İŞEMİK İnsultun diaqnostika və MÜALİCƏSİ ÜZRƏ



Yüklə 288,72 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix22.03.2018
ölçüsü288,72 Kb.
#33124
1   2   3   4   5   6   7   8   9   10   11

 

24



 

İşemik insultlu xəstə hipoksik deyilsə, oksigen terapiyasına 

ehtiyac yoxdur (B).  

 



Hiperbarik oksigen terapiyasının istifadə edilməsi mübahisəlidir 

və  bəzi məlumatlara  əsasən müdaxilənin özü təhlükəli ola bilər. 

Buna görə  də, insult hava emboliyası  nəticəsində ikincili olaraq 

inkişaf etməyibsə, bu müdaxilə  kəskin işemik insultlu xəstələrə 

tövsiyə olunmur (B).  

 



Geri dönməsi mümkün olan tənəffüs çatışmazlığı halında 

traxeyanın intubasiyası

 

məsləhət görülür (şüurun pozulmasına və 



/ və ya tənəffüs yolları keçiriciliyinin pozulmasına səbəb olan 

bulbar disfunksiya başlayan xəstələrdə) (D) 



Ürək-damar sistemi: 

 



Qulaqcıqların fibrillyasiyası və təcili kardioloji tədbirlərə ehtiyac 

yarada biləcək digər ciddi ürək aritmiyalarına nəzarət edə bilmək 

məqsədi ilə kardioloji monitorinq aparılması lazımdır. Kardioloji 

monitorinqin işemik insultun başlamasından sonrakı ilk 24 saatlıq 

dövr  ərzində  aşağıda göstərilən xəstələrdə aparılması tövsiyə 

edilir:  

 

keçirilmiş kardioloji xəstəliyin mövcudluğu  



 

qeyri-sabit qan təzyiqi  

 

ürək çatışmazlığının klinik göstəriciləri və ya əlamətləri 



 

başlanğıcda anormal EKQ  

 

insulyar korteksi tutan beyin infarktı  



Maye və elektrolit balansı: 

 



Maye və elektrolit pozğunluğunun gündəlik monitorinqi və 

korreksiyası tövsiyə edilir.  

 

Beyin ödeminin mövcudluğu zamanı  zəif mənfi maye balansı 



məsləhət görülür. Plazma osmolyarlığının azalmasından sonra 

beyin ödeminin artması riskinə görə hipotonik məhlullar (NaCl 

0.45% və ya qlükoza 5%) əks-göstərişdir.  

Arterial hipertenziya:  

 



Arterial hipertenziyanın müalicəsi ilə bağlı  məsələ mübahisəli 

olaraq qalmaqdadır. Xəstələrin çoxunda qan təzyiqi insultun 

başlanğıcından 24 saat sonra öz-özünə aşağı düşür.  Daha konkret 

məlumatlar  əldə edilənə  qədər arterial hipertenziyanın 

müalicəsində ehtiyatlı olmaq tövsiyə olunur (D). Qan təzyiqinin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

25

endirilməsi üçün aşkar ifadə olunmuş antihipertenziv müalicə 



göstərişi olan digər xəstələr (hipertenziv ensefalopatiya, aorta 

disseksiyası, kəskin böyrək çatışmazlığı, kəskin miokard infarktı, 

trombolizis və ya heparinlə müalicə) müvafiq müalicə almalıdır.  

 



Ümumiyyətlə, qan təzyiqi əhəmiyyətli dərəcədə artmış xəstələrdə 

təzyiq aşağı salına bilər. İnsultun başlanğıcından sonra ilk 24 saat 

ərzində qan təzyiqinin endirilməsi üçün hədəf 15% təşkil 

etməkdədir. Antihipertenziv müalicənin başlanması üçün göstəriş 

olan qan təzyiqi səviyyəsi dəqiq olaraq bilinməməkdədir, lakin 

işemik insultda sistolik təzyiq >200-220 mm c.süt., diastolik 

təzyiq >120 mm c.süt. (D) və hemorragik insultda 

>

180/105 mm 



c. süt. (D) olana qədər müalicəyə başlamamaq haqqında fikir 

birliyi mövcuddur. Arterial hipertenziyanın erkən müalicə 

edilməsinin insult nəticələrinə  təsirini araşdıran tədqiqatlar 

davam etməkdədir. 

 

Qan təzyiqi yüksəlmiş  və rtPA müalicəsi üçün uyğun olan 



xəstələrdə trombolitik terapiya başlanmazdan  əvvəl sistolik qan 

təzyiqi ≤185 və diastolik qan təzyiqi ≤110 mm c.süt. olana qədər 

aşağı salınmalıdır  (B). rtPA müalicəsi başlanmazdan  əvvəl qan 

təzyiqinin aşağı səviyyələrdə sabitləşdiyinə əmin olmaq lazımdır 

və intravenoz rtPA yeridilməsinə  qədər  ən azı 24 saat ərzində 

təzyiq 180/105 mm c.süt.-dan aşağı olmalıdır. İnsultun meydana 

çıxmasından sonra rtPA ilə müalicə çox tez başlamalıdır və buna 

görə də yuxarıda göstərilənlərdən daha yüksək səviyyədə davamlı 

hipertenziyası olan xəstələrə intravenoz rtPA müalicəsi aparıla 

bilmir. 


 

İntra-arterial trombolizis kimi tıxanmış damarları açmaq üçün 



tətbiq edilən digər kəskin müdaxilələrin planlaşdırıldığı 

xəstələrdə də yuxarıda göstərilən qan təzyiqi səviyyələrinə riayət 

etmək tövsiyə edilir (D)

 



Arterial hipertenziyanın müalicəsi üçün tövsiyə olunan 

dərmanlar: intravenoz – labetalol və ya urapidil, nikardipin, 

natrium-nitroprussid; oral – kaptopril (D)

 



Nifedipin tətbiqindən və qan təzyiqinin kəskin azalmasından 

çəkinmək lazımdır (D)

 

Daha əvvəl hipertenziyası olan və işemik insultdan sonra spesifik 



əks-göstərişi olmayan nevroloji sabit xəstələrdə  təkrari 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

26

uzunmüddətli antihipertenziv müalicə  xəstəliyin meydana 



çıxmasından 24 saat sonra başlanmalıdır (C).  

Arterial hipotenziya: 

 



Kəskin insult zamanı ortaya çıxan hipotenziyanın səbəbi 

araşdırılmalıdır. Hipovolemiya fizioloji məhlulla aradan 

qaldırılmalıdır və ürəyin dəqiqəlik vurma həcmini azalda biləcək 

aritmiyalar müalicə olunmalıdır  (D). Ürəyin dəqiqəlik vurma 

həcminin azalması zamanı inotrop (dopamin, dobutamin) 

preparatların təyini lazım gələ bilər.  

 

Lakin kəskin işemik insultlu xəstələrdə dərmanlardan irəli gələn 



arterial hipertenziyanı (yatrogen hipertenziyanı) yaratmaq 

məsləhət görülmür (B).  



Bədən hərarəti:  

 



Hərarəti olan insultlu xəstələrdə  səbəb araşdırılmalı  və  hərarəti 

aşağı salmaq üçün antipiretik dərmanlardan istifadə edilməlidir 



(D).  ≥37,5

°C temperaturun endirilməsi məsləhət görülür (D)

Asetaminofen (parasetamol) kimi dərmanlar bədən hərarətini 

yaxşı sala bilər. 

 

İmmun sistemi normal olan xəstələrdə antibakterial, antimikotik 



və antiviral profilaktikaya ehtiyac yoxdur.  

Hipoqlikemiya:  

 



Kəskin işemik insultu olan xəstələrdə hipoqlikemiyanın müalicə 

olunması mövzusunda ortaq razılıq mövcuddur (D).  Hədəf 

normoqlikemiya olmalıdır. 

Hiperqlikemiya:  

 



İşemik insultlu xəstələrdə qanda qlükoza səviyyəsinə  nəzarət 

olunmalıdır (xüsusilə də  diabetik xəstələrdə) (D).  

 

Serum qlükoza səviyyəsi >10 mmol/L olan xəstələrin insulinlə 



müalicə edilməsi məsləhət görülür (D).  

C. İşemik insultun spesifik müalicə üsulları 

Trombolitik terapiya: venadaxili və arteriyadaxili trombolizis 

Venadaxili trombolizis: 

 



Venadaxili rtPA (0,9 mq/kq, maksimal doza 90 mq, dozanın 

10%-i bir dəfəyə verildikdən sonra yerdə qalanı 60 dəqiqə 

müddətində infuziya şəklində yeridilir) işemik insultun 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 288,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə