İŞEMİK İnsultun diaqnostika və MÜALİCƏSİ ÜZRƏ



Yüklə 288,72 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix22.03.2018
ölçüsü288,72 Kb.
#33124
1   2   3   4   5   6   7   8   9   10   11

 

21

                                                



sinirlərinin neyropatiyaları, vestibulyar neyronit); 

 

konversion pozulmalar (isteriya nevrozları) 



İşemik insultun yuxarıda sadalanan hallarla etibarlı 

diferensiasiyası üçün çox vaxt neyrovizualizasiya metodlarının 

(başlıca olaraq KT, bəzi hallarda isə MRT) tətbiqi zəruridir.  



İŞEMİK İNSULTUN MÜALİCƏSİ

*

A. İnsulta xəstəxanaya qədər olan yanaşma 

 



İnsult olma şübhəsi meydana çıxdıqda ilkin diaqnozun qoyulması 

və  xəstənin müvafiq stasionara çatdırılması üçün xəstə  və ya 

onun  ətrafında olan başqa insanlar tərəfindən təcili yardım 

xidmətinə müraciət edilməsi təkidli şəkildə tövsiyə edilir (B)

 

Təcili tibbi yardım xidməti həkiminin vəzifələri: 



 

tənəffüs yollarının keçiriciliyini, tənəffüsün və sistem 

hemodinamikanın adekvatlığını qiymətləndirmək; 

 

vital funksiyaların pozulması, qıcolma paroksizmi, psixomotor 



oyanıqlıq zamanı insultun diaqnostikası ilə paralel olaraq 

təxirəsalınmaz tibbi yardımı yerinə yetirmək; 

 

anamnez toplamaq



 

nevroloji defisitin olub-olmamasını təyin etmək (bax cədvəl 4) 

 

BQDKP-yə  şübhə olduqda vital funksiyaların stabilizasiya 



olunmasından sonra xəstəni müvafiq stasionara nəql etmək. 

 



İnsult həyat üçün təhlükə törədən təxirəsalınmaz vəziyyətdir. 

Buna görə  də BQDKP-yə  şübhə olan xəstə, hətta cüzi nevroloji 

defisit olduqda belə tam müayinə  və hospitalizasiya məsələsini 

müzakirə etmək üçün stasionara çatdırılmalıdır. 

 

Stasionarın qəbul  şöbəsinin lazımi resurslarını vaxtında səfərbər 



etmək məqsədilə təcili yardım xidmətinin həkimi güman olunan 

insultlu xəstənin çatdırılması haqqında  əvvəlcədən xəbərdarlıq 

etməlidir (B)

 

*



Mövcud protokolda işıqlandırılmış bütün preparatların tətbiqi üzrə tövsiyələr 

Avropa Nevrolojı Cəmiyyətlərin Federasiyası (EFNS) və İnsultun öyrənilməsi üzrə 

Amerika Assosiasiyasının (ASA) tövsiyələri əsasında verilmişdir. Bu protokolda 

istifadəsi məsləhət görülən dərman vasitələrdən bəziləri onun tərtib edildiyi dövrdə 

Azərbaycan Respublikasında dövlət qeydiyyatından hələ keçməmişdir. 

 

 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

22



 

İşemik insult zamanı trombolitik terapiyanın terapevtik 

pəncərəsinin vaxt cəhətdən məhdud olmasını, həm də daha 

gecikmiş hospitalizasiya zamanı insultun ağırlaşmalarının sayının 

əhəmiyyətli dərəcədə artması  və  xəstəliyin proqnozunun 

pisləşməsi faktını    nəzərə alaraq, pasiyentin stasionara 

çatdırılmasının optimal müddəti xəstəliyin baş verdiyi vaxtdan 

sonrakı ilk 2 saatdır. 

 



Güman edilən insultlu pasiyentin nəql edilməsi xəstənin ağırlıq 

vəziyyətinin dərəcəsindən asılı olmayaraq, ancaq uzanıqlı 

vəziyyətdə olmalıdır. 

 



Pasiyentin çatdırıldığı stasionarın profili ehtimal edilən diaqnozla 

müəyyən olunur: 

 

İşemik insult – işemik insultlu pasiyentlərə yardım 



göstərilməsi üçün ixtisaslaşmış nevroloji şöbəsi olan stasionar. 

 

Hemorragik insult – neyrocərrahi şöbəsi olan stasionar. 



 

Təcili tibbi yardım xidmətinin həkimi tərəfindən yerinə 



yetirilməlidir: 

 

Tənəffüs yollarının keçiriciliyinin qiymətləndirilməsi və 



ehtiyac olduqda onun bərpa olunması və ağciyərlərin adekvat 

ventilyasiyasının təmin edilməsi (göstəriş olduqda traxeyanın 

intubasiyası və xəstənin STA-ya qoşulmasına qədər) 

 

Puls-oksimetriya aparılması  və saturasiyanın səviyyəsinin



92% olması zamanı endonazal kateterlərlə (nazal borular) 2-4 

L/dəq sürətlə oksigen verməklə  əlavə oksigenasiyanın 

aparılması 

 

EKQ və ürək funksiyalarının monitorinqi 



 

Strip-testlə qlükozanın qanda miqdarının təyini  

 

Venoz kateterin qoyulması 



 

AT-nin həddən artıq endirilməsi məsləhət deyil. Güman edilən 



BQDKP olan xəstələrdə AT-nin endirilməsi AT göstəricilərinin 

180/105 mm c. süt.-dan yuxarı olduğu hallarda aparılır. İnsultun 

ilk sutkalarında AT-nin başlanğıc göstəricilərdən 15%-dən çox 

endirilməsi məsləhət görülmür (D)

 

Hipotonik məhlulların (NaCl 0,45%, qlükoza 5%) infuziyası əks-



göstərişdir. 

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




 

23

Cədvəl 4. İnsultun xəstəxanaya qədər qiymətləndirilməsi üçün 



Sinsinatti insult şkalası 

(hər üç əlamətin qeyri-normal olması insultun mövcudluğunu göstərir, 

əlamətlərdən heç olmasa biri qeyri-normaldırsa, insulta şübhə yaranır və 

pasiyent təcili şəkildə xəstəxanaya çatdırılmalıdır) 

Üz əzələləri  

Normal:  Hər iki tərəfdə üz əzələləri eyni dərəcədə 

hərəkət edir 



Qeyri-normal: Üzün bir tərəfində  əzələlər digər 

tərəfdəki kimi hərəkət etmir 

Qolların 

hərəkəti  



Normal:  Hər iki qol eyni dərəcədə  hərəkət edir və 

ya tamamilə hərəkət etmir 



Qeyri-normal: Bir qol tamam hərəkət etmir və ya 

digərinə nisbətən tez aşağı düşür 

Nitq 

Normal:  Sözləri düzgün deyir, anlaşılmaz nitq 

yoxdur 


Qeyri-normal: Anlaşılmaz sözlər, sözləri düzgün 

demir və ya danışa bilmir 

 

B. İnsulta xəstəxana daxilində ümumi yanaşma 

“Ümumi müalicə” termini altında insultun nəticələrinə  mənfi 

təsir göstərə biləcək sistem problemlərinə nəzarət etmək üçün kritik 

xəstələrin vəziyyətini sabitləşdirməyə və tətbiq oluna biləcək spesifik 

müalicə üsulları üçün optimal fizioloji bazis təmin etməyə yönəlmiş 

müalicə strategiyaları  nəzərdə tutulur. İnsultlu xəstələrdə  tətbiq 

olunan ümumi tədbirlərə aşağıdakılar aiddir:  

 



Tənəffüs sisteminə nəzarət  

 



Ürək-damar sisteminə nəzarət  

 



Maye və metabolik balansın qorunması  

 



Arterial təzyiqin nəzarətdə saxlanması 

Ağ ciyər funksiyası və tənəffüs yolları: 

 



Kəskin insultlu xəstə, xüsusən yuxu zamanı, puls-oksimetr ilə 

monitorlanmalıdır (hədəf oksigen saturasiyası səviyyəsi ≥ 92%) (D)

 

Hipoksemiya ortaya çıxarsa, xəstəyə endonazal kateterlə 2-4 



L/dəq sürətində O

2

 verilməsi tövsiyə edilir (D)



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 288,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə