İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 224,08 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix14.05.2018
ölçüsü224,08 Kb.
#43613
növüYazi
1   2   3   4   5   6   7   8

16 

 

Həsən  Məmməd  oğlu  Zakirov  1990-1993-cü  illərdə  Bakı  Dövlət 



Universitetində  aspiranturanın  əyani şöbəsində oxumuşdur. 1993-cü  ildən  ADİU-

nun  “Azərbaycan  dili”  kafedrasında  müəllim  vəzifəsində  çalışır.  1994-cü  ildə 

«Dilimizin  zənginləşmə  yolları»  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə 

etmiş, 1997-ci ildə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə keçirilmişdir

Həsən  Zakirov  mühazirələrini  yüksək  metodiki  və  elmi  səviyyədə  aparır. 



Elmi-tədqiqat  plan  işlərini  həmişə  vaxtında  və  keyfiyyətlə  yerinə  yetirmişdir.  O, 

Azərbaycan  dilinin  aktual  problemləri  ilə  bağlı  vaxtaşırı  respublika  və  Müstəqil 

Dövlətlər Birliyi məkanında məruzələrlə çıxış edir, mətbuat səhifələrində maraqlı 

məqalələr çap etdirir. H.Zakirov universitetin ictimai işlərində də fəal iştirak edir. 

Qısa müddət ərzində tələbə və müəllim kollektivinin rəğbətini qazanan H.Zakirov 

həm də Universitet Həmkarlar Komitəsinin sədr müavinidir.  

Xasiyyətnamə «Elm» cəmiyyətinə təqdim edilmək üçün verilir. 

Kafedra müdiri:                                                            

Həmkarlar komitəsinin sədri:                                      

 «Fidan»  EİB-də  təmir  sexinin    təmirçisi, 

azərbaycanlı,  orta  təhsilli,  bitərəf,  1970-ci 

ildə anadan olmuş Vəli Həmid oğlu Əliyev 

barədə  

İSTEHSALAT XASİYYƏTNAMƏSİ 

Vəli  Həmid  oğlu  Əliyev  1988-ci  ildən  indiyədək  «Fidan»  EİB-də  təmir  

sexində işləyir. 

İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi  göstərmişdir. 

Peşəsini çox sevir. Bir sıra səmərələşdirici təkliflərin müəllifidir. 

Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri nəzərə alınaraq xarici ölkələrə, 

xüsusilə Türkiyəyə işləmək üçün ezam edilmişdir. 

Vicdanlı və keyfiyyətli işinə görə mükafatlandırılmışdır. 

V. Əliyev birliyin ictimai həyatında fəal iştirak edir. 

İş yoldaşları arasında hörmət qazanmışdır. 




17 

 

  



Xoşrəftar, təvazökar, insandır. 

İstehsalat  xasiyyətnaməsi  «Fidan»  EİB  Həmkarlar  Komitəsinin  iclasında 

müzakirə və təsdiq edilmişdir. 

Xasiyyətnamə tələb olunan yerə təqdim edilmək üçün verilir. 



«Fidan» EİB-in direktoru:        

 

 

                          Ə.Əliyev 

Həmkarlar Komitəsinin sədri:                     

 

 

      A.Məmmədova  

                                                                                

Sual 14.

 

Arayış barədə məlumat verin.  

“Arayış” sözü türk mənşəlidir. Arama, axtarma mənasındadır. Müasir dövrdə 

hüquqi  sənəd  olub  şəxsiyyət,  iş  və  hadisə  haqqında  tərtib  edilərək  aid  olduğu 

obyekt barədə nəyi isə təsdiq edir.  



A. Arayışın mahiyyəti  –  Hər  hansı  bir  adamın  bir  yerdə  yaşaması, işləməsi, 

oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir 

(Bu səbəbdən də xalq arasında arayışa “yoxlama” da deyilir). 

      B. Arayışın məzmunu – Arayışın kimə və nə üçün verildiyi göstərilir. Habelə 

arayışın  hansı  məqsədlə  tərtib  edildiyi  qeyd  edilir.  Arayış  müəssisə  rəhbəri 

tərəfindən  imzalanır  (Bəzi  hallarda  müəssisənin  kadrlar  şöbəsinin  müdiri, 

mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara 

təqdim  olunması  göstərilir.  Bütün  hallarda  məsul  şəxsin  imzası  möhürlə  təsdiq 

olunmalıdır.  



    C. Arayışın forması – Çox vaxt arayışlar xüsusi blankda yazılır.  “Arayış” sözü 

vərəqin ortasında yazılır. Vərəqin sol tərəfində idarənin ştampı olur. Ştampın aşağı 

sətrində nömrəsi və verildiyi tarix göstərilir. Arayışın məzmunu qurtardıqdan sonra 

müəssisə rəhbərinin imzası, soyadı və titulu göstərilir.  




18 

 

    Ç.  Arayışın  dili  –  Arayışın  dili  xüsusi  üslubda  tənzimlənir.  Burada  söz  sırası 

pozulur.  Xəbər  əvvəldə  gəlir.  Arayış  sırf  elmi  ədəbi  dildə  yazılmalı,  heç  bir 

bədiiliyə, emosionallığa yol verilməməlidir.  

          Arayış  hər  hansı  bir  şəxsin  kimliyini  təsdiq  etmək  məqsədilə  digər  təşkilat 

tərəfindən verilir. Bir arayışda bir və ya bir neçə şəxs haqqında da məlumat vermək 

mümkündür,  lakin  mürəkkəb  məzmuna  malik  olan  arayış  növü  də  vardır.  Belə 

arayışı təşkilatlar bir-birinə təqdim edir. Çox zaman burada müəyyən bir hadisənin 

gedişi öz əksini tapır. Bəzən cinayət xarakterli məsələlər də arayışda əks etdirilir. 

Arayışın  özünəməxsus  forması  var.  Belə  ki,  arayışın  sol  tərəfdən  üst  küncündə 

idarənin  ştampı,  ortada  “arayış”  sözü,  aşağıda  məzmunu,  daha  sonra  arayışın 

təqdim olunduğu yer göstərilir. Axırda arayışı təsdiq edən idarə rəhbərinin imzası 

və möhürü vurulur.  

 Sual 15.Arayış nümunələri yazın. 

ARAYIŞ 

Pərvin  Rüstəm  qızı  İsmayılova  həqiqətən  Azərbaycan  Dövlət  İqtisad 

Universitetində  laborant  vəzifəsində  çalışır.  P.İsmayılovanın  maaşı  500 

manatdır.  

Arayış Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim edilmək 

üçün verilir. 



Baş mühasib:                                                                 

ARAYIŞ 

Elçin  Vaqif  oğlu  Hüseynov  həqiqətən  Azərbaycan  Dövlət  İqtisad 

Universitetinin Maliyyə fakültəsinin IV kurs tələbəsidir. 

Arayış Nərimanov rayon Hərbi Komissarlığına təqdim edilmək üçün verilir.  



Dekan:  

 

 

 

 

 


Yüklə 224,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə