İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 224,08 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.05.2018
ölçüsü224,08 Kb.
#43613
növüYazi
1   2   3   4   5   6   7   8

 

konkret  isimlərin  işlənilməsi  vacibdir.  Vətəndaşlıq  aktlarında,  ayrı-ayrı  sahə 



kodeks  və  əsasnamələrində  mücərrəd  isimlər  tez-tez  müşahidə  edilir.  Belə 

isimlərin bir qrupunu feli isimlər təşkil edir. 

İşgüzar  üslubda  -lar,  -lər  şəkilçisi  ümumiləşdirmə  məqsədilə  və  termin 

yaradıcılığı  məqamlarında  işlədilir.  Bu  ən  çox  diplomatik  sənədlərin  dilində, 

müqavilələrdə  müşahidə  edilir.  «Tərəflər  ümumi  bir  rəyə  gələ  bilmədilər» 

cümləsindən göründüyü kimi, hər hansı iki dövlət və yaxud iki dövlət nümayəndəsi 

nəzərdə  tutulur.  -lar,  -lər  şəkilçisi  sifət-isim  birləşmələrində  işlənərək  söz 

birləşməsi  tərkibində  ismin  konkretləşməsinə  xidmət  edir:  mülki  münasibətlər, 

hüquqi  münasibətlər,  mülki  hüquqlar,  mülki  işlər,  əşyavi  dəlillər,  prosessual 

müddəalar və s. 

İşgüzar üslubun diplomatik yarımüslubunda düzəltmə isimlərin və eləcə də 

eyni  sözün  təkrarı  ilə  yaranan  mürəkkəb  isimlərin  işlənilməsinə  çox  az  təsadüf 

olunur.  Müşahidələrdən  də  aydın  olur  ki,  isimlərin  işlənilməsində  termin  -  söz 

birləşmələri, ismi-dominantlar da işgüzar üslubun səciyyələndirilməsində müəyyən 

rol oynayır və bunlar yarımüslubların əhatə etdiyi müxtəlif sənədlərin dilinə xasdır. 

Məsələn, diplomatik sənədlərin dilində işlənən nota, ultimatum, attaşe, iqamətgah, 

saziş, müqavilə, fəxri qaravul, cənab, zati-aliləri, ATƏM-in nümayəndələri, BMT 

nümayəndəsi və s. 

İşgüzar üslubun bəzi janrlarında (qərarlarda, qanunlarda, fərmanlarda) ad və 

soyadlar bütöv yazılır (diplomatik sənədlərdə adlar bəzən ixtisar edilir) və vəzifələr 

hər bir adın qarşısında mütləq göstərilir. Məsələn, Azərbaycan Respublikası Milli 

Məclisinin sədri…    Azərbaycan Respublikası Təhsil naziri 

 və s . 

  

 Sual  4.  İşgüzar  əlaqələrdə  yazışmaların  rolu  və  əlamətləri  barədə  məlumat 

verin. 

Teleks, telefon, kompüter şəbəkəsi informasiyanın çatdırılmasında üstünlük 

əldə  etsə  də,  yazışma  işgüzar  əlaqələrin  ən  yayılmış  növüdür.  Reklam 

fəaliyyətində, 

kommersiya 

təkliflərinin 

çatdırılmasında 

adi 


məktub 

əvəzolunmazdır,  belə  ki,  bu,  şirkətin  tərəfdaşlarının  ilkin  xarakteristikasını  verə 

bilir.  

İşgüzar  yazışma  şirkət  və  onun  əməkdaşları  haqqında  təsəvvür  yaratmağa 

imkan  verir.  Şirkətin  etibarlı  olmasında  şübhə  yaratmamaq  məqsədi  ilə  məktub 

tərtib edilməlidir; zərf və kağız qüsursuz olmalıdır. 

Məktubları  sənədlərin  rəsmiləşdirmə  standartlarına  uyğun  tərtib  etmək  lazımdır. 

Amma  bunları  qaydalardan  kənar  çərçivədə,  özəl  üslubda  da  yazmaq  olar. 

Yazılanları göndərməkdən öncə diqqətlə yoxlamaq lazımdır ki, səhvlər olmasın.  



 

Xidməti məktub kifayət qədər dəqiq, şərhsiz, əlavə sözlərsiz, emosiyalarsız tərtib 



olunmalıdır. Buna görə də işgüzar yazışmada şəxssix cümlələr üstünlük təşkil edir. 

Məsələn: «Sizin təkliflərə baxıb, hesab edirəm …» 

Dövlət standartlarına əsasən, sənəd insan tərəfindən yaradılmış, müəyyən zaman və 

məkanda ötürmək üçün maddi informasiya obyektidir.  

Sənədlərin əsas funksiyası-informasiya ötürməsidir.  

Əksər  hallarda  sənədləşdirmə  mütləqdir,  qanuni  nəzarət  və  qanuna  əsasən  uyğun 

möhkəmləndirmə   üsuludur.  

Hüquqi tərəfdən sənədlər hüquq formalarından biridir.  

Bir  sıra  sənədlər  hüquq  normalarını  və  hüquqi  münasibətləri  qoruyur, 

möhkəmləndirir    və dəyişdirir; digər  sənədlərin  hüquqi  gücü  var  və  məhkəmədə, 

notariatda, arbitrajda və s.-də bunlardan sübut kimi istifadə edilə bilər.  

İdarəetmənin bütün növləri sənədlərdə öz əksini tapır.  

Sənədləşdirmə idarəetmə fəaliyyəti ilə sıx əlaqəlidir və idarəetmə aparatında onun 

üzərində qoyulmuş funksiyaların reallaşdırılmasının idarəetmə üsuludur. 

Bəzi  idarəetmə  funksiyaları  (təşkilati-sərəncam,  uçot,  hesabat,  maliyyə  fəaliyyəti 

və  s.)  idarəetmə  aparatının  fəaliyyətində  olan  müəyyən  tipə  uyğun  olurlar.  Bu 

funksiyalar  idarə  və  firmalarda  qəbul  edilmiş  sənədlərdə  öz  əksini  tapır. 

Sənədləşdirmənin 

təkmilləşdirilməsinin 

mühüm 


istiqamətlərindən 

biri 


unifikasiyadır, yəni vahid sistemin mövcudluğudur.  

Sənədlər  poçt  vasitəsi  ilə  alına  bilər,  kuryer  (xidmətçi)  tərəfindən  çatdırıla  bilər, 

faks  və  elektron  poçtla  qəbul  edilə  bilər.  Sənədləri  alarkən  onların  düzgün 

çatdırılmasına  əmin  olmaq  lazımdır.  Səhv  alınmış  yazışma  göndərənə  qaytarılır. 

Zərf  açılandan  sonra  sənədin  və  əlavələrin  səhifələrinin  mövcudluğu  yoxlanılır. 

Faksla aparılan yazışma da analoji üsulla yoxlanılır.  

Əgər  sənədlər  poçtla  gəlibsə,  bütün  zərflər  açılır  (istisna  «şəxsi»  sözü  yazılan 

məktublardır).  Zərflər  açılandan  sonra  məhv  edilir  (istisna  –  vətəndaşların  şəxsi 

məktublarıdır, çünki geri ünvan yalnız zərfin üzərində göstərilir). 

Adətən  alınmış  məktub  ya  əllə,  ya  da  elektron  üsulla  möhürlənir.  Faksla  alınan 

sənədin alınma vaxtı göstərilir. Sənədlərin ilkin alınması icraçılar və şöbələr üçün 

qeydiyyatlı  və  qeyri-qeydiyyatlı  məktublara  ayrılır.  Rəhbərlərə  yalnız  idarənin 




 

fəaliyyətinə  aid  olan,  ya  da  yeni  informasiya  daşıyan  məktublar  çatdırılır.  Qalan 



sənədlər  birbaşa  icraçı  mütəxəssislərə  verilir.  Sənədlərin  işlənməsi,  baxılması  və 

icraçılara çatdırılması dərhal, yəni daxil olunan gün həyata keçirilir. Əgər sənəd bir 

neçə  struktur  bölmələrə  və  altbölmələrə  çatmalıdırsa,  onların  surəti  çıxarılır. 

Xüsusi uçotda olan, məlumat məqsədi daşıyan (alınma üsulundan asılı olmayaraq) 

bütün məktublar qeydiyyatdan keçməlidir.  

Məktubların qeydiyyatı zamanı sənədlərdə aşağıdakılar yazılır: 

 

Alınma vaxtı 



 

Giriş № (indeks) 



 

Sənədin göndərilmə vaxtı 



 

Sənədin indeksi 



 

Müəllif (korrespondent) 



 

Başlıq 



 

Dərkənar 



 

İcra müddəti 



 

İcraçı  



 

İcra yolu (sənədin çatdırılması və icrası qeyd olunur) 



 

İşin sayı 



 

İcradan sonra sənədin yerləşdirilməsi ünvanı 



 

 



Sual 5. İşgüzar yazışmanın əsas qaydaları barədə məlumat verin. 

İdarənin istər daxili, istərsə də xarici əlaqələrini təmin edən əsas sənədlərdən biri 

məktubdur.  

Məktub həm də tərəfdaş şirkətlər, xarici şirkətlər və ayrı-ayrı vətəndaşlar arasında 

rəsmi əlaqələrin əsas vasitəsidir.  

Operativ  surətdə  məsələni  həll  etmək  mümkün  olmadıqda  (şəxsi  danışıq,  telefon 

danışığı)  məktublar  rəsmiləşdirilir,  standartlara  uyğun  (DÜST)  tərtib  edilir. 

Məktub  bir  məsələyə  həsr  edilməlidir.  Bir  təşkilata  bir  neçə  məsələ  ilə  əlaqədar 

müraciət  edəndə  bir  neçə  məktub  göndərmək  məsləhət  görülür.  Bu,  sənədlərin 

hazırlığının  operativliyini  və  işlənməsini  daha  da  sürətləndirir.  Xidməti 




Yüklə 224,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə