İŞEMİK İnsultun diaqnostika və MÜALİCƏSİ ÜZRƏ


İNSULTLU PASİYENTİN MÜAYİNƏSİ İLƏ BAĞLI



Yüklə 288,72 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix22.03.2018
ölçüsü288,72 Kb.
#33124
1   2   3   4   5   6   7   8   9   10   11

 

15

İNSULTLU PASİYENTİN MÜAYİNƏSİ İLƏ BAĞLI 



TÖVSİYƏLƏR 

1.

 



İnsult olması güman edilən pasiyentlərdə  təxirəsalınmaz 

müayinə aparılmalı  və pasiyentin qəbul  şöbəsinə daxil olduğu 

vaxtdan sonrakı  1 saat  ərzində müayinə bitirilməli və müalicə 

üsulu seçilməlidir  (B). Ehtimal edilən insultlu xəstələr nevroloji 

müayinə  də daxil olmaqla dəqiq klinik müayinədən 

keçirilməlidirlər. 

2.

 

Baş beynin qeyri-kontrast kompüter tomoqrafiyası əksər hallarda 



insultun təxirəsalınmaz terapiyasının seçilməsi üçün zəruri olan 

informasiyanı verən müayinədir (A)

3.

 

İşemik insultun istənilən spesifik müalicəsinin aparılması, ancaq 



baş beynin müvafiq tomoqrafik müayinəsinin (vizualizasiyanın) 

həyata keçirilməsindən sonra mümkündür (A).  

4.

 

Neyrovizualizasiyanın perfuzion KT, KT-angioqrafiya, perfuzion 



MRT, diffuzion MRT, MR-angioqrafiya kimi multimodal 

metodları  işemik insultun diaqnostikası zamanı  əlavə  məlumat 

verə bilər (A).  

5.

 



Lakin insultun təxirəsalınmaz terapiyası baş beynin əlavə 

vizualizasiya metodlarının (perfuzion KT, PV-MRT, DV-MRT 

və b.) həyata keçirilməsi üzündən gecikdirilməməlidir (A).  

6.

 



Əgər xəstəliyin simptomlarının yaranmasından 3 saatdan az 

keçibsə, angioqrafik müayinə  işemik insultun təxirəsalınmaz 

terapiyasını ləngitməməlidir (D)

7.

 



KT-nin bəzi məlumatları, o cümlədən də ”arteriyanın 

hiperdensitivlik” simptomu insultun arzuolunmaz  nəticələri ilə 

korrelyasiya edir (A)

8.

 



Hal-hazırda kifayət qədər sübut yoxdur ki, intrakranial 

hemorragiyadan başqa KT-nin hər hansı digər göstəricisi (o 

cümlədən baş beyin yarımkürəsinin üçdə birindən çoxunun 

işemik zədələnməsi də daxil olmaqla) insultun başlanmasından 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

16

                                                



sonrakı ilk 3 saat ərzində alteplaza

 ilə (plazminogenin toxuma 



aktivatoru) müalicəyə zidd olsun (B)

9.

 



Serebral damarların vizualizasiyası intraarterial trombolizisin, 

işemik insultun cərrahi və endovaskulyar müalicəsinin 

keçirilməsi ərəfəsində ilkin müayinə kimi zəruridir (C)

10.


 

Neyrovizualizasiya tədqiqatları bu sahə üzrə ixtisaslaşmış 

həkimlər tərəfindən interpretasiya olunmalıdır (D)

11.


 

Xəstədə mövcud olan nevroloji defisitin qiymətləndirilməsi və 

xəstənin durumuna dinamik nəzarət üçün xüsusi insult 

şkalalarından istifadə tövsiyə edilir (NİHSS  şkalası daha 

məqsədəuyğundur – cədvəl 2) (B)

12.


 

Pasiyentlərin ilkin təxirəsalınmaz müayinəsi üçün cədvəl 3-də 

göstərilən müayinələrin aparılması tövsiyə olunur (B)

13.


 

İnsultlu pasiyentlərdə ürək xəstəliklərinin yüksək rastgəlmə 

tezliyi mövcud olduğundan EKQ müayinəsi təxirəsalınmaz 

qaydada aparılmalıdır (B)

14.

 

Kəskin ürək və ya ağciyər xəstəliklərinin klinik və ya başqa 



əlamətləri olan pasiyentlərdə döş  qəfəsi orqanlarının rentgen 

müayinəsi təxirəsalınmaz şəkildə tələb oluna bilər (B)

15.

 

Lakin insultlu xəstələrin əksəriyyətinin təxirəsalınmaz müayinəsi 



zamanı döş qəfəsinin rentgen müayinəsinə ehtiyac duyulmur (B)

16.


 

İnsultlu pasiyentlərin  əksəriyyətinin likvorun müayinəsinə 

ehtiyacı yoxdur (C).  Likvorun müayinəsi o insultlu xəstələrə 

lazımdır ki, onlarda subaraxnoidal qansızmanın  əlamətləri var, 

ancaq baş beyin KT-si hemorragiyanı aşkara çıxarmır. Likvorun 

müayinəsi həm də neyroinfeksion xəstəliklər nəticəsində insult 

keçirmiş pasiyentlər üçün göstəriş ola bilər.  

 

 

 

 

 



 Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət 

qeydiyyatından keçməmiş dərman vasitəsi. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

17

Cədvəl 2. İnsultlu pasiyentin nevroloji müayinəsinin nəticələrini 



qiymətləndirmək üçün şkala 

(NIHSS – National Institutes of Health Stroke Scale). 

Bu  şkala insultun kəskin dövründə nevrolojı defisiti 

qiymətləndirməyə, təkrar müayinələrdə isə pasientin vəziyyətinin 

dinamikasını izləməyə imkan verir. Funksiyalar balla 

qiymətləndirilir. 



№ Müayinə Cavab 

reaksiyası və xallar 

1A 


Şüur: oyanıqlığın 

səviyyəsi 

0 – aydın  

1 – tutqun  

2 – soporoz  

3 – koma 

1B 

Şüur: oriyentasiya ilə bağlı 



2 suala cavab verilməsi 

- ilin hansı ayıdır? 

- neçə yaşın var? 

0 – hər iki cavab düzgündür  

1 – bir cavab düzgündür 

2 – düzgün cavab yoxdur 

1C 

Şüur: 2 tapşırığın yerinə 



yetirilməsi 

- gözlərini yum 

- yumruq tut 

(barmaqlarını sıx) 

0 – hər iki tapşırıq düzgün yerinə 

 yetirilir 

1 – bir tapşırıq düzgün yerinə yetirilir 

2 – heç bir tapşırıq düzgün yerinə 

 yetirilmir 

Göz almalarının 



hərəkətləri  

0 – normal  

1 – baxışın parezi 

2 – baxışın iflici (göz almalarının 

fiksə olunmuş deviasiyası) 

3 Görmə sahələri 

0 – normal 

1 – hissəvi hemianopsiya 

2 – tam hemianopsiya 

3 – ikitərəfli hemianopsiya 

Üz (mimiki) əzələlərinin 



hərəkətləri 

0 – normal  

1 – yüngül parez 

2 – mötədil parez 

3 – birtərəfli iflic 

 



Yuxarı ətrafların hərəki 

0 – pasient qolunu bu vəziyyətdə 

 

ən azı 10 saniyə saxlamağa 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 288,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə