İŞEMİK İnsultun diaqnostika və MÜALİCƏSİ ÜZRƏ



Yüklə 288,72 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix22.03.2018
ölçüsü288,72 Kb.
#33124
1   2   3   4   5   6   7   8   9   10   11

 

12

pəhrizə riayət etməlidirlər (A). 



 

Fiziki aktivlik 

Fiziki aktivlik və fiziki dözümlülüyün artırılması insult keçirmə 

riski ilə  tərs mütənasibdir. Fiziki aktivliyin faydası arıqlama, qan 

təzyiqi, qan şəkəri və lipid panelinə müsbət təsiri ilə izah olunmaqdadır. 

Həftənin ən azı beş günü minimum 30 dəqiqə ərzində orta templə yerimə 

insult riskini azaltmaq və ümumi sağlamlıq üçün tövsiyə edilir (B)

 



Pəhriz 

Az duzlu və az yağlı, meyvə  və  tərəvəzlə  zəngin lifli pəhriz 

məsləhət görülməkdədir (B). Pəhrizə riayət edilməsi digər həyat tərzi 

dəyişiklikləri ilə birlikdə aparılmalıdır. 

 

Postmenopauza hormonal müalicəsi 



İnsultun profilaktikasında postmenopauza hormonal müalicəsi 

tövsiyə edilmir (A).  



Antiaqreqantlar və antikoaqulyantlar 

 



Asetilsalisil turşusu (Aspirin) 

Aspirinin asimptomatik xəstələrdə insult riskini azaltdığı 

haqqında məlumatlar mövcud olmasa da, profilaktik aspirin 

istifadəsinin miokard infarktını azaltdığı sübut edilmişdir və bir və ya 

daha çox vaskulyar  risk faktoru olan xəstələrdə tövsiyə edilə bilər 

(A). 50% və daha yüksək dərəcədə daxili karotid arteriya stenozu 

olan asimptomatik xəstələrdə aspirin təyini tövsiyə edilməkdədir (D)

Digər antiaqreqant preparatların insultun birincili profilaktikasında 

istifadəsi uyğun deyildir (C).  

 

Antikoaqulyasiya 



Orta və yüksək riskli ürək-damar xəstəliyi ilə birlikdə  səyrici 

aritmiyası olan xəstələrdə kardioembolik hadisə ilə  əlaqədar insult 

riski ciddi dərəcədə artmaqdadır. Səyrici aritmiyası olan və 

kardioemboliya baxımından yüksək riskli (yaşı 75-dən çox olan, 

yaxud yaşı 60-dan çox üstəgəl  şəkərli diabet, arterial hipertenziya, 

ciddi sol mədəcik disfunksiyası kimi risk amilləri olan) asimptomatik 

pasiyentlərə uzun müddətli antikoaqulyant müalicə (varfarin, hədəf 

İNR 2-3 arası) aparılmalıdır (A).  

Səyrici aritmiyası olan, lakin digər risk amilləri olmayan 60-75 

yaş arası pasiyentlərdə uzun müddətli aspirin (325 mq) və ya varfarin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

13

istifadəsi məsləhət görülməkdədir (A).  



Varfarin qəbul edə bilməyən AF-li xəstələrdə seçim olaraq 

aspirin tövsiyə edilməlidir (A)

Nonvalvular AF-si olan və  əlavə risk faktoru olmayan 60 yaşa 

çatmamış pasiyentlərdə uzun müddətli aspirin (325 mq) və ya heç bir 

antitrombotik müalicə aparılmaması uyğun görülə bilər. 

Yüksək kardioembolik riskli xəslələrdə isə (keçirilmiş  işemik 

insult, revmatik mənşəli mitral stenoz, protez ürək qapağı) uzun 

müddətli varfarin (hədəf  İNR 2-3-dən az olmayaraq və protez 

qapağın tipi, pozisiyasından asılı olaraq) təyin edilməlidir (A)

 

Asimptomatik karotid arteriya stenozunun cərrahi və 



endovaskulyar müalicəsi 

Aparılan tədqiqatlarda asimptomatik karotid arteriya stenozunun 

karotid endarterektomiya üsulu ilə  cərrahi müalicəsinin faydasının 

şübhəli olduğunu göstərən nəticələr əldə edildiyindən, bu metod rutin 

olaraq məsləhət görülməməkdədir (C). 60-99% daxili yuxu arteriyası 

stenozu olan asimptomatik xəstələrdə karotid arteriya cərrahiyyəsi 

istifadə edilə bilər. Karotid endarterektomiyanın perioperativ insult və 

ölüm riski <3% olan və minimum 5 il müddətində sağ qalması 

gözlənilən (80 yaşınadək) xəstələrdə faydalı olduğu bildirilmişdir (C)

Karotid arteriya stenozuna görə stentli və ya stentsiz 

angioplastikanın cərrahi  əməliyyata nisbətən üstünlüyü sübut 

olunmadığından rutin olaraq məsləhət görülməməkdədir (C).  



İŞEMİK İNSULTUN DİAQNOSTİKASI 

İnsultun diaqnostikası aşağıdakılara əsaslanır: 

 

müvafiq klinik simptomların müəyyənləşdirilməsi; 



 

anamnestik məlumatlar (kəskin başlanğıc, risk amillərinin 



mövcudluğu) – cədvəl 1-ə bax; 

 



neyrovizualizasiya müayinələrinin məlumatları 

İnsultun  tipinin (işemik və ya hemorragik) müəyyənləşdirilməsi 

diaqnostik axtarışın sonuncu həlqəsi deyildir. İnsultun adekvat 

müalicəsi və ikincili (sonrakı) profilaktikasının aparılması üçün onun 

mümkün olan səbəbinin/səbəblərinin axtarılması zəruridir. 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

14

Cədvəl 1. Anamnez toplayarkən diqqət edilən əsas cəhətlər 

Yaxın zamanlarda baş vermiş 

hallar  


İnsult  

Tranzitor işemik həmlə 

Miokard infarktı 

Travma  


Cərrahi əməliyyat 

Hamiləlik 

Qanaxma 

Yanaşı xəstəliklər Arterial 

hipertenziya 

Şəkərli diabet 

Dərman vasitələrindən istifadə Antikoaqulyantlar 

İnsulin 


Antihipertenziv preparatlar 

Peroral kontraseptivlər və ya 

tərkibində estrogen olan digər 

preparatlar  



İşemik insultun əlamət və simptomları 

Aşağıdakı simptomlara əsasən işemik insultun baş verməsindən 

şübhələnmək lazımdır: 

 



Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil 

olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin əmələ gəlməsi; 

 

Bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil 



olmaqla bədənin bir tərəfində hissiyyatın zəifləməsi; 

 



Görmənin pozulması; 

 



Şifahi nitqin və ya nitqin başa düşülməsinin pozulması; 

 



Hərəkətlərin koordinasiyasının pozulması; 

 



Baş gicəllənməsi; 

 



Udma qabiliyyətinin pozulması; 

 



Qəflətən başlayan, xüsusən də ürəkbulanma, qusma ilə müşayiət 

olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı; 

 

Qıcolma tutmaları; 



 

Yaddaşın qəflətən pozulması; 



 

Şüurun pozulması 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 288,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə