70
Əsrin şairi IX
deməmişdimmi?”
1
Öz-özlərinə zülm edən Adəm və Həvva Allahdan bağışlan-
malarını istəyirlər. Rəbbi onları Cənnətdən qovur. Yer üzünə
enməyi əmr edir. Onlar yerə enirlər. Yer üzərində Adəm oğulları
doğulur. Allah Adəm oğullarına müraciət edərək deyir: “Ey
Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək geyim və bəzəkli libas
nazil etdik. Şeytan Adəm və Həvvanı Cənnətdən qovdurduğu
kimi, sizi də aldadıb yoldan çıxarmasın...”
Amma belə olmayacaq. Şeytan-İblis Adəm oğullarını yer
üzərində də aldadıb yolundan çıxaracaq. Onlar dünyada misli-
bərabəri görünməyən fitnə-fəsadlar törədəcəklər. Böyük Cavid
gələcəkdə bunları “İblis”, “İblisin ilhamı” və “İblisin intiqamı”
dramalarında təsvir edəcək.
Hələ o zamana çox qalıb. Qurani-Kərimi gözəl bilən şairi
Adəm və Həvvanın göydən yerə enməsi, Cənnətdən qovulması
düşündürür. O, bu haqda bir şey yazmaq istəyir və yazır da.
“Hübuti-Adəm” şeirini 1913-cü ildə çap etdirdiyi “Keçmiş
günlər” kitabının ilk səhifəsinə daxil edir. Sonralar o, “Uçurum”
faciəsində Adəm və Həvva məsələsinin üzərinə yenidən
qayıdacaq. Yıldırıma bu sözləri söylədəcək:
İlk atamız Adəm kibi öncə sapdım, aldandım;
Sonra “Mələk, Cənnət!” deyə ah çəkməkdən usandım.
Adəm və Həvva əhvalatı dünyada ən məhşur əfsanələrdən
biridir. Yer üzərində insanın törəməsi, artması onların adı ilə
bağlıdır. Əhvalat gənc şairin diqqətini də cəlb edir. Şeirin neçənci
ildə yazılması məlum deyil. Ancaq o püxtələşmiş bir şairin şeiri
təsirini bağışlayır. Şair şeirdə əfsanəyə yaradıcı yanaşır, məlum
hadisələri olduğu kimi təkrar etmir. Allahla İblis, Allahla Adəm
və Həvva arasında baş vermiş əhvalatı bədii cəhətdən
poetikləşdirir, ona yeni məna çalarları verir.
1
Qurani-K
ərim (Z.Bünyadov və V.Məmmədəliyevin tərcüməsində). Bakı, 1992,
s. 126-127
71
İsgəndər Atilla
Şeir iki hissədən ibarətdir. Birinci hissədə Adəm və
Həvvanın Cənnətdə yaşaması, Allahın onlara əmri, İblisin onları
aldatması, ikinci hissədə aldadılan Adəm və Həvvanın Allah
tərəfindən töhmətləndirilməsi, nəhayət, Cənnətdən qovulmaları
təsvir edilir.
“Diyorlar bir zaman Adəmlə Həvva // Yaşarmış rövzeyi-
Cənnətdə
*
tənha.” beytilə başlayan şeirdə onların Cənnət həyatı
bu cür təsvir edilir:
O bir məva
**
ki, ruhani, münəvvər,
Uçarmış orada zərrinpər mələklər.
O bir məva ki, nəşr eylər sərasər.
Əməllər, nəşələr, güllər, çiçəklər.
Gözəl, asudə bir mavayi-sevda;
Geniş, azədə bir səhrayi-xülya...
Behiştdə qayğısız, nuranur içində yaşarkən, alçaq bir ehtiras
Adəm və Həvvaya hücum edir. Adəmiyyət hisslərini qopardır.
Vəhşi bir ehtiras onları yoldan çıxarır. Tutduqları əməlin
peşmançılığını çəkərkən Cənabi Həqdən fərman gəlir:
...Çıq, ey səfalətpərvər insan!
Çıq, ey qafil bəşər! Dəf ol, çəkil, get!
Bu lahuti təfərrücgahı
***
tərk et!
Allah onları gülzar bir Cənnətə layiq olmadıqlarına, alçaq
adamiyyət hissinə qapıldıqlarına və ülviyyəti idrak etmədiklərinə
görə Cənnətdən qovur.
Cənabi Həq Cənnətdə qayğısız yaşayan, xeyir və şərdən
xəbərsiz olan Adəm və Həvvaya həqiqəti anladır. Üzünü onlara
tutaraq sorğu-sual edir:
*
Axar-bax
arlı, sulu-çəmənli bağçada, behiştdə, Cənnətdə.
**
M
əskən, yurd.
***
Seyrangahı.
72
Əsrin şairi IX
Nə buldun, qürbi-Həqdən böylə sapdın?
Düşün! Naqis bəşər, bir baq nə yapdın!?.
Bu gün qüdsiyyətin olmaqda fərhəm;
Yazıq! Aldandın, ey biçarə Adəm!..
Allah sayğısız Adəmi dərgahından qovaraq, qalmaqallı və
qovğalı dünyaya göndərir. Onları burada nələr, ah, nələr gözlə-
yir?.. Yer üzərində onlardan törəyən bəşər nələr, ah, nələr törə-
dəcək?.. Rəbbi bu həqiqəti onlara anladır. Başdan-başa rəzalət və
fəlakətlərlə dolu dünyaya işarə edərək deyir:
Nədir əzvaqi-dünya anla, ögrən!
Əzil, qəhr ol, keçənlər keçdi, heyhat!..
Yaşarsın vadiyi-zillətdə məyus,
Fəqət dönməz, o günlər geçdi, əfsus!..
Cihan durduqca həp nəslin bərabər,
Bu müdhiş zərbədən qurtulmaz, inlər...
Allahın qəzəbi yerə-göyə sığmır. Adəmi süfli-cinayətə (alçaq
cinayətə) uyduğu üçün lənətləyir. Gələcək övladlarına ondan
qalacaq əmanətin yalnız fəlakət olacağını anladır və deyir: “Nəfs
harada hakim olsa, haqsızlıq və zülm həqiqi eşqi məhv edər.
Kimin ülviysə ruhu, söz onundur, əsiri-nəfs olan daima
zəbundur.” Yəni nəfsinin əsiri olan daima zəif və qüvvətsizdir.
Dünən və bu gün yer üzərində Adəmdən törəmiş bəşər
övladı öz nəfsinin qulu və qurbanıdır. Hər cür alçaq cinayətlər,
fəlakətlər, rəzalətlər, saysız-hesabsız müharibələr törətməyə qa-
dirdir və törədir də!.. Allah bununla sanki alçaq cinayətlər törət-
məyə həvəsli olan Adəm övladlarından Adəmin intiqamını alır...
Şeirdə müasirlik ruhu qüvvətlidir. Şair əsər üzərində
işlərkən Adəm və Həvva əfsanəsilə ilgəli yalnız dini kitablarda,
xüsusilə Qurani-Kərimdə, yazılanları deyil, xalq arasında və ağız
ədəbiyyatında geniş yayılmış rəvayətləri də nəzərə almışdır.
Adəm və Həvva Qurani-Kərimdə çılpaq şəkildə təsvir edilir. Şair
Dostları ilə paylaş: |