İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 224,08 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.05.2018
ölçüsü224,08 Kb.
#43613
növüYazi
1   2   3   4   5   6   7   8

13 

 

1.



 

Tərcümeyi-halda  şəxsin  doğulduğu  il,  ay  və  gün,  yer  (respublika,  

şəhər, rayon, kənd) dəqiq göstərilməli

2.

 



Faktlar  (həyatın  mərhələləri,  oxuduğu,  işlədiyi  yerlər,  nailiyyətlər, 

təltiflər, ailə vəziyyəti və s.) ardıcıl sadalanmalı; 

        3.Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imzalanmalıdır. 

         Tərcümeyi-hal formasına görə sadə və mürəkkəb olur. İbtidai siniflərdə 

sadə  tərcümeyi-hal  öyrədilir.  Bu  zaman  şagird  yalnız  özü  haqqında 

bildiklərini yazır.  

          Mürəkkəb tərcümeyi-halda isə ayrı-ayrı insanların həm özünün, həm də 

valideynlərinin həyatı, məşğuliyyəti haqqında məlumat verilir. 

Tələbələrdə  tərcümeyi-hala  dair  tam  təsəvvür  yaratmaq  üçün  onları 

aşağıdakı ardıcıllıqla tanış etmək faydalıdır: 

1.

 

Başlıq: Tərcümeyi-hal 



2.

 

Adı, soyadı və atasının adı 



3.

 

Doğuldğu il, ay, gün, yer 



4.

 

Məktəbəqədər dövr 



5.

 

Məktəb dövrü 



6.

 

Tələbəlik dövrü 



7.

 

Universitetdə apardığı ictimai vəzifə 



8.

 

Nailiyyətləri (mükafatları, təltifləri) 



9.

 

Ailə üzvləri haqqında qısa məlumat 



10.

 

Tərcümeyi-halın yazılma tarixi 



11.

 

Tərcümeyi-halı yazanın şəxsi imzası. 



 

 

 

 

Nümunələr 


14 

 

TƏRCÜMEYİ-HAL 

Mən, Vasif Vaqif oğlu Hacıyev 1987-ci il aprel ayının 1-də Bakı şəhərinin 

Nərimanov rayonunda  ziyalı  ailəsində anadan olmuşam.  İncəsənət  Gimnaziyasını 

bitirmişəm.  2013-cü  ildən  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  Beynəlxalq 

İqtisadi Münasibətlər fakültəsində oxuyuram. 

Atam,  Vaqif  Famil  oğlu  Hacıyev  1957-ci  ildə  Ağsu  rayonunun  Pirhəsənli 

kəndində anadan olmuşdur, özəl bankda işləyir. 

Anam, Fatimə Bilal qızı Hacıyeva 1962-cı ildə Qəbələ rayonunun Vəndam 

kəndində anadan olmuşdur, evdar qadındır.  



                                                                  İmza:                        V.Hacıyev  

03.04.15. 



Mövzu 3. XASIYYƏTNAMƏ, ARAYIŞ. 

       Sual 11.

 

Xasiyyətnamə barədə məlumat yazın.

 

 

“Xasiyyət”  (ərəb)  və  “namə”  (fars)  sözlərinin  birləşməsindən  əmələ 

gəlib, hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir 

edən  rəsmi  sənəd  və  ya  xarakteristikadır.  Xasiyyətnamənin  işlənmə  dairəsi 

genişdir.  İşə,  rəhbər  vəzifəyə  seçildikdə  və  ya  dövlət  orqanları  tərəfindən  tələb 

olunduqda  hər  hansı  şəxs  haqqında  xasiyyətnamə  verilir.  Belə  xasiyyətnamə 

əməli  yazı  növü  kimi  rəsmi  üslubda  yazılır.  Əvvəlki  xasiyyətnamələrdə  şəxsin 

partiyalılığı,  partiya  cəzası  olması,  siyasi  dəyanəti  xasiyyətnamədə  mütləq  öz 

əksini  tapmalı  idi.  Buna  görə  də  xasiyyətnaməni  partiya  təşkilatı  katibi  də 

imzalamalı  idi.  Xasiyyətnamə  belə  bir  cümlə  ilə  qurtarırdı:  «Siyasi  cəhətdən 

dəyanətlidir  (dəyanətli  deyil)».  Müasir  xasiyyətnamələr  daha  demokratik,  daha 

sadədir. Xasiyyətnaməni yalnız müəssisə rəhbəri və həmkarlar təşkilatının sədri 

imzalayır.  Böyük  müəssisələrdə  xasiyyətnaməni  şöbə  müdiri  tərtib  edir. 

Xasiyyətnamədə  aşağıdakılar  öz  əksini  tapmalıdır:  şəxsin  təvəllüdü;  vəzifəsi; 




15 

 

milliyyəti;  ailə  vəziyyəti;  idarə  və  müəssisədəki  əmək  fəaliyyəti;  stajı;  əxlaqi-



mənəvi keyfiyyəti; öz vəzifəsinə münasibəti. 

Xasiyyətnamə  rəsmi  sənəd  olduğu  üçün  o,  rəsmi  üslubda  yazılmalı, 

xasiyyətnamə  alan  adamın  müsbət  və  mənfi  cəhətləri  rəsmi  dillə  ifadə 

olunmalıdır.  Heç  bir  emosional  ifadəyə,  bənzətmələrə  yol  vermək  olmaz 

(Məsələn,  Zalım  oğlu  səhərdən  axşama  qədər  dəzgah  arxasında  yoruldum 

demədən işləyir – kimi cümlələr xasiyyətnamə üçün yolverilməzdir). 

 Sual 12. Xasiyyətnamənin yazılmasına verilən tələblər hansılardır? 

Xasiyyətnamənin yazılmasına verilən tələblər aşağıdakılardır: 

1.

 

Dövlət sənədi kimi xasiyyətnaməni idarə rəhbəri verir. 



2.

 

Xasiyyətnamədə  bu  və  ya  digər  şəxsin  ictimai  fəaliyyəti,  əxlaqı  və 



siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır. 

3.

 



Xasiyyətnamədə kimə, kimdən və haraya təqdim olunması    göstərilir. 

4.

 



Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur. 

5.

 



Xasiyyətnamələr vahid formada yazılır. 

6.

 



Xasiyyətnamənin həcmi 1-2 səhifədən artıq olmur. 

7.

 



Xasiyyətnaməni  ən  azı  iki  məsul  şəxs  imzalayır  və  müəssisənin 

möhürü vurulur.  

 

Sual 13. Xasiyyətnamə nümunələri yazın. 

 

                                                            Azərbaycan Dövlət İqtisad Universitetinin 

        «Azərbaycan 

dili» 

kafedrasının 

baş 

müəllimi, 

                                                             filologiya elmləri namizədi, azərbaycanlı,  

                                                             evli, 1960-cı ildə anadan olmuş Həsən 

                                                             Məmməd oğlu Zakirov barədə 

 

 

XASİYYƏTNAMƏ  



Yüklə 224,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə