 

İşemik insult və tranzitor işemik hadisədən sonra kəskin 



dövrdə olmayan pasiyentlərdə qan təzyiqi (səviyyəsindən asılı 

olmayaraq) aşağı salınmalıdır (A). Optimal qan təzyiqi ölçüsü 

120/80 mm c.s. səviyyəsində olmalıdır  (B). Antihipertenziv 

dərman vasitələri arasında ilk seçim kimi AÇF inhibitorları və 

ya ARB, diuretiklər məsləhət görülməkdədir (A). Digər qrup 

dərman vasitələrinin qan təzyiqini azaltmaqda effektivliyi 

aparılan tədqiqatlarla sübuta yetirilməmişdir (B)

 



Antihiperlipidemik müalicə 

 

İşemik insult və ya tranzitor işemik hadisə keçirmiş 



xəstələrdə aclıq lipid paneli ümumi qəbul olunmuş qaydaya 

görə  təqib olunmalı, hədəf dəyərlər birincili profilaktikada 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

37

yüksək riskli xəstələrdə olduğu kimi planlanmalıdır  (A). Bu 



məqsədlə statin qrupu dərman vasitələri məsləhət 

görülməkdədir (A)

 

Siqaret çəkmə 



 

Anamnezində işemik insult və ya tranzitor işemik hadisə olan 

və siqaret çəkən xəstələrə tütündən istifadə etməmək üçün 

məsləhətlər verilməlidir (D)

 

Hormon əvəzedici müalicə 



 

Hormon  əvəzedici müalicənin işemik insultun ikincili 

profilaktikası  məqsədilə postklimakterik dövrdə olan 

qadınlarda istifadəsi tövsiyə edilmir (C)



Antiaqreqant preparatlar və antikoaqulyasiya 

Antiaqreqant dərman vasitələrinin antikoaqulyantlar qədər təkrari 

işemik insult riskinin azaldılmasında effektivliyi sübut olunmuşdur 

(A). Təkrari işemik insult və digər vaskulyar hadisələrin qarşısının 

alınması üçün uyğun antiaqreqant müalicə aparılmalıdır (A). Aspirin 

(50-325 mq) təkrari insult riskinin azaldılması üçün tövsiyə edilir 

(A). İlk növbədə aspirin (50 mq) və uzun təsirli dipiridamol (200 mq-

dn gündə iki dəfə) kombinasiyasını  təyin etmək məsləhət 

görülməkdədir  (A). Bu kombinasiya tək aspirinin və ya tək 

dipiridamolun təsirindən iki dəfə daha çox effektivdir. 

Gələcək vaskulyar hadisələrin profilaktikası üçün klopidoqrel (75 

mq) asetilsalisil turşusundan (aspirin) bir qədər daha effektivdir (A)

Bu dərman vasitəsi da ilk seçim olaraq və ya aspirinə qarşı tolerantlığı 

olmayan yüksək riskli xəstələr üçün düşünülə bilər (C). Aspirin və ya 

klopidoqrel ilə müalicə edilə bilməyən xəstələrdə uzun təsirli 

dipiridamol preparatının istifadəsi mümkündür (200 mq gündə iki dəfə) 



(C)

Oral antikoaqulyasiya xroniki səyrici aritmiyası olan işemik 

insult xəstələrində  (A) göstərişdir (İNR 2-3 arası). Lakin oral 

antikoaqulyantlar epilepsiya, ciddi demensiya və ya mədə-bağırsaq 

qanaxması olan xəstələrdə məsləhət deyildir (D). Protez ürək qapağı 

olan xəstələrdə qapağın tipi və pozisiyasından asılı olaraq fərqli İNR 

hədəfləri ilə uzun müddətli antikoaqulyasiya aparılmalıdır (A). Bəzi 

klinik vəziyyətlər (aortal ateroma, bazilyar arteriyada fuziform 

anevrizma, boyun arteriyalarının disseksiyası) xaric olmaqla, qeyri-

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

38

kardioembolik işemik insultlardan sonra antikoaqulyasiya istifadə 



olunmamalıdır (D)

Cərrahi və endovaskulyar müalicə 

Müvafiq simptomatik xəstələrdə karotid endarterektomiyanın 

(KEA) perioperativ fəsad riski <6% olan mərkəzlərdə  həyata 

keçirilməsi məsləhət görülməkdədir (D). KEA ciddi nevroloji defisiti 

olmayan, yeni işemik hadisə (<180 gün) keçirən və 70-99% karotid 

arteriya stenozu olan xəstələrdə göstərişdir (A). KEA 50-69% karotid 

arteriya stenozu olan və ciddi nevroloji defisiti olmayan bəzi xəstə 

qruplarında (təkrarlanan işemik hadisələr) da aparıla bilər (D). <50% 

karotid arteriya stenozu olan xəstələrdə KEA məsləhət 

görülməməkdədir  (C).  Əməliyyatdan  əvvəl, intraoperativ və 

əməliyyatdan sonra xəstələrə antitrombotik dərman vasitələri təyin 

edilməlidir (A).  

Karotid angioplastika və stentləmənin həm asimptomatik, həm də 

simptomatik xəstələrdə KEA-ya ekvivalent və ya ondan üstün olması 

göstərilməmişdir. Karotid angioplastika/stentləmə KEA üçün əks-

göstərişi olan və  cərrahi olaraq uyğun gəlməyən yerdə karotid 

arteriya stenozuna malik xəstələrdə düşünülə bilər (D). Stentləmədən 

sonra xəstələrə aspirinlə birlikdə minimum bir ay müddətində 

klopidoqrel təyin edilməsi uyğundur (C)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

39

Ədəbiyyat 



 

1.

 



Canadian Best Practice Recommendations for Stroke Care: 2006, 

Canadian Stroke Network  http://www.strokecenter.org/prof/guidelines.htm 

2.

 

Diagnosis and initial treatment of ischemic stroke. Institute for Clinical 



Systems Improvement (ICSI); 2008 Jun. 57 p. www.guideline.gov 

3.

 



European Stroke Initiative Recommendations for Stroke Management – 

Update 2003. The European Stroke Initiative Executive Committee and 

the EUSI Writing Committee Cerebrovasc Dis 2003;16:311-337 

4.

 



Harold P. Adams, Jr, Gregory del Zoppo, Mark J. Alberts, Deepak L. 

Bhatt, Lawrence Brass, Anthony Furlan, Robert L. Grubb, Randall T. 

Higashida, Edward C. Jauch, Chelsea Kidwell, Patrick D. Lyden, 

Lewis B. Morgenstern, Adnan I. Qureshi, Robert H. Rosenwasser, 

Phillip A. Scott and Eelco F.M. Wijdicks Guidelines for the Early 

Management of Adults With Ischemic Stroke: American Heart 

Association/American Stroke Association. Stroke 2007;38;1655-1711 

http://stroke.ahajournals.org/cgi/content/full/38/5/1655  

5.

 

Ischaemic Stroke – Prophylaxis and Treatment. European Stroke 



Initiative Recommendations 2006 

6.

 



Larry B. Goldstein, Robert Adams, Mark J. Alberts and others. Primary 

Prevention of Ischemic Stroke: A Guideline from the American Heart 

Association/American Stroke Association Stroke Council. Stroke 2006; 

37;1583-1633 

7.

 

Management of Patients with Stroke: Rehabilitation, Prevention and 



Management of Complications, and Discharge Planning. A national 

clinical guideline 64, Scottish Intercollegiate Guidelines Network,  

November 2002 http://www.sign.ac.uk  

8.

 



Ralph L. Sacco, Robert Adams, Greg Albers, Mark J. Alberts, Oscar 

Benavente, Karen Furie, Larry B. Goldstain, Philip Gorelick, Jonathan 

Halperin, Robert Harbaugh, S. Claiborne Johnston, Irene Katzan, 

Margaret Kelly-Hayes, Edgar J. Kenton, Michael Marks, Lee H. 

Schwamm and Thomas Tomsic. Guidelines for Prevention of Stroke in 

Patients with Ischemic Stroke or Transient Ischemic Attack. Stroke 

2006;37;577-617 

9.

 



Stroke – Diagnosis and initial management of acute stroke and transient 

ischaemic attack (TIA). NICE clinical guideline 68, Developed by the 

National Collaborating Centre for Chronic Conditions, July 2008 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Yüklə 288,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə